![]() |
![]() |
Oxu.az xəbər verir ki, açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə təcili tibbi yardım maşınında sərnişin daşınmasına dair yayılan görüntülərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.
Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.
''Ölkə.Az'' xəbər verir ki, kadrlarda təcili tibbi yardım maşınının içində sürücüdən əlavə, ən azı dörd nəfərin olduğunu görmək olar.
Yeri gəlmişkən, sürücü polis əməkdaşlarının haqlı suallarına cavab verə bilməyib.
İlk növbədə bəhanə gətirmək istəyən həmin şəxs sonra polisin əmrinə tabe olub.
Qeyd edək ki, təcili tibbi yardım maşınında olanlar avtomobili tərk ediblər.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:
“Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər.
Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”.
E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaqdır.
Ali təhsilli və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012)-590-94-12;
(012)-590-93-45.
(012)-590-92-37;
(012)-590-97-52;
Assosiasiyanın (AHA) Baş icraçı direktoru Günay Sağlam Trend-ə bildirib ki, əslində hotellər tam olaraq bağlanmırlar. Onlar fəaliyyətlərini müvəqqəti olaraq dayandırırlar:
"Göstəricilər də hotellərdə dolma faizinin aşağı olduğunu göstərir. Yerlər dolmadığı halda, hotelləri açıq saxlamağın heç bir mənası yoxdur. Biz çağırış edirik ki, hoterllərdəki işçiləri işdən çıxarmasınlar, onları işdən müvəqqəti ayırsınlar. Çünki bizim yerli kadrlara çox böyük ehtiyacımız var. Bu kadrlar uzun müddət ərzində yetişdirilir".