Son xəbərlər

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var
“Bu gün “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 30 milyon manatdan çox borcu var”.

Oxu.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, borc məsələsinin köklü həlli yoxdur:

“Yenə də yəqin ki, “Azəristiliktəchizat” ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, “Azəristiliktəchizat”da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil”.

Sərt karantin rejimi qaydalarına nəzarət gücləndirildi

Ölkədə koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsinə qərar verilib. Sözügedən qərar bir sıra şəhər və rayonlarla yanaşı, Sumqayıtda da tətbiq olunur. 

Sumqayıt Şəhər Polis İdarəsinin və Daxili Qoşunların hərbi qulluqçuları pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirir.

Həyata keçirilən tədbirlər çərçivəsində şəhərin giriş-çıxış hissələrində və bir çox ərazilərində Yol-Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən nəzarət-yoxlanış postları qurulub. Eləcə də, şəhərdə qaydaların pozulmasının qarşısını almaq üçün patrul xidməti yerinə yetirilir, karantin rejiminin tələblərini pozan şəxslər müvafiq qaydada cərimələnir. 

Belə ki, ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər avtobuslardan kənarlaşdırılıb, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimələr tətbiq olunub. 

Eyni zamanda, küçəyə çıxan sakinlərin icazələrinin olub-olmaması da yoxlanılıb. İcazəsiz çölə çıxanlar barəsində də tədbirlər görülüb.

Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşları avtovağzal ərazisində stasionar postlar yaradıb. Bakıya gedən sərnişinlər burada yoxlandıqdan sonra ictimai nəqliyyata buraxılır. İdarənin əməkdaşları bir neçə marketdə reydlər aparıb, satıcı və müştərilərə tapşırıq və tövsiyələr verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

SON DƏQİQƏ:Əhaliyə ŞAD xəbər

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.”HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.

Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.

Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir.

Başqa sözlə, "xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:

 

1. Belarus – vizadan azaddır/ 90 gün

 

2. Gürcüstan – vizadan azaddır/ 360 gün

 

3. Qazaxıstan – vizadan azaddır/ 90 gün

 

4. Qırğızıstan – vizadan azaddır

 

5. Moldova – vizadan azaddır / 90 gün

 

6. Özbəkistan – vizadan azaddır /90 gün

 

7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün

 

8. Tacikistan – vizadan azaddır /90 gün

 

9. Ukrayna – vizadan azaddır /90 gün

 

10. Bahamas – vizadan azaddır/ 90 gün

 

11. Banqladeş – aeroportda viza / 30 gün

 

12. Barbados – vizadan azaddır/28 gün

 

13. Bolivia – aeroportda viza/e-viza/90 gün

 

14. Bosniya və Hersoqoviniya – vizadan azaddır/ 90 gün

 

15. Kamboca – aeroportda viza /e-viza/30 gün

 

16. Cape Verde – aeroportda viza

 

17. Kolumbiya – vizadan azaddır/ 90 gün

 

18. Komor – aeroportda viza/ 45 gün

 

19. Ivory Coast – əvvəlcədən qeydiyyatla

 

20. Kuba – turist kartı ilə/30 gün

 

21. Djibouti – e-viza

 

22. Dominik – vizadan azaddır/ 21 gün

 

23. Ekvador – vizadan azaddır/ 90 gün

 

24. Efiopiya – e-viza

 

25. Qabon – e-viza

 

26. Qvineya-Bissau – aeroportda viza/e-viza/90 gün

 

27. Haiti – vizadan azaddır/ 90 gün

 

28. Hindistan – e-viza

 

29. İndoneziya – vizadan azaddır/ 30 gün

 

30. İran – vizadan azaddır/ 14 gün

 

31. Yamayka – aeroportda viza

 

32. İordaniya – aeroportda viza

33. Laos – aeroportda viza/ 30 gün

 

34. Livan – aeroportda viza/ 30 gün

 

35. Lesotho – e-viza/ 14 gün

 

36. Macao – aeroportda viza/ 30 gün

 

37. Makedoniya – vizadan azaddır/ 90 gün

 

38. Malayziya – vizadan azaddır/ 30 gün

 

39. Maldivlər – aeroportda viza/ 30 gün

 

40. Marşal adaları – aeroportda viza/ 60 gün

 

41. Mavritaniya – aeroportda viza

 

42. Mauritius – aeroportda viza/ 60 gün

 

43. Mikroneziya – vizadan azaddır/ 30 gün

 

44. Çernoqoriya – vizadan azaddır/ 90 gün

 

45. Mozambik – aeroportda viza/ 30 gün

 

46. Namibiya – vizadan azaddır/ 90 gün

 

47. Nepal – aeroportda viza/ 90 gün

 

48. Nikaraqua – aeroportda viza/ 30 gün

 

49. Oman – e-viza

 

50. Palau – aeroportda viza/ 30 gün

 

51. Fələstin – vizadan azaddır

 

52. Qətər – vizadan azaddır/ 30 gün

 

53. Ruanda – aeroportda viza/e-viza/30 gün

 

54. Samoa – aeroportda viza/ 60 gün

 

55. Serbiya – vizadan azaddır/ 360 gün

 

56. Seyşel adaları – turist qeydiyyatı /30 gün

 

57. Somali – aeroportda viza/ 30 gün

 

58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün

 

59. Sent Vinsent və Qrenadalar – vizadan azaddır/ 30 gün

 

60. Timor-Leste – aeroportda viza/ 30 gün

 

61. Toqo – aeroportda viza/ 7 gün

 

62. Türkiyə – vizadan azaddır/ 30 gün

 

63. Tuvalu – aeroportda viza/ 30 gün

 

64. Uqanda – aeroportda viza/ e-viza

 

65. Vanuatu – vizadan azaddır/ 90 gün

 

66. Vyetnam – e-viza /day.az

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır?

Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma artma dinamikası ilə davam etsə, sərt karantin rejimi yenidən 2 həftəlik uzadıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşi Paşazadə bildirib ki, yumşalmalardan sonra ortaya çıxan statistika heç də ürəkaçan deyil:

"Çünki bəzi insanlarımız yumşalmalardan sonra sanki bu virus yoxmuş kimi davranmağa başladılar. Dayanacaqlarda, avtobuslarda, marketlərdə və insanların sıx toplaşdığı digər iaşə obyektlərində qoruyucu tibbi maskalardan istifadə etmədən hərəkət etdilər. Çünki insanların sıx toplaşdığı bu yerlərdə virus daha sürətlə yayılır. Bu gün markletlər insanların gündəlik ərzaq təlabatını ödədiyi üçün vətəndaşların ora axını daha çox olur. 2 həftəlik sərt karantin rejimi zamanı digər iaşə oybyektlərindən fərqli olaraq müəyyən qaydalar qorunmaqla marketlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Təəssüf ki, marketlərdə həmin qaydalara əməl edilmir. Kassaların qarşısında sosial məsafə qorunmur, insanlar maska və əlcəkdən istifadə etmədən marketlər daxil olur, girişdə heç bir dizenfeksiya qaydalarına əməl edilmir, açıq şəkildə satılan qida məhsullarına hər kəsin toxunmasına icazə verilir. Düzdür, bu virus ölkəmizdə yeni yayılmağa başladığı zaman müəyyən qədər açıq satılan qidalar izyolasiya olundu və insanların toxunmasına icazə verilmədi. Sadəcə əlcəkdə özləri toxunurdu. Təəssüf ki, sonrakı dövrdə bu qaydalara əməl edilmədi. Düşünürəm ki, marketlərin fəaliyyəti ilə bağlı qoyulan qaydalara tam əməl edilməlidir. Çünki Operativ Qərargahın qoyduğu qaydaların hər biri insanlarımızın sağlamlığının qorunmasına xidmət edir.

Qoyulan qaydalara əməl edilmədiyinə görə son həftələrdə gündəlik koronavirusa yoluxan və ölənlərin sayı çoxaldı. Hətta dünən yoluxanların sayı 590-a qədər yüksəldi. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Amma təəssüf ki, yenə də karantin rejimin qaydalarına əməl etməyən insanlarımız var. Məhz buna görə də bu gün karantin rejim bir az da sətləşdirilməsi barədə qərar verildi. Hazırda bütün dünya bu xəstəliklə mübarizə aparır. Eləcə də Azəbaycan. Dövlət tərəfindən bütün lazım olan addımlar atılır, qərarlar verilir. Bu məsələdə insanlarımızın sosial məsuliyyətini dərk etməsi vacibdir. Təəssüf ki, hələ də bu xəstəliyin varlığına inanmayan insanlar var. Bunu hər hansı oyun hesab edirlər. Amma bu xəstəlik mövcuddur və çox təhlükəlidir. Tək özümüz üçün deyil, yaxınlarımız və bütün cəmiyyət üçün məsuliyyətli olmalıyıq. Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, tələb olunan sosial məsafəni qorumalı və sanitar-gigyenik qaydalara riayət etməlidir. Qaldı ki, sərt karantin rejimin 2 həftə yenidən uzadılması bu barədə danışmaq hələlik tezdir. Hər şey gündəlik yoluxma dinamikasından asılı olacaq. Operativ Qərargah yoluxanların sayını və mövcud vəziyyəti analiz edib lazım olan qərarı verəcəkdir".

8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.
Dövlət Agentliyindən verilən məlumata görə, qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib.

Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Koronavirusa görə iş saatları dəyişdi

AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.
Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.