Son xəbərlər

Səhər yeməyindən imtina edənləri ölümcül təhlükə gözləyir














San-Paulu Dövlət Universitetinin alimləri səhər yeməyindən imtinanın ölümcül təhlükə daşıdığını aşkarlayıb. Səhər yeməyindən imtina edib, gecələr, yatmazdan əvvəl qida qəbul edən insanlarda isə erkən ölüm riski daha da yüksək olur. Söhbət başlıca olaraq ürək tutması ilə əlaqədar ölüm riskindən gedir.

Araşdırmanın nəticələri “MedicalXpres” nəşrində dərc olunub.

Tədqiqatda əvvəllər miokard infarkt keçirmiş orta yaşı 60 olan 113 pasiyent iştirak edib.

Tədqiqat çərçivəsində aparılan sorğuda məlum olub ki, könüllülərin 58 faizi səhər yeməyi yeməyib, onlardan 51 faizi gecə saatlarında qida qəbul edib, sorğu iştirakçılarının 41 faizi isə hər iki zərərli vərdişə malik olub.

Səhər yeməyi yeməyən, ancaq yatmazdan əvvəl qida qəbul etməyi sevən könüllülər təkrar infarktdan əziyyət çəkib, stenokardiyaları isə 4-5 dəfə daha müntəzəm olub.

Alimlər düzgün qidalanmanın ürək-damar xəstəlikləri profilaktikası baxımından olduqca zəruri olduğunu qeyd edir.(oxu.az)
AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı














Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.

Oxu.Az xəbər verir ki, bunu Milli Konservatoriyasının rektoru, Xalq artisti, AzTV nəzdində yaradılan Bədii Şuranın üzvü Siyavuş Kərimi deyib.

“Sözsüz ki, biz bütün televiziyalara təsir edə bilmərik, lakin onlar üçün bir nümunəyə çevrilə bilərik. Bu işdə bizə siz tamaşaçıların köməyi və dəstəyi vacibdir”, – deyən Xalq artisti Bədii Şura üzvlərinin ölkənin ikinci böyük şəhəri Gəncəyə və bölgələrə səfərlərinin də məhz bu məqsədi daşıdığını bildirib.

“Məqsədimiz Azərbaycan televiziya məkanındakı mövcud vəziyyəti tamaşaçılarla müzakirə etmək, onların fikirlərini öyrənmək, təkliflərini dinləməkdir”, – deyə S.Kərimi əlavə edib.

Qeyd edək ki, bir müddətdir yerli televiziyaların efirində gedən nalayiq ifadələr, bayağı verilişlər tənqid olunur. Televiziya kanalları bu səbəbdən lağ obyektinə çevrilir, cəmiyyətin aqressiyası ilə üzləşir.
Azərbaycanda daha bir orta məktəbdəki biabırçılıqla bağlı rəsmi AÇIQLAMA















Samux Rayon Təhsil Şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

Bu barədə Report-a Təhsil Şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimiayyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagidrlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.
“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” — Prezident















“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”
Bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: “Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb. 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Prezident həmçinin söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan da danışıb. O, qeyd edib ki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur: “Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər. 

Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. 800 minə yaxın insan bu fərmandan yararlanacaq”.
Yeniyetmələr gecə klublarına niyə buraxılır…? – Keçmiş polis zabitindən münasibət















Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Qeyd edək ki, faciəvi şəkildə ölən məktəblinin anası Sevil Hacıyeva şəkillərdə və videoda yer alan qızlardan heç birinin onun övladı olmadığını bildirdi. Belə görüntülərin yayılması kəskin tənqidlə qarşılandı və Elinanın ölüm işininin istintaqına mənfi təsir edəcəyi bildirildi.

Bunun ardınca sonra sosial şəbəkələrdə gecə klublarının bağlanması haqqında təkliflər də irəli sürdülər.

Bu təkliflər barədə Modern.az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev gecə klublarının bağlanmasının əleyhinədir. Onun fikrincə, belə addım heç bir müsbət nəticə verməyəcək:

“Cinayət qanunvericiliyində “səbəbli əlaqə” deyilən anlayış var. Hadisələrin baş verməsi ilə əlaqədar məqamları gələcəkdə aradan qaldırmaq mütləqdir. Düzdür, gecə klublarına azyaşlıların daxil olması məqbul hadisə deyil. Bu, yeniyetmələrin həyat tərzinə, psixologiyasına, xarakterinə pis təsir edir. Amma məsələyə qanuni tərəfdən baxanda, Azərbaycan hüquqi-demokratik dövlətdir. Həmin klublar qanunla fəaliyyət göstərirlər. Onlar müəyyən razılaşdırılmış lisenziya alırlar, buna uyğun fəaliyyətini qurmalıdırlar. Qeyri-qanuni fəaliyyət göstərən gecə klubları da var. Həmin klublar hüquq-mühafizə orqaları tərəfindən ifşa olunur, zaman-zaman müəyyən tədbirlər görülür. Bəziləri təklif edir ki, gecə klublarını ümumiyyətlə ləğv etmək, bağlamaq lazımdır. Bu, qanunazidd hərəkətdir. Əgər qanun fəaliyyətinə icazə verirsə, klublar öz fəaliyyətlərini qanunla tənzimləyirlərsə, niyə bağlanmalıdır? Hər hansı cinayətin, qanunsuzluğun qarşısını almaq üçün cəzaları sərtləşdirməyin o qədər də effekti olmur. Başqa sivil tədbirlər görmək lazımdır”.Yeniyetmələr gecə klublarına niyə buraxılır…? – Keçmiş polis zabitindən münasibət










Kriminalist Mahmud Hacıyev

M.Hacıyevin fikrincə, gecə klublarının fəaliyyətinə, yeniyetmələrin orada vaxt keçirməsinə ciddi nəzarət etməklə, məktəblərdə təlim-tərbiyə azaltmaqla belə hadisələri azaltmaq olar:

“Qeyri-qanuni fəaliyyət göstərənləri bağlayın, cinayət işi qaldırın, bu öz yerində. Nəzarət etmək, kompleks tədbirlərlə yeniyetmələrin klublara getməsinin qarşısını almaq lazımdır. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, icra hakimiyyətləri birlikdə tədbirlər həyata keçirməlidir. Nazirlik maarifləndirmə aparmalı, məktəblərdə nəzarəti təmin etməli, profilaktik tədbirlər görməlidir. İcra hakimiyyəti isə nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır. Bir bina tikilən kimi icra nümayəndələri ora tökülürlər. Halbuki, azyaşlılar kütləvi şəkildə gecə klublarına, internet-kafelərə gedəndə, səhərə qədər o məkanlarda vaxt keçirəndə heç kim qarışmır.

Bir də görürsən deputatlar müzakirə edirlər. 3-5 deputat birbaşa deyəcək ki, gecə klublarını bağlayın. Halbuki, bunu iddia edən adamların qanunvericilikdən xəbəri olsa, belə təklif etməz. İnanın, gecə klublarını bağlasalar, yeniyetmələrin inzibati xətaları, cinayət işləri azalmayacaq, əksinə artacaq. Oğurluqlar, narkotika, dələduzluqlar çoxlacaq. İnternet klubları misal çəkdim. İcra hakimiyyətləri niyə nəzarət etmir ki, gecə saat 3-də 12-13 yaşlı gənc internet-klubda neynir? Nə vacibdir ki, kompüter otaqları gecə 2-3-ə qədər açıq olsun. Saat 10-da bağlamaq olar”.
Yeni istifadəyə verilən Nəqliyyat qovşağında sərnişinləri gözləyən yeniliklər















Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində yeni istifadəyə verilmiş Nəqliyyat qovşağına rayonlara işləyən avtobuslar da yerləşdirilib.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

P.Məmmədova deyib ki, respublikanın rayon və şəhərlərinə işləyən avtobuslar artıq müvəqqəti dayanacaqlardan yeni Nəqliyyat qovşağına köçürülüb: “Yəni minik avtomobilləri, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilib”.

BBAK rəsmisinin sözlərinə görə, aprelin 15-də istifadəyə verilən yeni qovşaqda sakinlərin rahatlığı məqsədilə fərdi avtomobillər üçün parkinq yerləri də ayrılıb ki, bölgələrdən və xaricdən gələn qonaqları rahat qarşılaya bilsinlər.

P.Məmmədova onu da qeyd edib ki, hazırda sözügedən əraziyə giriş ödənişsizdir: “Bildiyiniz kimi, avtomobillərin “Xoş gəlmisiniz” yazılan əsas girişdən avtovağzala daxil olması ödənişlidir. Yeni qovşaq tərəfdən avtovağzala daxil olmaq isə hələlik ödənişsizdir. Ancaq gələcəkdə bu istiqamətdən də giriş ödənişli ola bilər. Tariflər isə hələlik dəqiqləşdirilməyib”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, BBAK-ın yaxın zamanlarda yeni saytı və mobil əlavə istifadəyə veriləcək: “Yeni sayt daha təkmil və funksional olacaq. Android və iOS qurğuları üçün istifadəyə veriləcək mobil əlavə vasitəsilə sərnişinlər bütün əməliyyatları yerinə yetirə biləcəklər”.
Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır — SİYAHI















Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib.
Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
Kəlbəcər təhsil şefi hara baxır? - 108 saylı məktəbdə şagirdlər “aylıq”a çıxıb...















Paytaxtın Suraxanı rayonunda yerləşən Kəlbəcərin 108 saylı orta məktəbi çoxdan “bağlanıb”, tədris yekunlaşıb. 

Cahan.info-ya verilən məlumatda iddia edilir ki, məktəbin direktoru Bəsti Hüseynova əsasən yuxarı siniflərin şagirdlərini “aylığa” buraxıb. 

Bu özbaşına mühitin nəticəsidir ki, məktəbdə tədrisin səviyyəsi və keyfiyyəti aşağı, davamiyyət sıfıra yaxın, müəllim-şagird münasibətləri alver çərçivəsində qurulub. 

Kəlbəcər təhsil şöbəsi Elmira Şükürova maraqlanmır ki, B.Hüseynova 108 saylı məktəbi necə idarə edir. Belə çıxır ki, dərsə gəlməmək üçün “aylıq” verən şagirdlərin pulundan məktəb direktoru təhsil şöbəsi müdirinə pay çatdırır. 

Amma son günlər ən çox müzakirə olunan Elinanın intiharı bir örnək olmalıdır ki, şagirdlər nəzarətsiz saxlanmamalıdır, tədris, davamiyyət yüksək səviyyədə olmalıdır. 

Sabah 108 saylı məktəbdə hansısa bıçaqlanma, yaxud intihar olarsa, dərs vaxtı bir şagirdin başına xoşagəlməz hadisə gələrsə bunun məsuliyyətini kim daşıyacaq? 

Məktəb direktoru, müavinlər, sinif rəhbəri və müəllimlər dərs vaxtı həmin şagirdin harda olduğuna nə cavab verəcəklər? 162 saylı məktəbdəki intihar bir dərs olmalıdır ki, tədris saatlarında şagirdlər nəzarətdə saxlanmalıdır. 

Amma 108 saylı məktəb direktoru B.Hüseynovanın heç nə vecinə olmadığı, şagirdləri “aylıq”a buraxdığı deyilir. 

Kəlbəcərin təhsil şöbəsi E.Şükürova görünür, aldığı paydan oğlunun qumarda uduzduğu borcları qaytarmaqla məşğuldur. 

Ağdamın keçmiş təhsil şöbəsi rəhbəri olmuş E.Şükürova bu rayona icra başısı getmək istəyirdi. Hətta Kəlbəcərin deputatı Cavid Qurbanova pul verdiyi iddia edilirdi. Ancaq proseslər onun əleyhinə işlədi.

E.Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur. Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub. 

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb. 

E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı. 

Mətbuat yazmışdı ki, Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur. 
Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.

Görünür, Elmira xanım indi həmin “ənənələri”ni Kəlbəcərdə də bərqərar etmək istəyir. Bu yöndə onun atdığı ilk addım isə yeni təyinat alarkən məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt verməsi olub. 

Bundan sonra isə “aylıq haqq” ənənəyə çevrilib və məktəb direktorları hər ay həmin məbləği ödəmək zorunda qalıb. 

114 məktəbi olan Kəlbəcər rayon Təhsil Şöbəsi heç də Ağdam Təhsil Şöbəsindən geri qalmır. Adı çəkilən rayon məktəbləri isə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərirlər. 

Həmin məktəblərdə tədrisin hansı vəziyyətdə olduğu və hər il dövlətin külli miqdarda vəsaitlərinin hansı şəkildə mənimsənilməsi E.Şükürovaya “çox tanışdır”. 

Məktəb direktorunun və təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
“OVQAT” Kolbasasında xərçəng,ölü ət,milçək,Çin benzonatı... AZƏRBAYCAN XALQINA NƏ YEDİRİLİR?















Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı.

Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi. 

Br qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır. 

"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir. 

Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. 

Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. 

Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı. Belə ki, halala haram qatan, daha doğrusu, haramı "halal” kimi təqdim edən sexlərdən biri də "Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur. 

Məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur. 

İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.

Növbəti iddialarda ölmüş heyvanların ətindən istifadə edildiyi bildirilirdi. A.Rzayev və şirkətin mətbuat xidməti yenə susdu. 

Bu məlumatlar mətbuat tirajlandıqca cəmiyyətin "Ovqat”a olan inamı sarsıldı. Bu gün də alıcılar bu firmanın kolbasa məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır. 

Şirkət rəhbərliyi isə mətbuata öz qapılarını açmaqla reportaj hazırlamağa şərait yaratmalıdır, bu iddialara dair əks-sübutları ortaya qoymalıdır ki, hər birimiz arxayınlıqla bu məhsulları ala biləcəyimizə arxayınlaşaq. 

Amma şirkət susur, danışmır, alıcıların inamı ölür, internetdə axtarış verdikdə bu firma haqda ən qorxunc xəbərlər qarşımıza çıxır. Hər birimiz ailəmizə təmiz, keyfiyyətli, tərkibi sağlam məhsul yedirtmək istəyirik. Belədirsə, bütün yeyinti istehsalçıları cəmiyyətə açıq olmalıdır.

Əslində, saytımız təkcə "Ovqat” yox, digər kolbasa firmaları barəsində də araşdırmalara başlayır və silsilə şəkildə yazılar təqdim edəcəyik. 

Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında "Ovqat” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Qarşı tərəfi dinləməyə hazırıq.
İstinad:Xalqxeber.az
Elinanın atasından məktəb direktorunun ev dustaqlığı ilə bağlı qərarına AÇIQLAMA














“Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb…”

Bu sözləri News24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: “Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq”.