Son xəbərlər

Bakının bu qəsəbəsində aksiya: icra başçısı dəstək verdi


Bakının Ələt qəsəbəsində yüzlərlə sakin “Narkomaniyaya yox!” şüarı altında aksiya keçirib.

Bu barədə Axar.az saytı məlumat yayıb.

Qəsəbə sakinlərinin məlumata görə, sakinlər son vaxtlar Ələtdə narkomaniyanın artmasından və gənclərin bu xəstəliyə yoluxmasından narahatlıqlarını bildiriblər. Aksiya iştirakçıları gənclərə bu bəladan uzaq olmaq çağırışı etməklə bərabər, hüquq-mühafizə orqanlarına da narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək tələbi səsləndiriblər.

Əraziyə polis qüvvələri cəlb edilib və aksiya iştirakçıları ilə danışıqlar aparılıb.

Rayon icra başçısı Süleyman Mikayılovun qəsəbə nümayəndəsi sakinlərə bildirib ki, rayon rəhbərliyi əhalinin bu aksiyasını dəstəkləyir və əhalidən bu işdə yardım gözləyir. Çünki narkomaniyaya qarşı mübarizə həm də ailədən başlayır və bu bəlaya qarşı hüquq-mühafizə orqanları, rayon rəhbərliyi ailələrlə birgə addımlar atmalıdır.

Sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları nəzarəti ən yüksək həddə gücləndirəcəklərini vəd ediblər.
Cahangir Əsgərov və digərlərinin qəpik-qəpik oğurladıqları milyonlar... - İTTİHAM













Ölkələrə münasibət onun vağzallarından, hava limanlarından başlanır. “Welcome Azerbaijan” yazılan ölkənin aeroportları, vağzalları isə elə ilk təəssuratda bu dövlətdə hansı hökmlərin işlək olduğunu təsəvvürü yaradır.

Məlum olur ki, Azərbaycan vətəndaşının öz vağzalına, aeroportuna, ticarət mərkəzinə giriş qapıları üzünə bağlanıb. Bu, nə Misir fironlarının dövründə olub, nə xanlıqlar dövrümüzdə.

Siz Milanda yaxud Amsterdamda görə bilməzsiniz ki, vətəndaş avtovağzala, hava limanına avtomobillə daxil olmaq üçün ödəniş eləməlidir.

Lakin Azərbaycanda cəngəllik qanunları hökm sürdüyünə görə “ərəbzəngi”lər qapıları kəsdirib, xırs quldur basan kimi içəri keçən hər maşının sürücüsündən “haqq” alırlar.

Bəli, məhz xərac yığırlar, öz vətəninin ərazisində hərəkət azadlığını məhdudlaşdırıb pullu ediblər. Bunun soyğunçuluq, quldurluq, özbaşınalıqdan başqa adı yoxdur.

Axı insan ticarət mərkəzinə yaxud hava limanına daxil olanda niyə giriş pulu verməlidir? Sərnişin təyyarəyə çatmaq üçün aeroportun həyətinə piyada gəlməlidirmi? Yaxud Bakı avtovağzalına 3 dəqiqəlik daxil olub yaxınını qarşılayan, yola salan şəxs hansı əsasla ödəniş etməlidir?

Reportyor.info xəbər verir ki, bu soyğunçuluq hazırda “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Bakı Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Avtovağzalında yaşanır. Adında beynəlxalq olan bu məkanlarda dünya standartlarına uyğun bir nümunə yoxdur. Sadəcə, hər gün yüz minlər vergidən və büdcədən yayındırılaraq ciblərə axır, əhali rəsmən soyulur.

Hətta deputat Fazil Mustafa da dilə gələrək qeyd edib ki, biz düzələ bilmirik. Onun sözlərinə görə, “əsas” olan vətəndaşların soyulmasıdır.

“Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir”, – deyə deputat vurğulayıb.

F.Mustafa sual edir ki, vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir: “Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur”.

Doğurdan da, bu günə kimi Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, hüquq-mühafizə orqanları sorğu-sual etməyiblər ki, Yusif Qədimbəyli sahibi olduğu “Sədərək”, Kəbirə Məmnmədova sahibəlik elədiyi “Binə”, Cahangir Əsgərov prezidenti olduğu AZAL, rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə tabeliyində olan avtovağzalda nə üçün giriş pulu yığdırır?

Bu, çox ciddi korrupsiya faktıdır, araşdırma tələb edir. Çünki milyonlar büdcədən yayındırılır. Eyni zamanda əhalidə ciddi narazılıq yaradır.

Bu qurumlar gözləyirlər ki, prezident məsələyə müdaxilə eləsin? Nazirliklər vətəndaşları soyanların hökumətə qarşı narazı elektorat yaratdığını hesablamırlar.

Hazırda “Binə” və “Sədərək” bazarına maşınla daxil olanlardan çıxışdakı şlaqbaumun qarşısında 50 qəpik almasalar buraxmırlar.

Rəsmən dələduzluq, vətəndaşa qarşı cinayət, dövlətin qanunlarını ayaqlar altına atmaqdır. AZAL ərazisinə girən avtomobillər çıxışda 1 manat ödəniş etməklə “azadlığa” buraxılırlar.

Eyni biabırçılıq avtovağzalda baş verir. Hansısa dəllallar bir qəbz təqdim edirlər və 1 manat alıb şlaqbaumu açırlar ki, gedəsən.

C.Əsgərov, R.Quluzadə, K.Məmmədova, Y.Qədimbəyli prezidentə qarşı hansı pisliyi etdiklərini düşünmürlər?

Vergilər naziri Mikayıl Cabbarov nə üçün araşdırmalar aparmır, bu pulların kimlər tərəfindən yığılıb hara getdiyini soruşmur?

Reportyor.info yada salır ki, F.Mustafadan əvvəl də həmkarı Fəzail Ağamalı “Binə” və “Sədərək” barəsində etirazını bildirmişdi.

Sitat: “Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”.

Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur: “Bu gün “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir.

Gün ərzində minlərlə maşından pul alınır. Axı, gün ərzində alınan bu qədər pul hara gedir?!”

Həmçinin, avtovağzaldakı soyğunçuluğun arxasında kimlərin dayandığını vergi komissiyası araşdırmalıdır.

Böyük strateji obyektlərə girişin məhdudlaşdırılması, şəxsi avtomobili ilə daxil olan sürücülərdən ödənişin tələb olunması, düzgün deyil.

Ölkə prezidenti də, dəfələrlə bildirib ki, avtovağzalın yenidən qurulması, inkişafı, həmişə dövlət büdcəsi hesabına aparılır.

Bizdə xidmət qapını açıb, nəqliyyatı içəri buraxmaqla yekunlaşır. Xidmət o demək deyil ki, sən qapını açdın, mən o əraziyə daxil oldum və müqabilində məndən 1 manat aldın.

Buna xidmət demək olmaz. Yalnız bizim avtovağzalda xidmət olmadığı halda, ödəniş alırlar.

İstər rayondan gələn, istərsə də şəhərdən gələn nəqliyyat vasitələrinə və sahiblərinə xidmət göstərilməlidir.

Belə olan halda, ödəniş tələb oluna bilər. Əgər xidmət olunmadığı halda, ödəniş tələb olunursa, bu, artıq haqsızlıqdır, cibgirlikdir, qarətdir, talandır.Prezidentin bu məsələ ilə bağlı tapşırıq verəcəyinə böyük ümid bəslənir.
“Bizə dedi ki, hər an təkrar qanaxma ola bilər, atanızı gətirin” - GİLEY













Son dövrlər özəl klinikalardan narazılıq artıb. Həkim səhlənkərlaığı, yanlış diaqnoz nəticəsində ciddi problemlər, hətta ölüm halları belə baş verən klinikalardan şikayətlərin ardı-arası kəsilmir.

Ege Hospitaldan narazılıq edən Məcid Qurbanov da atasının sağlamlığına ciddi zərər dəydiyini iddia edir.

“Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş) 8 iyun tarixində beyin qanaması keçirib. 1 ay Gömrük Hospitalında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi. Sonradan facebookda Türkiyədən məşhur neyrocərrahın ( Özkan Tehli ) Ege hospitala dəvət olunduğunu gördük. Reklamlara inanıb Özkan Tehlinin yanına getdik. Atamı apara bilmədiyimizə görə tomoqrafiya nəticələrini, analizləri və s. aparıb ona göstərdik. Bizə dedi ki, hər an təkrar qanaxma ola bilər, atanızı gətirin, tam müalicə edək.

21 avqust tarixində atamı Ege hospitala apardıq. Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi. Atam ilk insult vaxtlarda gözündə mikrob vardı. Ege hospitala aparanda gözü evdə tam müalicə olundu. Şəkilləri də var, eyni zamanda Dünyagöz Klinikasının rəyi var. Özkan Tehli dedi ki, gözünü mənim doktorum müayinə etməlidir, biz dedik ki gözə müalicəyə ehtiyac yoxdur, yaxşıdır. Özkan Tehli cavabında bizə dedi ki, siz bilmirsiniz, mənim doktorum Türkiyədə 43-cü yerə çıxıb, mənim ekibimdə pis həkim ola bilməz. Siz müalicə işlərinə qarışmayın, bayram münasibətilə mənim xanım qonağım gəlib infeksiya həkimidir, ciyərini də ona həvalə edirəm. Nəysə, atam Ege hospitalda 20 sentyabrda qədər qaldı.

Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı.Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı. Dedi ki, Özkan doktor televiziyadadır sizlə əlaqə saxlaya bilməz, sizə mən məlumat verəcəm. Xəstənin qanında infeksiya 2 qat artıb, amma başqa hər şey normaldır.

Buna qədər Ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki, atam Ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra “Ege”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu”.

Şikayətçi onu da nəzərər çatdırıb ki, təxminən 2 həftə öncə qardaşı ilə Ege hospitalın sahibi Yalçın bəyin yanına gediblər:
“Dedik, heç olmasa, bura necə gətirmişdik elə verərdiniz, beyni müalicə edə bilmirdiniz heç olmasa gözünü bugünə salmazdınız. Yalçın bəy dedi ki, məsələ araşdırılacaq və 1-2 günə ətraflı məlumat verəcəyik. 2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi. Köməkçisi dediyi adam Sənan adlı şəxs zəng etdi dedi ki, biz sizə heç cür köməklik edə bilmərik”. (mia.az)
“Kontakt Home”dan yeni qazanc əldə etmə üsulu – İDDİA



Kontakt Home” şirkətinin fəaliyyəti ilə bağlı vətəndaş şikayət edib. Beləki, “Kontakt Home” vətəndaşa 12 ay müddətinə faizsiz kreditlə telefon verib.

Adındanda gördüyümüz kimi faizsiz kredit şərti qoyulub. Amma faizsiz olan bir məsələnin sorasında faizin adı dəyişərək cərimə tətbiq edilir və cərimə mütləq şəkildə vətəndaşdan alınmadıqda heç bir məsələnin həl edilməsi təmin edilmir. Vətəndaş İMEL kodla işlək olan mobil telefon götürüb bu telefonun isə iki İMEL kodu var. Hər iki İMEL kodu deaktiv edərək müştərinin əlaqə yaratması və o telefondan istifadəsinə məhdudiyyət qoyulur. Buna səbəb isə kreditin ödənişinin vaxtında yəni müəyyən edilmiş müddətdə ödənilməməsidi. Ödənişin gecikməsi zamanı Şirkət rəsmi məktubla Rabitə və Yüksək Texnalogiyalar nazirliyinə müraciət etməli və bu müraciət əsasında İMEL kodlar diaktiv edilməlidir. İlk öncə onuda qeyd edək ki, müştəri tam şəkildə ödəniş etmədiyindən məhsul şirkətin məhsulu olaraq tanınmaqdadır. Amma blok edilmə müraciətinində şirkət tərəfindən edildiyini nəzərə aldıqda şirkət özünün yeni müraciəti ilə blok edilmənin ləğvini təmin etməlidir. Lakin bu tələbi etmədən şirkət hər bir telefonun blokdan çıxarılması üçün müqaviləsinə şərt əlavə edərək ödəniş alacağın qeyd edir. Kredit alan şəxslər isə heç zaman müqaviləni tam oxumurlar. 10-15 səhifədən ibarət yaradılan müqaviləni sizcə kim oxumağa həvəs göstərir ki..?

Bu gün redkaisyamıza müraciət edən vətəndaş şikayətlərinin araşdırılması məqsədi ilə “Kontakt Home” mağazaalar şəbəkəsinin qaynar xətti olan *6060 nömrəsi ilə əlaqə saladıq. Əlaqə zamanı operatora media nümayəndəsi olmağımızı qeyd edərək şikayətlə bağlı münasibət ala biləcəyimiz şəxslə calaşdırmasını tələb etdik. İlk öncə tələbi yerinə yetirən şəxslərin aktivliyin gördükdə şikayətin əsasız olması ağlımızdan belə keçdi.
Daha sonra 22 dəqiqə 49 saniyəlik görüşdə verdiyimiz heç bir suala dolğun cavab verilməməsi ilə yanaşı şirkətin qeyri qanuni olaraq telefonlara blok qoymasınada qismən aydınlıq gətirə bildik. “Kontakt Home”un sözcüsü Nisə xanımında qeyd etdiyi kimi kreditə verilmiş telefonlara şirkət tərəfindən deyil, Rabitə və Yüksək Texnologiyalar nazirliyi blok edir. Burdan isə bir sual yaranır nazirliyin vətəndaşların telefonlarını blok etmək də marağı nədir. Əgər şirkət rəsmi olaraq nazirliyə İMEL kodun blok tələbini rəsmi şəkildə etməyibsə nazirlik bu telefonlara necə və hansı hüquqla qadağalar qoymaqdadır. Axı hər bir istifadəyə verilmiş mobil telefon Azərbaycan sərhədləri çərçivəsində işlək olması üçün əvvəlcədən qanunların tələbinə uyğun rüsum ödənilir. Və bu rüsumun ödənildiyi yer məhz Rabitə və Yüksək Texnologiyalar nazirliyidir. O zaman müştəri kredit gecikməsi zamanı telefonuna qoyulmuş məhdudiyyət və ya digər əməliyyatlar RTYN şirkət tərəfindən bildirilmədikdə, yəni rəsmi müraciət edilmədiyi təqdirdə İMEL kod necə diaktiv edilə bilər. RTY Nazirliyi “Kontakt Home” müştərilərinin kredit ödəyib ödəməməsinəmi nəzarət etməklə mükələfdir…? deyə sual yaranır. Amma Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhz yenidən telefonu aktiv etməsi üçün hər bir telefona görə20 azn yenidən aktiv edilməsi üçün vəsait tələb edilir. Bu azmış kimi faizsiz kredit verdiyin iddia edən “Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə gecikmə cəriməsi və məbləğə görə, ayrı ayrı ödənişlər tələbi edərək vətəndaşlara qarşı fırıldaq işlədilməsi iddia edilməkdədir. Məsələyə aydınlıq gətirmək istəsəkdə üçün “Kontakt Home” Şikayətlər və təkliflər şöbəsinə sualar verdik. Faiz olmadığı halda necə cərimə tutulur. Əlavə faizlər necə alınır deyə. Nisə xanım bunla bağlı cavab verə bilməyəcəyini qeyd edərək rəsmi ofisdə rəhbərlərlə görüşməyimizi təklif etdi. Bu isə artıq jurnalist peşəsinə aid olmadığında bu təklifi qəbul etmədik. KİV qanunlarını xatırlatmağımıza baxmayaraq tələblərə əhəmiyyət verilmədi. Nisə xanıma rəhbər şəxslərə və ya bizim sualarımıza dolğun cavab verə biləcək adamlarla birləşdirməsin tələbimiz isə elə bir imkanlarının olmadığını, hətta şirkətin ictimai əlaqələr şöbəsinin belə var olmadığı şəxsimizə qeyd edildi.
ƏTRAFLI
Nar.az

