![]() |
![]() |
Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Tarixdən, bəlli zamanın bu günümüzə qədər gətirdiyi və süzgəcindən keçirdiyi münaqişələr, o cümlədən ikinci Qarabağ savaşı bir daha subut etdi ki, vətənə dar gündə mərd oğullar gərəkdir. İmperiya buxovundan xalqlar azad olsa da, sərhədlərinin yağmalanmış vəziyyəti müstəqilliyini təhdid edir. Belə bir təhlükəli nümunə müstəqil Azərbaycan Respublikası üçün də vardı. Çünki, Sovetlər Birliyinin süqutunu həzm edə bilməyənlər, SSRİ-nin keçmiş sərhədlərinə qayıtmaq üçün yaratdıqları regional münaqişələrin həll olunmasını istəmirdilər. Bəzi keçmiş postsovet respublikalarında olan oxşar nümunələrdən biri də Azərbaycanda Qarabağın işğalı ilə qalırdı.
30 ilə yaxın müddətdə həllini tapmamış bu münaqişə artıq son illər Müstəqil Azərbaycan Respublikasının suverenliyinə, onun ərazi bütövlüyünə təhdid olaraq qalırdı, cəsarətimizi də sınağa çəkirdi. Bu əsasda erməni separatçıları Şuşanı Qarabağın paytaxtı elan edəndə əsəblər tarıma çəkilmişdi. İşğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan, eləcə də ermənistanın baş naziri Nikol Paşinyan baş terrorist kimi danışırdılar. Paşinyanın müxtəlif ölkələrdən təmsil olunan jurnalistlərin qarşısında: “Tarix Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik?” - deyəndə Azərbaycan xalqı, onun prezidenti bir daha əmin oldu ki, Paşinyan və onun himayədarları işğal etdikləri Qarabağı danışıqlar yolu ilə qaytarmayacaqlar. Əksinə, onun səsləndirdiyi fikirlərinə müxtəlif zamanlarda işlətdiyi yaxın mənalı digər ifadələrini də əlavə etdikdə, sətiraltı anlaşılırdı: “Bacara bilirsinizsə, tarixi torpaqlarınız olan Qarabağı alın, əks təqdirdə verəsi deyilik...”
Bəli, belə vəziyyətdə Azərbaycanın mərd oğlanlarının üzərinə böyük məsuliyyət düşürdü - “Öldü var, döndü yoxdu”. Artıq Qarabağ münaqişəsi sülh yolu hesab edilən orbitindən çıxıb, Azərbaycan oğulları üçün namus, qeyrət, şərəf statusunda yuxuları ərşə çəkmişdi.
Əsəbləri tarıma çəkilən, zəncir “gəmirən” fikirləri hər gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə hakim kəsilən gənclərdən biri də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş Namazov Mahmud Ələsgər oğlu idi.
Müddətdən artıq hərbi qulluqçu olan Mahmud Namazov 27 sentyabr 2020-ci ildə erməni separatçılarının Azərbaycanın Tərtər rayonu istiqamətində həmlələrinin dəf edildiyi ilk günlərdə Qazax batalyonundan aktiv döyüş mövqelərinə göndərilir. O, Tərtər, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edir. Döyüşlərin daha intensiv fazasına daxil olan Füzuli rayonunda vuruşur.
Bu rayonu erməni separatçıları, onların havadarları alınmaz bilirdilər. Füzulidə ermənilər tərəfindən kilometrlərlə qurulmuş istehkamlar, yeraltı blindajlar qəvi düşmən və patronajlarında əminlik yaratmışdı ki, bu rayonun geri qaytarılması aylarla vaxt alacaq və ya mümkün olmayacaq. Əslində Füzuli uğrunda döyüşlərin ilkin günlərində erməni tərəfinin açıqlamaları, onların imperialist havadarlarının fikirlərində üst-üstə düşən məqamlar çox idi. Bütün bunlara baxmayaraq, Azərbaycan ƏSGƏRİ ermənilərin illərlə yaratdığı hərbi mifi Füzuli rayonunu qısa müddətdə işğalçılardan azad etməklə dağıtdı.
Füzuli uğrunda gedən gərgin döyüşlərdə ŞƏHİD olan əsgərlərimizdən biri də Mahmud Ələsgər oğlu Namazov oldu. Taleyinə şəhid olacağı yazılan bu gəncin arzuları vardı. Bütün arzuları isə Qarabağın erməni terrorçularından azad olunmasından sonra gəlirdi. Arzuların alisinə qovuşdu Mahmud. O, şəhidlik zirvəsinə yüksəlməklə ölümsüzləşdi.
“OĞLUMU ÖLÜMSÜZ BİLİRƏM, AMMA HƏR EHTİMALA EHTİYYATLI OL”.
Qızğın döyüşlərin birindən sonra Mahmud Namazov kəndə zəng edir, valideynləri ilə hal-əhval tutur. Danışıq zamanı Mahmud anası Gülsənəm Namazovaya bildirir ki, darıxmasın, yaxın zamanda daha bir rayonla bağlı qələbə xəbəri eşidəcəklər. Bir müddət sonra o, məğrur Azərbaycan əsgəri kimi kəndə qayıdacaq. Anası Gülsənəm Namazova isə Mahmuda: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol” - deyir.
Qədim yunan inanclarına görə, Olimp dağlarında yaşayan Fetida adlı su ilahəsi oğlu Axillesi körpə ikən yeraltı səltənətdən keçən çayların sularına salmışdı. Çayın suyu insanın bədəninə dəydiy üçün ona qılınc, atılan ox təsir etməzmiş. Fetida buna görə oğlu Axillesi ölümsüz bilərmiş... Bu rəvayətdən əsrlər, qərinələr keçib. Tarixdə rəvayət deyil, Axillesin döyüşkən ruhu, onun adına yazılan kitablar, çəkilən filmlər qalıb. Bunlar onun adını yaşadıb, ölümsüz edib. İndi yunanlar onunla bağlı danışarkən nə rəvayəti, nə onun zəif yeri olan dabanını nəzərə alırlar. Onlar tarixi köklərə, milli mənsubiyyətə dayanıb, Axillesi milli qəhrəmanları səviyyəsində səciyyələndirirlər. Budur, Axillesi ölümsüz edən faktor.
Bəli, GÜLSƏNƏM ana, siz MAHMUDu ölümsüz bilməkdə haqlısınız. Bu mövzuda tarix təkzibolunmaz faktlarla doludur, QƏHRƏMANLAR ÖLMÜRLƏR. Onlar haqqında məqalələr, kitablar yazılır, flimlər çəkilir. Bununla da, ölümsüzləşirlər. Çünki, Mahmud Namazov kimi qəhrəman oğullar vətən, onun ərazi bütövlüyü, sərhədlərinin tamlığı üçün vuruşaraq ÖLÜMSÜZLƏŞDİLƏR,əbədiyyətə qovuşdular. Onlara realizmin ovqatı hakim kəsildi və düşməni pərən-pərən edərək terrorçuların, onların havadarlarının alınmaz qala hesab etdiyi FÜZULİ rayonu uğrunda səlnamə yazdılar, ALLAHIN şəhadətinə qovuşdular.
Azərbaycan dramaturqu, dahi mütəfəkkiri Hüseyn Cavid demişkən: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli” frazasında illər sonra qəhrəman səviyyəsində səciyələndirilmələri üçün döyüşə-döyüşə özləri öz tarixlərini yazdılar, ŞƏHİD olub, yollarını müəyyənləşdirdilər.
Bu gün AĞSTAFA rayonunun QIRAQ KƏSƏMƏN KƏNDİNDƏ ad günü qeyd edilən ŞƏHİD MAHMUD NAMAZOV da ümummilli səviyyədə adını indeksləşdirdi. Şəhidlik zirvəsinə yüksəlməklə, özündən sonra Azərbaycan gəncliyinə - tarix xəyal quranları deyil, tarixi anı gerçəkləşdirənləri tarixdə saxlar - demiş oldu.
ALLAH rəhmət eləsin!
