Son xəbərlər

Bu gün növbəti buraxılış imtahanları keçirilir

10 şəhər və rayonda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
10 şəhər və rayonda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

Bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanlarda 10519 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi – müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir.

“Bakı Metropoliteni”nin 22 əməkdaşı koronavirusa yoluxdu, biri öldü

“Bakı Metropoliteni” QSC-nin 22 əməkdaşı koronavirusa yoluxub, bir nəfər isə ölüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hazırda koronavirusa yoluxan əməkdaşlar müvafiq tibb müəssisələrində müalicə alırlar:

“Əməkdaşların vəziyyəti “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Ümumiyyətlə, bu məsələlərdə TƏBİB və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqə saxlanılır. Müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

COVID-19 infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə altı metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb, bir nəfər isə vəfat edib. Ötən müddət ərzində bu və digər səbəbdən COVID-19 şübhəsi ilə müvafiq yaxma götürülən yeddi metropoliten işçisinin test nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş qurum əməkdaşları müxtəlif sahələrdə çalışırlar. “Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

B.Məmmədov onu da əlavə edib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. COVID-19 simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin, onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.

Bu gündən avtobuslara maskasız minmək qadağan edilir

Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər.
Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır. Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi şəkildə artırır.

Virusa yoluxan bir nəfər sürücü istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

Bu cür xoşagəlməz halların yolverilməzliyini və tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, marşrut avtobuslarında bəzi qaydaların tətbiqinə qərar verilib. Bildiririk ki, sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağandır.
İyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək.

Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib. Yaxın günlərdə tələbin icrasına dair nəzarət tədbirləri daha da gücləndiriləcək.

Bununla yanaşı, daşıyıcılarla da görüş keçirilib və sürücülərin təlimatlandırılması barədə göstəriş verilib.

Bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik. Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür.

Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu

Dünən koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın Səhiyyə Nazirliyi, stasionar müalicənin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən həyata keçirilməsi barədə məlumat yayılıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsi Prezident İlham Əliyevin fərmanı ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) həvalə olunub:

“Nazirlər Kabineti yanında operativ qərargah müvəqqəti olaraq Səhiyyə Nazirliyinə Bakı şəhərindəki poliklinikalara metodiki tövsiyələr verməyi tapşırıb”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılıb. Fərmanın icrası məqsədilə 12 apreldə Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.
TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Qeyd edək ki, bu qərarla ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.

Bu gün növbəti buraxılış imtahanları keçiriləcəkDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün və sabah ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də, binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 21-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar 24 və 25 iyun tarixlərində respublikanın 19 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə, 95 imtahan binası, 1 530 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 95 ümumi imtahan rəhbəri, 245 imtahan rəhbəri, 1994 nəzarətçi–müəllim, 190 buraxılışı təşkil edən əməkdaş, 95 bina nümayəndəsi ayrılıb.

İyunun 24-də keçiriləcək imtahanlarda 8 712, iyunun 25-də keçiriləcək imtahanlarda isə 10 519 nəfər olmaqla, ümumilikdə 19 231 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması) həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxararaq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda 24 və 25 iyun tarixlərində imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

419 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Bu gün ölkə Prezidentinin "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, həmin fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.

Komissiyanın iclasında hazırda mənzil növbəsində olan 666 nəfər hərbi qulluqçudan 419 nəfər hərbi qulluqçunun Bakı və Naxçıvan şəhərlərində tam təmirli mənzillərlə təmin olunması və bu məqsədlə 2020-ci ilin dövlət büdcəsində ayrılmış 30,1 milyon manat vəsaitin yönəldilməsi barədə qərarlar qəbul edilib.
Beləliklə, dövlət başçısının fərmanının icrası olaraq bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 140 nəfər hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mənzillərlə təmin olunub.

Bakıda bu klinikas koronavirus testinin götürülməsini dayandırdı

Referans Klinik Labaratoriya Mərkəzində koronavirus testinin götürülməsi dayandırılıb.
Klinikanın Labaratoriya Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, hazırda koronavirusla bağlı test qəbul edilmir: “Reaktivlərimiz bitib. Nə zaman olacağı bilinmir. Testlərin aparılması sırf uçuş öncəsi olan pasiyentlər üçün nəzərdə tutulub”.

Xatırladaq ki, bir neçə gün öncə klinikada koronavirus testi vermiş vətəndaşa nəticə neqativ göndərilsə də, TƏBİB-ə cavab pozitiv təqdim edilmişdi. Daha sonra xəstəxana məlumat yayaraq Mərkəzin qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən texniki səhvə yol verildiyini və pasiyentə nəticənin mənfi kimi çap olunaraq təqdim olunduğunu bildirmişdi.
Qeyd olunmuşdu ki, texniki səhvə görə, pasiyentin son iki həftə ərzində görüşdüyü insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək.

Koronavirusu səsə əsasən müəyyənləşdirəcəklər

Braziliyada San Paulu Dövlət Universitetinin tədqiqatçıları koronavirusun yeni aşkarlanma üsulu üzərində işləyirlər.
Oxu.az xəbər verir ki, koronavirusun əlamətlərindən biri olan tənəffüs problemini nitq analizi ilə tanıma sistemi yaradılır.

Layihə latın dilində “nəfəs al” və ya “yaşa” mənasını verən “Spira” adlanır.
Tənəffüs çatışmazlığı simptomu olan xəstəlik zamanı danışma tərzində xarakterik dəyişiklik yarana bilir. Məhz bu, alimlərə yeni ideyanı həyata keçirməyə əsas verib.

“İdeya telefonda və ya kompüter monitoru qarşısında danışan insanın nəfəs problemi olduğunu tanımaqdan və təcili olaraq həkimə müraciət edib müayinədən keçməyin zəruriliyini göstərməkdən ibarətdir”, - deyə, professor Marselo Barmaq bildirib.

190 manat bank kartlarına köçürüləcək

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Daha 100 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub.