Son xəbərlər

Bakının qəfil hücum taktikası – cəbhə xəttinə böyük qüvvə yeridildi















Ordumuzun bu gün başlayan genişmiqyaslı təlimlərində baş hədəf; Azərbaycan sülh prosesini torpedalayan düşmənlə güc dilində danışığa keçir – İrəvanda həyəcan…

Bu gün – martın 11-dən etibarən 15-dək müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayır. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

*****

Göründüyü kimi, bu, sırf hücum taktikasına hesablanmış təlimdir və şübhə yox ki, son günlər Qarabağla bağlı radikal mövqe sərgiləyən, konstruktiv danışıqlarla bir araya sığmayan və nizamlama prosesini iflic edən bəyanatlar səsləndirən işğalçı ölkə rəhbərliyinə ayıldıcı təsir eləmək niyyəti güdür. O səbəbə budəfəki təlimlər Azərbaycanın hərbi gücünün bir daha düşmənə praktik nümayişi baxımından böyük önəm daşıyır.

Bakının qəfil hücum taktikası – cəbhə xəttinə böyük qüvvə yeridildi


Təlimlər həm də rəsmi Bakının Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Paşinyan hökumətinə sərt ismarışlar göndərməsi və xəbərdarlıq eləməsindən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Belə ki, ötən həftə ATƏT sədri ilə Bakıdakı görüş zamanı Azərbaycan prezident İlham Əliyev Qarabağa dair sülh prosesinin pozulmasına görə bütün məsuliyyəti İrəvanın üzərinə qoyub. Ardınca Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edən zaman rəsmi Bakı mövqeyini bir daha xatırladıb və Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişdirməklə bağlı cəhdlərinə birdəfəlik nöqtə qoyub. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz”, – Azərbaycan prezidenti bildirib.

Bakının qəfil hücum taktikası – cəbhə xəttinə böyük qüvvə yeridildi



Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb. O, həmçinin Ermənistan tərəfinin ziddiyyətli açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da keçən həftə düşmən tərəfə analoji xəbərdarlıqla çıxış edib. ATƏT sədrindən xahiş edib ki, İrəvana Bakıdan belə bir ismarış aparsın: “Biz indi xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə?”

Bunlar rəsmi Bakının Paşinyan iqtidarına müharibə xəbərdarlığıdır. Azərbaycan Ordusunun bu gün yüzlərlə hərbi texnika, aviasiya maşınlarının cəlb olunduğu genişmiqyaslı təlimə başlamasını həmin xəbərdarlığın məntiqi davamı sayılmalıdır. Hərbi ekspertlər isə təlim adı ilə Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirmək niyyəti güddüyünə əmindirlər. Yəni hərbi təlimlər günün birində hərbi əməliyyatlara da keçə bilər.

Bakının qəfil hücum taktikası – cəbhə xəttinə böyük qüvvə yeridildi


*****

Azərbaycan, təbii ki, öz sərhədləri daxilində silahlı qüvvələrinin yerini dəyişmək və ya ən əsası, işğal altındakı ərazilərinə yaxın yerlərdə böyük hərbi qüvvə cəmləmək kimi müstəsna hüquqa malikdir. Bu hüququ ona BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının (AŞ PA), Avropa Parlamentenin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının ərazi bütövlüyümüzü dəstəkləyən sənəd-qərarları verir.

Ermənistanın da təsdiqlədiyi BMT Nizamnaməsi isə hər bir ölkəyə öz ərazi bütövlüyünü bərpa eləmək üçün istənilən yola əl atmaq, o sırada antiterror əməliyyatları keçirmək haqqı tanıyır. Azərbaycan da özünün hərbi və döyüş potensialını artırmaq üçün gərəkəni edir, yeni və müasir silahlar, döyüş sistemləri əldə edir, öz hərbi-sənaye kompleksini yaradır və gücləndirir, vaxtaşırı həm fərdi şəkildə, həm də qardaş Türkiyə ilə birgə hərbi təlimlər, hərbi paradlar həyata keçirir. Ən əsası, Bakı torpaqlarını işğaldan qurtarmaq üçün əlverişli siyasi şərtlər fonunda qəfil hücum taktikasını cilalamaqdadır.

Diqqət çəkən həm də odur ki, Azərbaycan son illər özünün maliyyə potensialı hesabına qabaqcıl Qərb dövlətləri (ABŞ, Fransa) ilə də hərbi-texniki əməkdaşlığı gücləndirmək kursu götürüb. Bu da İrəvanda haqlı olaraq həyəcan və təlaşı artırıb…

*****

“ABŞ keçən ilin dekabrında Azərbaycana xeyli miqdarda, ümumi dəyəri 109 milyon dollar olan aviasiya-kosmik məhsullar ixrac edib. Bu məlumat ötən il üçün ABŞ-Azərbaycan ticarət statistikasında əksini tapıb. Mənbənin bildirdiyinə görə, Azərbaycan ABŞ-dan təyyarələr, kosmik texnologiyalar və peyklər alıb. Əlamətdardır ki, 2017-ci ildə ixracla bağlı belə bir maddə, sadəcə, mövcud olmayıb”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Spitnik Armenii” portalı yazıb. Portal bununla bağlı erməni politoloq-amerikaşünas Suren Sərksiyanın mövqeyini öyrənib. Erməni ekspert deyib: “Hərçənd bu məhsullar formal olaraq mülki təyinatlıdır, gələcəkdə Bakının ABŞ-dan ikili təyinatlı texnologiyalar alacağını istisna eləmək olmaz. Nümunə üçün uzağa getməyə lüzum yox. Keçən il Azərbaycan ABŞ-dan ”Bell -412″ mülki vertolyotlar almışdı. Ancaq Bakı onları hərbi vertolyotlar kimi təzədən quraraq ordunun öhdəsinə verdi. Bütövlükdə son illər ABŞ kosmosun mənimsənilməsində Azərbaycanın əsas tərəfdaşına çevrilir. Azərbaycan ABŞ və Fransa ilə birgə bu yöndə bir sıra layihələr həyata keçirir. Son bir ildə Bakı orbitə bir neçə peyk buraxıb. Lazım gələrsə, bu peyklər Ermənistan əleyhinə istifadə oluna bilər. Rəsmi İrəvan belə şərtlər fonunda praktik olaraq, ABŞ-la Azərbaycanın aviasiya və kosmos sahəsində əməkdaşlığına mane olmaq gücündə deyil. Bundan ötrü bizim resurs və imkanlarımız olduqca azdır”.

“Yeni Müsavat” yada salır ki, ötən il dekabrın əvvəlində Bakıda səfərdə olan ABŞ müdafiə naziri müavininin köməkçisi Laura Kuper Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüş zamanı Vaşinqtonun iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etmişdi. Maraqlıdır ki, ölkəmizə 109 milyon dollar həcmində ABŞ istehsalı olan aviasiya-kosmik məhsullar da məhz həmin ayda idxal edilib…
Rusyalı politoloq: “Paşinyan siyasi iradə nümayiş etdirməkdən qorxur”















Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində masada yeni saziş olsa da, hələlik o sənəd açıqlanmır.
Bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, son aylarda Azərbaycan və Ermənistan liderləri və XİN rəhbərləri arasında davamlı görüşülərin keçirilməsi ortada hansısa işlək bir sənədin olduğundan xəbər verir:

“Lakin bu sənədin mahiyyəti barədə həlilik hər hansı açıqlama verilmir”.
Politoloq qeyd edib ki, Paşinyan hakimiyyətə gəldiyi qısa müddətdə 3 dəfə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, bundan əlavə olaraq XİN başçıları arasında davamlı görüşlər keçirilir:

“Bütün bunlar ortada hansıa sənədin olduğundan xəbər verir. Ancaq tərəflər sənəddə əksini tapan maddələr üzrə razılığa gələ bilmirlər. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi dəyişməzdir. Paşinyan isə hansı həddədək kompromisə gedib, mövqeyni açıqlamaqdan qorxur və siyasi iradə nümayiş etdirərək ortaya konkret mövqe qoya bilmir. Ermənistanın bu hərəkətindən sonra yeni sənəd üzərindəki işlər pozlub. Nəticədə danışıqlar prosesi yenidən dalana dirənmiş vəziyyətə düşüb. Ona görə də ATƏT MQ həmsədrləri danışıqlarda təşəbbüsü yenidən ələ alaraq tərəflər arasında gərginliyin yaranmasının qarşısını almağa çalışırlar”.
Polis rəisi və yol polisi əməkdaşları İŞDƏN ÇIXARILDI















Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.

“Report”un məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.

İslahatlar davam edir.
Amerikalı siyasətçi 95 yaşında öldü

ABŞ Konqresinin Nümayəndələr Palatasının köhnə üzvü Ralf Holl 95 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Holl Rokvolldakı evində vəfat edib.

Konqresmenin dəqiq ölüm səbəbi bilinmir. Holl 95 yaşı olmasına baxmayaraq heç bir xəstəlikdən əziyyət çəkməyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Rusiyanın mövqeyi dəyişməzdir. 

Oxu.Az-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə  “Moskva-Baku”nun müxbirinin sualına cavab verərkən deyib. 

O əlavə edib ki, Moskvanın mövqeyi hər kəsə bəllidir. 

M.Zaxarova, həmçinin, 8 Mart ərəfəsində Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qadınlara onun qısa zamanda həll edilməsini və sülh arzulayıb.

Baş Nazirdən avtobus və taksilərlə bağlı YENİ QƏRAR















Nazirlər Kabineti “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı təsdiq edib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.

Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,

2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,

3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),

4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,

5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar, 
6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,

7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,

8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,

9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,

10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,

11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,

12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.

Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır. Avtobuslar alçaq döşəməli olmalıdır. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır. Avtobusların salonunda konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir. Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Putin Mehriban Əliyevanı təbrik etdi















Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Məktubda deyilir: 

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.
Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".
Prezident: “Mənə verilən məktubların hər birinə baxılacaq” – VİDEO














Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub.

Ağsuya səfəri zamanı Prezident rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.

Ölkə başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, Prezident sakinləri narahat edən məsələləri dinləyib.

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

” Prezidentin Ağsu sakinləri ilə görüşünün videosunu təqdim edirik:

<iframe src='https://bax.tv/player/56507.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>http://cdn.minval.info/2019/03/1551950744_grr.jpg