FAKTİNFO.AZ
10 noyabr 2020-ci il bəyənatı Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, işğalçı Ermənistanın kaputulyasiyası ilə başa çatdı. 44 günlük vətən müharibəsində əldə olunmuş tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir. Bəyənatı imzalayan Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları bölgədə sülh və sabitliyin iqtisadi əməkdaşlıq əlaqəsinin gələcək perspektivi üçün geniş imkanlar yaratmışlar. Bəyənatda Ermənistan ərazisindən Naxçıvana birbaşa nəqliyyat dəhlizinin yaradılması ideyasını da nəzərdə tutur.
44 günlük müharibədə ələdə edilmiş tarixi qələbə və imzalanmış Bəyənat Cənubi Qafqaza sülh və sabitlik gətirdi. Türkiyənin savaşdan sonra Müşahidə Şurasındakı iştirakı bölgədə sabitlik üçün vacib amilə çevrildi. Azərbaycan Türkiyə əməkdaşlığı Cənubi Qafqazda yeni siyasi, iqtisadi, humanitar əməkdaşlıq imkanlarını daha da artırdı.Ermənistanın uzun illərdən bəri işğalçı və təcavüzkar siyasəti ona nə verdi? Dünyada işğalçı dövlət kimi tanındı. Ölkə daxilində dərin böhran və bölgədə böyük beynəlxalq layihələrdən kənarda qalmaq kimi bir vəziyyətə düşdü. Bu gün Ermənistan üçün də geniş yeni şans yaranıbdı. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan boyun qaçırsa bir dövlət kimi dərin bir uçuruma yuvarlanar və əhalisi dilənçi vəziyyətinə düşər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin qarşılıqlı hörmət əsasında qurulması bu ölkənin gələcək inkişafı üçün zəmin yaradacaqdır.
Ermənistan təcavüzkar siyasətindən əl çəkərsə azərbaycan vasitəsilə digər ölkələrlə əlaqələrinin yaranmasına şərait yaranar. Türkiyə öz sərhədlərini Ermənistan üçün açmış olar.
Bu gün dünyada eləcə də bölgədə Azərbaycanın ruhu və nüfuzu güclüdür. Beynəlxalq layihələrin müəllifi kimi Azərbaycan istəyir ki, qonşu ölkələr arasında sülh və sabitlik olsun. İqtisadi əlaqələr hər bir ölkənin əhalisinin həyat şəraitini və güzəranını yüksəltsin. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, bizim siyasətimiz həm müharibə dövründə həmdə müharibədən sonra birmənalıdır: “ Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür”.
Azərbaycan, Türkiyə, İran və Rusiya ilə birgə həyata keçirilən beynəlxalq layihələr iqtisadi inkişaf üçün böyük imkanlar yaradır. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə onun vəziyyəti daha da pisləşəcək. Bu iki vurmaq iki kimi aydın bir işdir. Bu gün Ermənistanda sağlam düşüncə, ağıllı siyasət üstünlük təşkil etməlidir. Bunun əksi isə Ermənistan üçün özünəqəsd olardı.
Salyan Poçt filialının direktoru Əliağa Mustafayev
Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.
44 günlük vətən müharibəsində cənab Prezidentin qətiyyətli addımları və nizami rəhbərliyi ilə,ordumuzun böyük fədakarlıqa döyüşərək,Xalqımıza ümummilli qələbəni qazandırması,Dövlətin şəhidlik zirvəsinə ucalmış qardaşlarımızın ailəsini və qəhraman qazilərimizi daima diqqət və qağıda saxladığını göstərdi.Şübhəsiz məkrli erməni xislətini özündə daşıyan,erməni muzdlu və Ermənistan silahlı qüvvələri ilə,tarixi,əzəli və əbədi torpaqlarımzda müharibə etmək,qələbə qazanmaq,bir ölkə olaraq bizim itirilmiz və əlimizdən zor ilə alınmış haqqımız və ədalətimiz idi. Mən Ali Baş Komandanımızın yüksək əhval-ruhiyyə ilə başladığı və qələbə ilə bitirdiyi müharibədə,Xalqımızın bütövlüklə bir yumruq kimi birləşməsini qürurla qeyd etmək və Dövlətimizin şəhid ailələrinə,qazilərimizə yaxından əlaqə və qayğısı barədə yazmaq istəyirəm.Əminəm ki,bundan sonra zaman keçdikcə,əzmli sərkərdəmiz İlham Əliyevin qələbəyə hesablanmış uzaqgörənliyi və planlı hərəkətləri,şanlı ordumuzun isə şücayəti hələ uzun illər müzakirə olunacaq,dünya dövlətləri hərbi və strateji baxımdan bu müharibədən özləri üçün nümunələr götürəcəkdir.Tarixə ən qısa müddətli müharibə kimi düşən bu vətən müharibəsi qədirbilənxalqımızın necə tarixi kökləri olan bir xalq olduğunu sübut etdi.
Bildiyiniz kimi Prezidentin xüsusi tyəşəbbüsü ilə Bakı şəhəri Ramana kompleksində 1512 mənzildən ibarət,9 mərtəbəli 30 bina inşa olunub.Kompleksdə orta məktəb,uşaq baxçası,klub-icma mərkəzi tikilmişdir.Qeyd edim ki,cari ilin yanvar ayında Prezidentin sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən,2021-2025 ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil,habelə fərdi evlə təmin olunacaqdır.Burada uşaq baxçası və 1200 yerlik məktəb inşa olunub.Yəni yaşayış üçün bütün imkanlar var.Nəzərinizə çatdırım ki,müharibədən cəmi 3 ay yarım zaman keçib,ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə yaşayış kompleksi tikilərək,təqdim olunub. Qazilərimizə isə tibbi yardım,əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Vətən müharibəsində ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi protezlərlə təmin edilib,normal həyata dönə biliblər.Bir sözlə müharibə zamanı əlini,qolunu itirmiş qazilərimizçün ən müasir protezlər sifariş edilmişdir.Burada minlərlə qazi hər il müalicə alacaq,öz sağlamlıqlarını bərpa edəcəkdir. Bu günədək 9200-ə yaxın şəhid ailəsi,müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşdur.Bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulmuşdur.Demək həm Birinci ,həm ikinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızın ailələrinə Bakıda,Sumqayıtda,Abşeron rayonunda bu ilin sonunadək mənzillər veriləcəkdir.Əlavə olaraq,müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşınıda verilib.Beləliklə,Dövlətimiz şəhid ailələri və müharibə əlillərinin təminatı üçün əlindən gələn hər şeyi edir. Gənclərimizin Ali Baş Komandanın,ölkə rəhbərinin çağrışına və tapşırığına böyük həvəslə əməl etməsi,möhtəşəm qələbəmizi şərtləndirən amillərdən biri oldu.Bu gün fəxrlə deyirəm ki,bu müharibədə,ölməz şəhidlərimiz,əlil və qazilərimizlə yanaşı,ölkəmizdə gənc,vətənpərvər,vətəni üçün ölümün üzünə dik baxan gənc nəsil yetişdi.Vətənpərvərlik əzmində Xalqına və dövlətinə,Ali Baş Komandanına sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı yağı düşməndən azad etdilər.Bütün Xalqımız və ölkəmizdə yaşayan xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub etdi.Bu tarixi hadisə idi.Çoxillik yaşı olan ölkəmizin tarixində buna oxşar parlaq qələbə olmamışdır.Dövlətimiz,Ali Baş Komandan İlham Əliyevin mükəmməl uzaqgörən siyasəti və ölkə daxilində yürütdüyü sabit,xalqın sosial-rifah halının daima yaxşılaşmasına hesablanmış,dinamik inkişaf edən iqtisadi-siyasətlə bütün dünyaya öz gücünü göstərdi.Mən,bu müharibədə qazandığımız ümummilli qələbəni təkcə Ermənistan üzərində deyil,bizə qarşı onun tərəfdarlarının,tarixi torpaqlarımızın əbədi işqal altında saxlamaq üçün mütəşəkkil və güclü dairələrin, üzərində çaldığımızı qeyd etmək istəyirəm.Əminəm ki,Ermənistan bu məkrli məqsədi həyata keçirmək üçün bir kiçik alət və bir vasitə idi,hansı ki,istəklərinə nail ola bilmədilər.Arzuları ürəklərində qaldı! Ali Baş Komandanın dediyi kimi “iti qovan kimi,qovduq onları” torpaqlarımızdan.Ermənilər məqsədyönlü şəkildə silahlandırılırdılar bizə qarşı.Azərbaycanda bütün sferalardakı inkişafı,ölkədə yürüdülən stabil siyasətlə əldə olunan uğurlarımızı həzm edə bilməyən xarici və onlara ölkədə maşalıq edən qüvvələrə üzərində qələbəmiz idi bu qələbə. Xalqımızın məsuliyyəti bütün dünyada ölkəmizin Ermənistanla müqayisədə necə fərqli olduğunu bir daha göstərdi.Belə ki,şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməniləri öz torpaqlarımızdan qovub,sərhədə gəlib,sərhədimizin Ermənistan tərəfinə keçmədi.Əslində bildiyiniz kimi bizi buna təhrik etmək istəyirdilər.Əyər ordumuz Ermənistan ərazisinə keçsəydi,vəziyyət başqa cür ola bilərdi.Onlar və tərəfdarları bunu nə qədər istəsələrdə,ordumuzda olan çox güclü hərbi nizam-intizam,vahid kordinasiyadan idarə etmə,Ali Baş Komandana olan tabeçilik,inam və məhəbbət buna imkan vermədi, möhtəşəm qələbəmizi təmin etdi.Qarşı düşmən tərəfindən atılan raketlər Gəncə,Bərdə,Tərtər,Goranboy,Naftalan və cəbhə boyu digər rayonlarımızın dağılmasına gətirib çıxarmışdır.Hətta onların atdığı raketlərdən Xızı rayonunada gəlib düşmüş,xeyli dağıntılara səsəb olmuşdur.Bu da heç-bir müharibə qanun və qaydalarına sığmayan,dinc əhalinin,günahsız insanların tələfatına səbən olmuşdu.Lakin dünya ölkələri və onların ölkəmizdəki nümayəndəlikləri,Qeyri-hökümət,İnsan hüquqları Müdafiə Təşkilatları bu məsələyə də öz ikili standartları ilə yanaşmış,dırnaqarası demokratiya carçıları susmaqla cavab vermişlər. Lakin bütün bunlar nə Xalqımızı nə də Dövlətimizi ruhdan salmır, bundan sonra da yeni müqavilələr imzalanıb,ən müasir silahlar alınır,artıq onlar ölkəmizə gətirilir.Apardığımız müharibə eyni zamanda ordumuzun gələcək təkmilləşdirilməsi məsələlərinidə üzə çıxarıb. Cənab Prezidentin apardığı islahatlar isə daha çevik,daha döyüşkən və döyüş təcrübəsi,qabiliyyəti yüksək olan ordunun yaranmasına səbəb olacaqdır. Sonda diqqətinizi məğlub Ermənistanda müharibədən sonra baş verən xaos halından qeyd etmək istəyirəm.Hazırda məlumunuz olduğu kimi Ermənistanda ciddi siyasi və iqtisadi böhran hökm sürməkdədir.İqtisadiyyat tamamilə çökmüş,erməni xalqının sosial vəziyyəti çox acınacaqlı vəziyyətə düşmüşdür.Bu orda hakimiyyətin yarıtmaz siyasətinin acı nəticəsidir.Günbəgün dərinləşən və artıq həlli mümkün olmayan problemləri aradan qaldırmaq əvəzinə,hakimiyyət üzvləri bir-birini günahlandırır,ittiham edirlər.Artıq Ermənistanda kütləvi həbslər başlayıb və idarəçilik nəzarətdən çıxmışdır.Bunun səbəbi isə,son 30 ildə Azərbaycanla müharibə vəziyyətində olması və qonşu ölkələrlə normal münasibətlərin olmamasıdır.Ermənistanın bundan sonra bir dövlət olaraq var olmasının,inkişaf etməsinin tək yolu, Azərbaycanda aparılan xalqın işıqlı gələcəyinə hesablanmış,sabit iqtisadi-siyasətlə,inkişaf