![]() |
![]() |
Bu sözlər Azərbaycanın Birinci vitse-prezidentinin "Instagram" səhifəsində paylaşılıb:
"Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri: “Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib”
Məlum olduğu kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETAXİ) son bir ay ərzində ölən xəstələrin sayı 23-ə çatıb. Hüquqşunas, ictimai vəkil Samir Zeynalov bu arzuolunmaz faktın səbəbini xəstəxanada həkim-reanimatoloqun olmaması, ağır xəstələrin bu baxımdan zəruri tibbi yardım almaqdan məhrum olması ilə əlaqələndirir. Onun sözlərinə görə, qeyd olunan məlum çatışmazlıq faktı İnstitutun baş həkimi İmanverdi Rzayev tərəfindən təsdiq olunsa da, İnstitutun direktoru Həqiqət Qədirova dünyasını dəyişən xəstələr barəsində reanimasion tədbirlərin həyata keçirildiyi qeyd edir.
“Sözügedən tibb müəssisəsinə rəhbərlik etdiyi dönəmdən etibarən bir sıra həkimə qarşı yol verdiyi qərəzli və qanunsuz münasibətindən dolayı təkcə 3 nəfər təcrübəli və savadlı həkim-reanimatoloqu işdən çıxardaraq, nəticədə İnstitutu bu ixtisas üzrə həkimsiz qoyan Həqiqət Qədirova, bu mövqe ilə ictimaiyyəti və TƏBİBİ-i aldatmaqdan, o cümlədən xəstələrin həyatını təhlükə altında qoymaqdan çəkinmir. Qeyd olunan mühakimənin təsdiqidir ki, TƏBİB (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) İnstitutda müvafiq monitorinqin aparıldığını, qeydə alınan bütün faktların araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü, lakin monitorinq zamanı həkim çatışmazlığı probleminin aşkar edilmədiyini diqqətə çatdırır. Belə çıxır ki, İnstitutda həkim-reanimatoloq yoxluğu ilə bağlı 6 yer üçün vakansiyanın elan edilməsi, buna baxmayaraq məlum ixtisasa sahib həkimlərin vərəmli xəstələrlə işləməkdən çəkinmələri iddiası tamamilə həqiqətdən uzaqdır”, – hüquqşünas bildirir.
“Mötəbər mənbədən aldığım məlumata görə, hazırda İnstitutda ölüm faktlarının say etibarı ilə çoxalmasının qarşısını almaq məqsədilə ölmək təhlükəsində olan xəstələr məcburi sürətdə evə yazılır və onların ölümü İnstitutda deyil, məhz evdə gerçəkləşir. Həqiqət Qədirova bu minvalla institutun fəaliyyətini tamamən acınacaqlı edib. Bu vəziyyətdən təkcə pasiyentlər deyil, ənənəvi olaraq bəzi həkimlər də əziyyət çəkirlər”, – deyə o, əlavə edir.
S.Zeynalov iddia edir ki, Həqiqət Qədirova tərəfindən İnstitutun Kliniki Diaqnostika Laboratoriyasına şöbə müdiri təyin edilən Nuriyyə Səlimova rəhbərlik etdiyi şöbənin işçilərini 2 incidir, təhqir edir: “Bu haqsızlığa, qanunsuzluğa və anarxik atmosferə isə direktor Həqiqət Qədirova gözlənildiyi kimi susur. Çünki baş verən arzuolunmaz halların bilavasitə təşəbbüs mənbəyində, məhz Həqiqət Qədirova dayanır. Əlavə olaraq onu qeyd edim ki, institutun direktoru Həqiqət Qədirova ixtisasca həkim-mikrobioloqdur. Ümumi olaraq onun ağciyər xəstəlikləri ilə bağlı heç bir elmi işi, monoqrafiyası, iştirak etdiyi kurs və seminar, zəruri anlayışı, eləcə də təklifi mövcud deyil. Əmək fəaliyyətinin son yaş həddini çoxdan keçən, daha dəqiq desək, 70 yaşına qədəm qoyan Həqiqət Qədirova, adıçəkilən tibb müəssisəsində direktor olmaqla bərabər, həm də ATU-nun Mikrobiologiya Kafedrasına rəhbərlik edir. Bu da xanım Qədirovanın İnstitutla bağlı öz əmək funksiyalarını düzgün icra edə bilməməsi, daha dəqiq desəm, əksər iş günlərində xanım Qədirovanın işdə ola bilməməsi ilə nəticələnir ki, bununla da İnstitutun fəaliyyətində müşahidə olunan problemlər günü-gündən artır”.
