Son xəbərlər

Dilqəm Əsgərovun oğlu qurumdan narazılıq etdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun nümayəndələri iyun ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a bildirib ki, ona görüş barədə BQXK-dan məlumat verilib: “Mənə şifahi məlumat verildi ki, atan Dilqəm Əsgərovla BQXK nümayəndələrinin iyun ayında görüşü olub və səhhəti normaldır. Təəssüf ki, yenə də atamdan nə məktub, nə də foto, videogörüntü gətirməyiblər. Artıq iki ilə yaxındır ki, BQXK nümayəndələri atam Dilqəm Əsgərovdan nə məktub, nə foto, nə də videogörüntü əldə edib mənə təqdim etmirlər. Mən isə hər dəfə BQXK əməkdaşları ilə görüşəndə deyirəm ki, heç olmasa atamdan bir dəqiqəlik videogörüntü gətirin mənə təqdim eləyin, mən həqiqətən atamın hərəkət elədiyini, ayaq üstə dayana bildiyini görüm. Mən atamın öz dilindən eşitmək istəyirəm, desin ki, səhhətimdə ciddi problem yoxdur. Təəssüflər olsun, artıq iki ilə yaxındır mən eyni sözləri BQXK-dan eşidirəm.

Ancaq şifahi şəkildə deyirlər ki, atanın səhhəti normaldır. Şifahi məlumat isə məni qane eləmir. Ona görə də mən bu yaxınlarda Strasburqda AŞPA-da Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkil etdiyi tədbirə qatıldım. Orada da məsələ qaldırdım ki, artıq 1 il səkkiz aydır atamdan nə məktub, nə də videogörüntü almıram, atamın səhhətində çox ciddi, ağır problemlərin olduğunu və həkim nəzarətində saxlandığını dedim. Tədbirdə də bildirdim ki, BQXK mənə ancaq şifahi məlumat verməklə işini görmüş hesab edir. BQXK öz missiyasını tam olaraq yerinə yetirirsə, nə üçün Azərbaycanda saxlanılan erməni diversantlardan ailələrinə məktub, videogörüntülər aparıb təqdim etdiyi halda, mülki girov olan Dilqəm Əsgərovdan nə məktub, nə video, nə də şəkil gətirmirlər”.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə lent.az-a deyib ki, görüş barədə məlumatsızdır: “Bununla bağlı mənə yeni xəbər verilməyib. Qardaşımdan yeni foto, video və ya məktub da ailəmizə göndərilməyib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda öz doğmalarının məzarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların Şuşadakı həbsxanada saxlandığı bildirilir.

Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır. Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər, ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.

Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb.

FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

“Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib”.

Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

“Yaxşı olardı ki, nəzarətsiz çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür”.

İmişlidə müharibə veteranının başına oyun açıblar... - GİLEY













Ötən həftə Conflict.az-a İmişli rayon sakin Əfqanıstan müharibəsi veteranı Cəfərov Rəvahim Nizam oğlunun ölkə Prezidentinə müraciəti daxil olub. Müharibə veteranı müraciətində deyir:
- Mən Əfqanıstan müharibəsi veteranıyam. Müharibə vaxtı ağır kontuziya almışam. Bundan başqa ağır dərəcəli şəkər xəstəsiyəm. İllərdir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Həyat yoldaşım da eyni xəstəliyin daşıyıcısıdır. Hər ikimiz İmişli rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdayıq. Bir neçə gün öncə qanda şəkərin miqdarını ölçmək üçün lazım olan tester adlı peraparatı almaq üçün MRX-yə getdim. Xəstəxana aptekinin Hüseyn adlı müdiri hər hansı bir səbəbə olmadığı halda mənim qanuni tələbimə kobudluqla cavab verdi. Mən onun bu hərəkətlərinin səbəbini soruşanda, Hüseyn mənə bildirdi ki, biz sənə tester verməyəcəyik. Çünki səni veteran hesab etmirik. Düzü mən Hüseynin bu sözlərindən xeyli təəccübləndim. Hüseyn əlavə olaraq bildirdi ki, məni Əfqanıstanda döyüşə Azərbaycan höküməti deyil, SSRİ göndərib. Ona görə də mənə dərmanları da SSRİ-nin varisi olan Rusiya hökuməti verməlidir. Hüseyn adlı aptek müdirinin son sözü isə məni şoka saldı. “Sən nə qəhramanlıq etmisən ki? Əksinə Əfqanıstanda gedib müsəlmanlara güllə atmısan, indi özünü qəhrəman hesab edirsən?”
Cənab prezident!
Mən Sizin Böyük Vətən, Əfqanıstan, o cümlədən Qarabağ müharibəsi veteranlarına göstərdiyiniz qayğını daim təqdir etmişəm. Lakin göründüyü kimi İmişlidə bizə qarşı münasibət olduqca pisdir. Addımbaşı səbəbsiz təhqir olunuruq. Etiraz edəndə isə fiziki zora məruz qalırıq. Mən üzləşdiyim haqsızlıqla əlaqədar İmişli MRX-nın Baş həkimi Eynulla Qasımovla görüşmək istədim.

Lakin hətta işçisinin təhqiramiz hərəkətindən və zor tətbiqindən sonra da baş həkim məni qəbul etmədi. Xatırladım ki, rayon apteklərində testerlərin bir qutusu 30 azn-ə bu işbazlar tərəfindən satdırılır. Mən cəmi 80 manat təqaüd alıram. Bu məbləğlə ailəmi saxlayım, ya tester alım? Sağlamlığım, ailə vəziyyətim olduqca acınacaqlıdır. Artıq dözə bilmirəm. Mənə və ailəmə qarşı İmişlidə yaradılan mühit isə məni hər an intihara sürükləyir. Çox qəribədir İmişli MRX-nın aptek müdiri Hüseyn görəsən kimin təsiri altındadır. Nədən o Əfqanıstan müharibəsi döyüşçülərini müsəlmanlara güllə atmaqda ittiham edir? Düzdür İmişli rayonu qonşu İran islam Respublikası ilə həmsərhəd bölgələrdəndir. İran İslam Respublikasının bəzi qurumları zaman-zaman öz bədniyyət əməllərini müxtəlif şəxslər vasitəsilə həyata keçirməyə cəhd edirlər. Yalançı müsəlman müdafiəçilyi və s. formada. Mən kimisə ittiham etmirəm. Lakin Hüseyn adlı aptek müdirinin dediyi sözlər olduqca düşündürücüdür. 
Cənab Prezident!
Mən ailləmlə birlikdə ölkə vətəndaşlığından imtina edirəm. Rusiyada məskunlaşmağı düşünürəm. Bu yolu mənə İmişli rayon Mərkəzi Xəstəxanasında məsləhət gördülər.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır.

Adil Abdullayev: “Təcrübə qazanmaq, müəyyən reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik”

Minval.info kaspi.az-a istinadən yazını təqdim edir.

Öz işini qurub müəyyən bir yerlərə gətirməkdən danışanda “biz” deyir. Çünki işin uğurlu olmasının tək bir adamdan deyil, komandadan asılı olduğunu düşünür. Komandaya işçi cəlb etmə zamanı isə kadrın savadından öncə sadiqliyinə baxmaq lazım olduğunu qeyd etdi. Öz təcrübəsindən danışanda bildirir ki, biznesdə zaman-zaman çətinliklərlə üzləşiblər və o mərhələləri sadiq insanların köməyi ilə aşıblar. “Mənə görə insanın savadından əvvəl sadiqliyinə baxmaq lazımdır” deyən müsahibimiz “Technolink” (Azərbaycan, Türkiyə və Dubay) və “Qmeter” (Dubay) şirkətlərinin qurucusu Adil Abdullayevdir.

Qeyd edək ki, A.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika üzrə bakalavr təhsili alıb. Neft və Sənaye Universiteti ilə “Amerikan State Georgia University”nin müştərək proqramında isə əməliyyatların idarə olunması ixtisasını MBA üzrə oxuyub.

