Son xəbərlər

Azərbaycan ikinci Qarabağ müharibəsini qalib şəkildə başa çatdırdı. İllərdir ki, mənfur düşmən tapdağı altında qalan torpaqlarımız ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasət və şanlı Azərbaycan ordusunun gücü sayəsində işğaldan azad edildi. Artıq növbə bu torpaqları yenidən yaşana biləcək hala gətirmək və öz doğma yerlərindən didərgin düşmüş insanları ata ocaqlarına qaytarmaqdadır.

“Erməni vandalizmi” hamımıza aşkar olan bir faktordur. Əlbəttə ki, illərdir erməni vandalizminə məruz qalmış torpaqlarımız və bu torpaqlarda olan tarixi mədəniyyət abidələrimiz bərpa ediləcəkdir. İndi Azərbaycanın bir dövlət kimi əsas missiyası bu barbarlığı bütün dünyaya tanıtmaq və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparmaqdır.

Cənab prezidentin bu ərazilərə olan bütün səfərlərində qeyd etdiyi kimi bu ağılasığmazdır. Erməni vəhşilərinin mədəniyyət abidələrini dağıtması, dini ehkamlardan müxtəlif işlər üçün istifadə etməsi, tarixi yerləri viran qoyması mədəniyyətə, incəsənətə hörmətsizlikdir. Azərbaycan tərəfi daim xarici media nümayəndələrinin bu ərazilərə gəlməsinə şərait yaradır və bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini əsirgəmir. Bəzi yerlərin Erməni vandalizminin bariz nümunəsi kimi saxlanılması məsələsi də gündəmdədir. Bütün dünya Azərbaycanın illərdir necə bir riyakar düşmənlə mübarizə apardığını bilməli və onlara tərəf duranlar bunu sonlandırmalıdırlar.

Artıq həqiqət günəşi daha bir ayrı parlayır. Azərbaycanın qələbəsi, öz haqq səsini bütün dünyaya çatdırması, haqlı mübarizəsi bütün dünyaya göstərdi ki, bizim niyyətimiz sadəcə əzəli və əbədi torpaqlarımızı azad etməkdir. Daha bu torpaqlarda düşmənin ayaq izi yoxdur. Cənab prezidentin tapşırığına əsasən uzun müddətdir ki, erməni vəhşiliyinə şahidlik etmiş bu yerlər Azərbaycanın ən gözəl və ən dilbər guşələrinə çevriləcəkdir. Bu məqsədlə işlər davam etdirilir və biz müzəffər Ali Baş Komandanın  gördüyü hər bir işdə olduğu kimi, bu işdə də möhtəşəm nailiyyətlərə imza atacağına əminik.  

 

 

Şirin Tağıyeva,

Salyan şəhər 4 saylı tam orta məkətbin müəllimi

Deputat İqbal Məmmədov Lerik rayonunun problemlərini qaldırdı- Qaz, işıq, su, rabitə-poçt və digər problemlərlə bağlı sizə ünvanladığım müraciətlər...

Millət vəkili İqbal Məmmədov seçildiyi 78 saylı Lerik seçki dairəsindən ona gələn şikayətləri hökümət nümayəndələrinin və Milli Məclis katibliyinin diqqətinə yazılı şəkildə çatdırıb.

Deputat İqbal Məmmədov Milli Məclisin plenar sessiyasında iştirak edib. Lakin vaxt məhdudiyyəti səbəbindən deputat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat-məruzəsinə aid fikir və təkliflərini aidiyyəti qurumların nəzərinə yazılı şəkildə çatdırıb. 

Faktinfo.az İqbal Məmmədovun məruzəsini  təqdim edir: 

 

Hörmətli xanım sədr! 

Hörmətli Millət Vəkilləri! 

Hörmətli hökümət üzvləri! 

 

Hər birinizi qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edib, hər birinizə uğurlar arzulayıram!

 Cənab Prezidentin müəyyənləşdirdiyi istiqamət üzrə hökümətin həyata keçirdiyi siyasətin uğurlu nəticələri, təbii ki bizi çox sevindirir. Hesabatda əksini tapan rəqəmlər, proqnozlar Azərbaycanın real vəziyətini və gələcək prespektivlərini aydın göstərir. Cənab Prezident başda olmaqla hökümətin düzgün iqtisadi konsepsiyasını həyata keçirməsi iqtisadi inkişafın bu mərhələyə gəlib çatmasına səbəb olmuşdur. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ötən dövrlərdən başlanılmış bir sıra təşəbbüslər, xüsusilə strateji lahiyələrin icrası, iqtisadi və sosial islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində məqsədyönlü işlər hesabat ilində də davam etdirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ordumuzun düşmən qüvvələri üzərində parlaq qələbəsinə və COVİD-19 pandemiyasının neqativ təsirlərini minimumlaşdırmağa imkan verdi. Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda da bu nailiyyətlər ruh yüksəkliyi, gələcəyə inam aydın şəkildə öz əksini tapıb. Başda ölkə Prezidenti olmaqla nailiyyətlərimizi təmin edən hər bir hökümət üzvünə və əməyi keçən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.

 Ölkəmizdə görülən işləri təqdir edib, hesabatı yüksək qiymətləndirirəm və onun təsdiq olunmasına səs verəcəm. Mən təmsil etdiyim Lerik rayonu ilə bağlı bir neçə narazılığı hökümət üzvlərinə çatdırmaq istəyərdim. Lerik rayonunda 90-cı illərin axırında aparılan torpaq islahatları nəticəsində pay torpaqların sonradan yaradılan katastr xəritələrində düzgün tərtib edilməməsi bu gün əhalinin çox hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, kəndli pay torpağında əkib-becərdiyi məhsullar üçün nəzərdə tutulan subsidiyanı almaq istədikdə katastr xəritəsində həmin torpaq sahəsinin başqasının adına olduğuna görə,bu güzəştlərdən bəhrələnə bilmir. Torpaq islahatına görə bir kəndin əhalisinin pay torpağı katastr xəritəsinə görə başqa kəndin yaxınlığındakı pay torpaqlarının üzərinə düşür. Buna görə faktiki olaraq əksər vətəndaş sənədlə başqasına məxsus torpaqlardan istifadə edir. Dəfələrlə seçicilərim mənə ünvanladıqları narazılıqlarında bildirirlər ki, Bələdiyələrdən aldıqları Bələdiyə xəritələrinə uyğun ərazidə özlərinə ev və ya xüsusi mülkiyyət tikir, mülkiyyət sənədi almaq istədikdə isə yeni çəkilmiş katastr xəritəsində həmin mülkiyyətin tikildiyi torpaq sahəsinin Dövlət Meşə Fonduna və ya başqasına məxsus torpaq sahəsinə aid olduğu bildirilir. Bu səbəbdən mülkiyyət sənədi ala bilmirlər.

 

Səsləndirdiyim problemin həllindən ötrü müvafiq orqanlardan xahiş edirəm ki, Lerik rayonunda yenidən düzgün fakta əsasən xəritələr çəkilib, katastr qeydiyyatına alınmasına kömək etsinlər. Seçicilərimin bir xahişinin də nəzərə alınmasını  istərdim. Bildiyiniz kimi Lerik rayonunda bir şəhər, 161 kənd var. Bu kənd əhalisi əmək haqqı, pensiya və müavinətlərin alınmasında bankomatların az olmasına görə çətinlik çəkir. Belə ki, Lerikdə  cəmi 4 bankomat var, 2-i rayonun mərkəzində, digər 2-i isə kəndlərdə yerləşir. 

Hökümətdən xahiş edirik ki, rayonumuza əlavə bankomatların verilməsinə köməklik göstərsin. Hörmətli hökümət üzvləri, mən ümid edirəm ki, 2021-ci ildə Lerik rayonunun kəndlərində hələ də həllini tapmayan yol, qaz, işıq, su, rabitə-poçt və digər problemlərlə bağlı sizə ünvanladığım müraciətlər öz həllini tapacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm. 


Təqribən ayyarım bundan öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində su xəttində baş verən qəza səbəbindən içməli suyun boşboşuna axıb getməsi və qeyd olunan problemin həllinə çalışan Rəfael Həmidov adlı şəxslə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) mətbuat xidmətinə rəhbərlik edən Anar Cəbrayıllı arasında baş verənlər, məhz ölkə gündəmini müəyyən qədər zəbt edən mövzulardan birinə çevrildi.

Bəli, həmin günlərdə belə bir mövzu daha çox media sahəsində çalışanların diqqətini cəlb etdi. Yəni, media mənsublarından bəziləri yaşananlarla bağlı mövqelərini açıq formada ifadə etdilər, hətta bir çoxları “Azərsu” ASC-nin rəsmisini “topa tutmaq”dan da çəkinmədilər. Bir sözlə, Anar Cəbrayıllının adı çəkilən quruma rəhbərlik edən Qorxmaz Hüseynovun ətrafında “blok-post” yaratması yönündə atdığı addım, hər kəs tərəfindən qınanıldı. Məhz, bunu sosial şəbəkələrdə yayımlanmış paylaşımlara yazılan rəylərdən də açıq-aydın görmək mümkün oldu. Baş verənlər bir daha onu sübut etdi ki, “Azərsu” ASC-də tətbiq olunan bürokratik idarəçilik və s., bu gün də əksəriyyət tərəfindən heç cür qəbul olunmur. Çünki, hazırda adı çəkilən qurumda vəzifə sahibi olan bir çox şəxslərin günahı ucbatından, ölkə əhalisinin içməli su ilə təmin olunmalarında, kanalizasiya sahəsində və s. çoxsaylı problemlərlə üz-üzə qalmaları danılmaz faktdır. Məsələnin təəssüf doğuran tərəfi odur ki, “Azərsu” ASC-nin “başbiliciləri” bu sahədə mövcud olan problemləri aradan qaldırmaq, hətta bu qurumun rəhbər şəxslərinin, ələlxüsus Qorxmaz Hüseynovun hansı yollarla yüz milyonluq villaya, külli miqdarda daşınan və daşınmaz əmlaklara sahib olması haqda ictimaiyyətin ünvanladığı suallara aydınlıq gətirmək əvəzinə, bu gün onlar özlərini haqlı çıxarmağa çalışaraq müxtəlif qurumlara məktub göndərərək Rafael Həmidov haqqında məlumat toplamaqla məşğul olurlar. Yuxarıda qeyd etdiyimiz kimi baş verən problemin həllinə çalışan Rafael Həmidov, əldə etdiyimiz məlumatlara görə, “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvüdür. Yəni, o, bu Birliyə üzv olmaq üçün zamanında lazımi şərtləri yerinə yetirir ki, “Azərbaycan Jurnalistlər Birliyi”nin səlahiyətliləri onunla bağlı lazımi qərarlarını verib, məhz Rafael Həmidovu adı çəkilən quruma üzv qəbul edirlər.

Düşündürücü haldır ki, öz gözlərində “toru görməyən” və başqalarının gözlərində “tük axtarışı”na çıxan “Azərsu” ASC-nin yetkililəri, bu gün iş-güclərini buraxıb Rəfael Həmidovun “Azərbaycan Jurnalistlər Birliyi”nə üzv olub-olmaması məsələsini araşdırmağa cəhd edir, hətta adi çəkilən bu şəxsi rüşvət tələb etmək adı ilə ləkələməyə də çalışırlar. Bəli, bu cür “ucuz addım”lar olduqca gülünc, olduqca ikrah hissi doğuran addımlardır. Çünki, qeyd olunan qurumun rəsmləri atmalı olduqları addımlarını atmırlar, əksinə atmalı olmadıqları addımlarını atırlar. O halda sual oluna bilər ki, görəsən nəyə görə “Azərsu” ASC-nin rəsmləri vaxtında, bəli, məhz vaxtında Rəfael Həmidovun rüşvət tələbetmə hərəkəti ilə bağlı ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət etməyiblələr, məhz “boz sifətləri”ni birbaşa “Azərbaycan Jurnalistlər Birliyi”nə yönəltmək qərarına gəlirlər. Deməli, bu qurumun rəhbər şəxslərinin bu yöndə atdıqları addımlar “könülbulandıran addımlar”dan başqa bir şey deyil. Çünki, qarşı tərəfin nəyə nail olmaq istəməsi, hələ də anlaşılan məsələ deyil.
Dinc oturmağa qoyulmayan dinc durmayan Kişi!
və yaxud “Tostologiya” janrında ictimai-siyasi portret və həm də... selbə-yarmaça-“kırtəğə” atanlara cavab əvəzi