Yazıda adları keçən şəxs və qurumların mövqeyni dinləməyə hazırıq.BakuNews.Az
“Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub, biri də mənəm”


“Ənənəvi arzum odur ki, ildə bir dəfə Kəbə evini ziyarət edim. Hazırda Ümrə ziyarətindən qayıtmışam. Ona “kiçik Həcc” də deyirlər. Arxayınam ki, ildə bir dəfə ayağım Kəbə evinə dəyir”.

Bunu Modern.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə deyib.

O bildirib ki, illərdir Kəbə evinə gedib-gəlir.

“1990-cı illərdən ziyarətə gedirəm. Elə vaxt olub ki, ildə 3 dəfə getmişəm. Allahın böyüklüyünə qurban olum. O məsləhət bilsə, gedəcəm. Həcc ziyarəti vərdiş kimidir. Müqəddəs torpaqlara ayağı dəyən insan hər il getmək istəyir. Elə hacı tanımıram ki, hər il Həcc ziyarətinə getmək arzusunda olmasın”.

“Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub, biri də mənəm”


Hacı Qalib Həcc ziyarətinin baha olması barədə deyilənlərlə razılaşmayıb:

“Allahın izni olmasa, kimsə Həcc ziyarətinə gedə bilməz. “Ay pulum, imkanım var, verib gedərəm” söhbətləri boş şeydir. Həcc ziyarətinə Allahın dəvəti olmalıdır. Allah mənə qismət edib iki dəfə Kəbə evinin içərisində olmuşam. Birində oğlumla, birində isə tək olmuşam. Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub. Heydər Əliyev İlham Əliyevlə, İlham Əliyev oğlu Heydər Əliyevlə, Şeyxülislam oğlu Məhəmmədlə, bir də mən öz oğlumla Kəbə evinin içərisində olmuşam. Bu şəxslərdən başqa heç kim övladı ilə Kəbə evində olmayıb. Onlar dövlət səviyyəsində ziyarət ediblər, mən isə kralın dəvəti ilə orada olmuşam”.
DYP-dən xəbərdarlıq: 2 min manat cərimə olunacaqsınız!


“Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib”.

Bu haqda Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.

“Avtomobilin şüşəsində “Satılır” yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir”,- deyə K.Əliyev əlavə edib.

O həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, “Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

Qeyd edək ki, normalara əsasən, nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.

Ölkənin tibb məntəqələrində zərdab məsələsi gündəmdə...

İsti havaların gəlişi ilə ilan sancması mövsümü də başlayıb. Artıq ilan və əqrəb sancmaları ilə bağlı xəstəxanalara müraciətlər artıb. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov virtualaz.org-a bildirib ki, ilan sancması diaqnozu ilə 6, əqrəb sancması ilə 3 xəstə gətirilib. Müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, eləcə də Aran bölgəsindəndir. “Hələ havalar sərin keçir. Mayın sonlarından başlayaraq müraciətlər artacaq”, - baş həkim söyləyib.

Qeyd edək ki, əqrəb sancmaları ilan sancması qədər təhlükəlidir. Xüsusilə qara əqrəbin zəhəri daha kəskin olur. Müşahidələr göstərir ki, hər il apreldən oktyabradək 100-dən çox ilan, 20-30 sarı və qara əqrəb sancması qeydə alınır. Bəs görəsən, yay aylarında ilan sancması hadisələrində ölüm hallarının qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrinə kifayət qədər zərdab verilirmi?

Mövzu  ilə bağlı “Yeni Müsavat”a danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirdi ki, bu il təkcə ilan sancmaları deyil, həmçinin it dişləməsi halları da çox olub: “Bununla bağlı zərdab tədarükü görülüb. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi var. Bu peyvəndlər dünyada iki ölkədə buraxılır. Bunlardan biri Fransa, digəri isə Özbəkistandır. Onlar hamısı alınıb, sayı kifayət qədərdir. Bu il it dişləmələrinin sayı çox olduğu üçün dərhal yerindəcə yardım edilməsi məqsədilə təcili tibbi yardım avtomobillərinə də bu zərdab paylanılıb. Zərdabların paylanmasına gəlincə, biz coğrafi şəraiti nəzərə alaraq paylayırıq. İnnovasiya mərkəzlərində sorğu keçirilir ki, ötən il hansı rayonda neçə  it dişləməsi və ya ilan sancması halı olub. O rayona həmin sayda zərdab verilir”.

Pərviz Abubəkirov ile ilgili görsel sonucu

P.Abubəkirovun sözlərinə görə, baş həkimlərə də tapşırılır ki, son 3 zərdab qalanda öncədən məlumat versinlər və yenidən zərdab göndərilsin: “Məsələn, bu yaxınlarda Zaqatalada bir gündə 3 müxtəlif kənddə it dişləməsi oldu. Onlar zərdab sayının azalması ilə bağlı müraciət etdilər. Artıq zərdablar bütün rayonlara paylanılıb, heç bir problem yoxdur. Bakıda 17, bölgələrdə 64 tibb məntəqəsinə zərdablar paylanılıb. Bu il sözügedən məsələdə heç bir problem olmayacaq. Bu il bizi ən çox  narahat edən it dişləmələridir. Ötən il 20 min belə hadisə qeydə alınmışdısa, bu ilin ilk 3 ayında artıq 5 minə yaxınlaşıb. Ona görə də it dişləməsi ilə bağlı zərdabların sayını artırmışıq”.

Mütəxəssislərin sözlərinə  görə, ilan sancan kimi yeri qızarıb şişməyə başlayırsa, bu, ilanın zəhərli olduğu mənasını verir. Zəhərli ilan sancan zaman bir neçə dəqiqə ərzində yerində qızartı, şişkinlik və ağrı olur. Dişlənilən yerdə içi qanlı və ya maye dolu kisələr, dəri altında qanaxmalar meydana gəlir. Ürək bulanması, qusma ilə yanaşı müxtəlif orqanlarda qanaxma müşahidə edilə bilər. Zəhərin bədənə yayılmaması üçün ilan sancanı hərəkət etdirmək olmaz. Bədənə daxil olan zəhərin miqdarı zəhərin gücünə, sorulan zəhərin miqdarına və bədənin böyüklüyünə görə təhlükə meydana gətirir. Dişlənilən yerin dəri və yağ təbəqəsinin qalınlığı da buna təsir edir.

İlan zəhərləri ən çox mərkəzi sinir sisteminə  və qan-damar sisteminə təsirini göstərir. Uşaqlarda daha təhlükəlidir. İlan sancan adamda ürək bulanması, qusma, tərləmə, huşunu itirmə, təzyiqin qalxması, həddən artıq tüpürcək ifrazatı, danışma çətinliyi, görmə pozuntusu, əzələ səyirməsi, burun qanaması, sidik, nəcis və ya tüpürcəkdə qan müşahidə edilə bilər. İlan sancan şəxsdə mürgüləmə, diafraqma və digər tənəffüs əzələlərində iflic, tənəffüs dayanması və ölüm baş verə bilər. Xəstəyə qəhvə, spirtli içki, isti içki və s. kimi qan dövranını sürətləndirəcək maddələr verilməməlidir. Xəstənin gəzməsinə icazə verilməməlidir.

