Son xəbərlər

Martın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu,  nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

 

Sərnişin avtobusları ilə bağlı tələblər sərtləşdi: nə dəyişəcək?















Ekspert: “Bu qaydalara əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”
Bakı şəhərində fəaliyyət göstərən avtobuslara dair tələblər müəyyənləşib. Bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilib. Bu tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir.

İrəli sürülən tələblərdən bəzilərini qeyd edək: Salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi; sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm; maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu; sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu; qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı; ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları; dərman qutusu, hər birinin tutumu minimum 4 kiloqramlıq olan və bir ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq; avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu.

Bu gün xüsusilə də Bakı kəndlərinə, qəsəbələrə hərəkət edən avtobuslardakı vəziyyət olduqca acınacaqlıdır. Avtobusların sayının az olması səbəbindən insanlar çətinliklə nəqliyyat vasitəsinə minib, ayaqüstə dayanmağa belə yer tapmırlar. Bundan əlavə avtobus sürücülərinin səriştəsizliyindən, nəqliyyat vasitəsinin istismara yararsız olmasından da şikayət çoxdur. Konkret olaraq yuxarıda irəli sürülən tələblərə Bakıda çox az avtobusda əməl olunur. Bəs bu tələblərin həyata keçirilməsi mümkün olacaqmı?

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov hesab edir ki, tələb varsa yerinə yetirilməlidir: “Xüsusilə də sərnişindaşıma məsələlərində təhlükəsizlik qaydalarının yüksək səviyyədə tətbiq olunmasından danışırıqsa, bu tələblər yerinə yetirilməlidir. Ötən il dekabrın 27-də yol hərəkətində təhlükəsizliyin təmin olunması ilə bağlı 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiq olundu. Həmin sənəddə konkret olaraq ictimai nəqliyyatda təhlükəsizlik qaydalarının tətbiq edilməsi, bunun üçün zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub. Faktiki olaraq baş nazirin imzaladığı yeni qaydalar da bilavasitə bu proqramdan irəli gələn bir haldır. Orada bu gün sərnişindaşımada müşahidə olunan bütün problemlərlə bağlı tələblərə rast gəlmək mümkündür. Sərnişin avtobusları, qapısı açıq formada idarə edilməli deyil. Bu, sərnişinləri təhlükə altına alan haldır. Artıq avtobuslarda elə mexanizm tətbiq olunacaq ki, qapısı açıq olan avtobus idarə edilməyəcək. Sürəti məhdudlaşdıran cihazın quraşdırılması da çox önəmlidir. Mütləq şərtdir ki, avtobuslar onlar üçün nəzərdə tutulan sürət həddini keçməyərək hərəkət etsinlər. Bakıda bu gün avtobusların kifayət qədər sürətlə idarə olunmasını görürük. İnzibati riçaqlara, cəza tədbirlərinə baxmayaraq, yenə də bu kimi hallar yaşanır. Belə olduğu halda sürəti məhdudlaşdıran cihazın tətbiq edilməsi müsbət effekt verə bilər. Düşünürəm ki, bu tələblərin tətbiq olunması üçün problem yaranmayacaq. Yay aylarında müşahidə edirik ki, avtobusun içərisindəki yüksək temperatur səbəbindən sürücülər qapıları açıq qoyurlar”.

Avtobuslaırn sayının artırılmasına gəlincə isə ekspert bildirib ki, hazırkı tələblərdə belə bir nüans yoxdur: “Tələblər əsasən 3 istiqamət üzrə köklənib. Birincisi, avtobusun texniki göstəricilərinə aiddir. İkincisi, avtobusun daxili tərtibatı, sonuncu isə xarici tərtibatıdır. Yəni bu tələblər sırf avtobusların istismarı ilə bağlı olan üç element üzrədir. Təbii ki, tələblərdə taksi, dayanacaqlarla bağlı da məqamlar var. Say məsələsi yuxarıda qeyd etdiyimiz dövlət proqramına aiddir. Orada bununla bağlı konkret müddəa mövcuddur. Göstərilib ki, əhalinin sayı nəzərə alınmaqla avtobusların sayı optimallaşdırılsın. Buna isə monitorinq və qiymətləndirmələr əsasında müəyyən olunacaq. Tələblərdə GPS-lə izləmə məsələsi də var. Bununla avtobuslar izləniləcək və belə halların qarşısını almaq üçün addımlar atılacaq. Pik saatlarda intervalı artırmaq olar ki, xəttə daha çox avtobus buraxılsın. Bu hal isə şirkətlərin imkanlarına bağlı olan məsələdir. Bakı Nəqliyyat Agentliyi bunun üzərində işləyir ki, sayın optimallaşdırılması ilə bağlı əlavə olaraq bir neçə qərar verilsin. Tələblərə əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”
“Hüseyn Dəryanın yeganə övladı Ayşədir” – Reperin bacısı















Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin qalmaqalı bitmir. 

Dərgi.az-ın məlumatına görə, Ayşə “Bizimləsən” verilişinə gələrək bibisi ilə DNT analizi verərək, musiqiçinin qızı olduğunu sübut etməyə çalışıb. Analizin nəticəsində isə 15 gendən 13-ü uyğun gəldiyi üçün onların qohumluğu tam olaraq sübut edilməyib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, bu nəticə normaldır və 15 gen yalnız atalıq testi olanda üst-üstə düşür.

Bir çoxları isə DNT analizi üçün Dəryanın qəbrinin açılmasını istəyib.

Reperin bacısı Ofeliya isə efirə zəng edərək, Ayşənin tərəfini tutub:

“Bu söhbət 5 il bundan əvvəl olub. Qardaşımın dəfnində biri deyib ki, Cahangir Hüseynin oğlu deyil. Sona da onunla dava edib, məhkəməyə verəcəyini demişdi. Sonra biz Sonaya və anasına dedik ki, DNT analizi verin. Qayıtdılar ki, vaxtımız yoxdur. Ayşə mənim qardaşımın balasıdır, heç kim bunu dana bilməz. Bütün nəsil bilir ki, Hüseyn Dəryanın bir övladı var, o da Ayşədir.

Sonaya dedim ki, ya DNT analizi et, ya da Cahangir adını dəyiş. Burada çox qaranlıq məqamlar var. Biz Cahangiri Hüseyn Dəryanın oğlu kimi qəbul etmirik. Bütün nəsil bu fikirdədir”.

“Sona xanım zaqs kağızını göndərdi. Evdə ona fikir verdim ki, 2006-cı ilin oktyabrında zaqsa gediblər, dekabrda Cahangir doğulub. İki ay ərzində bunlar arasında hər şey baş verib. Həmin ərəfələrdə atam narkotik istifadəçisi olub, küçələrdə qalıb. Atam narkotik istifadəçisi olubsa, necə uşağı doğulub” deyə, Ayşə iddia irəli sürüb.

Qeyd edək ki, Ayşə atasının digər nikahdan olan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Cahangirin anası Sona isə bundan imtina edib.
Əfv sərəncamı nə vaxt imzalanacaq? – Tarix müəyyənləşdi














Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb.
Komissiyadan Modern.az-a verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırdır.

Əldə olunan məlumata görə, qarşıdakı həftə ərzində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Məlum olduğu kimi, əfv sərəncamnın verilməsi ölkə rəhbərinin konstitusion hüququdur.

Əfv sərəncamının 13 mart-17 mart tarixlərində imzalanacığının gözlənildiyi vurğulanır.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.
Eldar Əzizov Atatürk parkındakı işlər barədə açıqlama verdi















Eldar Əzizov Atatürk parkında aparılan yenidənqurma işlərinin dayandırılmasının səbəbini açıqlayıb

“Atatürk parkında da Prezidentin tapşırığı ilə yenidənqurma ilə bağlı böyük bir proses başladı. Amma sonra aydın oldu ki, parkın ortası ilə böyük bir boru keçir, sızma var”.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E.Əzizov deyib ki, “Azərsu” ASC tərəfindən bu problem həll ediləndən sonra işlər davam etdiriləcək: “Azərsu” ASC bu problemin aradan qaldırılması istiqamətində işlər görür”.
Bu ölkələrdə krandan su içməyin, təhlükəlidir — SİYAHI















Amerika səhiyyə nazirliyi dünyada içməyə yararsız və təhlükəli içməli suyu olan ölkələrin siyahısını hazırlayıb.
Bu barədə “Daily Mail” nəşriyyatı məlumat yayıb. Məlumata əsasən, siyahıya 187 ölkənin adı daxil edilib.

MDB məkanındakı bütün respublikaların adı siyahıya daxil edilib. Estoniya isə siyahıdan kənarda qalıb. Mütəxəssislərin fikrinə görə, sözügedən ölkələrdə krandan axan suyu içmək çox təhlükəlidir.
Bununla yanaşı, ABŞ, Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və Aİ-nin bir sıra ölkələrində krandan su içmək təhlükə kəsb etmir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, hər il 842 min insan dünyada keyfiyyətsiz suya görə dünyasını dəyişir
"Pensiyalarla bağlı yeni konsepsiya hazırlanır" — Sahil Babayev















"Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir."
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:

"Konsepsiya Azərbaycanın pensiya sistemində islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik".

S.Babayev xatırladıb ki, ötən il dövlət başçısı 2006-cı ilədək vətəndaşların sığorta stajının amnistiyasını təmin edən tarixi qanun qəbul edib:
"Bu, bizə 1 yanvar 2019-cu ildən pensiyanın təyin olunmasını avtomatlaşdırmağa imkan verdi və biz artıq pensiyanı elektron şəkildə alan 5 mininci pensiyaçı ilə görüşmüşük. Şübhəsiz ki, bu, mühüm islahatdır və dünyanın çox az ölkəsində bu praktika mövcuddur. Fikrimcə, biz bu baxımdan pensiyaların təyin olunması sisteminin təşkili üzrə ən yaxşı nümunələrdən biri olacağıq. Amma bununla bizim islahatlarımız bitmir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda minimum pensiyanı 160 manat həcmində müəyyən edib ki, bu da yaşayış minimumu həddini üstələyir. Ona görə də bu addım bizə pensiyaçıların həyat şəraitini yüksəltməyə imkan verəcək".

Xatırladaq ki, 2019-cu ilin martın 1-dən Azərbaycanda minimum pensiya həcmi 38,5 faiz artırılaraq 160 manata çatıb.

Bundan əvvəl minimum pensiya 116 manat təşkil edirdi.
İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək















Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.
Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq. 

Həmin vəsait də əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsi üçün tibb müəssisələrinə yönəldiləcək.
Qeyd olunub ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək:

“Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləği 120 manatdır və hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir”.

“Globehunters” turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik – red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.

Bu barədə Daily Mail yazır.

Siyahıda 187 ölkə, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələri yer alıb, Estoniya istisna olmaqla.

Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.

Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa – red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.

Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.

Bizimlə əlaqə saxlayın

 

Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq

Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.