– Adil bəy, bu gün karyeranızda əsas hissəni qurduğunuz şirkət, onun idarəsi tutur. Amma biz söhbətə ümumi iş həyatına atıldığınız dövrdən başlayaq.

– Birinci kursun ikinci semestrindən artıq fərdi olaraq işləməyə başlamışam. O zaman kompüterlər ölkəmizdə yeni-yeni inkişaf edirdi və mənim də müəyyən İT biliklərim var idi. Kompüter ustası kimi işləyirdim, proqram təminatını sazlamaq, xarab kompüterləri düzəltmək və s. kimi işlər görürdüm. 4-cü kursda isə şəhərdəki mağazalardan birində satıcı kimi fəaliyyətə başladım. Qısa zamanda orda da yaxşı nəticələr göstərmişdim. Fərdi fəaliyyətim yenə də davam edirdi. Hətta müxtəlif şirkətlərlə razılığım var idi, onlardan kompüter alıb əldə satırdım. Üstəlik, bir müddət özümdən yaşca kiçiklərə aylıq ödəniş qarşılığında kompüterlə bağlı dərs keçirdim. Tələbəlik vaxtı mütəmadi olaraq işləmişəm. Boş qalmırdım, hər gün işləməyə nə isə tapırdım.

– Birinci kursda işləməyinizin səbəbi nə idi: təcrübə, yoxsa maddi təminat?

– Birincisi, işləmək mənim üçün maraqlı idi, özümü İT sferasında inkişaf etdirmək istəyirdim. İkincisi, ailəmizdə belə dəyər var idi ki, hər kəs tələbəlik dövründə mütləq bir işlə məşğul olub. Uşaqlıqdan məndə belə bir fikir formalaşmışdı ki, işləmək lazımdır. Üçüncüsü, tələbə çalışırsa, maddi tərəfi də düşünür. Ailə kömək edirdi, yol xərcimi və bulka pulumu verirdilər (Gülür). Ancaq adam azad yaşamaq, maddi cəhətdən özünü təmin etmək də istəyir. Hər bir faktorun öz yeri var idi, amma əsas olan karyeramın təməlinin düzgün qoyulması idi. Universiteti bitirəndən sonra iş həyatına hazır olmaq istəyirdim.

– Tələbə vaxtı aylıq qazancınızla özünüzü tam təmin edə bilirdiniz?

– Mən müstəqil fəaliyyət göstərirdim, fərdi olaraq iş götürüb çalışırdım. Məbləğ olaraq tam yadımda deyil, amma qazandığım pul indi bir çox işçilərin orta səviyyədə aldığı məvacibə bərabər idi. Özümü tam idarə edirdim, təhsil haqqımı ödəyə bilirdim. Bir subay gəncin yaşaması üçün yetərli qədər qazanırdım.

– İş həyatına hazır olmaq üçün tələbə vaxtı çalışdığınızı dediniz. Universitetdən sonra iş tapmaq probleminiz olmadı ki?

– Qətiyyən, universiteti bitirəndə bir şirkətdə işləyirdim, işdən çıxıb hərbi xidmətə getdim. Qayıdandan 3 gün sonra həmin şirkətin yeni yaranan bir bölməsində işə başladım.

– Öz işinizi qurmamışdan öncə nə qədər işçi kimi çalışdınız?

– Təxminən üç il. Bir il işləyəndən sonra 2006-cı ildə artıq birinci layihəmə start vermişdim. Onlayn yemək sifarişi işi idi, myfood.az saytını yaratmışdıq. Səhv etmirəmsə, Azərbaycanda onlayn xidmət göstərən ilk şirkət idi. Layihə normal qurulmuşdu, böyük şirkətlərin işçilərindən mütəmadi sifarişlər alırdıq. Sonra müəyyən daxili məsələlərə görə onu bağladıq. Başqa yerdə çalışa-çalışa bu işi qurmuşdum. 2 il həmin şirkətdə işlədim, sonra bir müddət Rusiyada yaşadım. 2009-cu ildə Azərbaycana döndüm və həmin il aprel ayında “Technolink”i ölkəmizdə təsis etdik. Əslində, biz bu şirkəti 2008-ci ildə qurmalıydıq, amma mən Rusiyaya işləməyə getməli oldum deyə, bir il gecikdi. Maliyyə cəhətdən ehtiyaclarım var idi, ona görə Rusiyaya getdim ki, müəyyən qədər pul qazanıb onları həll edim.

