![]() |
![]() |
Bakıda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına qadağa qoyulub.
“Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında qərar qəbul olunub.
Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.
Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılmış və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilmişdi.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, İdarənin Brakenerliyə qarşı Mübarizə Bölməsinin, ərazi qurumlarının əməkdaşları tərəfindən cari il oktyabrın 4-5-də keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də Su Nəqliyyatında Polis İdarəsində aparılan araşdırma zamanı onların yalan söylədikləri məlum olub.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqrandan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq hər üç şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlər görüləcək.
İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına və dənizdə olan bəzi digər qanun pozuntularına qarşı reydlər davam etdirilir. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan ərazisində növbəti dörd gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur:"Bu barədə əvvəldən xəbərdarlıq edilmişdi. Hazırda isə ölkə ərazisində güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. Belə hava şəraiti oktyabr ayının 6-sı gündüz saatlarınadək davam edəcək. Sabah gündüz saatlarında küləyin tədricən mülayimləşməsi gözlənilir. Oktyabr ayının 7-də də bəzi yerlərdə gün ərzində yağış yağması ehtimalı var".
Direktor qeyd edib ki, oktyabr ayının 8-9-da hava şəraitinin nisbətən sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Şimal-şərq küləyi əsəcək".
İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb.
Ş. Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla, o cümlədən Avropa İnvestisiya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb.
Azərbaycanda qeyri-neft sektorunun inkişafının və diversifikasiyasının prioritet olduğunu vurğulayan nazir kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə müsbət artım dinamikasının müşahidə edildiyini, ölkənin strateji valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb.
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən Ş. Mustafayev bu sahədə Bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib. Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.
Vazil Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan vitse-prezident Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib.
Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Vazil Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub.