“Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur”.

Turkustan.info xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz lent.az -a ölkədə fiber optik infrastrukturun inkişafından danışarkən belə deyib.

1960-cı ildə ABŞ-da yaranan internet hazırda bütün dünya dövlətlərini əhatə edib. Üçüncü Sənaye İnqilabı dövründə formalaşıb inkişaf edən və Dördüncü Sənaye İnqilabı dövründə isə rəqəmsallaşma, informasiya mübadiləsinin əsas sütunlarından biri olan internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda bu vasitə insanların əmək fəaliyyətinə çevrilib, bir çox dövlət qurumlarının xidməti məhz həmin lokal şəbəkə ilə həyata keçirilir. Ancaq Azərbaycanda xüsusən də, son zamanlar internetin zəif olmasından şikayətlər get-gedə artır. Ekspertlər isə bunu ölkədə mövcud olan internet infrastrukturunun texnologiyanın inkişafı ilə uyğunlaşa bilmədiyi ilə əlaqələndirir.

Osman Gündüz ölkədə fiber optik infrastrukturun inkişaf etmədiyi üçün hələ də köhnə DSL texnologiyasından istifadə edildiyini bildirib: “Son illərdə mobil internetin xüsusi çəkisi artıb. 3G və 4G-yə görə xeyli insan mobil internetdən istifadə edir. Hazırda regionlarda DSL-dən də istifadə olunur. Təbii ki, bu köhnə texnologiyadır. Telefon xətti ilə çəkilən DSL texnologiyasından yüksək sürət əldə etmək olmaz. Regionlarda fiber optik infrastruktur inkişaf etməyib. Buna görə də regionlarda yaşayan insanlar daha çox telefon xətti ilə çəkilən DSL texnologiyasından internet alırlar. Bakı şəhərinin mərkəzində fiber optik infrastruktur müəyyən qədər inkişaf edib. Amma hesab edirəm ki, hazırda Azərbaycanda geniş zolaqlı və keyfiyyətli internetlə bağlı problemlər mövcuddur. Bir sözlə, regionlar, həmçinin Bakı şəhərinin ətrafı üzrə fiber optik infrastrukturun inkişafına ehtiyac var”.

Əlavə olaraq bildiririk ki, bu sahədə araşdırmalar aparan beynəlxalq internet resursu “Internet World Stats”-ın məlumatına əsasən, 2019-cu ildə 7 milyard 716 milyonluq dünya əhalisinin 4 milyard 536 milyonu, başqa sözlə desək, 58.8%-i internetdən istifadə edir. İnternet istifadəçilərinin sayı Asiya regionu üzrə 2 milyard 300 milyon nəfər (55 %), Avropa regionu üzrə 722,6 milyon nəfər (10.7 %), Afrika regionu üzrə 522,8 milyon nəfər (17.1 %), Şimali Amerika regionu üzrə 327,5 milyon nəfər (4.7 %), Latın Amerikası və Karib hövzəsi regionu üzrə 453,7 milyon nəfər (8.5 %), Yaxın Şərq regionu üzrə 175,5 milyon nəfər (3.3 %) və Okeaniya/Avstraliya regionu üzrə 28,6 milyon nəfər (0.5 %) təşkil edir. Ölkəmizdə isə internet istifadəçilərinin sayı resursun məlumatına əsasən, 7 milyon 991 min nəfər təşkil edir və əhalinin 79.8 faizi internet istifadəçisidir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %).

13 May 2025 Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək