![]() |
![]() |
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Yeni bina ilə tanış olan nazirliyin rəhbərliyinə burada yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, üçmərtəbəli qərargah binası 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Bina mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və qaz ilə təchiz edilib.
Sonra nazirliyin rəhbərliyi daha bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargahda və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsində olub. Bildirilib ki, qərargahdakı 35-dən artıq inzibati və xidməti iş otağı mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, lazımi mebel və avadanlıqla təmin olunub.
anışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb və qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
"Ölkə.Az" "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma 1 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev imzalayıb.
Əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinin Baş direktoru təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl birliyin direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.
Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.
Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.
2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.
Qeyd edək ki, büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək. (trend)
Son bələdiyyə seçkisinə maraq əvvəlkilərlə müqayisədə daha yüksək oldu. Bələdiyyəyə üzv seçilmiş şəxslərin məvacibi də bu kontesktdə gündəmə gəldi.
Bu və ya digər suallarla bağlı Teleqraf.com-a hazırda Bakının Mehdiabad qəsəbəsi bələdiyyəsinin üzvü, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı açıqlama verib.
Niyaməddin Orduxanlının sözlərinə görə, bələdiyyələr yerli özünü idarəetmə orqanlarıdır və Azərbaycanda 20 ildir fəaliyyət göstərir: “Hazırda ölkəmizdə 1700-ə yaxın bələdiyyə subyekti var”.
Onun sözlərinə görə, bələdiyyə üzvlərinin sayı yerləşdiyi əraziyə görə dəyişir: “Bələdiyyə üzvləri 7, 9, 11, 13, 19 nəfərdən ibarət ola bilər. 5 min nəfərlik qəsəbədəyə 9 bələdiyyə üzvü, 10 min sakini olan qəsəbəyə 11 bələdiyyə üzvü düşür. Məsələn, Abşeron rayon Mehdibad qəsəbəsinin 13 nəfər üzvü var. Burada yaşayan əhali təxminən 40-50 mini əhatə edir. Sakinlərin sayı 100 mini keçərsə, əraziyə 19 nəfər bələdiyyə üzvü seçilir”.
Niyaməddin Orduxanlı bildirib ki, sıravi bələdiyyə üzvləri əmək haqqı almırlar: “Bələdiyyə üzvləri yerli özünüidarətmə orqanlarında aparılan işlərə kollegial qərar verir. Mandat almış bələdiyyə heyəti aralarından bir nəfəri sədr seçirlər. Əmək haqqı ancaq sədr və sədr müavinləri üçün nəzərdə tutulur”.
Niyaməddin Orduxanlı qeyd edib ki, bələdiyyə sədrlərinin əmək haqları sədrlik etdikləri ərazinin əhalisinə görə dəyişir: “Bələdiyyə sədrlərinin əmək haqqı müxtəlifdir. 300 manat alan da var, 500 manat alan da. 1700 bələdiyyə sədri var və onların maaşı öz büdcələrindən asılıdır. Eyni zamanda, bələdiyyədə ştat yerləri var (ümumi şöbə, mühasibatlıq, komunal xidmətləri aparan şöbə, vergi müfəttişləri), burada işləyən şəxslər maaş alırlar”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bələdiyyələr öz hesablarına maliyyələşirlər: “Dövlət bələdiyyə orqanlarına vəsait ayırmır. İl ərzində yalnız bir dəfə dövlət büdcəsindən pul ayrılır. Bu da 1700 bələdiyyə arasında bölündükdə, hər birinə ortalama 800-1000 manat arasında pul düşür. Özünü idarəetmə orqan olduğu üçün pulu özü yığmalı, layihələri özü həyata keçirməlidir.
Qanunvericiliklə abadlıq, quruculuq, təmir, məhəllələr arası yollara nəzarət etmə, komunal xidmət (zibil tullantılarının təmizlənməsi), vətəndaşlardan torpaq və əmlak vergisini toplamaq kimi vəzifələr bələdiyyə orqanının səlahiyyətinə daxildir”.