Son xəbərlər

Martın 13-də Şəki şəhərində Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim başlayıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a verilən məlumata görə, təlimin açılış mərasimində DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu vurğulayıb və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ölkədə gömrük sahəsində əldə olunan uğurlardan, aparılan məqsədyönlü işlərdən və nəzərdə tutulan layihə və yeniliklərdən bəhs edib.

Baş İdarənin rəisi gömrük sistemində islahatlar haqqında ətraflı məlumat verib və vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır.

Mirqasım Vahabov qeyd edib ki, bu il fevralın 1-dən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb. "İslahatların uğurla reallaşdırılması onların mahiyyətinin ictimaiyyətə doğru və operativ şəkildə çatdırılmasından asılıdır", - deyən Baş İdarə rəisi bu istiqamətdə gömrük-media münasibətlərinin rolunu da vurğulayıb. Gömrük orqanlarının media ilə səmərəli və işgüzar münasibətlərə önəm verdiyini bildirən Mirqasım Vahabov "Gömrük islahatlari: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusundakı təlimin gömrük sistemində tətbiq edilən yeniliklərin təbliğində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra təlimdə DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Nazirlər Kabinetinin müvafiq qərarı, Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin böyük inspektoru Orxan Vahabov "Gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələr", Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin baş inspektoru Ələkbər Heydərov "Yaşıl dəhliz" buraxılış sistemi və ticarətin asanlaşdırılması" mövzusunda təqdimatlarla çıxış ediblər.

Təlim martın 15-dək davam edəcək.

Eyni şəxs bir dəfədən artıq donor ola bilməyəcək














Azərbaycanda canlı donordan donor orqanın götürülməsinə dair məhdudiyyətin dairəsi genişləndirilib.
Report xəbər verir ki, bu qadağa yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

Qeyd olunub ki, 18 yaşına çatmamış şəxsdən transplantasiya məqsədilə ilə orqan və toxumaların (sümük iliyi istisna olmaqla) götürülməsi qadağandır.
Layihədə bildirilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.
Azərbaycanda “rayon” inzibati ərazi vahidi ləğv olunacaq? – Komitə üzvündən AÇIQLAMA















“Ölkənin hansı ərazi vahidlərinə bölünməsi, bölgələrin rayon, vilayət, qəza və ya quberniya adlandırılması əhalinin sayı, məskunlaşma sıxlığı ilə əlaqələndirilməlidir”.

Bunu Modern.az-a regionların “rayon” inzibati ərazi bölgüsünün dəyişdirilməsi haqqında səsləndirilən fikirlərə münasibət bildirərkən millət vəkili Tahir Rzayev söyləyib.

Parlamentin Regional məsələlər komitəsinin üzvü qeyd edib ki, Azərbaycan kiçik respublikadır və ərazi bölgüsünün dəyişdirilməsi, kütləvi formada fərqli adlandırılması məsələri maddi xərc tələb edir:

“İndiyə qədər bu kimi bölgülər aparılıb. Məsələn indi “rayon” inzibati ərazi bölgüsü ləğv edilərsə, on minlərlə insanın pasport qeydiyyatı, yaşayış yerinin sənədləşdirilməsi, digər vacib sənədlər dəyişdirilməlidir. Bütün məsələləri hesabladıqda milyonlarla vəsaitin xərclənməsinə gətirib, çıxarır. Hazırda “rayon” inzibati ərazi vahidindən imtina etmək, ərazi bölgüsünü dəyişdirmək külli miqdarda vəsait deməkdir.

Hesab edirəm ki, hələlik buna ehtiyac yoxdursa, qalsın. Vaxtı gəldikdə, ehtiyac yarandıqda onsuz da, müvafiq ərazi vahidinə keçid baş tutacaq. Ölkənin inkişafı, əhalinin artımı ilə əlaqədar müvafiq dövrdə belə məsələlər qaldırıla bilər”.

T. Rzayev hesab edir ki, inzibati ərazi bölgüsünün dəyişdirilməsi inkişaf cəhətdən heç bir üstünlük verməyəcək:

“Sadəcə, adların dəyişdirilməsi dilimizə hansısa şəkildə uyğunlaşdırılması üçün sərfəli ola bilər. Başqa heç bir inkişaf göstəricisindən söhbət gedə bilməz. Bölgələrimiz rayon da, mahal da, qəza da, vilayət də adlandırıla bilər. Əsas odur, həmin yerlərdə insanların, əhalinin inkişafı təmin olunsun. İlk olaraq, adların, bölgünün dəyişdirilməsinə deyil, bölgələrdə əhalinin sosial rifahına diqqətimizi cəmləməliyik”.
MilliKart CİBimizə necə girir? – Diqqətli olun!















“Missiyamız hər zaman bacardığımız hər şeyin ən yaxşısını təqdim edəcəyimizə dair vəddir və bizim kim olduğumuzu vurğulayır” – sözləri 18 bankla birgə çalışan MilliKart özəl şirkətinin “Haqqında” bölməsində qeyd edilib. Bu hissə oxşar mənalı cümlələrlə bəzədilib. Amma bu gün göstərdikləri müştəri xidməti iddialarının əsassız olduğuna dəlalət edir.

Minval.info xəbər verir ki, şirkətin nəznində olan “CİB” mobil tətbiqetməsində texniki nasazlıq yaranıb. Bu barədə heç bir müştəriyə məlumat verilməyib. Nəticədə pul köçürməyə çalışın müştəri jurnalist Məhəmməd Türkmənin bank hesabından pul çəkilib. Amma həmin vəsait yönləndirilən ünvana çatmayıb, lakin pul hesabdan çıxarılıb. Üstəlik, xidmət haqqı da “göstərdiyi xidmət”ə görə “MilliKart”ın büdcəsinə köçürülüb.

Jurnalist Məhəmməd Türkmən bununla əlaqədar şirkətlə əlaqə saxlasa da problem aradan qalxmayıb: “Biabırçı xidmət göstərirlər. Öz texniki problemlərinə görə mən əziyyət çəkirəm. Göndərməyə çalışdığım 121 manat məbləğində pul xidmət haqqı ilə birlikdə balansımdan çıxarıldı, amma əməliyyat uğursuz alındı. Yəni pul göndərilmədi. Xarici banklara məxsus plastik kartlara bizim banklardan pul göndərmək mümkün deyilmiş. Bunu da şirkətə zəng vurduqdan sonra anladım. Çünki CİB mobil tətbiqetməsində bu barədə heç bir məlumat yazılmayıb. Üstəlik baş tutmayan əməliyyata görə balansımdan pul silinib və geri qaytarılmır. MilliKart şirkətinə zəng vurdum və operator xanım bildirdi ki, texniki şöbə bu işə baxacaq və 2 gündən sonra bir də əlaqə saxlamalıyam. Belə biabırçılıq olarmı? Baş tutmayan əməliyyata görə balansımdan pul silinir, mənə məxsus olan pulu geri almaq üçün isə minimum 2 gün gözləməliyəm. Problem onlara görə yaşanır, əziyyəti isə müştəri çəkir. Oxşar problem yəqin ki, daha əvvəl də yaşanıb və bundan sonra da yaşanacaq.

Məsələ ilə bağlı müştərisi olduğum “Express” banka da zəng vurdum. Onlar da harasa yönləndirib, araşdıracaqlarını bildirdilər. “Texniki səhv” dedikləri hadisə onların ucbatından baş verib və buna görə istifadəçi, müştəri əziyyət çəkməli deyil. Əgər belə hal baş verirsə bu, “Express” bankın və “MilliKart” şirkətinin qeyri-peşəkar çalışması anlamına gəlir. Özlərinə sərf edən qaydalar qurub, ona uyğun da işləyirlər. Ən qısa zamanda hər iki xidmətdən imtina edib, fərqli bankla çalışacağam. Bu məsələni ictimailəşdirməyimin əsas səbəbi də budur ki, digər vətəndaşlar da xəbərdar olsunlar. Bu bank və şirkətin xidmətindən istifadə etmək istəyən zaman bir neçə dəfə düşünsünlər”.
Nazirlikdən pensiyaçılara şad xəbər















Novruz bayramına qədər mart ayı üzrə pensiyaların ödənişi tam həyata keçiriləcək.