konsepsiyası,proqramları ilə yaxından maraqlanmaq və ondan özünə nümunə götürmək,sülh şəraitində qarşılıqlı əməkdaşlıq etməkdən ibarət olmalıdır. Azərbaycanda isə Ali Baş Komandan İlham Əliyevin,apardığı universal siyasətlə görünən düşmən Ermənistan üzərində 44 günlük tarixi qələbəni xalqına qazandıqdıqdan sonra,dünya iqtisadiyyatını və ölkələrini çökdürən,görünməyən təhlükəli düşmən COVİD19 virusuna yoluxma halını minimuma endirməsi dünyanın diqqətini və marağını özünə çəkmişdir.Nəzərinizə çatdırım ki,pandemiya vəziyyəti ölkəmizdə vətən müharibəsi getdiyi vaxtda da,yəni hamılıqla diqqətin ön cəbhədə olmasına baxmayaraq nəzarətdən kənara çıxmadı,prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyi ilə yoluxma və ölüm halları minimumda saxlanıldı.Qısa müddət ərzində modul tipli xəstəxanaların açılması və fasiləsiz fəaliyyəti,həkimlərimizin xəstələrlə sıx təması virusun ölkəmizdə yayılmasının,kütləvi hal almasının qarşısını aldı.Hər iki ağır döyüşdə lakin qazanılan şanlı qələbənin səbəbi kimi ölkəmizdə xalq-hakimiyyət birliyini görür və alqışlayıram.Hörmətli Ali Baş Komandanım,siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız!Əminəm ki,xalqımız sizinlədir.Nəhayət,mən bütün Saatlılar adından hər iki qələbə münasibəti ilə xalqımızı,Ali Baş Komandan İlham Əliyevi və xalqımız,dövlətimizçün taleyüklü bütün məsələlərin həllində əlindən gələni edən Birinci vitse-prezident Mehriban Əliyanı təbrik edirəm! Qarabağ Azərbaycandır!
Yeni Azərbaycan Partiyası Saatlı rayon 15 saylı ilk partiya təşkilatının sədri. Vüqar Məmmədov
Azərbaycanda telekanallar gündən günə inkişaf edir.
“Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk.
Son günlər LDU ətrafında yaranmış əsassız söhbətlərə aydınlıq gətirmək məqsədilə bəzi fikirlərimi bildirmək istəyirəm.
İddia olunur ki, LDU tələbələrindən bir neçəsi hansısa bəyanatı yayarkən polislər tərəfindən həbs olunublar.
Onu qeyd edim ki, bəyanat universitetə aiddirsə, o bəyantatı universitetin tələbəsi verirsə, onda gəlsin universitetə və müvafiq quruma sivil qaydada təqdim etsin. Sözügedən hadisədə isə üç tələbədən yalnız biri LDU-nun tələbəsidir, digərləri isə başqa ali məktəbin tələbələridir. Məqsəd nədir? Məgər bizim tələbələrimizin müraciətləri baxılmamış qalıbmı? Xeyr! Biz bütün müraciətlərə baxıb, müvafiq qaydada cavablandırırıq. “Əski əlifba” fənnindən narazılığını bildirən tələbənin yazısını arşdıranda bəlli oldu ki, həmin tələbə heç də yazının bütün vərəqlərini göndərməyib, yalnız yarısını göndərə bilib. Buna baxmayaraq nəticələrə humanist yanaşan müəllim tərəfindən də qiymətləndirilib və tələbə imtahandan müsbət qiymətlə keçib. Demək, qiymətdən narazılıq süni şəkildə, kənar təsir vasitəsi ilə qabardılıb. Bəyanatın oxunuşu Universitetə aid olmayan ərazidə asayişi pozmaqla səsləndirmək istəyərkən polis tərəfindən həbs olunanlar hansı əsasla Universiteti günahlandırırlar.
