Bu gün deputatlar koronavirus yoxlanışından keçiriləcək

Bu gün deputatlar Milli Məclisə çağırılıb.

Report məlumatına görə, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan qızlar bir aylıq kirayə ödənişindən azad olunub.

Bu barədə ADU-nun Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat paylaşıb.

O qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunurlar. (oxu.az)

Azərbaycanda koronavirus aşkarlandıqdan sonra apteklərdə tibbi maskalar qeybə çəkildi. Çox az sayda apteklərdə isə 5-10 qəpiklik maskaları “əl-altdan” 30 qəpikdən 1 manatadək qiymətə satmağa başladılar.

Məsələ ilə bağlı müvafiq nazirlik və qurumlar ya açıqlama vermədilər, ya da bu məsələnin onlara aidiyyatı olmadığını, maska məsələsi ilə özəl firmaların məşğul olduğunu bəyan etdilər.

Və həmişəki kimi problemə ən yüksək səviyyədə münasibət bildirildi.

Belə ki, Prezident İlham Əliyev Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışında çıxış edərkən ölkədə maska ehtiyatının çox olduğunu bildirərək, möhtəkirlərə ciddi xəbərdarlıq etdi.

“Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”, – deyə dövlət başçısı bildirdi.

Bəs görəsən hazırda apteklərdə vəziyyət necədir? İnsanların maska təlabatı yetəri qədər ödənilirmi?

Turkustan.info modern.az-ın apteklərlə sorğusunu təqdim edir:

Vitamin  Aptek – “Hazırda aptekdə kifayət qədər maska var. Təlabat da o qədər də yüksək deyil. Qiymətinə gəlincə isə 20 qəpiyə müştərilərə satılır. Maskayla bağlı indiyə qədər heç bir problem yaşamamışıq. Bizim aptekdə müştəriyə istədiyi qədər maska satılır. Yəni konkret olaraq məhdudiyyət yoxdur”.

Həyat Aptek –  “Təlabat çoxdur, amma təssüf ki, maska yoxdur. Artıq neçə müddətdir ki, bizdə maska satışı həyata keçirilmir. Depoya sifarişlərimizi vermişik, hələ ki sifarişlərimiz çatdırılmayıb. Əgər olsa əvvəlki qiymətə, yəni 20 qəpiyə də satılacaq”.

Buta Aptek –  “Hətta bizdə qıtlıq olan məqamda da maskalar satılırdı. Hazırda da xeyli sayda maskalarımız var. Qiyməti 20 qəpikdir”.

Zəfəran Aptek – “Koronavirusdan sonra da bizdə kifayət qədər maskalar var. İndiyə qədər də heç bir problemimiz də olmayıb. Hazırda yetəri qədər maska ehtiyatımız var. Hətta spirt də var 55 qəpiyə satılır. Maskanın qiyməti isə 20 qəpikdir. Əhaliyə çatsın deyə hər müştəriyə 5 dənədən artıq maska satılmır”.

Depo Aptek – “Bizim aptekdə kifayət qədər maska var. Qiyməti isə necə göstəriş verilibsə, elə o qiymətə də satırıq. Yəni deyiləndən artıq satmırıq”.

Planet Aptek  – “Təlabat çoxdur, ancaq depolar bizi tam təmin etmir.Yəni limitlə verirlər, üç gündən bir 50 dənə verirlər. O da bizim təlabatımızı ödəmir. Qiyməti isə 20 qəpikdir. Bu gün bizdə maska qurtarıb depoya müraciət etdik, dedilər ki, verə bilmərik “.

Hippokrat Aptek – “Satışı 20 qəpikdir. Hazırda aptekdə maskalarımız bitib. Depo da limitlə verir, hardasa 100 dənə olar. Təlabat da çoxdur deyə bizə yetmir, tez də qurtarır, gələn müştəriyə də yox demək məcburiyyətində qalırıq”.

