Son xəbərlər

Rayona gedənlərlə bağlı təcili xəbər: Şöbə rəisi qaydaları açıqladı — VİDEORayon qeydiyyatında olanlar da SMS icazə ilə karantin postlarından keçə bilməzlər.Xezerxeber.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, 2 saatlıq SMS icazə tibbi zərurət və gündəlik tələbat mallarının alınması, eləcə də bank, poçt və digər xidmətlərdən istifadə üçündür. Bu qaydalara məhəl qoymayaraq rayona getməyə cəhd göstərən şəxslər karantin postlarından geri qaytarılacaqlar. Bu tələb təkcə Bakıya yox, sərt karantin rejiminin tətbiq edildiyi digər şəhər və rayonlarda yaşayanlara da aiddir.
Kamran Əliyev bildirib ki, bəzən icazə portalı vasitəsilə ölkədaxili hərəkətinə icazə verilmiş şəxslər öz ailə üzvlərini rayonlara aparmaq istəyirlər. Qaydaya görə icazə yalnız həmiş şəxsə aiddir və digərləri postlardan buraxılmayacaq. Şöbə rəisi həmçinin, rayondan gələn taksilərin postlardan buraxılmamasına da münasibət bildirib.
Digər hallarda isə həm həmin taksilərin gətirdiyi sərnişinlər, həm də onların özləri postlardan buraxılmayacaq.
<embed width="640" height="360" src="https://player.bax.tv/106117.html" frameborder="0" webkitallowfullscreen mozallowfullscreen allowfullscreen></embed>
Baş həkimdən Təbəssümün anasına meyitin verilməyəcəyini deyən şəxslə bağlı AÇIQLAMA
“Təbəssüm Məmmədovanın anasına 30 min manat müqabilində meyitin verilməməsini deyən şəxsin olub-olmadığı araşdırılacaq”.

Bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, ilkin araşdırmalarda bu məqamla bağlı heç bir fakta rast gəlinməyib:

“Ancaq yenidən bu məqam araşdırılacaq. Həmin gün işdə olan personalla söhbət aparılacaq”.

Şeyx koronavirus testindən keçdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 45 səlahiyyətli şəxsi koronavirus testindən keçib.
“MediaPost” məlumatına görə, koronavirus testindən keçənlər arasında QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun müavinləri də var.
Ümumilikdə verilən testlərin hər birinin cavabı neqativ çıxıb.

Amma buna baxmayaraq, Allahşükür Paşazadə hər həftə koronavirus testindən keçəcək.

SON DƏQİQƏ! Həftə sonu 8 rayonda...Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilir. Sosial şəbəkələrdə şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı ilə bağlı iddialar səsləndirilir. Bu həftə şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacaq?

Bununla bağlı Demokrat.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə heç bir məlumat yoxdur: "Hazırda 8 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminin bitməsinə bir neçə gün var. Vəziyyətdən asılı olaraq uyğun və müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq".

Siqaret çəkənlərə BƏD XƏBƏR

Azərbaycanda gələn aydan siqaret və tütün məmulatlarının qiyməti 15 faizə yaxın artacağı gözlənilir.
Mediaposta xəbərinə görə, artıq bir həftəyə yaxındır şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb.

Mağaza sahiblərinə gələn ayın 1-dən sonra ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığını da ediblər.

“LD”, “Sobranie”, “Kent” və digər markalı siqaretlərin qiymətində 40 qəpiyə qədər artım gözlənilir.

Azərbaycanda koronafobiya da sürətlə yayılır
Son aylar psixoloqlara müraciətlərin sayı artıb.

Xezerxeber.az xəbər verir ki, şikayətlər isə daha çox koronavirusla bağlıdır.

Müraciət edənlərin çoxu valideynlərdir. Onlar övladları uzun müddət ev şəraitində qaldıqları üçün koronavirusla söhbətləşdiklərini, dalaşdıqlarını, hətta onu "balacaları ev həbsinə salan düşmən" adlandırdıqlarını deyirlər. Yaşı 60-dan yuxarı müraciət edənlər isə, nəinki ev, hətta yataq rejimindən çıxsalar bu virusa yaxalana biləcəklərindən ehtiyat edirlər.

Mütəxəssislər bunun gələcəkdə psixo-nevroza yol aça biləcəyini deyirlər.

Bunun qarşısını almaq üçün isə ilk növbədə evdə yeni məşğuliyyətlər tapmaq, pandemiyanın yayılma, yoluxma və ölüm statistikası xəbərlərindən uzaq durmaq məsləhət görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sərt karantin rejimi uzadılacaq?

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

“Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

ÜST-dən koronavirusla bağlı məyusedici

Ayrı-ayrı ölkələrdə əldə edilən irəliləyişə baxmayaraq, bütövlükdə dünya miqyasında COVID-19 pandemiyası daha sürətlə yayılmağa başlayıb.
Bu barədə keçirdiyi brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bəzi ölkələr iqtisadiyyatı açarkən, sosial həyata qayıdarkən yoluxma hallarının artması ilə üzləşiblər. İnsanların əksəriyyəti virusa qarşı hələ də həssasdır. Virus üçün xeyli meydan qalır. Məsələnin hələ də sona çatmaması ağır gerçəklikdir. Ayrı-ayrı ölkələrdə irəliləyiş əldə edilsə də, dünya miqyasında pandemiya daha sürətlə yayılır”, - təşkilat rəhbəri vurğulayıb.

Bir gündə 2-ci SMS-icazə istədi, “yox” cavabı aldı

Son bir neçə gün ərzində sosial şəbəkələrdə “SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib.

“Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar hər iki koddan istifadə edə bilər:

“Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər. Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, “Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

 

 
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb”

“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım davam edir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə təzyiq edərək ciddi gərginlik yaradır:

“Xəstəxanalarda, müalicə müəssisələrində böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtda müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi fərqli idi. İndi tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir. Reanimasiyaya və süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb. Dünyada situasiya stabilləşib. Bu, əks- epidemik tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunub. Mən istəyirəm ki, bütün tədbirləri sərtləşdirək. Müşahidələr göstərir ki, indiki tədbirlər effektini vermir”.