Son xəbərlər

Bu gündən avtomobillərdə jalüzlərdən istifadəyə icazə verilir















Bu gündən, mayın 1-dən respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə icazə verilir.
“Report” xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Məktəblərdə dini biliklər necə veriləcək? – Komitə sədri detalları AÇIQLADI













“Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

“Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Bütün məsələlər nəzərə alınır ki, şagirdlərə hər hansı bir fikir yanlış çatdırılmasın”.

Komitə sədrinin bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları orta məktəblərdə ayrıca dini dərslərin keçirilməsi ilə molla təfəkkürlü insanların yetişdirilməsinin baş verəcəyini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı modern.az-a açıqlamasında deyib ki, orta məktəblərdə dini dərslərin keçirilməsinə normal yanaşmaq lazımdır:

“Görünür, bəzi insanlar düzgün anlamayıb. Orta məktəbdə oxuyan şagird din haqqında biliyi hardan almalıdır?! Xristianlığın, bütpərəstliyin, İslamın nə olduğunu hardan bilməlidir?! Sovet dövründə “İctimaiyyət” fənni vardı. Azərbaycanda isə məktəblilərə dini məlumatlar “Həyat bilgisi” dərsliyində keçilir. Sadəcə bu proqram bir qədər genişlənəcək”.

Mübariz Qurbanlı bildirib ki, bəziləri din xadiminin hazırlanması ilə din haqqında bilgi verilməsini eyniləşdirirlər:

“Halbuki, din xadimi hazırlamaq ayrı şeydir, din haqqında bilgi vermək tamam ayrı məsələdir. Yəhudiliyin, xristianlığın nə zaman meydana gəldiyini necə öyrənməliyik?! Təbii ki, orta məktəbdə dini tədris etməklə bunları öyrədəcəyik. Uşaqlar müqəddəs kitablar olan İncil, Tövrat, Quranın nə olduğunu biləcək. Kilsə ilə sinaqoqu fərqləndirməyi bacaracaq. Bunları öyrətmirik deyə, insanlarımızın dini məlumatı olmur. “Din haqqında bilgi verəcəyik” deyəndə bəziləri elə başa düşür ki, insanlara molla məktəbində keçilənləri öyrədəcəyik”.
"Sky Express"dən müştəriyə hədə dolu zəng: - "Sənin nəslini-kökünü..."














Mən, vətəndaş Gülnarə Cəfərova! Azərbaycan mediasının diqqətini ilk baxışda olduqca sadə görünən, lakin əslində böyük problemləri özündə birləşdirən, böyük bəlalara yol aça bilən bir məsələyə yönəltmək istəyirəm.

Ötən ilin yayında Sumqayıt şəhərində yerləşən "Sulh Electronics" mağazasından kreditlə notbuk götürmüşəm. Bu vaxtacan kredit ödəməsində heç bir problemim olmayıb. Hətta bu mağazanın daimi müştərisi olduğum üçün və ödəmələrimdə gecikmə olmadığı üçün mağaza yeni məhsul almağımı özü təklif etmişdi. Bu ilin aprel ayında bir sıra işlərimin və şəxsi məsələlərimin sıxlığı səbəbi ilə kreditin ödənişini gecikdirmişəm.

"Sulh Electronics" mağazası ilə aramda heç bir problem olmayıb. O mağazadan da, əməkdaşlarından da razıyam. Lakin kredit gecikməsinə görə Bakıda yerləşən "Sky Ekspress"in baş ofisindən mənə zəng edən bir xanımın müştəri ilə danışıq tərzi, işlətdiyi ifadələr məni bir insan kimi səbrimin hüdudlarına çatdırıb.

Zəng edən xanım eyni danışıq tərzi ilə yaşlı anama da zəng edib, etikadan kənar davranışı ilə ailəmə də əsəb problemləri yaşadıb. Bu xanımın müştəri ilə danışıq mədəniyyətinin olmaması barədə şirkətin baş ofisinə zəng edib şikayətimi bildirdim. Şikayətimə baxan başqa bir xanım ondan da betər danışıq tərzi ilə məni tamam təəccübə saldı.

Mənimlə ilk əlaqə saxlayan xanımın işlətdiyi ifadələrin bəzilərini bura olduğu kimi yazıram: "Əlini qulağının dibinə qoyub gözləyirsən, keyfin nə vaxt istəyir, onda ödəyəcəksən?", "Ödənişi etməmək sənin başın üçün deyil!", "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!"

Bu cür ifadələr işlədən, nitq mədəniyyəti, müştəri ilə ünsiyyət qabiliyyəti olmayan bir adamın bu şirkətdə niyə çalışması ilə bağlı şikayət edəndə mənim şikayətimə baxıb mənə zəng edən ikinci xanımın işlətdiyi ifadələrdən də bəzilərini yazıram: "Bizim müdiriyyətimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Siz hara istəyirsiz, şikayət edin, amma sizin üçün yaxşı olmayacaq!" 

Bir kredit şəbəkəsinin əməkdaşları bir vətəndaşla bu cür danışmaq ixtiyarını haradan və necə alırlar? Bu xanımlar bir vətəndaşı belə rahatlıqla hədələmək cürətinə necə sahib olurlar? Onların arxasında kim dayanır?

Hamımıza məlumdur ki, kreditlə bağlı problemi olan çoxsaylı insan intihar edib. Baş verən bu hadisədən sonra intiharların səbəbinin təkcə maddi çətinlik olduğunu düşünmürəm. Hesab edirəm ki, onların intiharının bir səbəbi də krediti verən şirkət əməkdaşlarının bu cür təhqirləri, şərəf və ləyaqəti alçaltmaları, insanların qürurunu sındırmaqları və onları açıq-aşkar hədələmələridir. Ona görə də belə adamların tərbiyədən, mədəniyyətdən, etikadan kənar davranışları, müştərinin şərəfini, ləyaqətini təhqir etmələri, müştəriyə hədə-qorxu gəlmələri qanuni səviyyədə cəzalandırılmalıdır.

Nəzərinizə onu da çatdırım ki, mənə birinci zəng edən xanımın mədəniyyətsiz danışığından sonra onlara bildirdim ki, "Mənə zəng edən kimi bu tonda danışmağa ixtiyarınız yoxdur, hər şeyin hüquqi bir yolu var. Ödənişi gecikdirmişəm, cəriməsi ilə birlikdə ödəyəcəyəm. Siz hansı hüquqi tədbir görsəniz, mən ona riayət edərəm. Amma hüquqdan, qanundan, qaydadan kənar olan bu davranışa görə sizdən üzr gözləyirəm. İşlətdiyiniz ifadələrə görə və danışıq tonunuza görə üzr istəməyincə, heç bir ödəniş etməyəcəyəm."

Digər təhqir və hədə-qorxular mənim bu tələbimdən sonra başladı. İndi də media vasitəsi ilə bütün ictimaiyyətə bildirirəm ki, mənə zəng edən bu xanımlar məndən üzr istəməyincə və çalışdıqları müəssisə tərəfindən cəzalandırılmayınca, heç bir ödəniş etməyəcək, hətta şirkəti məhkəməyə verəcəyəm.

Azərbaycan mediasını bu məsələni gündəmdə saxlamağa çağırıram. Bank, kredit təşkilatı, kredit şəbəkələri tərəfindən əməkdaşların sərt rəftarına, təhqirinə, hədə-qorxusuna tuş gələn bütün vətəndaşları mənimlə bir olmağa, bu adamların hökmranlığına, qanundan kənar davranışına, dərəbəyliyinə qanuni yolla son qoymağa səsləyirəm.

Qeyd: Telefonumda bütün danışıqları qeydə alan proqram olduğu üçün, telefon danışıqlarının hamısının səsyazması məndə var. Zəng edən nömrələri də qeyd edib, saxlamışam.

Redaksiyadan əlavə:

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı “Sky Express” adından Gülnarə Cəfərovaya zəng gələn telefon nömrəsi ilə əlaqə saxlayıb. Zəngə cavab verən, lakin adını açıqlamayan bir xanım baş verənləri təkzib edib və belə bir hadisənin yaşanmadığını söyləyərək, telefonu söndürüb. 

Maraqlıdır, belə olan halda müştəri hüquqlarının müdafiəsi üçün hansı addımları atmalıdır? Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu suala cavab verib.

O bildirib ki, kredit təşkilatının zəng edərək ödənişi tələb etmək hüququ var: "Lakin onların gecikməyə görə kimisə təhqir etmək hüququ yoxdur. Müştərinin sübutu varsa, o təhqirə görə vurulan mənəvi ziyanı tələb etmək üçün məhkəməyə də şikayət edə bilər".

Mütəxəssisin sözlərinə görə, "Sky Express" kredit təşkilatıdırsa, o zaman müştəri Maliyyə Bazarlarına Nəzarət Palatasına da bununla bağlı şikayət ünvanlaya bilər: “Bu şirkət kredit təşkilatı deyilsə, o zaman müştəri İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edə bilər. Belə olan halda isə mənəvi zərər borcun bir hissəsi ilə əvəzlənəcək”.
Bu gün bu ərazilərdə işıq olmayacaq














Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.
Sabahdan məktəblərdə dərslər dayandırılır















Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün müəyyən etdiyi qrafikə əsasən ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.
Nazirlikdən verilən məlumata görə, 1-5 may tarixlərində 5 günlük əlavə yaz tətili olacaq. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq. 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.
Ramazan ayının başlaması ilə bağlı fətva verildi















Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvada bildirilib.

Fətvaya əsasən, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. QMİ-nin . Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
Ramazan bayramı isə iyunun 5-6-a təsadüf edir.
Növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...-VİDEO