İbn Sina Aptek – “Həqiqətən koronavirusdan sonra təlabat çoxaldı.Artıq iki gündür ki, bizim aptekdə maska satılmır. Depoya sifarişlərimizi vermişik, hələ də gəlib çıxmayıb. Gələndə də hər müştəriyə 2 dənə sata bilirik. Qiyməti isə 20 qəpikdir”.

Naxçıvanda koronavirusla bağlı dərman ehtiyatı yaradıldı
Naxçıvan Muxtar Respublikasında tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.

Muxtar Respublikanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə hava limanının tibbi heyəti tərəfindən muxtar respublikaya gələnlər arasında xəstəliyə şübhəli bilinən şəxslərdə müayinə və termometriya müşahidəsi təşkil edilib. Xəstəlik müşahidə edilərsə, onların hospitalizasiyası, karantinə alınması və stasionar müalicəyə götürülməsinə şərait yaradılıb. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb. 

Bildirilib ki, məktəb həkimləri tərəfindən mövsümi respirator xəstə­lik əlamətləri müşahidə olunan şagirdlər ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələr ilə təchiz olunmasına nəzarət artırılıb.

Ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlayırlar.

Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu, epidemioloq köməkçiləri, dezinfektor təlimatçıları mövsümi virusların yayılma ehtimalına qarşı şəhər orta məktəblərində dezinfeksiya işləri aparırlar. Bu tədbir uşaq bağçalarında, musiqi məktəblərində, kolleclərdə, ali təhsil müəssisələrində də həyata keçirilir.

Martın 10-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzi, lisey və kolleclər, uşaq bağçaları, musiqi və idman məktəbləri, ali təhsil müəssisələri, avtobus və dəmiryol vağzalları, hava limanı, şəhər məscidləri və mərasim zalları, muzey və kitabxanalar da dezinfeksiya tədbirləri ilə əhatə olunacaq.

Tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun şəhər və rayon təşkilatları tərəfindən əhalinin sıx məskunlaşdığı yerlərdə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Murad Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama
Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur.

Qafqazinfo xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinə yeni direktor təyin olunan Xalq artisti Murad Dadaşov deyib.

O, dünən kanalın kollektivi ilə görüşü zamanı tövsiyələrini verib, kanalın daha da uğur qazanması üçün çalışacağını söyləyib: "Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var.

Bu gün sosial şəbəkələrdə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yüzlərlə pnevmaniyalı uşağın gətirildiyi iddia olunub.

İddiaya görə, xəstəxanaya gətirilən bu uşaqlarların koronavirusa yoluxduğunu ehtimal edən həkimlər onları müalicə etməkdən imtina edir.

Məsələni 26 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə dəqiqləşdirdik.

Xəstəxananın baş həkimi Tərlan Bəbirov Cebhe.info-ya açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, xəstəxanaya pnevmaniya şikayəti ilə müraciət olunmadığını deyib:

“Bizim xəstəxanada pnevmaniya əlamətindən yatan xəstə yoxdur. Uşaqlar arasında da belə bir xəstəlik yoxdur. Ümumiyyətlə, o xəstəlik uşaqlara belə yoluxmur. Yalnış məlumatdır”.


Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılmışdır. Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur.

Bu barədə Axar.az-ın soruğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilib ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər.

Məlumat Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir.

Həmçinin bildirilb ki, Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanmışdır. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb.  /Axar.az/

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatına əsasən, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart 2020-ci il tarixlərində müvəqqəti dayandırılmışdır. Hazırki vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur.

Turkustan.info bildirir ki, bu barədə Axar.az-ın soruğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilib ki, həmin müddətdə (3-9 mart 2020-ci il tarixlərində) pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər.

Məlumat Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) həm də bütün təhsil müəssisələrinə aiddir.

Həmçinin bildirilb ki, Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanmışdır. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb.  /Axar.az/

Bakıda sürücülərə vacib XƏBƏRDARLIQ
Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.

Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.

Dövlətimizin başçısı “Azerlime” əhəng zavodunu işə saldı.
Prezident İlham Əliyev “Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.

Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdü.

Daha sonra “Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı
Qazaxda əhəng zavodunun açıldı