Son xəbərlər

Türkiyədəki bələdiyyə seçkilərində sürpriz yaşana bilər

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədə 2017-ci ildə prezident üsul-idarəsinə keçdikdən sonra parlament əvvəlki təsirini itirsə də, builki bələdiyyə seçkiləri həm ölkənin, həm də hazırkı hakimiyyətin taleyinin müəyyən olunması baxımından həlledici hesab olunur. Çünki 31 martda keçiriləcək bələdiyyə seçkiləri Türkiyə Cümhuriyyətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər keçiriləcək son seçkidir. Eyni zamanda bu seçkilər hazırkı hakimiyyət üçün bir mənada test mahiyyəti daşıyacaq.

Bir sıra ekspertlərə görə, əgər bu seçkilərdə hakimiyyət qələbə qazanmasa, ciddi zərbə alacaq. Hətta növbədənkənar seçkilərə getmək məcburiyyətində qala bilər. Təbii ki, bələdiyyə seçkiləri zamanı əsas diqqət böyük şəhərlərə yönəlir. Bu mənada İstanbul, Ankara, İzmir və daha bir neçə şəhərlərin nəticələri əsas diqqət mərkəzindədir. Təbii ki, əsas diqqət mərkəzində ölkənin iki əsas şəhəri olan İstanbul və Ankaradır.

İstanbul Türkiyənin və dünyanın mühüm iqtisadiyyat və ticarət mərkəzlərindən biridir. Həm də böyüklüyünə görə bu şəhərin bələdiyyə sədrinin kimliyi ölkə siyasətinə təsir edir. İkinci mühüm şəhər isə təbii ki, Ankaradır.  6 milyondan çox əhalisi olan Ankara həm də paytaxt kimi  iqtisadi ağırlığı ilə yanaşı siyasi mərkəz kimi həlledici rola malikdir. Bu səbəbdən də indi əsas diqqət məhz bu iki şəhərə yönəlib. Yeri gəlmişkən, Ankara və İstanbul son illərdə hakim AKP-nin təmsilçiləri tərəfindən idarə olunub.

Ancaq indi Ankara uğrunda ciddi yarış gedir. 15 ildən çoxdur AKP tərəfindən idarə olunan Ankarada bu seçkilərdə CHP ciddi şansları olan Mansur Yavaşın namizədliyini irəli sürüb. Doğrudur, Mansur Yavaş 2014-cü ildə Ankara bələdiyyəsinə sədrlik seçkisində AKP-nin namizədi Melih Gökçeye uduzub. Lakin indi situasiya bir qədər fərqli görünür. Məsələn, son iki ayda keçirilən 3 anket sorğusuna əsasən Mansur Yavaş öndədir. Daha doğrusu, 3 sorğudan ikisində Yavaş lider olub. Ümumilikdə isə 6 sorğu şirkətinin nəticələrindən yalnız birində AKP-nin namizədi Mehmet Özhaseki öndədir, qalan 5 sorğuda Yavaş irəlidədir. Hətta bəzi media orqanlarına görə, AKP-də bir sıra şəxslər də Ankarada uduzmaq ehtimalını artıq qəbul edir.

Məsələn, “ORC” araşdırma şirkətinin yanvar ayının sonunda keçirdiyi sorğunun nəticələrinə əsasən, Ankara seçicilərinin 41,9 faizi Yavaşı, 36,8 faizi isə Öshasekini bələdiyyə sədri olaraq görür.

“PİAR” araşdırma şirkətinin 31 yanvar 2 fevral arasında keçirdiyi sorğuya görə isə Mansur Yavaş 41,7 faiz seçici dəstəyi alıb. Bu, Öshasekiyə verilən səsdən 6 faiz çox olub.

Картинки по запросу 31 mart seçimleri

Yalnız “Gezici” araşdırma şirkətinin sorğusunda Ankarada AKP-nin namizədi öndə olub. Belə ki, “Gezici” anketlərində seçicilərin 51,8 faizi AKP-nin namizədi Özhasekiyə, 46,3 faizi isə Yavaşa dəstək verib.

MAK Müşavirlik şirkətinin keçirdiyi sorğuda da 31mart seçkilərində Mansur Yavaşın Öshasekidən 5-6 faiz irəlidə olduğu üzə çıxıb.

“SAROS” müşavirlik şirkətinin ötən il keçirdiyi rəy sorğusunda da Mansur Yavaş 46,2 faiz səslə rəqibini qabaqlayır.

“PollMark” araşdırma şirkətinin fevralın 10-16-da 5 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Mansur Yavaş 42,1 faiz, rəqibi Mehmet Özhaseki isə 32 faiz dəstək alıb.

Əlbəttə, seçki gününə hələ iki həftədən çox qalıb və o zamana qədər bir çox dəyişikliklər ola bilər. Lakin istənilən halda rəy sorğularında Mansur Yavaş bir qayda olaraq öndədir. Üstəlik, demək olar ki, bütün sorğularda Yavaşın nəticələri bir-birinə yaxın, yəni 46 faiz civarındadır. Bu da bir mənada Yavaşın üstünlüyünü göstərir.

Xatırladaq ki, Mansur Yavaş daha əvvəl iki dəfə Ankaranın Beypazarı rayonunda bələdiyyə sədri seçilib və bu rayonu tarixi memarlıq üslubunda yenidən qurmaqla Türkiyədə məşhurlaşıb. Ancaq daha sonra MHP-dən Ankara bələdiyyə sədrliyinə namizəd olsa da, seçilə bilməyib. 2014-cü ildə isə Yavaş bu dəfə CHP-dən Ankara bələdiyyəsi sədrliyinə namizəd olub. Lakin bu dəfə də seçilməyib. Yavaş bu seçkiləri “son şans” adlandırır. BBC-yə müsahibəsində Yavaş deyib ki, seçilməsə, siyasətdən gedəcək.

Картинки по запросу 31 mart seçimleri

Türkiyədə bələdiyyə seçkilərinin əsas mübarizəsi heç şübhəsiz ki, İstanbulda gedəcək. Ölkənin ən böyük şəhəri, meqapolis, ticarət, sənaye və turizm mərkəzi olan İstanbul bələdiyyə sədrinin hansı partiyadan olması Türkiyənin gələcək siyasəti baxımından da ciddi önəm daşıyır.

Qeyd edək ki, AKP və MHP-nin birləşdiyi “Cumhur İttifaqı” koalisiyası tanınmış siyasi xadim Binəli Yıldırımın namizədliyini irəli sürüb. Ana müxalifət partiyası CHP isə İstanbul bələdiyyə sədrliyinə nisbətən gənc və uğurlu karyerası olan, xüsusən də İstanbulda güclü olan mühafizəkar camiəyə yaxın şəxs hesab olunan Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Onun namizədliyini həm də müxalifətdə olan İYİ Partiya da dəstəkləyir.

“Konsensus” araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən 31 martda keçiriləcək bələdiyyə seçkilərində İstanbul sakinlərinin 44,3 faizi AKP-nin namizədi Binəli Yıldırıma, 41,6 faizi isə CHP-nin namizədi Əkrəm İmamoğluna səs verəcək. 6,1 faiz əhali isə qərarsızdır.

Картинки по запросу 31 mart seçimleri

Eyni zamanda “Aksoy” araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən də İstanbul bələdiyyə sədri postunu AKP namizədi qazanacaq.

“PollMark” araşdırma şirkətinin 9-15 fevral tarixlərində 5 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən AKP namizədi Binəli Yıldırım 36 faiz, CHP namizədi İmamoğlu isə 37,8 faiz səs ala bilər.

Qeyd edək ki, AKP 2014-cü il bələdiyyə seçkilərində 43 faiz səs alıb. CHP isə 2014 seçkilərində 25 faiz səs alıb. Ancaq indi AKP-nin ölkə üzrə səs faizi 5 il əvvəllə müqayisədə ciddi şəkildə azalıb. Hələ kampaniyanın yeni başladığı nəzərə alınsa, bəzi ehtimallara görə, ölkə üzrə AKP-nin səsi 32-35 faiz arasındadır. Bu isə əvvəlki seçkilərlə müqayisədə ciddi itkidir. Lakin rəy sorğularında ölkə üzrə hələ 30 faizlik bir qərarsız kütlə var. Bu kütlə seçkinin gedişində hansısa partiyaya doğru yönələ bilər. Təbii ki, burada AKP də var.

Yeri gəlmişkən, ötən il keçirilən prezident seçkilərində AKP 52 faiz səs alıb. Lakin seçkilərə 18 gün qaldığı bir vaxtda rəy sorğularının 35 faizi keçməməsi AKP üçün həyəcan siqnalı sayıla bilər. Hakim partiya qarşıdakı 18 gündə vaxtı dəyərləndirib kampaniyanın gedişini öz xeyrinə çevirməyə çalışacaq. Bunun üçün Türkiyəni son 17 ildə idarə etmiş partiyanın ciddi təcrübəsi var, lakin o da var ki, indi situasiya xeyli dərəcədə dəyişib. İqtisadi və sosial vəziyyət geriləyib, hökumətdən narazılıq artıb. Bu isə digər seçkilərdə olmasa da, bələdiyyə seçkilərində öz təsirini göstərə bilər.

Sərəncama götürülən polkovnik-leytenanta vəzifə verildi















Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.

General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ruslan Hüseynov Nərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən təsdiqləyiblər. (Mia.az)
Hər kəs erməni siyasətçiləri biabır edən azərbaycanlı gəncdən danışır – VİDEO














Avropa Parlamentində “Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyası” və “Tufenkian fondu” tərəfindən “Armenophobia” adlı konfrans keçirilib.

Baku.ws xəbər verir ki, İtaliyada iqtisadi hüquq təhsili alan, Avropa Parlamentində təcrübə proqramı keçən Azərbaycanlı tələbə Qasım İbrahimov həmin konfransda iştirak edib.

Həmyerlimiz tədbirin təşkilatçılarına sual ünvanlayıb və erməni siyasətçilər suala cavab verə bilməyiblər.

Sözügedən tədbirin videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
<iframe src="http://baku.ws/video2/v.php?v=1220250"  width="640" height="360"></iframe>


Həmin videonu təqdim edirik:
Bəxtiyar Qaraca və Telli Pənahqızı MTRŞ-nin üzvləri təyin ediliblər














Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilsin:

Balakişiyev Bəxtiyar Qaraca oğlu
Əliyeva Telli Pənah qızı

Aprel hərbi uğurunun ildönümü, yaxınlaşan seçim anı; havaların istiləşməsi ilə “hərb, yoxsa sülh” dilemmasının “donu” açılır; Kremlin danışmanı: “Konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb...”

“Paşinyan indi sanki iki divar arasındadır. Bir yandan, daxili siyasətdəki ultra-millətçilikdən, - harada ki, Dağlıq Qarabağ məsələsi, Qarabağın statusu müzakirə edilmir, - istənilən kənara çıxma həmişə qəliz olub. Ermənistanda Qarabağ mövzusu ətrafında millətçi ritorika hakimiyyətdə qarabağlıların olması səbəbi ilə daim mühüm alət rolu oynayıb. Heç kim də məsələni daha ölçülü-biçil təqdim edə bilməyib”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Moskva-Baku” portalına Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış politoloq, Kremlin danışmanlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağa dair sülh danışıqları ətrafında son durumu şərh edərkən bildirib. 

Onun sözlərinə görə, müasir Ermənistanda baş nazir Nikol Paşinyan bu məqamı ciddiyə almaya bilməz. “Onun hakimiyyətdə qalması xeyli dərəcədə ölkədəki populist millətçi ovqatdan asılı olacaq. Başqa yandan, geosiyasətdə ölkələrin daxili faktorlarını ən az nəzərə alırlar və bu faktorlar dominant olmur”, - deyə o qeyd edib.

Картинки по запросу Дугин

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nikol Paşinyanı pərt edən son bəyanatına toxunan Duqin deyib: “Həmsədrlər bəyan elədilər ki, Azərbaycan və Ermənistan rəhbərləri görüşə razılıq veriblər. Beləcə, Paşinyan heç bir ön şərt olmadan ikitərəfli formatda danışıqlara gedir. Bu da Qarabağ prosesində yaxşı dönüşdən xəbər verir. Mənim fikrimcə, Nikol Paşinyanı şeytanlaşdırmaq lazım deyil və onun sözünə yox, əməlinə fikir vermək lazımdır. Əgər o, həqiqətən də Azərbaycan prezidenti ilə görüşə razılıq veribsə, bu, o anlama gələcək ki, gerçəkdən də özünün ritorikasına rəğmən, problemin rasional həllinə doğru irəliləyir və ”Yol xəritəsi"n müzakirə eləməyə hazırdır. Bu, ümumiyyətlə, çox şeydən xəbər verir. Əgər o, danışıqlar prosesində məsul rəhbər kimi ölkəsi üçün fundamental geosiyasi proseslərdə rasional yanaşma ilə çıxış eləməsə, qəti olaraq populist nəzər-nöqtəsinə tapınsa və yerli millətçi ruhlu əhalinin istəyini təmin eləmək yolu tutsa, o zaman hakimiyyəti, sadəcə, itirəcək. Geosiyasi nöqteyi-nəzərincə, bu konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb".

Похожее изображение

Rusiyalı politoloqa görə, danışıqlara gəlməklə, Paşinyan rasional siyasətçi sifətini göstərmiş olacaq: “Rusiya üçün münaqişə tərəflərinin bir-biri ilə haqq-hesab çəkməsi yox, sülh əldə eləməsi vacibdir. Əgər Paşinyan rasional, məsuliyyətli mövqe sərgiləsə, o zaman bunu alqışlamaq, dəstəkləmək lazımdır. Azərbaycan və Ermənistan liderlərinin ictimai səviyyədə də, konstruktiv, pozitiv məcrada görüşünü hər vəchlə dəstəkləmək və hazırlamaq gərəkdir. Azərbaycan və erməni xalqlarına anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox qəlizdir, çox çətin situasiyadır, axı bu, ən mürəkkəb geosiyasi konfliktlərdən biridir, amma sülh mümkündür. Rusiyanın hələ Sərkisyan dönəmində irəli sürdüyü planın - 5 rayonun qaytarılması - istiqamətində hərəkət eləmək lazımdır. Görünür, özlərinin son bəyanatında Helsinki Yekun Aktından danışan  MQ həmsədrləri də buna amid edirlər. Bunu insanlara izah eləmək, mövcud situasiyada nə dərəcədə mühüm olduğunu göstərmək lazımdır. Bu plan qarşıdakı görüşdə müzakirə olunmağa bilməz. Paşinyan artıq hakimiyyətdə möhkəmlənib və Rusiya ona xatırladır ki, onun sələfləri ilə konkret anlaşmalar var idi, Moskva Qarabağ probleminin həllində irəliləyiş tələb edir”.

Aleksandr Duqin sonda bildirib: “Moskva Azərbaycan və Ermənistanın, qardaş xalqların maraqları naminə hərəkət edir. Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanı konkret pozitiv axarda irəli aparmağın zamanı yaxınlaşıb”.

*****

Amma Rusiya cəmi bir həftə öncə Kremlin rüsxəti ilə yaradıldığı doğurmayan və rəhbəri Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin olduğu “Lazrev klubu”nun Moskva iclasına Qarabağdakı separatçı rejimin nümayəndəsini dəvət eləmişdi. “Dqr”in “iqtisadi inkişaf və infrastruktur naziri” Levon Qriqoryan orada çıxış da elədi və Azərbaycana qarşı hədyanlar səsləndirdi.   

Bu xüsusda Rusiyanın Dağlıq Qarabağ ixtilafının həllində səmimi şəkildə maraqlı olduğunu söyləmək çətindir. Duqinin yalnız bu fikri ilə razılaşmaq olar ki, konfliktin həllində həqiqətən konkret “Yol xəritəsi”ni əsas götürüb irəliləyişə nail olmağın zamanı çatıb. Bunu indi həm də havaların istiləşməsi ilə “Hərb, yoxsa sülh” dilemmasının “donu”nun tədricən açılması diktə edir. Nədən ki, yaz-yay mövsümü hərb əməliyyatlar üçün ən əlverişli dövrü sayılır.

Картинки по запросу Hərbi Təlim 2019

Azərbaycanın 2016-cı il aprel uğurlu hərbi kampaniyası da bu dönəmə təsadüf edib. Əfsuslar olsun ki, o vaxt Moskva məlum səbəbdən ordumuza daha böyük əraziləri azad eləməkdə əngəl oldu. Bu dəfə vəziyyət dəyişə, Qarabağın azadlığına hesablanmış və yarımçıq qalmış “Yol xəritəsi” davam etdirilə bilər...

*****

Картинки по запросу “İsgəndər M” sistemləri

Yeri gəlmişkən, Azərbaycan ordusu ərazilərimizi güc yolu ilə azad eləmək üçün özünün hərbi və döyüş qabiliyyətini durmadan artırır. Belə ki, martın 11-də başlayan və hazırda davam edən 5 günlük genişmiqyaslı hərbi təlimlərin gedişində yeni alınan silah-sistemlərdən “Polonez” yaylım atəşli reaktiv sistemləri dünən uğurla sınaqdan keçirilib.

Belarusdan tədarük edilən həmin sistemlər ermənilərin çox öyündüyü “İsgəndər M” sistemlərinin analoqu sayılır. Bu üzdən KRTM üzvləri olan Belarus və Ermənistan arasında həmin silahlara görə yaranan qalmaqal hələ də davam edir. Ancaq bu, bizim problem deyil. Bizim problem məlum. 4 günlük uğurlu aprel kampaniyasının yaxınlaşan 3-cü ildönümü bu xüsusda yeni dönüş nöqtəsi ola bilər...         

Ilham Əliyevdən təcili enən təyyarəylə bağlı göstəriş – Generallar hava limanına gedib















Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 11-də saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib:

“Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb.

Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.

Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.

Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq Hava limanı ştat rejimində fəaliyyətini davam etdirir”.
NATO: “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”















“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır… NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, – deyə o qeyd edib.
Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başladı – bu, müharibə anonsudur, yoxsa…












Ramil Məmmədli: “Bu, Ermənistana ciddi ismarışdır”; Emil Həsənli: “Azərbaycan dövləti hər zaman müharibəyə hazırdır”

Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, təlimlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirir.

Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunur.

Azərbaycan ordusunun uzunmüddətli təlimlərə start verməsi, xüsusilə təlimlərin aprel müharibəsinin üçilliyi ərəfəsinə təsadüf etməsi geniş müzakirələr doğurub. Hərbi ekspertlər bu təlimlərin belə geniş şəkildə keçirilməsinin səbəbləri ilə bağlı fərqli fikirlər səsləndirirlər. Əsas ehtimallardan biri ondan ibarətdir ki, Azərbaycan təcavüzkar Ermənistana növbəti mesajını ünvanlayır.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycan tərəfin müharibəyə hazırlaşdığını düşünür: “Azərbaycan ordusu 2019-cu ilin ilk irimiqyaslı hərbi təlimlərinə başlayıb. Təlimlərdə texnikaların təyinatlarına nəzər yetirdikdə Azərbaycan ordusunun hücuma hazırlaşdığı tam aydın olur. Müdafiə Nazirliyinin rəsmi açıqlamasından da bəlli olur ki, ordumuz təlimdə hücum əməliyyatının hazırlanmasını, düşmənə bir neçə istiqamətdə zərbə vurulmasını, onun müdafiə xəttinin yarılmasını, düşmən ərazisinin dərinliyindəki strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsini məşq edəcək. Ümumiyyətlə, Azərbaycan ordusu arsenalına daxil etdiyi silahların texniki xarakteristikası da hücum xarakterlidr. Son illərdə ordunun arsenalına daxil edilən texnikalar isə bu məqamı xüsusilə təsdiqləyir. Demək, Azərbaycan ordusu müharibəyə hazırlaşır. Bu, əslində təbiidir, çünki növbəti vətən müharibəsində Azərbaycan hücum edən tərəf olacaq. Ona görə də ordumuz hücum taktikasını təkmilləşdirir. Elə bu məqam Ermənistana ciddi ismarışdır. Rəsmi Bakı açıq şəkildə hücum etmək niyyətini gizlətmir və bunu Müdafiə Nazirliyinin dilindən rəsmi şəkildə bəyan edir. Müharibənin qaçılmaz olduğunu ermənilər də yaxşı anlayır, amma heç bir erməni Azərbaycan ərazilərini geri qaytarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Belə bir vəziyyətdə – ermənilərin ciddi olaraq danışıqlardan yayındığı dövrdə Azərbaycan ordusunun hücum xarakterli hərbi təlimlərə başlamasına da ötəri baxmaq olmaz. Bu, Azərbaycanın Ermənistana bəyan etdiyi açıq mövqeyidir. Düşünürəm ki, vəziyyəti ancaq Ermənistanın danışıqlar masasına oturması və kompromisə getməsini bəyan etməsi yumşalda bilər. Əks təqdirdə, növbəti aprel əməliyyatı qaçılmaz ola bilər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusunun döyüş hazırlığı hər zaman nəzərə alınır: “Təlimlər müharibə üçün çox vacibdir, xüsusilə müharibə vəziyyətində olan ölkə üçün… Bu təlimlər şübhəsiz ki, həm də mesaj xarakteri daşıyır. Azərbaycan ordusu istənilən vəziyyətdə əməliyyat keçirmək üçün bu cür təlimləri mütəmadi keçirir. İstənilən situasiyaya uyğun ordumuz əməliyyat keçirməyə qadirdir. Hər kəsi Qarabağ məsələsi maraqlandırır və əmin olun ki, silahlı qüvvələrimiz hər an çox qısa zamanda torpaqlarımızı azad etmək gücündədir, hansı fəslin olmasından asılı olmayaraq. 3 il öncəki aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusunun bu potensialı var. Eyni zamanda yeni silahlar alırıq. Təlimlərdə bu silahlar da sınaqdan keçirilir. Heç kəsə sirr deyil ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən ən müasir silahlar alır. Eyni zamanda, özümüz də silahlar istehsal edirik. Azərbaycan dövləti hər zaman müharibəyə hazırdır. Ermənistan bu cür təlimlər keçirə bilməz. Çünki təlimlər keçirmək üçün gərək dövlətin güclü iqtisadiyyatı olsun. Eyni zamanda peşəkar nizami orduya da böyük ehtiyac var. Bunların heç biri Ermənistanda yoxdur”.
BDU-nun yeni rektoru kimdir? – DOSYE















Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elçin Babayev Bakı Dövlət Unversitetinin rektoru təyin edilib.

Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. O, daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri vəzifələrini tutub.

Qeyd edək ki, E.Babayev 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.

Pedaqoji fəaliyyəti

Azərbaycan Dövlət Pedaqoji Universiteti (1996-1997);
Bakı Dövlət Universiteti (1998-1999);
Əmək və Sosial Münasibətlər Akademiyası (1996-1999)
289 nömrəli məktəb – “Zəngi” liseyi (1995-2009) – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər Dövlət İdarəşiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kursları (2013-2016)