Digər bir iddia, guya universitetdə rüşvət və korrupsiya var. Son beş ildə LDU-da aparılan islahatları nəzərdən keçirsək, tam əminliklə deyə bilərik ki, bu Universitetdə rüşvət YOXDUR!!! Bunu böhtanı yazanlar da yaxşı bilirlər. Bütün burada təhsil alan tələbələr və onların valideynləri bilirlər ki, tədrisin keyfiyyəti ildən ilə yüksəlir və hər sahədə şəffaflıq təmin edilib. Əvvəlki illərdə buna cəhd edən müəllimlər də universitetdən uzaqlaşdırılıb. Maraqlıdır ki, bəyanat yaymaq istəyənlər bir tərəfdən Universitetdə rüşvətin olduğunu iddia edirlər, digər tərəfdən isə, belə hallara cəhd etdikləri üçün uzaqlaşdırılan müəllimləri geri çağırmağı tələb edirlər. Məntiq hardadır?! Yalan, böhtan yazmaqdansa, gəlib hər şeyi öz gözü ilə görmək daha doğru və ədalətli olardı. Son beş ildə iki yeni tədris korpusu tikilmiş, biri əsaslı təmir edilmiş, bir yeməkxana, 160 yerlik oğlanlar üçün müasir tipli yataqxana, 52 yerlik qızlar üçün yataqxana, dəvət olunmuş professor-müəllim heyəti üçün yaşayış mənzilləri, ən müasir avadanlıqlarla təchiz olunmuş beş müxtəlif tədris laboratoriyaları, aqrar ixtisaslar üçün tədris-təcrübə sahəsi, əlavə olaraq beş ha təsərrüfat üçün sahə ümumilikdə Universitetin inkişafı deyilmi? Heç ondan yazan yoxdur! Bütün bunlar prof. Natiq İbrahimovun rəhbəliyi və səyi ilə həyata keçirilib. Qısa zamanda görülən bu qədər işin müqabilində böhtan və iftira dolu yazılara tələbələrimiz haqlı iradlarını da bildirəndə adını “trol” qoyurlar. Axı bu tələbələrimizdirlər ki, bu yaxınlarda Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olmuş, qanı və canı bahasına torpaqlarımızı azad etmişlər! Onun müqabilində belə böhtanmı olar??
Tələbələrin mənzil şəraitni iddia edənlərin xəbəri varmı ki, 160 yerlik yataqxanada cəmi 52 nəfər yaşamaq istədi? Yazarkən, hər şeyi öz gözlərinizlə görsəniz yaxşıdır!
Nəhayət, “Talışşünaslıq” ixtisasının mövcudluğuna gəlincə, onu deyə bilərəm ki, mənim universitetdə 1994-cü ildən fəaliyyətim dövrdə belə bir ixtisas olmamışdır. Kafedranın yaradılmasına gəlincə isə, onu deyim ki, universitet təhsil ocağıdır, elmi-tədqiqat institutu deyil. İxtisas açmaq asan deyil. İxtisasın açılması üçün isə bu dilin bütün sahələrini əks etdirən elmi mənbələr, müxtəlif tədris materialları olmalıdır və bu mənbələr, materiallar əsasında universitet kadr hazırlaya bilər. Arzu edirəm ki, talış dilçi alimlərimiz bu boşluğu doldursunlar, yazarlarımız da talış dilində bədii əsərlər yaratsınlar ki, bunların əsasında dərsliklər yazılsın. Elmi-tədqiqat institutları isə tədqiqat aparıb talış dilinin incəliklərini üzə çıxarsınlar. “Talışşünaslıq” şöbəsi də o institutlarda açıla bilər.
Göründüyü kimi, “tələbələrin” bəyanatındakı iddialar böhtandır, və digər məsələlər isə ümumən Lənkəran Dövlət Universitetinə aid deyil.
Sivil müzakirəyə həmişə hazırıq və haqlı olduğumuzu da əyani şəkildə göstərməkdən çəkinmirik.
Kamran Kazımov,
filologiya elmləri namizədi,
dosent, Universitetin sosial
məsələlər üzrə prorektoru