ZƏRURİ İZAHAT: Talış mahalından olduğuma görə, adətən, o dağlardan, o dərələrdən ictimai-siyasi olimpin Everestinə yüksələnlərlə yaxınlıq etmirəm, siyasətin-həyatın-iqtisadiyyatın “Pankisi-Kador-İncədərəsi”nə yuvarladılanlardan da yazmağa əlim gəlmir – çünki onlar ancaq işsiz-gücsüz qalanda varlığımdan xəbər tutur!
Üstəlik də Azərbaycan mətbuatında hakim oliqarx-məmur çetesinin bir azca ayrı yerinlə yox, gözünlə baxıb başınla düşünəndə şahid ola biləcəyin bir mənzərə var: Talışdan olan hər bir məmur-oliqarxı şantajla təhdid, Azərbaycanın bütün iqtisadi-siyasi və digər məhrumiyyətlərinin (təkcə torpaqları ermənilərin işğalında itttihamdan başqa) baiskar görmə serialları print dönəmdə ədədi, onlayn dövrdə həndəsi silsilə ilə tirajlanı(b)r! Bu tendensiya xüsusi ilə də qürurlu, ləyaqətli kişilərə qarşı sərgiləni(b)r!
Sonuncusu İqbal Məmmədovdur – Lerikin son illər ardıcıl deputat seçiləni!
Sözümüz Söz olsun deyə asta-asta və usta-usta keçək təhlilə-təqdimata!
Bir müddət bu “vətən təəssübü” Əsgər Məmmədova qarşı sərgiləndi! Ən enerjili, faydalı, kamilləşdiyi dövrdə adamı çərlətdilər, az qala Elçin Əfəndiyevin “pravitelstvennıy blank”ının başlığı ilə şərləyib yeyinti adıyla, dövlət əmlakını dağıtmaq ittihamıyla həbsə də aldırsınlar – ürəkləri soyumadı işsiz qoymaqlarından. Yenə sağ olsun bu dövlətdə dövlətçiliyi, insanlığı bilən Eldar Həsənov kimi dövlət xadimləri! Elə arvadıyla birgə sərvəti də (p)Edik jurnalistə qalan kimsəninsə düşmənçiliyinə uyub işdən azad edən Heydər Əliyev də - yenə son anda həbsinə israrlı olan, susayan Namiq Abbasovun diqqətinə çatdırmışdı ki, “tı çto? On je çestnıy i çistıy...”
Mətbuat – print şəbəkəsi partapart yazırdı e!
Əsgər Məmmədovdan sonra baş nazir müavini olanların adlarına və siyahısına baxın... - əlbəttə, ki, vicdanlı olanlar fərqi tutar!
Amma 1995-ci ildən bu ölkədə Əsgər Məmmədov işsizdir! Mən hökümətin milli-etnik tərkibinə replika atmadan və öyürüb-çöyürmədən üstündən keçirəm!
Sonra... həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyyəti dönəmində mütəmadi və ardıcıl, qərəzli və məqsədli şəkildə Vaqif Musayev hədəf alındı!
O şəbəkənin heç birinə təbii ki, baş qoşmadım, amma bircə dəfə yazdım: o da şəxsən tanıdığım Əli Həziquliyevin vicdanlı, ədalətli, ləyaqətli biri olduğuna əmin olduğum üçün! Özünə dedim, cavabı ayrı bir dostumun – jurnalistikamızda mübarizənin, demokratiyanın bariz təcəssümü, dövlətçilik mücadiləsində öz yeri olan, vicdanlı, ləyaqətli və ədalətli dostum Əvəz Zeynallının qəzetində yazdım!
Ümumi mətndən bir nüansı vurğulayım: əzizim Əli, bu Vaqif Musayev nə təhər “talış mafiyası”nın başçısıdır ki, seçki kampaniyası üçün 1 milyon ABŞ dollarını Etibar Məmmədova, partiya güclənsin deyə 1 milyon dolları da AMİP-ə - “yeraz” konqlomeratına ayırır? Dədə, bu adam həqiqətən “talış mafiyasının başçısı”dırsa, pulu “yeraz”lara verir də, sən niyə üstünə düşürsən!?
Əli Həziquliyev onda da bilmirdi, əminəm ki, heç indi də bilmir o “faktlar” hardan sızdırılırdı, amma mən bilirdim niyə Vaqif Rəsuloviçin üstünə düşüblər: vurduğu bir şillənin, sındırdığı iki dişin bədəliydi – tale üzünə gülmüşdü “o şilləni sənə içəridə vuraram” deyən oğlanın – düzdür, Heydər Əliyev dönəmindəki cəhdin qabağını vəzifəni şəxsi qərəz üstündə qisas vasitəsinə çevirənə DÖVLƏT ADAMI-XADİMİ Eldar Həsənov imkan verməmişdi, ancaq “o oğlan” 25 ildən sonra da olsa, dediyini etdi – 80 yaşında Vaqif Musayevi türmədə bir neçə il yatırda bildi!
Cənabi-Allah Vaqif Musayevə rəhmət eləsin, Cənabi- Prezident də Eldar Həsənovun qapısını açsın – Heydər Əliyevdən öyrənməli bu da var: vəzifə verdiklərinə imkan vermirdi şəxsi düşmənçilik etsinlər, amma indi arada olur belə şeylər...
Və mən ilk dəfə elə həmin Vaqif Musayeviçdən eşitmişəm İqbal Məmmədovun adını. Son dəfə deputatlığa namizədliyini vermişdi onda, söhbət əsnasında bildirdi ki, Hacı İqballa da danışmışam, xeyir-dua almışam...
Mənim üçün xətrini dünyalar qədər istədiyim, Azərbaycan və azərbaycnlılar adına özü də, atası Rəsul kişi də çox böyük işlər görən Vaqif Musayevin “Hacı İqbaldan xeyir-dua almışam” deməsi adamın KİM VƏ NECƏ, NƏ BOYDA KİŞİ olmasının vizit vərəqiydi mənim üçün!
Düzdür, onda Hacı İqbal Məmmədov deputat olmadı, Miri Qənbərov oldu – şeyx həzrətləri təyyarədə cənab Prezidentin qəbuluna özüylə bərabər, Allahı da yolüstü yola gətirib xahiş-minnətlə razı salmışdı! Qazanan... şeyx oldu, Miri Qənbərov oldu, itirən leriklilər!
Exit-poll və MSK Vaqif Musayevin artıq 70 faizdən artıq səs yığdığını bəyan eləmişdi!!!
Mən... yəni Aydın Məmməd oğlu Canıyev – indi Aydın Can 2002-ci ildə, hələ Əsgər Məmmədovla, Vaqif Musayevlə, Miri Qənbərovla həyatda görüşməyən, danışmayan imza olaraq yazmışdım “Elçi” qəzetində: “Lerik Azərbaycanın paytaxtıdır”. Və... ümid də edirdim ki, bu boyda böyük dövlət kişiləri olan bölgə haqq edir öz layiqli çəkisində ölkə parlamentində, hökümətində, iqtidarında təmsil olunmağı!
Əslində də Əlikrm Hümbətov və ona züy tutanları düşməncəsinə və qəddarcasına tənqid etməyimin kökündə bu durur: hər bir yanlış ifadə... Rəfael Allahverdiyevlərə, Namiq Abbasovlara, Kəmaləddin Heydərovlara imkan verir ki, öz ağlı, zəkası, istedadı, bacarığı ilə yüksəlmiş O QÜRURLU KİŞİLƏRİ linç etməyə - sadə bir bəhanə vəsilə olur: separatçıdır, maliyyə dəstəyi verir və s. və s. Bu hökümətdə-hakimiyyətdə də hamı və həmişə Eldar Həsənov boyda kişi olmur axı!
50 ilə formalaşan, kişiləşən, ortaya çıxan dövlət xadimi səviyyəsində adamları danqaz, ağzından çıxardığıyla gündəyməzindən çıxanın fərqini bilməyənlər məhz buna görə hədəfim olur!
Nə isə... iydədə var, cəhrədə də, onları rahatlayan... filankəsdə də. Deməyim o deyil, deməyim o ki... heç olmasa, bundan sonra bu tendensiyaya kənddən-kəsəkdən dabanıyırtıq, çulucırıq, ağzının danışığını bilməyənlərə görə fürsətcillik edənlərə dəstək olmayaq!
Bəli, mən təxminən 20 ildir bu adı eşitmişəm və özü də Ağsaqqal bildiyimin təqdimatında! Mənim üçün onda Lerikin böyük kişisiydi! Halallıq adamıydı! Ondan sonra Azərbaycan iqtisadiyyatında və siyasi həyatında sanbalıyla ortaya çıxdı İqbal Məmmədov!
Təbii ki, mən özündən də, qardaşlarından da, ailə düzənindən də, işgüzarlığından da məlumatlıyam (peşəm imkan verir), haracan xeyirxah, haracan qəddar, haracan ağsaqqal, haracan zirək, haracan mərd, ləyaqətli olduğunu da gözəl bilirəm: Lerikdə hakim olmuş adamdan Lerikdə əlinin altında fəhlə işləyəninəcən hər kəsdən informasiya almışam!
Və indi bu yazını qapısını belə tanımadığım, üz-üzə heç vaxt gəlmədiyim İqbal Məmmədovdan ona görə yazıram ki, onun qapısını tanıyanlar, üzünü görəndə əlini öpənlər kampaniya aparır əleyhinə!
Bu kampaniya o biri və o birilərinə qarşı aparılan kampaniyalardan qətiyyən fərqlənmir: QÜRUR KİŞİSİ olmağını sinirə bilmirlər! Ağlının, zəkasının, istedadının, savadının, işgüzarlığının, zirəkliyinin gətirdiyi dividendi həzm edə bilmirlər!
Bunlar Hadı Rəcəbli tipində qürursuz adamları qəbul edirlər!
Bunlar sinirə bilmir Hacıbaba Əzimov, Əsgər Məmmədov, Vaqif Musayev, İqbal Məmmədov tipində QÜRUR KİŞİLƏRİni, baxmayaraq ki, Prezident səviyyəsində dəyərləndirilirlər – hər dəfə mətbuata, müzakirəyə qürura, ləyaqətə toxunan, aşağılayan komploları buraxırlar!
Bizim o dağdakı-daşdakı donbalanlar da guya el-oba təəssübü çəkirlər, qoşulurlar züyçü dəstəsinə bu şantajları dövrəyə buraxan bacısını öpənlərin!
Guya adam donuz ferması saxlayırmış! Allah evini tikməsin, hazır zavod işlədən adamdı e – Azərbaycanda, Türkiyədə! Məhz Hacı İqbal Məmmədov kimi adamlar üçündür o deyim: bircə donuzu əskikdi! Neynir donuz saxlamağı? Eşşək saxlayanların, balina alanların, təyyarə anqarı açanların aqibətini görmür ki, Hacı İqbal?
Dövlət sahəsində, dövlət sifarişləri yerinə yetirən istehsalı qoyub neynir ki, “paraşa” qazanmağı!
Üstüörtülü deyirəm: Azərbaycanı bir dəfə Allah ona vətən nəsib edib, bir dəfə də özü döyüşüb-vuruşub Azərbaycanlı olmağı, Azərbaycanda olmağı haqq edib! İndi Heydər Əliyev, İlham Əliyev bu haqqı ona tanıyıbsa, onun mübarizəsini, ləyaqətini, mərdliyini, sədaqətini görübsə, sən neyləyəcəksən ki, bu “donuz sevda”nla, donuz ittihamlarınla?
Hacı İqbal Məmmədov parlamentin deputatıdır – ictimailəşmiş siyasi xadimdir. Əlli yazı yazıla bilər, cavabını özü verməlidir – istəməsə verməyə də bilər! Mən nə o yazılara görə tərpəndim, nə də narazı olduğum parlamentin fəaliyyətinə görə!
