Son xəbərlər

Prezident İlham Əliyevin  431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki  AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.

Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.

Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.

Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin  böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.

Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”.

ABŞ polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

"Report"un "Reuters"ə istinadən xəbərinə görə hadisə Kaliforniyada baş verib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş dövlət rəhbərini restoranda saxlayıblar. Buna səbəb kimi onun sərxoş olduğu göstərilir.

Ştatın polis şerifin bəyanatına görə, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir. Bununla belə o, sərxoşluğa görə saxlanılıb.

Perunun Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Daha əvvəl Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik edib















Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!”
Prezident sərəncam imzaladı — 2 milyon ayrıldı















Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb.

“5 il bundan öncə Vladimir Putin Ukraynanın cənubu və şərqində müharibə törədərək burada minlərlə insanın ölümünə səbəb oldu.

“Bu qərar həm Kremlin şefini, həm rusiyalıları, həm də bütövlükdə dövlətin özünü dəyişdirdi”,-deyə Almaniyanın “Der Spiegel” jurnalından Kristian Eş yazır.

Jurnalistin qeyd etdiyinə görə, Krımı işğal etməklə Putin əslində öz düşməmnlərini belə təəccübləndirib. Krımla birlikdə Rusiya prezidenti soyuq müharibədən sonra formlaşan düzəni dəfn etməklə bərabər Rusiyanı əvvəlki mövqeyinə, yəni Qərblə konfrontasiyada olan dövlət statusuna geri qaytarıb.

“Əslinə qalsa Rusiya prezidenti xarici görünüşünə rəğmən olduqca ehtiyatlı siyasətçidir. Lakin Krım məsələsində kart masasını qəzəblə çevirən hər oyunçu kimi Vladimir Putin də burada ciddi ehtiyatısızlığa yol verdi və özünü təcrid olunmuş vəziyyətə saldı”,- deyə alman jurnalist yazır.

Müəllif Vladimir Putini öncə Ukraynada, sonra da Suriyada apardığı savaşlarla arıtq ölkə daxili gündəmdən də uzaqlaşdığını və dünya siyasətinə atıldığını bildirir.

“O artıq vətəndaşlarının qayğısına qalan siyasətçi təsiri bağışlamır. İndi onun üçün “ümumdünya tarixi missiya” önəmlidir. Putin hazırda nə müasirlərinin, nə rusiyalıların, nə də xaricdəkilərin onun haqqında nə düşündüyü ilə maraqlanmır. “Rusiya Krımı, Krım isə Putini ilhaq edib”-deyə politoloq Tatyana Stanovaya vəziyyəti bu cür anladır.

“Buna rəğmən 2014-cü ili martın18-dəki (Krımın işağl günü-red.) eyforiyadan əsər-əlamət qalmayıb. Almaniya kanslerinin ifadə etdiyi kimi, V.Putin artıq başqa dünyada yaşayır. O, artıq vətəndaşların rfiahı üçün çalışmalı olmadığını düşünür. Çünki onların önündə ən böyük vədini həyata keçirdiyini fikirləşir. Məhz bununla Vladimir Putin ölkədə pensiya yaşlarını artıra bilib, ABŞ-ı isə möcüzəvi silahlarla hədələyib. Onun üçün sosial məsələlər arxa plana keçib”,-deyə yazıda qeyd olunur.

Kristian Eş Putinlə bərabər Rusiya dövlətinin dəyişdiyini vurğulayır. Artıq ordunun, xüsusi xidmət orqanlarının da siyasi həyatdakı rolu yüksəlib.

Bu şəxslərə pulsuz avtomobil veriləcək – İlham Əliyevdən sərəncam














Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
İlham Əliyevin inqilabı – Rauf Arifoğlunun yazısı














Ölkədə yuxarıdan inqilab gedir. Buna ”Ağ inqilab” da deyə bilərik.

Bu inqilabın memarı Azərbaycan prezidenti İlham Əliyevdir.

Preses o qədər sürətlidir, həm də çoxları üçün o qədər gözlənilməzdir ki, ”əks-inqilabçılar” kimdir, hələlik bəlli deyil, orda-burda boy qaldırırlar, lakin opponentləri prezidentin sürətinə çata bilmirlər.

Prezident İlham Əliyevsə son 75 gündə bir prezidentlik müddətinə sığa biləcək inqilabi dəyişikliklər edib. ”Ağ İnqilab” belə olur! İqtisadi-sosial sferanı əhatə edən ard-arda verilən sosial fərman və sərəncamlardan sonra siyasi islahatlar istiqamətində çox ciddi addımlar atıldı.Görünən budur ki, bu addımlar daha da dərinləşəcək.

16 mart tarixində verilən əfv sərəncamı miqyaslı, ölkəni və siyasi səhnəni barışa, həmrəyliyə istiqamətləndirən mərhələ xarakterli bir addımdır. Bu hakimiyyətin ardıcıl tənqidçilərindən olan Əvəz Zeynallı yazır ki, prezident 55 nəfərlik siyasi məhbus siyahısından 52 nəfəri azad edib. Daha bir radikal tənqidçi, Meydan TV layihəsinin müəllifi Emin Milli isə prezident haqqında ciddi və hətta inanılmaz, təbriklər-təriflərlə dolu məqalə yazıb, ona inandığını bildirib, cəsarətinə görə alqışlayıb, ölkəsinə dönmək, ondan müsahibə almaq istədiyini söyləyib.

Sabiq spiker İsa Qəmbər bu fərmanı son illərin ən böyük siyasi əfvi adlandırıb. Əli Kərimli, Pənah Hüseyn, İqbal Ağazadə, digər müxalifət liderləri daxil, hər kəs bu fərmanı təqdir edən cümlələr işlədib. Doğrudur, müxalifət prosesin davamını istəyir, azdır deyir. Məndəki məlumata görə, əfv fərmanının davamı bu ilin may ayında olacaq və tamamlanacaq.

Əfv fərmanında Əli Kərimliyə münasibətdə ciddi jestlər sayıla bilən məqamlar var, adam bunu anlayacaqmı, yoxsa tərsdənmi gələcək, ilk reaksiyasından bəlli olmadı. 16-cı ilin aprel döyüşləri zamanı ilk iki gündə Əli Kərimli çox konstruktiv, pozitiv idi, lakin sonradan elə dəyişdi ki, onun çıxışlarını ermənilər manşetlərdən yaydılar. Arzu edirəm, bu dəfə belə olmasın. Üstəlik, prezidentin davranışlarının, islahat və inqilabi addımlarının ideologiyası əslində siyasi müxalifətə heç də yabançı deyil. Prezident İlham Əliyevin ən ciddi müttəfiqləri və onun addımlarına dəstək, əslində, indi siyasi səhnədə fəallaşmaqda olan müxalifətçilər olmalıdır. ”Çörəyi” demokratiyadan çıxan hər kəs İlham Əliyevə dəstək olmalı, onun islahatlarının davamlılığında, daha da dərinləşməsində maraqlı olmalıdırlar. Olmayacaqlarsa, deməli, onlar demokrat deyillər, açılım istəmirlər və ölkələrini, demokratiyanı yox, başqa şeyləri düşünürlər. Ya da yad maraqların daşıyıcılarıdırlar.

Çünki islahatların, İlham Əliyev inqilabının davam etməsi, böyüməsi həm də ölkədəki siyasi müxalifətdən asılıdır. Onlar bu bu prosedə əks-inqilabçı olsalar, imkan verməsələr, küçələrə çıxsalar, fürsətçilik edib mühitin demokratikləşməsindən 2005-ci ildə olduğu kimi, mövcud hakimiyyəti devirməyə çalışsalar, əlbəttə ki, hər şey tərsinə dəyişəcək…

Bu prosesin 14 il daha ləngiməsinin kökü də məhz 2005-ci ilə bağlıdır – bəzi müxalif qurupların parlament seçkiləri zamanı hakimiyyətdəki bir qrupla anlaşaraq, hakimiyyəti əla almaq cəhdinə…

Tarix təkrar olunur?

Bu gün 2005-dəki əks-inqilab cəhdinin əsas fiqurlarından biri və həbsxanada qalan sonuncusu əfvlə türmədən çıxdı… Çıxan kimi də mövqeyini ortaya qoydu. ”Böyük Amerika” dedi, ”Avropa” dedi, həbsdən çıxmasına görə onlara təşəkkürlərini bildirdi. Hesab edirəm ki, bu, bir kursdur, həm də, demək mümkünsə, bir anlaşma. Axı, həbsxanalar o qədər də qapalı yerlər deyil…

Əli İnsanov müxalifətə də iddia dolu reveranslar etdi. Müxalifətin ona qoşulmalı olduğunu ortaya atdı, özünü hakimiyyət almasını quyunun dibindən çıxardacaq Məlik Məhəmməd elan etdi.

Bir sözlə, əks-inqilabın başı özünü göstərdi.

Əminəm ki, cəmiyyətin və müxalifətin sağlam düşünən kəsimi bu kinli qocaya qoşulmayacaqlar. Müxalifətin tanınmış simalarından birindən Əli İnsanovun bu açıqlamalarına münasibətini soruşduqda, belə dedi – ”O, bizdən deyil. Onunla bizim müttəfiqliyimiz baş tutmaz. Əli İnsanov hər kəsdən daha mürtəce olduğunu nazir və YAP-ın rəhbərlərindən biri olanda ortaya qoyub. Bu adam mahiyyətini dəyişməyib. Ona görə də milli müxalifətin onunla anlaşa biləcəyini mümkün saymıram, mümkünsüzdür”.
Fikrət Fərəməzoğlu: ”Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm”















“Azadlığa çıxdığım üçün çox sevinirəm”.

ONA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist Fikrət Fərəməzoğlu bildirib.

F. Fərəməzoğlu deyib ki, cəzaçəkmə müəssisəsində keçirdiyi günlər ona çox şey öyrədib. Onun sözlərinə görə, müəssisədə saxlandığı müddətdə ona qarşı münasibət normal olub: “Müəssisədə şərait də yaxşı idi. Prezident İlham Əliyevə əfv sərəncamı imzaladığı və məni bağışladığı üçün təşəkkür edirəm. İnanıram ki, bundan sonra cinayət və cinayətkarlar azalacaq”.
Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi
















Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə yola salınıb.

Bu barədə “Report”a açıqlamasında M.Zamanov özü məlumat verib.

O bildirib ki, əməliyyat İstanbul şəhərindəki xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

“Ümid edirəm ki, hər şey yaxşı olacaq”, – deyə Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:

“Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün kömək göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.

Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi:

“Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

Prezident Donald Trampın Rusiya ilə “danışıqları” barədə onun rəqibləri tərəfindən səsləndirilən bəyanatlar ABŞ-la Rusiya arasındakı münasibətləri inkişaf etdirməyə əngəl törədir.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

“Düşünürəm ki, siyasi rəqiblərin Rusiya ilə danışıqlar barədə bəzi sübutlar göstərməyə çalışdığı müddətdə iki ölkə arasındakı münasibətlərdə inkişafa nail olmaq çətin olacaq”, - deyə C.Bolton bildirib.