AYNA əməkdaşı ittihamlara aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladı. Lakin o, bizə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə danışmağı tövsiyə etdi.
Rəvanə Əliyeva isə sorğumuza cavab olaraq, sözügedən İnstitutda baş verən ölüm faktları ilə bağlı dəfələrlə açıqlama verdiklərini dedi. Amma yuxarıdakı ittihamlara münasibət bildirmədi.
S.Zeynalovun ittihamlarında adı keçən İnstitutun Kliniki Diaqnostika Laboratoriyasına şöbə müdiri Nuriyyə Səlimovaya müraciət etdik. O, baş verənlərə belə izah verdi:
“Xəstəxanaya xəstələr çox ağır vəziyyətdə daxil olurlar. Onlar ağırlıq dərəcəsinə görə dünyalarını dəyişirlər. Heç bir xəstə diqqətdən kənarda qalmır. Bütün xəstələr həkimlərin nəzarətində olur. Müraciət olunan xəstə barəsində bütün həkimlərlə bərabər ağır xəstələr terapevtik müayinəyə çıxarılır. Onların diqnozu və eləcə də müalicə təyinatı da hamısı müzakirə olunur, protokollaşdırılır, rəy verilir. Yəni hər bir proses qanun çərçivəsində, protokollara uyğun olaraq olaraq aparılır, xəstələrin həm diaqnostikası, həm də müalicələri həyata keçirilir.
Üç, dörd növbə həkimlərimiz var. Hamısı növbə ilə öz işlərini icra edirlər. Xəstənin vəfat etməsi faktı tək Ağciyər İnstitutunda olmur, hər bir xəstəxanada belə hadisələr baş verir. Nəinki Azərbaycanda, eləcə də bir çox ölkələrdə xəstə ölümləri olur. Bir neçə gün əvvəl Türkiyənin hansısa bir xəstəxanasında altı nəfər xəstə dünyasını dəyişib. Dünyasını dəyişən xəstə yalnız ağciyər xəstəliyinə görə deyil, orqanizmdə onunla yanaşı olan bir sıra xəstəliklər də olur. Yəni ağırlıq dərəcəsinə görə xəstə dünyasını dəyişir”.
Qeyd edək ki, cəmiyyətdə müəyyən şübhələr yaranıb ki, ETAXİ–dəki ard-arda ölüm halları, son zamanların təhlükəsinə çevrilmiş, bir sıra ölkələrdə geniş yayılmış, hətta qonşumuz İranadək gəlib çıxmış koronavirusla bağlı ola bilər. Bu məqama N.Səlimova belə münasibət bildirdi: “Koronovirusla bağlı heç bir hala təsadüf edilməyib”.
İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib.
Bu barədə Sputnik Azərbaycan-a İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib.
O bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər:
“Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələ ki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki bu turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir”.
Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb:
“Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədirlər. Novruz Bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar.
Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq”.
“Baku Life Travel”in rəhbəri Aqşin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib:
“Bizdən tur paket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər asan vizaya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa, güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur”.