Sadəcə, vurğuladım: bu ölkənin qürur kişilərini ləkələməyə cəhd etməyin! Onları kimlərinsə tumanlarından çıxartdığı “faktlarla” kimlərinsə qoltuğuna sığınaraq şantaj etməsinə rəvac verməyin!
“Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq” deyib ən iyrənc şəkildə aşağılayıcı komplolarla ortaya çıxmağın əleyhinəyəm, yoxsa ki, Hacı İqbal Məmmədov nail olduğu uğurları bizim müdafiə yazılarının üstündə qazanmayıb! Özü də bu gün yox – hələ, mən biləni, 20 il qabaq, o dərəcədə ki, rəhmətlik Vaqif Musayev sağlığında ondan xeyir-dua alırdı!
Dəyərlərə toxunmaq olmaz, toxunarsan, sənə cavabın ən yüngülü... yalançının anası... olacaq!
Zaman-zaman rusların bolşevik və mujik təfəkküründən gələn belə bir iddia olub: varlıları yıxmaq!
II Yekaterinanın vaxtında kəndli üsyanı qalxır, çariça deyir ki, görün nə istəyirlər, deyirlər ki, qışqırırlar ki, rədd olsun varlılar! II Yekaterina əmr verir ki, tapdayın, qandallayın onları, mənim babamdan bu yana 200 ildir çalışırıq ki, biz varlı olaq, bunlar deyir rədd olsun varlılar!
Və... vicdanlı, ədalətli olsaq, etiraf edərik: bu tendensiya nəinki Talış mahalının, eləcə də hər bölgənin varlı adamlarına qarşı edilir: düya miqyaslı ən varlılrımızdan və həm də üzdə olan, oliqarx olmayan İlham Rəhimova qarşı aparılan təbliğata baxın!
Bu tendensiyaya son qoyulmalıdır – o ayrı məsələdir ki, iqtisadi islahatlar yoxdur, monopoliya hakimdir, oliqarx məmurlar hər tərəfdən gəmirir, amma axı nə İqbal Məmmədov bu hökümətin hesabına varlanıb, nə də İlham Rəhimov: dorğudandamı biz öz ölkəmizin ayaq üstə durmuş, özü özünü yüksəltmiş adamları məhv etməyi məqbul sayırıq ki, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Rəfael Mirzəyev və başqaları kimi hökümət icazəsi olanlara möhtac olaq?
44 günlük müharibə dönəmində ən çoxu elə dörd deputat döyüş bölgələrində oldu, əsgər və şəhid ailələri onları gördü: Aqil Abbas, Cavanşir Feyziyev, İqbal Məmmədov və Qənirə Paşayeva!
O qədərmi çoxdular 124 deputat sayı nisbətində?
Niyə Ağcabədidən Aqil Abbası, Tovuzdan Qənirə Paşayevanı, Lerikdən İqbal Məmmədovu, Şəkidən Cavanşir Feyziyevi qaralayaq ki?
Miri Qənbərov deputat olanda neçə leriklinin yaralı barmağına ilkin tibbi yardım göstərdi?
Hökümətin varlandırdığı ilə özü varlananın fərqini və varı alınanları, varını xərcləyənləri görməməzlikdən gəlmək nə dərəcədə bizə xeyirdi?
Son söz əvəzi: belə yazıları aqressiv yazmaya bilmirəm, müdafiəsinə durduğum da razı qalmır, tənqid hədəfi etdiklərim day heç də!
Amma həqiqət budur – biz bir-birimizi yola vemrəliyik, şəxsi münasibətlər üstündən yox, milli mənafe və dövlətçilik baxımından!
Nəzərə almaq lazımdır ki, bəlli bir bölgənin ağ işığı timsalında qalan bölgələr nə kölgədə qalsın, nə üstlərinə kölgə düşsün, nə də qaral(an)sınlar!
Azərbaycanın ehtiyacı bunadır!
Ölkənin ayağa qalxması üçün hər bir bölgənin ayağa qaldıranı olmalıdır – vətənə, dövlətə, sədaqətli birinin vasityəsiylə!
İqbal Məmmədovu müdafiə edəndə Qəirə Paşayevanı, İlham Rəhimovu müdafiə edəndə Cavanşir Feyziyevi söymədən!!!
Bizim olanın dəyərini biz verməliyik - allah və hökümət onlara nə verib verib...
Uduazan Lerik, Şəki, Tovuz, Azərbaycan olacaq!
SÖZARDI: Ad günündə yazacaqdım – düşdü bayramlara, it-bata düşməsin və diqqətdən kənar qalmasın deyə, indiyə saxladım.
MM-də Lerik və Azərbaycan adına təbrik olunası deputatlardan biridir və mən ilk dəfədir yerində olan nümayəndəyə tostologiya janrında portret çəkirəm, hərçənd bunu illər öncə və ardıcıl etməliydim – prisiplərim imkan vermirdi: nə qədər ki, bölgəmizin nümayəndəsi vəzifədədi imkanlıdı, qoy şəkili bakılı naxçıvanlı qazaxlı qapısından razı qayıtsın, mənə gətirdiyi imic və şərəf də bəs edər!
İqbal Məmmədovdan ona görə yazdım ki, qoymurlar adam dincliklə otursun, dinc durmağa da qoymurlar!~
Hacı İqbalMəmmədovu həm də ona görə dəyərləndirirəm ki, bəzən deputat olmağını unudur, QÜRUR KİŞİSİ olmağını sərgiləyir – bu xarakterini alqışlayıram, eynən özüm eləyəm!
Təbriklər... – ad gününə gec olsa da, yaşamına, insanlığına, millət vəkilliyinə təbriklər deyirəm, təşəkkürlər də öz yerində!!!

 
"Millidəstək.az" saytı olaraq müraciətitəqdim
 edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÇÜSÜ, "ŞÖHRƏT" ORDENLİ AFTANDİL İSRAFİLOV tərəfindən  MÜRACİƏT
 Hörmətli cənab prezident! İcazə verin ilk növbədə İkinci Qarabağ müharibəsində Ali Baş komandan kimi qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edim. Siz Azərbaycanın tarixində torpa
qları işğaldan azad edən yeganə sərkərdəsiniz. Adınızla qürur duyur, fəxr edirəm. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Ulu öndər kimi Siz də incəsənət adamlarına qayğı ilə yanaşır, rifah halının yaxşılaşdırılmasıyla bağlı mühüm qərarlar verirsiniz. Şəxsən mən hər addımda qayğınızı hiss edirəm.
Möhtərəm prezident! On illərdir ki, incəsənət sahəsində çalışıram.
Həmişə dövlətimiz sənətimi qiymətləndirmiş, yüksək fəxri adlar və mükafatlarla fərqləndirmişdir. Sizə müraciət etməkdə məqsədim uzun illər mənimlə çiyin-çiyinə mədəniyyətimizə xidmət göstərən müğənni Elşad Qarayevlə bağlıdır. E. Qarayev 1980-ci ildən müğənnilik fəaliyyəti ilə məşğuldur. Məlahətli səsi ilə xalqın rəğbətini qazanmışdır. Bütün dövlət tədbirlərində aktiv iştirak edir. Dövlətə, dövlətçiliyə sadiq adamdır. Çox təəssüflər olsun ki, indiyə kimi sənətinə layiqli qiymət verilməmişdir. Yaşının altmışı keçməsinə baxmayaraq bu gün də incəsənətimizə şərəflə qulluq edir. İncəsənət adamlarına fəxri adlar veriləndə istedadlı müğənni Elşad Qarayevi də nəzərə almağınızı xahiş edirəm. İnanıram ki, onun fəxri ada layiq görülməsi sənətsevərlərin sevincinə səbəb olacaq. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
Dərin hörmətlə; Aftandil İsrafilov