Bu barədə publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, minimum pensiya məbləğinin artırılaraq 160 manata çatdırılması ilə bağlı 233 min şəxs öz pensiyasını artımla alacaq.
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

















“Problemləri qaldırmaqla ölkə başçısına kömək etmiş oluruq. Lakin biz problemləri qaldırmaqla yanaşı həlli yollarını da göstərməliyik”.
Bunu deputat Musa Quliyev Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışında deyib.
O, bildirib ki, əlillərlə bağlı qanun layihələrinə təklif olunan dəyişikliklər dövlətin bütövlükdə əlil vətəndaşlarına olan diqqətin bariz ifadəsidir. Deputat söyləyib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrin maliyyəsi dövlət tərəfindən ödəniləcək: 

“Bu, ölkə başçısının əlil vətəndaşlara olan diqqətinin göstəricisidir. Lakin əsas məsələ onların dövlət hesabına peşə təhsili aldıqdan sonra işlə təmin olunmasıdır. Əgər tələbə diplomunu alıb işlə təmin olunmayacaqsa, o zaman problemlər yaranacaq”. 
M. Quliyev qeyd edib ki, əlillərə uyğun iş yerləri yaradılmalıdır: 

“Bundan başqa onlara düzgün əmək zəmanəti verilməlidir. Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı işdə işləməsi müəyyən edilməlidir. Elə əlillər var ki, əlil arabasında, elələri də var ki, sadəcə gözləri görmür. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır. Müvafiq qurumlara müraciətim odur ki, əlilərə zəmanət verərkən onların hansı işdə işləyəcəyinə diqqət etsinlər. Çünki, əlilin qapı-qapı gəzib iş axtarmaq imkanı yoxdur. Onlar işə cəlb edilməlidir”.
Bayramadək 1928 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək














Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.

İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na himayəçilikdə ittiham edildi















Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun əməkdaşları rüşvət almaqda və cinayətlərə göz yummaqda günahlandırıldı

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

Hər səhər, təxminən saat 5.00-dan – 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…

Məncə, bu agentliyin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”.

Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na himayəçilikdə ittiham edildi











Bu iddia ilə haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev çıxış edib. Eynulla Fətullayev agentliyin rəhbəri Qoşqar Təhməzlinin fotosunu facebookda paylaşaraq, altından aşağıdakı cümləni yazıb: “Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı!”

“Yeni Müsavat”ın əməkdaşı Qida Təhlükəsizliyi Agentliyinin, onun rəhbəri Qoşqar Təhməzlinin ünvanına səslənən korrupsiya ittihamlarına münasibət öyrənməyə çalışıb. Lakin QTA-dan ittihamlara susmaqla cavab veriblər.

Ümumiyyətlə, bu agentlik fəaliyyətdə olduğu dövrdə mətbuatla əlaqələr olduqca bərbad durumdadır, sorğular bir qayda olaraq cavabsız buraxılır.

Azərbaycanda “leş mafiyası”nın fəaliyyəti haqda isə illərdir ki, yazılar dərc edilir. 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayana qədər dövlət qurumları həmin yazılara reaksiya verir, ölmüş, murdar heyvan ətlərinin satışı ilə məşğul olanlar barəsində pis-yaxşı tədbirlər görürdü. QTA isə belə hallara qarşı sistemli, kəsərli tədbirlərin görülməsi zərurətindən yaranmışdı. Agentlik baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni həyata keçirməklə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə cavabdehdir. Həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xeyli müddətdir agentlik fəaliyyətdədir, amma gördüyü iş, qidaların təhlükəsizliyi üçün atdığı addımlar nəzərə çarpmır. “Leş mafiyası” QTA yaradılandan əvvəl hansı qaydada işləyirdisə, indi də həmin qaydada fəaliyyətdədir. Yəni qara bazara leş ət daşınması dayandırılmayıb. Ortada qara bazarda satılan leş ətlərdən QTA-ya pay çatması iddiası da var!

“Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…” iddiası çox ciddidir, agentliyin korrupsiyaya bulaşması ümumilikdə prezident səviyyəsində vətəndaşların qida təhlükəsizliyinin təmini ilə bağlı qərarına kölgə salır. Qeyd edək ki, illərdir rayonlardan Bakıya at, eşşək, hətta caynaqlı quşların, heyvanların ətləri gətirilərək digər heyvanların, quşların əti adı altında, yarımfabrikat şəklində satışının təşkilini dayandırmaq mümkün olmur.

Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na himayəçilikdə ittiham edildi









2017-ci ilin fevralında prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün fərman imzalayıb. 2018-ci ildə fəaliyyətə başlayan agentlik ötən dönəmdə qeyri-şəffaf idarə edilib, mediadan gizli fəaliyyətdə olub. Agentliyin fəaliyyətindəki məxfiliyin “leş mafiyası” üzvlərinin xeyrinə olması da göz qabağındadır. Ötən 1 ildən artıq müddətdə QTA-nın “leş mafiyası”na qarşı təsirli tədbirləri olmayıb. Bu isə haqlı olaraq QTA-nın korrupsiya ittihamlarına tuş gətirib. Əgər gizlədiləsi bir iş yoxdursa, QTA gördüyü tədbirlərlə bağlı mətbuata niyə açıqlama verməsin? Niyə QTA-nın saytında təhlükəli qida və zəhərlənmələr haqda məlumatlar yerləşdirilməsin? Axı 1 il bu işlərin görülməsi üçün kifayət qədər böyük bir zaman kəsiyidir. Ölkə başçısı mətbuata açıqlamalar verdiyi bir vaxtda agentlik rəhbəri mediadan niyə gizlənir? Qoşqar Təhməzlinin ictimaiyyətdən gizlətmək istədiyi, gizli saxlamağa çalışdığı məsələlər korrupsiya ittihamları ilə bağlı ola bilərmi?

Suallar açıqdır və Qoşqar Təhməzli cavab verəcəyi təqdirdə ictimailəşdirməyə hazırıq.

QTA-ya yönəlik korrupsiya və rüşvət ittihamları, “leş mafiyası” ilə əlaqələri haqda iddialarla bağlı “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

Qida Təhlükəsizliyi Agentliyi “leş mafiyası”na himayəçilikdə ittiham edildi










Qida üzrə ekspert Eyyub Hüseynov

Eyyub Hüseynov deyir ki, QTA yaradıldığı ilk gündən baş nazirin müavini Əli Əhmədova məktubla müraciət edib:“Məktubda QTA-ya 20 illik təcrübəsi olan təşkilatımızın əlindən gələn köməyi əsirgəməyəcəyimizi bildirdim. QTA-nın əsasnaməsi mükəmməldir, ambisiozdur. Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən sənəddir. Bu gün Azərbaycanda HAPP sisteminə balıq və balıq məhsulları, kürü və fındıq qoşula bilib. Azərbaycanda bu gün çox sayda məhsullar istehsal olunur. Amma hələ də HAPP sisteminə qoşulmayıb. QTA bu məsələləri həll etməli idi. Mən yazdığım məktubda QTA-da şəffaflığın təmin olunması üçün ictimai təşkilatların təmsil olunmasını təklif etdim. Bu QTA-nın əsasnaməsində də qeyd olunub ki, kollegiya təşkil olunmalı, kollegiyada ictimai təşkilatlar ola bilər. Əgər şəffaf işləyirlərsə, ictimai təşkilatlar QTA-da təmsil olunmalıdır. Bunu qəbul etmədilər. Qoşqar Təhməzli ilə beynəlxalq konfranslardan birində görüşdük. O dedi ki, ictimai təşkilatlarla işləmək istəmir. Yəni şəffaflığa qarşıdırlar. Ölkə prezidentinin çox gözəl bir təşəbbüsü olan QTA-nın bu gün korrupsiya və rüşvətdə adının hallanması çox pis, neqativ haldır. Əgər bu ittihamlar doğrudursa, olduqca xoşagəlməz haldır. Dövlətin, hökumətin xalqa yönəlik addımları belə xoş olmayan şəkil almamalıdır. Şəffaflıq olmayan yerdə bu və digər qurumun fəaliyyəti ancaq neqativ çalarlarda ifadə olunacaq. Qoşqar Təhməzli ictimaiyyət qarşısına çıxıb hesabat verməlidir. Bunu onun təyin edildiyi vəzifə, ona göstərilən yüksək etimad tələb edir”.

Eyyub Hüseynov deyir ki, “leş mafiyası” ilə bağlı ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyi görüb: “QTA ictimaiyyətdən gizlənmək əvəzinə ictimaiyyətlə işləməli, sıx təmasda olmalıdır. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Kollegiya yaradıb, orada KİV və ictimaiyyət nümayəndələrinin təmsil olunması vacibdir. Əks halda, bu cür pis nəticələr olacaq”.

AİB sədri deyir ki, “leş mafiyası”nın fəaliyyəti bu gün də davam edir: “Rayonlarda, kəndlərdə heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Leş əti Bakıda satanlarla yanaşı, onu alanlar da məsuliyyətə cəlb olunmalıdır”.

E.Hüseynov bildirir ki, həmin murdar heyvanların ətlərini kolbasa, sosiska istehsalçılarının alması da istisna deyil:“QTA-nın 1003 qaynar xətti var. Həmin xəttə xoşagəlməz hal barədə vətəndaş Aydın Əliyev yanımdan müraciət etdi. QTA-dan verilən cavablar səmərəsizdir. Şəffaflıq təmin olunmasa, QTA-nın fəaliyyətində dönüş olmayacaq”.

Son beş ildə Azərbaycanda 17 170 oğlana Yusif, 16 234 qıza isə Zəhra adı verilib.

12 049 oğlana Əli, 12 039 oğlana Hüseyn, 8510 oğlana Ömər, 7561 oğlana Məhəmməd, 10 239 qıza Fatimə, 8907 qıza Zeynəb adı qoyulub.

Ədliyyə Nazirliyinin statistik məlumatları əsasında Oxu.Az-ın apardığı araşdırmalar nəticəsində, son beş ildə ən çox istifadə edilən adların, əsasən, dini adlar olduğu məlum olub.  

Sadalanan adlarla yanaşı, qızlara verilən məşhur adlar sırasında Nuray (11 455), Fatimə (10 239), Aylin (8729), Məryəm (7746), Mələk (7067), oğlanlara verilən adlar sırasında isə Uğur (6760), Murad (7437), Ayxan (5908) olub.

Son beş il ərzində doğulan uşaqlara ən az verilən adlar isə bunlardır: 1053 oğlana Fateh, 1096 oğlana Sübhan, 1147 oğlana Fuad, 1205 oğlana Emin, 1225 oğlana Elmir, 1236 oğlana Əkbər adları, 1033 qıza Əsmər, 1041 qıza Aytac, 1042 qıza Aişə, 1363 qıza Lalə, 1268 qıza Əsnad, 1587 qıza isə Rüqəyya adları qoyulub.

Apardığımız kiçik sorğunun nəticələrinə görə, vətəndaşlar övladlarına ad seçərkən əksər hallarda ailə böyüklərinin adına və dini adlara üstünlük verirlər. Buna baxmayaraq, müasir adları seçənlərin də sayı az deyil.

Azərbaycan xalqının ən sevilən bayramlarından biri, baharın gəlişinin müjdəsini verən və martın 21-də qeyd olunan Novruz Bayramına az vaxt qalır.

Bayrama hazırlıq, əslində, bayramdan bir ay əvvəl başlayır. Bu ay ərzində isə dörd: su , od, yel və torpaq çərşənbəsi qeyd edilir.

Çərşənbələr təbiət elementlərinin oyanması, əsas beşinci element isə - yeni parlaq günün – Novruzun gəlişindən, təbiətin oyanmasından xəbər verir.

Qarşıdan üçüncü çərşənbə -Yel çərşənbəsi gəlir.

Yel çərşənbəsini necə qeyd edirlər?

Sayca üçüncü olan çərşənbə küləyin və təmiz havanın həyat verən gücünə olan inancla bağlıdır və əvvəlki çərşənbələrdən bəzi xüsusiyyətlərinə görə fərqlənir.

İnanca görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir, isti-soyuq küləklərin əsməsi yazın gəlişindən xəbər verir.

Günəş şüaları havanı isidir, kəndlərdə isə əkin-biçin işlərinə hazırlıq başlayır.

Xalq arasında Yel çərşənbəsi “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi tanınır.

Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır. Xüsusәn qadınlarımız, qızlarımız yorğan-döşәyi havaya atır vә onun tәzә gәlәn bahar nәfәsilә yenilәnmәsini, çıxan günәşin tәsiri altında daha da tәmizlәnmәsini istәyirlәr. Hәmçinin, evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinir.

Ulularımız deyirdilər ki, “Yel əsdirəni söyməzlər”, belə ki, hava insanı bu dünyaya gəldiyi gündən köçəcəyi günə qədər müşayiət edən nəfəsi tərənnüm edir.

Yeri gəlmişkən, bu gün bizim paytaxtımızla simvolikdir. Axı Bakı "Küləklər şəhəri" adlanır...

Həmçinin, adətə görə, bu gün dünyasını dəyişən insanları və ruhlarını xatırlayırlar. İnanclara görə, ata-baba ruhları bu bayramda evə gəlirlər və buna görə də həmin gün süfrələr zəngin bir şəkildə qurulmalıdır.

Fisincan plov bayram süfrənizin bəzəyi olacaq

Bayram çərşənbələrində süfrənin hazırlanmasına böyük diqqət yetirilir. Azərbaycanda ənənəvi olaraq süfrənin şah əsəri plovdur.

Yel çərşənbəsində milli plovun çoxsaylı növlərindən biri olan Fisincan plovu hazırlamağı təklif edirik.