"Azərişıq" ASC-dən bildirilib ki, Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 25 fevral 2020-ci il tarixində saat 12.00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
"Ölkə.Az" metbuat.az-a istinadən xəbər verir ki, bunu ən bariz şəkildə apteklərdə görmək mümkündür. Bu gün şəhərdəki əksər apteklərdə tibii maska tapmaq mümkün olmayıb.
“Ümumiyyətlə neçə gündür maska yoxdur” – Əczaçı
“Depomuzda hal-hazırda yoxdu istəyirsizsə zəng edib soruşa bilərsiz.” – Əczaçı
“Adam gəlir deyir ailəmdə beş nəfərdi amma sata bilmirik. Günə bir paçka göndərirlər özümüzə. Paçkanın da içində 50 ədəddir. Bəli təlabat böyükdür amma yoxdur” - Əczaçı
“Hal-hazırda Mingəçevir şəhərində maska qırx qəpikdir. Dünən zəng ettim anam mənə dedi ki maskaların qiyməti qalxıb. Qiymətlər qalxan kimi bəzi apteklər ondan xeyir götürmək istəyir.” - Sakin
Müşahidələrimiz göstərdi ki, apteklərdə ən ucuz maskanın qiyməti 30 qəpik təşkil edir. Bəziilərdə isə bu rəqəm 50 qəpiyə, hətta 1 manata qədər qalxıb. Əhali arasında təşvişə səbəb olan isə sosial şəbəkələrdə yayılan səs yazısıdır. Dünəndən etibarən bu səs yazısı sakinləri ciddi narahat etsə də, ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib ki, yayılan məlumatlar yalandırv və narahatlığa heç bir əsas yoxdur.
“Saytlarda məlumat verirlər ki güya Azərbaycanda da koronovirusdan xəstələnənlər vardır. Mən, Səhiyyə nazirliyinin rəsmisi olaraq sizə məlumat verirəm ki Respublika ərazisində bir nəfər də olsun bu xəstəliyə yoluxan yoxdur. Deyilən şayiələrə qulaq asmayın. “ - İbadulla Ağayev
Lakin günün birinci yarısında Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha iki nəfər gətirilib. Onlar 1995 və 1998-ci il təvəllüdlü İran və Azərbaycan vətəndaşlarıdır. Onların xəstə insanlarla heç bir kontaktları olmayıb. Hal-hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur.
Azərbaycanda koronavirusa görə orta məktəblərdə kütləvi tədbirlər məhdudlaşdırıldı - FOTO
"Ölkə.Az" bildirir ki, nazirliyin tapşırığında deyilir:
“Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.
Qeyd olunan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən tədbirlərin görülməsi sizə tapşırılır:
- Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi,
- Ümumi təhsil müəssisələrində şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi,
- Ümumi təhsil müəssisələrində tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması,
- Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması,
- Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması,
- Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması”.
Sənədi Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov imzalayıb.
Baku TV xəbər verir ki, payız-qış aylarında bu palçıqlı yollar gediş-gəlişdə problemlər yaradır, yaz-yay aylarında isə ərazidəki qamışlıq ilanların yuvasına çevrilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə verilən məlumata görə, həmin ərazi diqqət mərkəzindədir.
Hava şəraitinə uyğun olaraq mart ayının ortalarından abadlıq işlərinə başlanılacaq.
Küçələrin palçıqlı olması bir yana, getdikcə havanın isinəcəyini nəzərə alsaq, ilanların burada yaşayan insanlar üçün yaradacağı təhlükəni təsəvvür etmək çətin deyil.
Səfirlikdən verilən məlumata görə, İranda aşkarlanan koronavirusla bağlı İrandan Türkiyəyə keçidlə bağlı lazımi tədbirlər görülüb.
Bu tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçidlərə də nəzarət gücləndirilib.
“Bu tədbirlər qarşı tərəfə zərər verməmək üçün atılıb. Görülən tədbirlər sərhədin bağlanması anlamına gəlməməlidir. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumları ilə təmaslarımız davam edir”, - deyə açıqlamada qeyd olunur.