Təhsil millətin keyfiyyəti deməkdir. Təhsil keyfiyyətsiz olanda mədəniyyət də, ədəbiyyat da, musiqi də, elm də, eyni zamanda insanlar arasında normal ünsiyyət də olmur. Təhsil varsa, bunlar ucadır, yoxdursa, alçaqdır. Görün nə zamandır, bacı bacının başını kəsir, qardaş qardaşı güllələyir, oğul anasını boğur, ata körpələrini boğur, o birisi də bomba atıb bütün nəsli qırır. Başqa birisi də avtobusu yolun əks istiqamətinə çıxararaq insanları ağuşuna alır. Daha nələr, nələr... Bəs bunlar cahillik deyilsə, nədir?!... Bu gün Azərbaycanda baş verən yol qəzaları, intihar halları, cinayət faktları - millətin təhsili yuxarı olsaydı, ən azı 50 faiz aşağı olardı. Bu cür halların baş verməsi birbaşa təhsillə bağlıdır...Və son dəhşətli olay Bakının 162 saylı məktəbində bir qızcığazın intiharı...Onu məktəb öldürdü...Bəli məhz bu günümüzün təhsil sistemi və ona rəhbərlik ,himayədarlıq edənlər öldürdü...
Gəlin açıq danışaq bu gün təhsil sistemimizdə ,o qədər təhsilə ləkə olan insanlar varki,rəhbər postlarda oturublar.
Təhsildən neqativ yazan kimi Mətbuat şürası az qalır həmin həmin təhsil şöbə müdiri ,məktəb direktoruna görə jurnalistə cinayətkar adı versin.Baxıram ki,162 saylı məktəbin direktoruna himayədarlıqda İcra hakimiyyəti və təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin adı hallanır.Həmən Kənan Quliyev Masallının əxlaqsız təhsil şöbə müdirinə himayədarlıq etməkdədə adı hallanırdı,bu haqda yazmışdım mətbuat şurası iclas edib dedi ki,nə danışırsınız siz belə şeylər yazmayın ,təkzib verin ki,onlar aydan arı sudan durudurlar! Təbii ki,mən bunu etmədim,etməyəcəmdə!
Bunu bir daha yazmağı özümə borc bildim.Masallıda Elinanın ölümündəndə beş betər hadisələr baş verəcək.Çünki təhsil şöbə müdiri direktorları qorxu içində saxlayır,direktorlar şagirdləri...Ən dəhşətlisi odur ki,Masallı təhsil şöbə müdiri dövlət qulluğunda ola ola dövlətə qarşı çıxır.Beləki,Tariyel Ələkbərov talış kənd məktəblərinə daha çox qayğı göstərir nəinki azərbaycanlılar yaşayan kəndlərdəki məktəblərə...Bu separatçılıq deyil bəs nədir?İcra hakimiyyətinin və Təhsil nazirliyinin məsul işçisi Kənan Quliyevin himayədarlıq etdiyi Tariyel Əkbərovun özünə məxsus kef məclisləri qurulur.Tez tez Bakıda "Çinar" və "Xarı bülbül " otelini ziyarət edən"müəllim" məclisinə ancaq 16-17 yaşlı qızları gətizdirir.İçkidən başı ayılmayan ,azyaşlı qızlara meyilli olan bu cür təhsil şöbəsinə təhsil və məktəbi necə etibar etmək olar?Elinanın bir məktəb direktoru və ona himayədarlıq edənlər öldürdü... Nə qədər yazsaqda biz körpəni geri qaytara bilmərik.İndi gərək Masallıdada kimsə intihar etsin məsələni araşdırsınlar?Kor olmaq lazımdır ki,Masallının təhsil şefinin əməllərinə göz yumasan.
Dərc etdiyimiz yazılarada biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu gün ölkənin təhsil sistemi rüşvətxorluq və korrupsiyanın daha çox müşahidə olunduğu sahələrin siyahısında hələ də ilk yerlərdən birini saxlamaqdadır. Təhsil sisteminin fəaliyyətini təmin edən və ya bu fəaliyyətə hər hansı formada nəzarəti həyata keçirən bir çox struktur bölmələrinin başında bu gün hələ də rüşvət və korrupsiya çirkabına bulaşmış məmurlar durmaqda davam edirlər. Bu dayanıqlı idarəçilik piramidasının əsaslarında radikal dəyişikliklər həyata keçirilmədikcə isə, heç bir islahatlar proqramı gözlənilən nəticələri verməyəcək. Elə Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti də bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza hər gün Masallıdan daxil olan məlumatlarda xəbər verilir.
Onsuzda il ildən təhsilin keyfiyyəti aşağı düşür ,fikir verin, nə qədər məktəb tikilib, nə qədər məktəbin içi abadlaşdırılıb. Bunlar təhsilə xidmətdir. Mənaca isə daha da pisləşib. Sübut: Əgər 10 il qabaq ali məktəblərə ən aşağı qəbul balı 300 idisə, indi 150-dir. Bu dəhşətdir və prezidenti, milləti aldatmaqdır. Çünki nazirdən başlamış tələbəyə qədər hamı bilir ki, 150 balla daxil olan tələbə ən azı texniki yönümlü fakültələrdə ali təhsil proqramını mənimsəyə bilməz. O fakültələrdəki ali riyaziyyat kursu birinci kursdan keçirilir. Deməli, nazirdən müəllimə qədər bütün sistem saxtakarlıqla məşğuldur. 
Vallah bilmirəm ki,təhsillə bağlı hardan başlayım harda bitirim...Bir onu bilirəm ki,təhsili öldürənlərdən biridə "iki eşşəyin arpasını bölə bilməyən" sərxoşluqdan başı ayılmayan Tariyel Əkbərovdur...Yalandan yoxlama aparıb 5-3 manat pulu cibinə qoyub geri qayıtmaq lazım deyil.Əgər vicdanla yoxlanib qiymət verilsə,özünü mələk kimi göstərən, əslində isə mələk donuna girmiş iblis xarakterli , savadı , əxlaqı və şəxsi keyfiyyətləri ilə nəinki böyük bir rayonun Təhsil Şöbəsinə, hec ucqar kənd məktəbinin sinif rəhbərliyinə belə mənəvi haqqı olmayan Əkbərov Tariyelin əsl siması yalnız o zaman Sizə aydın olar.
Ciddi ciddi yoxlayın,yenədə deyirəm vallah orada hər şey açıq bazardır,Tariel Əkbərovda bazarkom...Bunu görməmək mümkün deyil.Sonra deməyin ki,demədi növbəti qurban Masallı məktəblərindən ola bilər özüdə daha səs küylü,daha acınacaqlı...

Şəfəq Ağacan<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/RsC8jhgxgt4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu, 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Elinanın direktorunun daha bir qanunsuz əməli üzə çıxdı














162 saylı orta məktəbib direktoru Sevinc Abbasovanın daha bir qanunsuz əməli barədə məlumat yayılıb.

Minval.info xəbər verir ki, övladları həmin məktəbdə təhsil alan valideynlərin AFN-ə verdiyi xəbərə görə, S.Abbasova məktəbdə qanunsuz məktəbəqədər hazırlıq təşkil edibmiş:

“Ötən il yeni tədris ili başlamamışdan əvvəl bizə deyildi ki, məktəbdə hazırlıq təşkil ediləcək, bunun üçün iki sinif və iki müəllimə ayrılacaq. Biz də rəhbərliyə müraciət edib uşaqlarımızı yazdırdıq, hər uşaq üçün ayda 5-10 manat “otaq pulu” alırdılar.

İndi Sevinc Abbasova məlum hadisələrlə əlaqədar işdən çıxarılandan sonra onu əvəz edən şəxs hazırlıq qruplarının fəaliyyətini dayandırdı.

Bunu uşaqlarımıza qarşı haqsızlıq hesab edirik. Qanunsuz da olsa, dərs ilinin bitməsinə az qalmış müddətdə belə bir addımın atılması körpələrdə məktəbə, təhsilə qarşı mənfi fikir formalaşdıra bilər.

Direktor əvəzi bizə deyir ki, onsuz da hazırlıq lazımsız bir şeydir. Lazımsızdırsa dövlətin vəsaiti niyə havaya sovrulur?”

Bakı Şəhər Baş Təhsil İdarəsi bildirilib ki, 2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb

Qeyd edək ki, 2018-2019-cu illərdə Bakı şəhəri üzrə hazırlıq qruplarının təşkil ediləcəyi orta məktəblərin siyahısında 162 saylı məktəbin adı olmayıb.

Bakı Şəhər Baş Təhsil İdarəsi 162 saylı məktəbdə qanunsuz məktəbəqədər hazırlıq qruplarının fəaliyyət göstərməsi ilə bağlı AFN-in yazısına mövqe bildirib.

Saytımızın sorğusuna cavab olaraq idarədən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayıb:

“Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı və subyektiv amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Elektron qeydiyyatdan keçərkən valideynin qeyd etdiyi mobil nömrəyə SMS gəlir. Bundan sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər müvafiq sənədləri məktəbə təqdim edirlər.

Məktəbəhazırlıq qrupları müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.

2018-2019-cu tədris ili üçün 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupları yaradılmayıb və bu səbəbdən də heç bir elektron qeydiyyat aparılmayıb.

Odur ki, beşyaşlı uşaqların 162 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qrupuna cəlb olunması rəsmi və faktiki olaraq mümkün deyil.

Araşdırma zamanı məlum olub ki, bir neçə beşyaşlı uşaq müəllim və valideynlərin razılığı əsasında müvafiq dövr ərzində fərdi qaydada hazırlığa cəlb olunub.

Bunun müvafiq qaydalara uyğun olmadığını nəzərə alaraq, məktəb rəhbərliyində dəyişiklik olduqdan sonra həmin fərdi hazırlıq məşğələsi dayandırılıb”.
Elinanın anasından yazıçı Anara İSMARIC















162 saylı məktəbin intihar edən şagirdi, 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hüseynova Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı Anarın fikirlərinə münasibət bildirib.

S.Hüseynova News24.az-a açıqlamasında bunları deyib: “Günahı olan onsuz da cəzasını çəkəcək. Mən ümumiyyətlə, Azərbaycanda Anar adlı yazıçının olduğunu bilmirdim. Düşünmürəm ki, Anarın hər hansı çıxışı kiməsə, əsasən də istintaqın işinə təsir edər. Çünki bununla vəkillər məşğuldur. Kimsə günahkardısa, cəzasını alacaq. Çox adam söz deyə bilər, sözlərlə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ birbaşa cənab prezidentin diqqətindədir. Mən prezidentimə inanıram, əgər o bu məsələyə qarışıbsa, əməlləri gizlətməyə cəhd edənlər də cəzalandırılacaq. Kim günahkardısa, layiqli cəzasını alacaq. Deyilənlər isə boş sözlərdən başqa bir şey deyil”.

Qeyd edək ki, AYB sədri Elina haqqında yazıb. 14 yaşlı qızın intiharından təəssüfləndiyini bildirən Anarın ölümlə nəticələnmiş olayda adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı müdafiə etməsi diqqətdən yayınmayıb. Yazıçının bu mövqeyi sosial şəbəkədə narazılığa səbəb olub.