Bu plov narşərab sousunda xırdalanmış qozla birlikdə bişirilmiş toyuqla hazırlanır. Fisincan fars mənşəli qədim yemək növlərindən biridir.

Plovun hazırlanması üçün sizə basmati düyüsü, əridilmiş kərə yağı və qazmaq üçün xəmir lazım olacaq. Fisincan plovunu bişirmək üçün sizə kiçik bir toyuq, soğan, xırdalanmış qoz ləpələri, narşərab, toyuq suyu və əridilmiş kərə yağı lazım olacaq.

Toyuq tam hazır olana qədər onu orta odda bişiririk, bu zaman suyun qaynamasına nəzarət etmək lazımdır. Ayrı tavada soğanı açıq qızılı rəngə çalana qədər qızardırıq və xırdalanmış qozu əlavə edirik, sonda da narşərab tökürük. Bu qarışığı bir neçə dəqiqə ərzində vam odda qarışdıra-qarışdıra bişiririk. Sonra toyuq suyunu və ətini əlavə edib, 30 dəqiqə vam odda mütəmadi qarışdıraraq bişiririk.

Fisincan plovu süfrəyə verilən zaman toyuq və qazmaqla bəzədilmiş düyü ayrı-ayrı qablarda çəkilir.

Fisincan plov hazırlacaqsınızsa, yalnız “Mərcan” toyuğunu seçin

Qadınların yemək bişirmə bacarıqlarına əlavə olaraq ləzzətli yeməyin açarı həmçinin yüksək keyfiyyətli, təzə və sağlam məhsullardır.

Yel çərşənbəsində bayram süfrəsinin şah yeməyi Fisincan plovun əsas komponenti olaraq yerli “Mərcan” brendinin toyuğu uyğun gələcək.

Yalnız bu toyuq yeməyə nəfis toyuq ətri hopduraraq, bütün ləzzətli dad xüsusiyyətlərini verəcək. Əti yumşaq qalan bu toyuqlar, dərisi qızılı rəngə çalana qədər qızarma xüsusiyyətinə malikdir. “Mərcan” toyuğu -  pəhriz edən insanlara, allergik xəstələrinə, yemək mövzusunda seçici davranan uşaqlara və yaşlı insanlara uyğun, universal bir qida məhsuludur. Yeri gəlmişkən, Bakının ən tanınmış restoranlarının aşpazları da bu brendin toyuqlarına üstünlük verirlər.

Vacib amillərdən biri də “Mərcan” toyuqların tez bişməsidir, bu da xüsusilə sevindirici haldır, çünki bayram çərşənbələri iş günü hesab olunur.

Dadı ilə yanaşı, məhsulun faydalı xüsusiyyətləri barəsində də düşünmək vacibdir, çünki Novruz uşaqları və yaşlı nəsli də masanın ətrafında toplayan bir ailə bayramıdır. Bu baxımdan, Mərcan brendinə gözübağlı güvənmək olar.

İstehsalatda yalnız təbii, heç bir kimyəvi qatqı, GMO, antibiotik, anabolik və hormon olmayan təbii yemdən istifadə olunur. Həmçinin, toyuğun çəkisini artırmaq üçün heç bir inyeksiya istifadə edilmir. Ət su ilə deyil, hava ilə soyudulur.

Bununla belə, Mərcan məhsullarının keyfiyyətinin və ekoloji cəhətdən səmərəliliyin əsas meyarı dünyanın ən tələbkar sertifikatlaşdırma orqanlarından biri - Malayziyanın JAKIM şirkəti tərəfindən verilmiş HALAL sertifikatıdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də öz növbəsində ölkənin ticarət şəbəkələrinin əksəriyyətində əldə edilə biləcək  “Mərcan” toyuqlarını əhalinin bütün təbəqələrinə tövsiyə edir.

Bunun əksinə, əhaliyə bazarlarda və əllərdən toyuq alınmasına qarşı xəbərdarlıq edilir, çünki bir çox hallarda belə məhsullar sanitariya və istehsal standartlarına cavab vermir,  bu da zəhərlənməyə səbəb ola bilər.

Əgər Yel çərşənbəsində zəhərlənmə sizin planlarınıza daxil deyilsə, onda illər ərzində özünü sübut edən və yüz minlərlə vətəndaşın güvəndiyi təchizatçını seçmək daha yaxşıdır. Axı qida mütəxəssisləri olan azərbaycanlılar yalnız ən yaxşısını seçməyi bacarırlar.