Azərbaycanda fəaliyyət göstərən əcnəbi iş adamı GÖMRÜK KOMİTƏSİNƏ MÜRACİƏT ETDİ
Qanunsuzluqla üzləşən türkiyəli biznesmendən Gömrük Komitəsinə MÜRACİƏT

Uzun illərdir kənd təsərrüfatı fəaliyyəti göstərən “Baləkən Toxum” MMC-nin direktoru Serhan Keltepe gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlarla bağlı ictimaiyyətə və Dövlət Gömrük komitəsinin rəhbərliyinə müraciət edib.
.... xəbər verir ki, 27.02.2021-ci il tarixdə teleqram vasitəsi ilə DGK sədri Səfər Mehdiyevə müraciət edərək Balakən Gömrük idarəsi tərəfindən rəhbərlik etdiyi şirkətin idxal fəliyyətinə əngəl yaradan qanunsuz hərəkətləri barədə məlumat verən iş adamı komitə sədrinə yenidən müraciət edib.
O bildirib ki, 22.02.2021-ci il tarixdə Türkiyə Respublikasından ixrac edərək ölkəmizə gətirdiyimiz gübrələri Balakən Gömrük idarəsində rəsmiləşdirmək üçün müraciət edib: “Qaydalara uyğun olaraq tərtib edilmiş 01211000057393 nömrəli gömrük bəyannaməsi ilə “NOVA BOR” adlı mineral gübrənin, mineral gübrə olmasına dair Mərkəzi Gömrük Ekspertiza İdarəsindən rəy, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi Şəhadətnamə və aqrokimyəvi maddələrin idxalına dair mötəbər dövlət qurumlarının rəylərinin olmasına baxmayaraq (sənədlər əlavə olunur), Balakən Gömrük idarəsinin rəisi tərəfindən qanunsuz olaraq həmin gübrə məhsuluna ƏDV tətbiq edilməsi barədə göstəriş verilmişdir. Buna etiraz etdikdə rəsmiləşdirmə prosesi gömrük idarəsinin rəisi tərəfindən dayandırılmışdır. Məhsulun Türkiyədən daşınmasını həyata keçirən nəqliyyat vasitəsi günlərdiki saxlanılmışdır.
Bu qanunsuzluqdan əlavə 15.02.2021-ci il tarixdə idxal etdiyimiz mineral gübrə məhsuluna ƏDV hesablanmış və sonradan gübrə olunduğu tam təsdiqini tapsada problem bu günədək həll edilməmişdir (sənədlər əlavə olunur).
Balakən Gömrük idarəsinin rəhbərliyinin bu qanunsuz hərəkətləri nəticəsində şirkətin qanunla qorunan mənafeyi pozulmuşdur, maddi zərərlə üzləşmişik.
Səbəb olaraq deyirlər ki, Azərbaycan Respublikasının gömrük sistemində həmin kodun olmaması və malın kodu ixrac bəyannaməsində 382499969068 olaraq göstərilməsidir, lakin bey-nəlxalq standartlarda bu kod gübrə olaraq qəbul edilir.
Eyni zamanda məlum olduğu kimi AR-nın Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə əsasən mineral gübrənin idxalı və satışı ƏDV-dən azaddır. Təəsüf ki, Balakən Gömrük idarəsinin bu qanunsuz hərəkətlərinin məqsədi fəliyyətini şəffaf şəkildə quran sahibkarları çətin vəziyyətə salmaqdır”.
Qeyd edək ki, ölkəyə idxal edilən gübrə kənd təsərrüfatında məhsuldarlığın artırılması, fermerlərin daha yüksək məhsul əldə etməsi, rəqabətədavamlı, sağlam məhsul yetişdirilməsi üçün vacib maddələr ehtiva edən gübrədir.
İş adamı Balakən Gömrük idarəsi tərəfindən sahibkarlıq fəaliyyətinə yönəlmiş qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edib. O, məsələnin daha geniş auditoriyaya çatdırılması və dövlət rəhbərliyinin də diqqətinin cəlb etmək məqsədilə yaxın günlərdə Bakıya gələrək üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirəcəyini də əlavə edib.

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Ardını oxu...