– Rusiyada hansı işlə məşğul oldunuz?

– İT-yə aidiyyatı olmayan sahə idi. Sadəcə, o dönəm belə lazım idi. Fərqli tip insanlarla çalışdım, onların içərisində azərbaycanlılar da var idi, ruslar da. 9 ay Rusiyada çalışdığım müddətdə çox böyük həyati təcrübə qazanmış oldum.

– Hansı sektor idi, maraqlı gəldi?

– (Gülür) Burda gizlin bir şey yoxdur, gül firmasında işləyirdim. Topdan satış işində idxal-ixracla məşğul olurdum. Amma orda ən aşağıdan başladım, anbardar kimi. Sonra artıq digər işlərə keçdim.

– “Technolink”i qurmaq üçün çox maliyyə lazım oldu?

– Rusiyadan qayıdanda burda mənə böyük şirkətlərdən, hətta mobil operatorlardan birindən yaxşı məvacibi olan işlər təklif olundu. Amma mən öz işimi quracağıma inanırdım. Ona görə təkliflərə “yox” deyirdim. Özü də Rusiyadan qayıdanda əlimdə güclü maliyyə də yox idi. Hətta bir ara fikirləşdim ki, bəlkə işləyim, pul yığım, sonra iş qurum. Lakin fikrimi tez də dəyişdim, dedim ki, belə olsa, günü-gündən uzanacaq. Baxmayaraq ki, sonra şirkətlərdə İT mütəxəssisi kimi çalışmışdım, amma mən lap əvvələ, 1-ci kursdakı işlərimə qayıtdım. Fərdi şəkildə kompüter düzəltmək, format etmək kimi işlər görməyə başladım. Bu cür işlərdən pul qazanıb öz biznesimi qurmağa sərf edirdim. 150 manat düzəldib şirkəti qeydiyyatdan keçirmək məsələlərini həll etdim. O 150 manatı biz qram-qram toplamışdıq. Bir az pul yığıb 13-14 kvadratmertlik ofis götürdüm. Hər işi mərhələ-mərhələ gördük, böyütdük.

Pula gəlincə, heç bir maliyyəmiz yox idi. 20 qəpiklə investisiya etdik. Şirkəti qurduğumuz dostlardan biriylə oturmuşduq. Böyük gözəllik salonlarından birində modem xarab olmuşdu, zəng etdilər ki, düzəltmək lazımdır. Cibimizdə 20 qəpik var idi, yolpulu edib salona getdik, 10 manatla ordan çıxdıq. Şirkətin qazancı 10 manat oldu. Xərcləmədik, dedik işləyək, üstünə yığaq, şirkətin xərclərini ödəyək.

– Mərhələ-mərhələ böyüməyi sözlə ifadə edəndə indi asan gəlir, bəs o vaxtkı proses necə idi? Yorulduğunuz, iş yaxşı getməyəndə dayandırmaq fikrinə gəldiyiniz olurdu?

– Bizim çox ağır günlərimiz olub. Bəzən gündə 20 saat çalışırdıq, bəzən isə dayanmadan iki gün. Çünki çox şeydə təcrübəmiz yox idi. Təcrübə qazanmaq, müəyyən reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik. Əvvəllər fərdi şəkildə işləyirdik, amma şirkətsənsə, həm də korporativ səviyyədə hər bir şeyə diqqət etməlisən. Bu isə boynuna ağır məsuliyyət götürməkdir. Deməli, şirkət olaraq ilk dəfə bir tenderi udmuşduq. Azərbaycandakı şirkətlərdən birinin ofisində kabelləşdirmə və İT sistemin qurulması işi idi. Mənim bir tərəfdaşım var idi, o, daha çox işin texniki tərəfləri ilə məşğul olurdu. Tenderə müraciət etməmişdən öncə ona sual verdim ki, bu işi görə bilərik? Dedi ki, narahat olma, belə işləri çox görmüşəm. Tenderi bizə verdilər, alətləri alıb şirkətə daxil olanda gördüm ki, o sahədə biz heç bir şey bilmirik. Bir növ öyrənə-öyrənə o işi gördük. İndi 1 günə həll etdiyimiz iş üçün o vaxt 20 günümüz gedirdi. Amma hər zaman işin keyfiyyəti və vaxtında təhvil verilməsi bizim üçün önəmli olub. Normal insanlar 1 saata gördüyü işi biz 5 saata görə bilərdik, lakin bu, işin təhvil verilmə vaxtına təsir etməməli idi, ona görə gecə yatmayıb işləyirdik ki, reputasiyamız qoruyaq. Həmin işdən heç pul qazana bilmədik, hesabatımızı düz aparmamışdıq. Çünki təcrübəsiz idik, təklifləri verirdik, amma pul tərəfini düşünmürdük. Əsas o idi ki, işi götürək. Ümumilikdə, birinci il çox çətin dönəm oldu. Komandanın hesabına o çətinliklərdən uğurla çıxa bildik. Çox baryerlərlə üzləşdik, həddindən artıq maliyyə sıxıntılarımız oldu, amma heç vaxt dayanmaq haqqında düşünmədik. Hər zaman alternativ var idi. CV-mi göndərsəm, işlərə qəbul alacağımı bilirdim. Təkliflər də gəlirdi, amma onlara baxmırdım. Çünki deyirdim ki, birdən şeytan azdırar, işi qoyub gedərəm (Gülür).

– İş qurmaqdan danışanda “biz” deyirsiniz. Tək deyildiniz?

– İş quranda bir komanda olmalıdır, o, yoxdursa, heç bir işin qurulmasından söhbət gedə bilməz. İnsanları, işi uğurlu edən komandadır. Düzgün komanda ilə çalışmaq lazımdır. Mənim ətrafımda gözəl komanda var idi. Bəli, dost-tanışlarım idi, amma bir araya gəlib hədəfə doğru irəliləyirdik.

– İlk başladığınızda komandada nə qədər adam var idi?

– İki nəfər texnik var idi, bir də mən. Mən həm texnika tərəfə baxırdım, həm də menecment işləri ilə məşğul olurdum. Hardasa, 3-4 ay sonra 6-7 nəfər olduq. Hətta yerimiz balaca olduğu üçün işçi artanda artıq ofisə sığmırdıq. Hər şey birotaqlı ofisdə idi, hətta anbar kimi də o otaqdan istifadə edirdik. Bir nəfər telefonla danışsa, otaqda hər şey qarışa bilirdi (gülür).

– Bəs işçilərə maaş verə bilirdiniz?

– Heç bir maaş vermirdim. Yemək və yol pulu olurdu. Qazandığımız pulun hamısını yenidən şirkətə investisiya edirdik. Printerimiz belə yox idi. Ona görə həmişə “biz” deyirəm. Bəlkə də 9 ay maaş anlayışı olmadı, ancaq işləmək var idi. Bir baryer var idi, onu keçməliydik. Amma sağ olsunlar, maaş məsələsinə görə heç vaxt problem də yaratmayıblar.

– Əslində, insanın uğurlu olmasında bir səbəb də düzgün ətraf formalaşdırmaqdır. Məncə, siz bunu bacarmısınız. Ətrafınızdakı adamları seçərkən nələrə diqqət etmisiniz?

– Şirkət və şəxs olaraq mənim üçün prioritet olan bir dəyər var, o da insanlardır. İnsanlara dəyər vermək lazımdır. Pulu nəzərdə tutmuram. Pul asan qazanılan, elə asan da itirilən bir şeydir. Düzgün və sadiq olmağın tərəfdarıyam, özüm belə olmağa çalışmışam, ətrafımdakı insanlarda da bu keyfiyyətinə diqqət edirəm. Kiminsə tanışı olması, maliyyə durumu yaxşı olması ətrafıma insan cəlb etmək cəhətdən mənim üçün kriteriya olmayıb. Sadiq insan deyəndə, təkcə işi nəzərdə tutmuram. Əşyalara belə sadiq olmaq lazımdır. Biznes elədir ki, zaman-zaman çətinliklərlə üzləşə bilirsən. Bu mərhələləri məhz o cür insanların köməyi ilə aşmışıq. Mənə görə insanın savadından əvvəl sadiqliyinə baxmaq lazımdır. Savad qazanılır, bacarıq formalaşdırılır, amma sadiqlik insanda olmalıdır.

– “Technolink” hazırda Türkiyə, Dubay və Azərbaycanda fəaliyyət göstərir. Əsas ofisiniz harada yerləşir?

– Bəli, 10 ildir ki, Azərbaycanda, 4 ilə yaxındır ki, Dubayda, 1 ildir ki Türkiyədə ofisimiz açılıb. “Technolink” formatı iki yerə bölünüb. Bir istiqamət kimi Azərbaycanda İsveçin “Qmatic” şirkətinin distributoru olaraq işlər həyata keçiririk. O sahədə əsas ofis Azərbaycandadır. Digər hissə isə “Qmeter”dir. Bu, “Technolink”in öz brendidir. Onun əsas ofisi Dubaydakı “Technolink”dir. Dubaydan dünya bazarına çıxarmışıq. Günü-gündən əhatə dairəmizi genişləndiririk. Hazırda Avropa və Ərəb ölkələrinə xidmət göstəririk. Ümumi şirkətin adı “Technolink”dir.

– Şirkətin xidmətinə nələr daxildir?

– Biz 2009-cu ildə işi quranda İT servis xidməti ilə başlamışdıq. Amma bir neçə ay sonra İsveçin “Qmatic” şirkətinin Azərbaycanda distributoru olduq. Ölkəmizdə fərqli istiqamətlərdə olan müəssisələrdə növbə sisteminin avotmatlaşdırılması, düzgün şəkildə qurulması, müştəri axının idarə edilməsi sahəsində İsveç şirkəti ilə bir yerdə həllər verdik. Hazırda ölkənin aparıcı və iri banklarına, bəzi dövlət strukturlarına xidmət veririk.

“Qmeter”i isə sonra qurduq. Müştəri məmnuniyyətinin, müştəri təcrübəsinin ölçülməsi, xidmət səviyyəsində harada səhvlərin olduğunu aşkarlamaq və biznesin inkişafı üçün tövsiyələr vermək üçün bir həlldir. Hazırda Azərbaycan və dünyada müəyyən bir reputasiyaya malikdir, günü-gündən böyüyür. Hazırda əsas məqsədimiz bu şirkəti dünya miqyasında daha da genişləndirməkdir.

– Uğuruzun sirri?

– Düzgün olmaq, çox çalışmaq, düzgün və sadiq insanların ətrafında olmaq və inanmaq. Əsas məsələ gördüyün işə inanmaqdır.

Metroda interval 2,5 dəqiqə oldu

Bu gündən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Onu da xüsusi qeyd edək ki, günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq.

Sərnişinlərin və “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvafiq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcəkdir.

Kəlbəcərin icra başçısı 250 minlik maşın alır

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov yeni xidməti avtomobil alır.

“Qafqazinfo” xəbər verir ki, söhbət “Mercedes Benz S 350” markalı maşından gedir.

Bununla bağlı icra hakimiyyəti açıq tender elan edib. Sözügedən tenderin şərtləri rəsmi qəzetlərdən birinin internet versiyasında yayımlanıb.

Əlaqələndirilən şəxs kimi icra hakimiyyətinin sektor müdiri-baş mühasib Zamanov Kazımın adı qeyd olunub.

Qeyd edək ki, 2013-cü ilin martından Kəlbəcərin icra başçısı olan Aqil Məmmədovun istədiyi “Mercedes Benz S 350” markalı avtomobilin satış qiyməti 250 min manat civarındadır.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib.

Qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə davam edən güclü külək paytaxtın müxtəlif rayonlarında 10-a yaxın ağac sınaraq aşıb:

“Həmin ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimdə çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə olunur.

