Son xəbərlər

Novruz Məmmədovun hesabatı başladı
















Baş nazir Novruz Məmmədov Milli Məclisdə hesabat verir.
Bu gün Milli Məcliisn növbəti plenar iclası keçirilir.

İclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə məsələ gündəliyə salınıb.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hesabat günü Novruz müəllimin ad günüə təsadüf etdiyindən parlament adından onun ad gününü təbrik edək.
Zakir Həsənov ordu komandirlərini topladı
















Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.
Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Metroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – Fotolar















Fiziki məhdudiyyətli şəxslər üçün metroda yeni bir xidmət istifadəyə verilib. Onlar öncə metrodan istifadə edəcəklərinə dair sifariş verirlər. Daha sonra sifarişlərinə uyğun olaraq onlara təhkim olunan könüllülər onları qarşılayıb metro daxilində hərəkətlərini təmin edirlər.

Artıq bir necə aydır könüllü kimi çalışan Emil Verdiyev işinin asan tərəfləri ilə yanaşı, bəzi çətinliklərinin də olduğunu bildirir. Amma bununla belə, o, köməyə ehtiyacı olanlara yardım etməkdən qürur duyduğunu deyir.

Metroda könüllülərin yardımından faydalanmaq üçün sifarişi “bakumetro” mobil aplikasiyasından və ya metropolitenin rəsmi saytından istifadə etməklə vermək mümkündür. Xidmət isə tamamilə pulsuzdur.

Layihə bənövşəyi xətdən başqa, bütün metrostansiyaları əhatə edir. Sadəcə olaraq 07:30-dan 9:00-dək və 17:00-dan 19:00-dək, yəni sərnişinlərin sıx olduğu vaxtlarda əlil sərnişinlərin təhlükəsizlikləri nəzərə alınaraq, bu xidmətdən istifadə etmək mümkün olmayacaq.
Metroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – FotolarMetroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – FotolarMetroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – FotolarMetroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – FotolarMetroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər – Fotolar
 
 Ramil Usubov üç rayona yeni polis rəisi təyin etdi














Daxili işlər orqanlarında yeni təyinat olub.

ONA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Mehman Həşimov isə Gədəbəy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib.
Azərbaycan və Belarus terrora qarşı birgə mübarizə aparacaq – Foto















Azərbaycan Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, martın 14-də Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin sınanmış liderləri cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabr ayında “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”in imzalanmasının ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Əməkdaşlıq haqqında saziş” imzalanıb.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Belarus münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilib.
Belarus nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.

Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. O, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər və prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaların aparılması sahəsindəki fəaliyyətə dair sualları ətraflı cavablandırılıb.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmuşdur. Nümayəndə heyətinə idarədə istintaq edilən sülh və insanlıq, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlərin istintaqı ilə bağlı ətraflı məlumat verilmişdir. İ.Noskeviç kriminalistik işinin təşkili, eləcə də “Elektron cinayət” və “Elektron sənəd dövriyyəsi” informasiya proqramlarının Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Belarus nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
“Azərbaycan müharibədə qalib gəlsə belə…” – Erməni analitiklər irimiqyaslı müharibəyə ehtimal vermirlər















“Azərbaycan Dağlıq Qarabağda irimiqyaslı müharibəyə getməz. Lakin münaqişə zonasında lokal konfrontasiyaların baş verməsi mümkündür”.

Musavat.com erməni mətbuatına istindən xəbər verir ki, yerli siyasi ekspertlərin Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı ümumi rəyi belədir.

“Yeni müdafiə sifarişi. Strategiyalar” jurnalının şef-redaktoru Leonid Nersesyan Azərbaycanın hərbi həmlələrinin Ermənistanın danışıqlar prosesində mövqeyini dəyişdirməyəcəyini iddia edib. “Təlimlərin hücum xarakteri daşıması yeni xəbər deyil və hansı hərbi birləşmələrin cəlb olunduğu da aydın görünür. Onların əsas vəzifəsi Qaarabağda müdafiə xəttini yarmaqdan ibarətdir”,-deyə erməni politoloq deyib.

Onun sözlərinə görə, böyük savaşın baş vermə ehtimalı az olsa da, 2016-cı ilin aprelində olduğu kimi, lokal döyüş əməliyyatları hər zaman törəyə bilər.

Leonid Nersesyanın fikrincə, Emərnistan buna görə yüksək tempdə silah almağa və silahlı qüvvələrinin imkanlarını genişləndirməyə məcburdur.

“Razm.info” hərbi-analitik portalının yazarı Ayk Xaçikyan da hərbi təlimlərlə iki ölkə lideri arasında keçirilməsi planlanan görüşlə bağlantı qurmağın doğru olmadığını bildirib. O, Azərybaycanın hər zaman eyni mövsümdə bu cür manevrlər həyata keçridiyini vurğulayıb. Xaçikyan bu dəfə Azərbaycan ordusunun “Polonez” tipli rekativ yaylım atəş sistemlərinin, həmçinin İsraildən alınan “Lora” tipli operativ taktiki raket sistemlərini sınaqdan keçirdiyinə, habelə 500-dən çox zirehli texnikanın cəlb olunmasına diqqət çəkib.

Milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan isə Azərbaycanın iri miqyaslı müharibəyə gedib burada yeni aldığı silahları tətbiq edəcəyinə şübhə ilə yanaşıb. Çünki onun fikrincə, tanklar və artilleriya ilə yürüdülən siyasi münaqişələrin nəticələri Şimali Qafqaza da sçıraya bilər.

Stepan Səfəryan isəAzərbaycanın uzunmüddətli savaş üçün resurslarının olmadığını iddia edib. “Hətta Azərbaycan müharibədə qalib gəlsə belə, elə dağıntılarla üzləşə bilər ki, bunu qələbə adlandırmaq mümkün olmayacaq”,-deyə S. Səfəryan bildirib.

Onun fikrincə, rəsmi Bakı apreldə olduğu kimi qəfildən hücum şansını əldən buraxıb.

Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan da irimiqyaslı müharibənin olmayacağı barədə deyilən fikirlərlə razılaşıb. Lakin o, da kiçik toqquşmalaırn baş vermə perspektivini istisna etmədiyni söyləyib.
Rusiyada azərbaycanlı deputat vəzifəsindən getdi – Təhqir olayı














Volqoqrad vilayət Dumasının azərbaycanlı millət vəkili Həsən Nəbiyev deputatlıq mandatından məhrum edilib.

Qafqazinfo xəbər verir ki, deputat “Vahid Rusiya” partiyasından da xaric edilib. Buna səbəb Nəbiyevin təqaüdçülər haqqında səsləndirdiyi fikirlərdir. Belə ki, millət vəkili 8 min rubl təqaüd alan insanları müftəxor və əyyaş adlandırmışdı. H.Nəbiyev daha sonra bu sözlərinə görə üzr istəsə də, partiyalı həmkarları da ona qarşı sərt mövqedə olub.

Deputatın sözləri martın 10-da volqoqradlıların etiraz aksiyasına səbəb olmuşdu. Nəbiyev deputatlıq səlahiyyətlərinə son verilməsi üçün Dumaya ərizə ilə özü müraciət edib.
İlham Əliyevin sürətli və çoxgedişli kombinasiyası - intuisiyası prezidenti yanıltmadı















Prezident İlham Əliyevin son aylar xüsusilə xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlik fərman və sərəncamları ciddi təhlil edilməkdədir. İlham Əliyevin addımlarını hər nə qədər bəzi müxalifət liderləri “öz adlarına” çıxarmağa çalışsa da, analitik təhlillər onu göstərir ki, prezidentin xüsusilə də sosial sahəyə yönəlik verdiyi qərarlar hansısa situasiyaya uyğunlaşdırılmış deyil, əvvəlcədən hazırlanmış, verilən sərəncamların maddi bazası təhlil edilmiş, hətta sıralanmış qərarlardır. Əlbəttə ki, rəğbətlə qarşılanan sosial addımların üzərində prezidentin iqtisadi komandası işləyib, hazırlayıb və imzalanmaq üçün təqdim edib. Amma elə həmin iqtisadi komanda üzvlərinin açıqlamalarından da aydın olur ki, bu qərarlarda da əsas ağırlıq məhz prezidentin iradəsinə, onun son sözünə, müdaxilələrinə bağlı olub.

Obyektiv təhlillər onu göstərir ki, dövlət başçısı həm xaricdən təşkilatlanmış anti-Azərbaycan qüvvələri, həm müəyyən süni yaradılmış “siyasi” problemlərdən canlanmaq istəyən şablon müxalifəti bir neçə zamanını gözləyən qərarlarla tam geri oturda bilib, həm də bu işi özü, necə deyərlər, təkbaşına edib. İlham Əliyev həm də onu göstərdi ki, xalqın nə istədiyini, nələrdən narazı olduğunu kimlərinsə mitinqlərdəki tələbləri ilə müəyyənləşdirmir. O, xalqın arasında özünü “Məhsul”dakı tribunadakı liderlərdən daha komfortlu və rahat hiss edir, onların problemlərini üzbəüz dinləməkdən məmnundur, ona etimad və inam daha çoxdur.

Dövlət başçısı “ölkədə situasiyanı dəyişə bilərik” kimi irəligedən bəyanatlar verənlərə həm də onu sübut etdi ki, situasiyanın da, proseslərə yönverən hərəkətliliyin də, hər hansı ekstremal vəziyyətin də “ağası” özüdür, onun hakimiyyətidir! Bu, sadəcə, özünəinam deyil, həm də xalqa güvənməkdən qaynaqlanan göstəricidir.

“Dövlət başçısı ”ölkədə situasiyanı dəyişə bilərik" kimi irəligedən bəyanatlar verənlərə həm də onu sübut etdi ki, situasiyanın da, proseslərə yönverən hərəkətliliyin də, hər hansı ekstremal vəziyyətin də “ağası” özüdür, onun hakimiyyətidir!"

İcra başçılarının “başları üzərindən” məktubları alan, ona uzanan yüzlərlə əli hətta mühafizə xidmətinin iradəsinə zidd olaraq sıxan prezident obrazı nə Azərbaycan, nə İlham Əliyev üçün yenilik deyil. Amma xalqın məhz indi bu təmaslara daha çox ehtiyacı olduğu görmək yenilik idi və bunu komandasından da, yerli məmurlardan daha yaxşı İlham Əliyev duymuşdu.

Prezidentin 15 illik hakimiyyət dönəmində baş vermiş onlarla hadisə dövlət başçısının heç bir zaman intuitiv qərarlar vermədiyini göstərib. Amma prezidentin son olaraq situasiyaya birbaşa müdaxiləsində, atılan addımlarda xəfif bir intuisiya da hiss edilməkdədir. Dövlət başçısının da sanki xalqla bu isti təmaslara ehtiyacı yaranmışdı, hansısa rayon ziyalısının əzbərlədiyi xoş sözlərə deyil, geniş xalqın dəstəyini görmək istəyirdi... İntuisiyası prezidenti yanılmatdı! 

Dünyada neftin qiyməti ilə bağlı böhran dərinləşdikdən dərhal sonra da eyni və bir az da sirli intuisiya prezidentin Azərbaycan iqtisadiyyatında dönüş etməsinə də diqqət çəkdi. Neft pulları təbii ki, tezliklə tükənməyəcəkdi, amma buna arxayın olmaq olmazdı. İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qətiyyətli qərarları Azərbaycanı ciddi iqtisadi və siyasi təlatümlərdən yan keçirdi.

“İlham Əliyev Azərbaycan iqtisadiyyatının dərin ”koma"ya girməsinə imkan vermədi, onu müvəqqəti “reanimasiya”(iki devalvasiya) etməklə tədricən böhrandan çıxardı"

İndi kənar dövlətlərin diktə etdiyi neftlə zəngin Venesuela nümunəsini yada salmaq kifayət edir. İlham Əliyev Azərbaycan iqtisadiyyatını dərin “koma”ya girməyə imkan vermədi, onu müvəqqəti “reanimasiya”(iki devalvasiya) etməklə, tədricən böhrandan çıxardı. İlham Əliyev bu islahatlarda geciksəydi, Azərbaycan kənar qüvvələrin müdaxiləsinə açıq olacaqdı. İndi o dövr arxada qalıb və bunun bəhrəsini hər bir vətəndaş öz güzaranında hiss etməkdədir. 

Bunu görməmək və qiymətləndirməmək təkcə dövlət bacısına deyil, Azərbaycanın özünə qarşı ədalətsiz mövqedir...
“Yeni Müsavat”

Bu gün Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

*** 

Bu gün VII Bakı Qlobal Forumu başlayır.

"Report" xəbər verir ki, "Yeni Xarici Siyasət" ("A New Foreign Policy") şüarı altında keçiriləcək forum martın 16-dək davam edəcək.

Xatırladaq ki, hər il Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və elm adamları iştirak edirlər.