Son xəbərlər


İctimai Televiziya və Radio Yayımları haqqında Azərbaycan Respublikasının qanunun 6.0.1 (özünün yayım xidmətlərini yaratmaq) və 6.0.4 (ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq) maddəsinə əsaslanaraq, mərkəzi Şuşa şəhərində olmaqla televiziya kanalının Qarabağ bürosunun açılması barədə qərar qəbul edilib.

Ardını oxu...


MİLLİ QÜRUMUZU QAYTARAN ŞƏXSİYYƏT

Mənliyimiz, qürurumuz olan Bayrağımızın ad günü ərəfəsində, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin məntiqli siyasəti, müzəffər ordumuzun gücü, və xalqımızın birliyi, inamı nəticəsində Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Bu tarix xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Azərbaycanın gücünün, milli həmrəyliyinin, prezidentimizin bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacardığının tarixi və sübutudur. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq böyük sevinc yaşadan tarixdir. Bu haqq yolumuzun tarixidir. İyirmi səkkiz illik həsrətin yarasına məlhəm qoyulan tarixdir. Şuşanın Dövlət Bayrağı günü ərəfəsində azad edilməsi, müqəddəs bayrağımızın ən şərəfli günüdə Şuşada əbədi dalğalandırılması qürurvericidir.
1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olunsa da 2020-ci il noyabrın 8-də - 28 il yarımdan sonra işğala Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər, şanlı ordumuzun rəşadəti ilə son qoyuldu. Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərinin düşmən işğalından azad olunması xalqımızın ən böyük arzusu idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: "Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. 
Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! 
Bu birlik əbədi olacaq! 
Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Möhtərəm prezidentin bu tarixi çıxışı bütün azərbaycanlıların həsrətlə gözlədiyi xəbər oldu.
Yaşasın Azərbaycan xalqı və onun layiqli lideri İLHAM Əliyev!
QARABAĞ AZƏRBAYCANDIR!

Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan Əbilov.

Rumıniyanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıram.

Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.

Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq.

Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik.

Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm”.

 

“Gəncəyə hücumlardan böyük kədər hissi keçiririk”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

 

Biz Sizin rəhbər kimi daşıdığınız məsuliyyətli yükü yalnız təsəvvür edə bilərik. Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətliyiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız.

Oktyabrın 18-i - Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən güc və inam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurğuladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.

Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Vaira Vike-Freyberqa

1999-2007-ci illərdə Latviyanın Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.
 
İsmail Serageldin

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri”.

Milli Məclisin deputatı Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasının (AVP) Mətbuat xidmətnin rəhbəri Tünzalə İsmayıllı bəzi mətbuat orqanlarında F.Ağamalı barəsində yer alan fikirlərə münasibət bildirib.

Ardını oxu...