Qeyd edək ki, Azərbaycanda  ən yayılan ilan növləri gürzə,  sarı rəngli dağ suilanı,  boz rəngli suilanıdır. Gürzə xüsusilə Bakı və ətraf kəndlər, Xəzər ətrafı zonalar xüsusilə  geniş yayılmışdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, ilan sancmasından qorunmaq üçün  sayıq olmaq,  ayaq basılan yerə diqqətlə baxmaq lazımdır.  Hündür otlar, sıx kollar və alaq basmış qayalar olan yerlərdən uzaq gəzmək, qaranlıqda çöldə gəzmək təhlükəlidir. Çünki bir çox zəhərli ilanlar gecələr daha fəal olurlar. Təbiət qoynunda ikən yerdə yatmaq olmaz, ilanlar insan bədəninin hərarətini xoşlayırlar. Əli və ya ayağı  qayalarda, ağaclarda və ya yerdə olan dəliklərə salmaq olmaz. İlan sancması halında ilk iş tibbi yardım üçün zəng olmalıdır. Onlar xəstəni müalicə üçün ən yaxın tibb məntəqəsinə çatdırmalıdırlar. O da faktdır ki, ilanların zəhəri bir dəfə sancmaqla qurtarmır, onu öldürməyə çalışan növbəti şəxsi də sanca bilər.

Xatırladaq ki, dünyada ilansancmadan qaynaqlanan zəhərlənmə və ölüm halları ən çox Cənubi Asiya, Cənub-Şərqi Asiyada müşahidə edilir. Ən çox ölüm halları isə Hindistanda baş verir.

Nərgiz LİFTİYEVA,

Qafqazın iki ən böyük ticarət mərkəzi İFLİC DURUMDA - İş adamları gömrükdən şikayətçidir















“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarların fəaliyyətində problem yaranıb. 

Buna səbəb son 1 il ərzində gömrük və vergi orqanlarının işindəki dəyişiklik göstərilir. Sahibkarlarınn “Cümhuriyət” qəzetinə verdiyi açıqlamaya görə, ticarət mərkəzlərində çalışanlar böyük problemlərlə qarşılaşıblar: 

“Son 1 il ərzində daşımaçılıq xidmətinin qiyməti 150 faiz artıb.Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilən müxtəlif mallar üzrə daşımaçılığın 1 kubu 750 dollar civarında dəyişilir. Bu qiyməti yenidən 1000 dollara qədər artırmaq planları var. Bu da ilk növbədə sahibkarlar üçün əlavə vəsait itkisidir, bundan əlavə, malın maya dəyərinin kifayət qədər bahalaşmasına gətirib çıxarır. Təbii ki, bütün bunlar nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təkan verir.Uzun illərdir “Binə” və “Sədərək” Ticarət Mərkəzi ilə çalışan Rusiyadakı sahibkarların heç biri artıq bu bazarda görünmür.Səbəb də daşımaçılığın baha olmasıdır.Ümumiyyətlə, Azərbaycan MDB məkanında daşımaçılıq xidmətinin baha olmasına görə ən öndə gedən ölkədir.Məsələn, Çinin Quanco şəhərindən Moskvaya yükün 1 kiloqramı 2 dollardır.Amma Quanco şəhərindən Bakıya yükün 1 kiloqramı 5 dollara yaxındır.Azərbaycana Quancodan vurulan 1 kub mal 750 dollardır.İstanbuldan Bakıya vurulan malın 1 kiloqramı 3.70 dollardır, amma İstanbuldan Dağıstana vurulan malın 1 kiloqramı 2 dollardır.1 kub mal da 170-200 kiloqram ağırlığında olur.Yay və qış mallarına görə kubun çəkisində fərq olur.İndi isə 1 kub malın qiymətini 1000 dollara qədər artırmağı planlaşdırırlar”.

Sahibkarın sözlərinə görə, iki gündür “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində çalışanlarla Çindən karqo xidməti göstərən şirkətin rəhbəri arasında ardıcıl görüşlər keçirilib: “Sahibkarlar artan daşımaçılıq xərclərinə haqlı etirazların bildiriblər. Karqonun rəhbəri isə artımın səbəbini onlar tərəfindən yox, Azərbaycan Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi rüsumlarla əlaqələndirib.Bütün sahibkarlar çıxılmaz vəziyyətə düşüb.Bu məsələnin yolunu tapıb həll etmək lazımdır.Ölkə prezidenti İlham Əliyev dəfələrlə sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınmasını, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində tapşırıqlarını verib.Amma bu gün Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “tədbirlər” sahibkarın bütün maraqlarına ziddir.Azərbaycanda yükdaşımaçılıq xidmətlərinin qiyməti fantastik həddə qalxıb.Qiymət artdıqca ölkəyə gələn müştərilərin sayı da azalır, alıcılıq qabiliyyəti də aşağı düşür.Bütün bunlar nəticədə ümumi ticarət dövriyyəsinə mənfi təsir edəcək.Burada sahibkarlardan öncə dövlət itirir.Qiyməti artırmaqla büdcəni doldurmaq heç də doğru yol deyil, əksinə, qiymətləri endirib xarici ölkələrdən Azərbaycana daha çox müştəri cəlb etməklə ticarət dövriyyəsini qaldırmaq mümkündür.Bu da nəticə etibarilə, ölkənin həm vergi, həm gömrük orqanlarına daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxara bilər”.

Digər bir sahibkar Samir Əliyev isə “Cümhuriyət” qəzetinə bildirib ki, karqo gətirdikləri malları hər gün bir qiymətə onlara çatdırır: 

“Bu gün 1 kub malı 500 dollara gətirən karqo sabah eyni həcmdə malı bizə 650 dollara, o biri gün 700 dollara gətirir. Çindən Azərbaycana gətirilən malı 20 gün də karqoda saxlayırlar. Səbəb nədir?Sonra da məlum olur ki, malın kubunu 100 dollara qaldırıblar.Tutaq ki, mənim 10 kub malım gəlib, karqoya 6 min dollar ödəyib malımı oradan çıxardırdım.Amma bu gün deyirlər ki, 7 min dollar verməlisən.Artıq sahibkarlar bunu edə bilmir.Maya dəyəri 6 manata olan malın qiymətini artırıb 7 manata sata bilmirik.İrandan, Gürcüstandan, Dağıstandan gələn bütün müştəriləri itirmişik. Baha malı kimə satmaq olar axı?

Prezidentimiz dəfələrlə vurğulayıb ki, sahibkarı incitmək olmaz.Amma bu gün bir qrup şəxslər öz maraqları naminə Prezidentin tapşırıq və göstərişlərinin əksinə işlər görürlər.Hesab edirik ki, dövlət başçımızın bundan xəbəri yoxdur.Əgər xəbəri olsa, bizə öz köməkliyini göstərər.

Karqoda qiymət artımı barədə sahibkarı ən azı bir ay öncədən xəbərdar etməlidirlər. Yatıb yuxu görürlər, sabah qiyməti artırırlar. Bu, dövlət orqanıdır, bazar deyil ki, gündə bir qiymət deyə.Bir gün içində qiymət qalxar? Minlərlə sahibkarın malı karqoda saxlanılır. Çin karqo bizə deyir ki, yükdaşımada qiymətləri Dövlət Gömrük Komitəsi artırır.Artıq işləyə bilmirik, bu məsələnin həll olunmasını istəyirik”.

Samir Əliyev onu da qeyd edib ki, təxminən 2-3 il bundan öncə karqo 350 dollar olub: 

“Sonradan ödənişi 650 dollara qədər artırdılar. Üstəgəl, vergi, yer haqqı və digər xərcləri aybaay ödəyirik.Dünən Çindən 4 kub malım gəlib, amma karqo ikisini verib, ikisini saxlayıb.Eyni maşınla, eyni konteynerlə qeydiyyatdan keçən və eyni yolu gələn malın ikisini 600 dollara, ikisini də 700 dollara verirlər.Bu cür işləmək olmur. Biz o malı satıb ödənişlərimizi etməliyik. Mövsüm bitəndən sonra karqoda qalan malı sahibkara verməyin heç bir əhəmiyyəti də qalmır. Həm pulumuzu alırlar, həm də özümüzü incidirlər.Xahiş edirik sahibkarlara qarşı yönələn bu qanunsuzluğa son qoyulsun”.
Bakıda bu yollar bağlıdır


Bu gün Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub. 

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdirilib. 
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Bakıda 11 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək – Siyahı


10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar – 3,6,18,29,31,39,53,77,96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.