Hazırda da güclü külək müşahidə olunur. Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər”.

“4 yumurta, pendir və çaya 40 manat verdik”

Masallıya istirahətə gedən Bakı sakini “Viləş Palace Hotel”dəki qiymətdən narazı qalıb.  “Qafqazinfo” xəbər verir ki, Yusif Məhəmmədoğlu sosial şəbəkədə status yazaraq istirahət mərkəzinin vergidən yayındığını, müştərilərə qəbzin təqdim olunmadığını qeyd edib. 

Eyni zamanda, o, 4 yumurta, 1 pendir və çay üçün 40 AZN ödədiyini bildirib: “Masallı rayonunda yerləşən “Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.

Sonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.

3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orda nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, “Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın”. 

***

“Viləş Palace Hotel”in rəhbəri Səlim Öztürk “Qafqaqzinfo”ya açıqlama verərək məsələyə aydınlıq gətirib.  O, müştərinin ittihamları ilə razılaşmağını, sözügedən şəxsin oteldə problem yaratdığını bildirib:

“Bizdə dünən belə bir qonaq olub. Otelimizin böyük bir restoranı var ki, orada qalan qonaqlara 40-dən çox təam təqdim olunur. Kənardan gələn qonaqlar üçün səhər yeməyinin qiyməti böyüklər üçün 10 AZN, uşaqlar üçün isə pulsuzdur. Açıq bufetdir. Bakıda belə səhər yeməkləri 20-25 manat arasında dəyişir. Açıq bufetdə limit olmur, dünyanın hər yerində belədir. Siz tək bir yumurta, yaxud limitsiz şəkildə yesəz belə qiymət eynidir. Bizdə limit qoyulmur. Qonaq gəlib, təqdim olunan restoranda yox, israrla bayırda ağac altında oturmaq istədiyini bildirib. O halda bayırdan gələn qonaqlara belə qiymət qoymuşuq ki, onlar üçün ayrıca ofisiant ayırırıq. O, bufetə baxıb, səhər yeməyində təqdim olunan yeməklərdən xəbərdar olub. Özü isə yeyəcəyi yeməkləri seçib. Öz istəkləri ilə yeməklər gətirilib.  Qiymətlə bağlı məlumat verilib, sonda isə həmin şəxs qəbz istəyib. Otelin daxili sistemi var. Buna uyğun olaraq qəbz təqdim olunub. Ancaq o, başqa qəbz istəyib. Eyni funskiyanı daşıyan mədaxil qəbzi verilib. Görünür ki, məqsədyönlü problem yaratmaq adına belə şeylər edilib”.

Otelin rəsmi səhifəsində də sözügedən xəbərlə bağlı məlumat yayılıb.

 


 
“Mənim hesabıma milyonlar qazanıldı”

Aparıcı Xoşqədəm Hidayətqızı ATV-nin keçmiş rəhbərliyini tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, “Səni Axtarıram” proqramının 26 iyun buraxılışında sözügedən kanalın onun sayəsində milyonlar qazandığını iddia edib:

“Bizim arxivimiz məhv olub. Yardım etdiyimiz insanlar, materialları bizə göndərin. Allahdan bircə diləyim var, sizin qarşınıza yaxşı, qədrinizi bilən insanları çıxarsın. Mən bütün illərimi “Səni Axtarıram”a həsr etdim. Ancaq oradan aldığım maaşı bütün işçilərim bilir.

Mənim hesabıma milyonlar qazanıldı. Bu həyatda nə olursa, yaxşılığa doğru baş verir. Sevinirəm ki, bu kanaldayam (Xəzər TV). Çünki qədrimi bilirlər”. 

İki gün əvvəl yenidən səhhəti pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir.

Məsələ ilə bağlı Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov açıqlama verib. O bildirib ki, Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub:

“Xəstəxanaya yerləşdiyi gün, Fazil müəllimin səhhətinə ciddi problem var idi. Əməliyyat olundu. Həkimlərin səyi nəticəsində, hazırda səhhətində yaranan problem aradan qaldırılıb. Dünən axşam evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. (Azxeber.com)