Son xəbərlər

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu və inkişafın təməlini qoydu.

Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir. Heydər Əliyev yalnız Azərbaycan Respublikasının Prezidenti deyil, ən çətin dövrlərdən birində vətəninin xilasına gəlmiş, ölkəni dirçəliş və tərəqqiyə, çiçəklənməyə aparan Azərbaycan xalqının ümummilli lideridir. Heydər Əliyevin təkcə Azərbaycanın siyasi, iqtisadi həyatında deyil, həmçinin incəsənət tarixində də misilsiz töhfələri olub. Bəs, dünya miqyaslı siyasətçi, böyük insan incəsənət nümayəndələrinin yaddaşında necə qalıb?

“Ölkə.Az” olaraq, ilk Xalq artisti Mənsum İbrahimovun fikirlərini öyrənməyə çalışdıq. Sənətçi əməkdaşımızla söhbətində Ulu Öndəri Azərbaycan xalqının xilaskarı adlandırıb.

Image result for mənsum ibrahimov

“Ulu öndər Heydər Əliyev bizim xilaskarımızdır. Azərbaycanın hazırkı inkişafında Ulu öndərin müstəsna rolu var. Çünki, bu dövlətin təməlini Heydər Əliyev qoyub. Mən çox xoşbəxtəm ki, mənə də onunla bir neçə dəfə görüşmək nəsib olub. Hətta bir dəfə onunla bir yerdə xarici səfərdə də olmuşam. O, sənət insanlarının heç birini diqqətdən kənarda qoymurdu. Hər dəfə dövlət tədbirləri olanda Ulu Öndər mütləq konsertdən sonra səhnə arxasına gəlib, bütün incəsənət insanları ilə görüşərdi. Hər birimizi diqqətlə dinləyib, dəyərli məsləhətlərini bizdən əsirgəməzdi. Ona görə, mən çox xoşbəxtəm ki, Ulu Öndərlə təmasda olmuşam. İlk dəfə o, məni 1998-ci ilə Əməkdar artist adına layiq görüb. Biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndər kimi liderimiz var. Onun ruhu bu gün də bizim başımızın üzərindədir. Bu gün də onun davamçısı Prezidentimiz İlham Əliyev onun yolunu davam etdirir.

Allah onun ruhunu şad etsin, o, hər zaman bizimlədir”,- deyə Xalq artisti vurğulayıb.

Xalq artisti Mübariz Tağıyev isə onun incəsənət üçün etdiyi misilsiz xidmətlərindən söz açıb.

Image result for Mübariz Tağıyev

“Heydər Əliyevin sənət aləmində etdiyi köməkliklər, xidmətlər misilsizdir.  O, bu günə kimi sənət adamları üçün əvəzolunmaz, dəyərli işlər görüb. Ulu Öndərin qoyduğu həmin o yol bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən qürurla davam etdirilir. Heydər Əliyevin sənət adamlarına olan dərin hörməti, qayğısı böyük olub. Sənət adamları ilə, Niyazi, Rəşid Behbudova olan hörmətini, qayğısını mən canlı şahidi olmuşam.

Bütün tədbirlərdə xüsusilə səhnə arxasına gəlirdi, bizimlə görüşürdü. İnandırım sizi, bir də görürdün 40-50 insan durub, heç kəsi diqqətindən kənarda qoymurdu. Bir-bir hamı ilə görüşürdü. O, böyük, dahi insan idi. Mənə elə gəlir ki, hər bir sənət adamı, hər bir azərbaycanlı onun etdiklərinə, bizə miras qoyub getdiyi misilsiz zəhmətlərinə görə, ömrü boyu ona borclu olacaq. Müstəqil Azərbaycanın yaranması birbaşa onun adı ilə bağlıdır.

Belə bir söz var “Sənət hər bir millətin güzgüsüdür”. Bizə olan hörməti, dəyəri bizim ömrümüzün sonuna qədər bizimlə gedəcək”,- deyə ifaçı qeyd edib.

Xalq artisti Sadıq Zərbəliyev isə hələ, 1991-ci illərdə Naxçıvanda tez-tez Ulu Öndərlə görüşdüyünü bildirib.

Image result for Sadıq Zərbəliyev

“Mən 1991-1993 cü illərdə dəfələrlə Naxçıvanda rəhmətlik Heydər Əliyevin yanında olmuşam. Onunla dəfələrlə görüşmüşəm. Hər dəfə də mən onunla görüşəndə kövrəlirdim, gözlərim dolurdu.

 

Yadımdadı, bir dəfə onunla görüşəndə dedim ki, “Yoldaş Əliyev Allah mənim ömrümdən kəssin, sizə versin” diqqətlə mənə baxdı, “Qoy, hər kəsənin ömrü özünə qalsın” deyə cavab verdi.

 

 O zamanlar mən heç düşünməzdim ki, Heydər Əliyev yenidən prezident seçiləcək.

 

Onun sənət insanlarına xüsusi diqqəti vardı, məni əməkdar artist olmadan birdəfəlik Xalq artisti adına layiq gördü. Türkiyədə Atatürk xalqının himayədarı oldu, Azərbaycanda da Heydər Əliyev, bizim hamımızın lideri, öndərimizdir. Heydər Əliyev əbədi olaraq Azərbaycanla yaşayacaq”.




İntiharlar inkişaf etməkdə olan, yoxsul dövlətlərlə yanaşı, vətəndaşlarının həyat səviyyəsi yüksək, inkişaf etmiş dövlətlərin də yaşadığı ən ağır bəlalardan biridir. Bəli, elə gün yoxdur ki, növbəti intihar xəbərini eşitməyək. 

Rəsmi statistikaya əsasən, hər il dünyada 1 milyon insan intihar edir. Azərbaycan intihar faktlarının az olduğu ölkələr siyahısındadır. Bəzi məlumatlara görə, siyahıda belə mövqe tutmağımızın səbəbi ölkəmizdə bununla bağlı statistikanın aparılmamasıdır. 

Bizim xoşbəxtliyimiz ondadır ki, insanları bir-birinə yaxınlaşdıran milli, dini ənənələrimiz, mərasimlərimiz var, yaxınlarımızın xeyir-şərində iştirak etmək tendensiyasını saxlamağımızdır. İnsan tənha olanda intihara daha çox meyl edir, nəinki ona təsəlli verən,  kömək edən insanlar arasında. Bugünkü həyat insanları ya işə, ya kompüterə, ya da  internetə bağlayıb. Bunun nəticəsində insanların bir-biri ilə ünsiyyəti azalır, tənhalığa meyl edir. 

Bəs, insanları intihar etməyə vadar edən nədir? Bir çox hadisələrdə deyildiyi kimi ruhi pozğunluqmu, maddi vəziyyətimi və ya başqa bir səbəb? 

Məncə bəzi psixoloqlarımız da sosial şəbəkələrin artmasının intiharı yaradan səbəblərə  aid olduğunu düşünürlər:  Həyatımızda sosial şəbəkələrin rolu böyükdür, amma baxır necə istifadə edirsən. Elə gənclərimiz var ki, həyat yoldaşlarını belə sosial şəbəkələrdə axtarırlar, bunun da sonu heç də yaxşı olmur. Cəmiyyətdə ünsiyyət aktivləşdikcə insanlar arasında xəyali obrazlar yaranır və bu reallaşmayanda ümidləri qırılır. Sosial şəbəkələrin sürətlə həyatımıza  girdiyi bir vaxtda intiharlar da çoxalır. Gənclərimiz  müstəqil ünsiyyətə hazır deyillər. İdarə olunması qeyri-mümkün olan virtual aləmdə ünsiyyət çox hallarda onlara xəyal qırıqlığı yaşadır. Gənclərin bir-biri ilə münasibətləri uzunmüddətli kommunikasiya olmalıdır. Sosial şəbəkələr isə buna imkan vermir, çünki reallıqdan çox uzaqdırlar. Şəxsi həyatla bağlı mövzular insanları ən çox intihara sürükləyən səbəblərdir. Bir çox hallarda insanların qəlb qırıqlığına şəxsi münasibətləri daha çox səbəb olur. Yetkin cəmiyyət arasında sosial şəbəkələrdəki münasibətdə qarşı tərəflə ünsiyyətdə tərbiyəsizlik daha çoxdur, nəinki tərbiyə. Azərbaycan gənclərinin əksəriyyəti yuxarıda qeyd etdiyim kimi müstəqil həyata hazır deyillər. Buna görə də intihar edənlər arasında gənclər orta və yaşlı nəsillərə nisbətən  çoxluq təşkil edir.

Görəsən bizdə də nə vaxtsa ciddi mütəxəssislər tərəfindən elmə əsaslanmış Fəaliyyət Proqramı hazırlanacaqmı? Orada qanunvericiliklə, inzibati metodlarla, KIV-in rolu barədə, məktəblərin fəaliyyəti barədə və s. aydın tövsiyələr olsun və onları dəqiqliklə həyata keçirsinlər. “Türklər demişkən amma nərdə....?” Hələ bizimkilər KİV-də TV kanallarda özünəqəsd  hallarını daha populyarlaşdırırlar, bu da insanların psixologiyasını korlayır və bunun nəticəsidir ki, 9 yaşında uşaq intihar edir.

 

Tünzalə İsmayıllı

“Palmali Şirkətlər Qrupu”nun qurucusu və sahibi Mübariz Mənsimovun işi ilə bağlı sənədlər bu gün yazılaraq İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Bu barədə “Palmali”nin Mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.

“İddianamə aktı hələki məhkəmənin dəyərləndirməsi mərhələsindədir. Buna görə vəkillərlə bölüşülmür. İlk növbədə, məhkəmənin iddianaməni nəzərdən keçirəcəyi gözlənilir”, – deyə Fidan Quliyeva bildirib. (publika.az)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

“Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub.

Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirildi ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə - onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.

Prezident İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?

Baba Rzayev: Bu, qidalandırmırdı.

Prezident İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?

Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. “Əhmədli” bir nömrəli qəza mənbəyi idi.

Prezident İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.<ins'>

Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.

Prezident İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.

Baba Rzayev: Cənab Prezident, “Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.

Prezident İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik.

Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.

Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən “Görədil” işə salınıb.

Prezident İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.

Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.

Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq “Böyükşor” yarımstansiyasını qapalı “GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.

***

Prezident İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə I müavin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla bu vəzifə Namiq Hümmətova həvalə olunub.

O, indiyə qədər komitənin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. (report)

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

"Ölkə.Az" xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.

Prezident İlham Əliyevə məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.<ins'>

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.

Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı olub.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Masallı Rayonunun İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu “qoçuları” ilə birlikdə Bakıdakı avtosalonların birinə hücum edib.
Bu barədə bakipost.az-a salonun rəhbərliyi məlumat verib. Salon əməkdaşları ilə rayon rəhbərinin oğlu Şəhriyar Hüseynov arasında mübahisəyə səbəb isə bir müddət əvvəl satışa çıxarılan bahalı “Mercedes” markalı avtomobillə bağlı olub.
Belə ki, ölkədə devalvasiya baş verməmişdən əvvəl icra başçısının oğlu həmin avtomobili salona qoyaraq 90 min manata satmaq istəyib. Amma uzun müddət keçsə də, maşını satmaq mümkün olmayıb.
Daha sonra Şəhriyar Hüseynovun razılığı ilə  maşını digər avtomobillə dəyişdirilib. Şəhriyar Hüseynov həmin maşını bir müddət istifadə etdikdən sonra salona qaytarıb. O, salon rəhbərliyindən öz köhnə avtomobilinin pulunun devalvasiyadan əvvəlki məzənnə ilə və dollar ekvivalenti ilə (Təxminən 150 min dollar) istəyib.
Avtosalondan isə bunun mümkün olmayacağı bildirilib. Uzun mübahisədən sonra  salon sahibi bir neçə təklif irəli sürüb. Təkliflərdən biri, eyni model yeni avtomobilin alınıb verilməsi olub. Şəhriyar Hüseynov isə salon rəhbərliyinin bu təklifi ilə razılaşmayıb. Və qolu qüvvətli dostlarını da götürüb salona hücum çəkib, pulu zor gücünə almağa çalışıb. Salon rəhbərliyi və Şəhriyar Hüseynov arasında mübahisə yaranıb.
O, məsələni qol gücünə həll edə bilməyəcəyini gördükdə başqa yollara əl atıb. Hüseynov bu məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə şikayət edib. Amma onun bu cəhdi də uğursuzluqla nəticələnib. Belə ki, polis bölməsində işi aparan Məmmədəli adlı müstəntiq avtomobil mübahisəsinin mülki məsələ olduğunu əsas gətirilərək, şikayətçiyə məhkəməyə müraciət etməsini məsləhət görüblər.
Salon rəhbərliyi saytımıza bilidirib ki, icra hakiminin oğlunun dələduzluğu salondakı kameralara düşüb və istənilən vaxt aidiyyəti qurumlara təqdim edə bilərlər.

Şəhriyar Hüseynovun avtomobilinin salonda çəkilən videosu:

Qeyd edək ki, bəzi digər məmur oğulları kimi Şəhriyar Hüseynov barəsində də tez-tez qalmaqallı faktlar ortaya çıxır. Daxili İşlər Nazirliyinin əməkdaşı olmasına baxmayaraq, o, qanunsuz əməlləri, qeyri-nümunəvi həyat tərzi ilə tez-tez gündəmə gəlir.

İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)

 

İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)
İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)
İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)
İcra başçısının oğlu avtosalona hücum etdi - 150 minlik avtomobil qalmaqalı (FOTO/VİDEO)



Azərbaycan polisi koronavirusla mübarizə dönəmində ən yüksək dərəcədə peşəkarlıq nümayiş etdirməklə dövlətinə və millətinə növbəti dəfə sədaqətini göstərməklə dünyada ən yaxşı polis nümunəsi göstərdi.

Bunu  açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunmasının həyata keçirilməsi məsuliyyəti  Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü. “Bir sözlə ifadə etmək olar ki, Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra etməkdədir. Biz buna bir daha həftəsonu karantin rejiminin sərtləşdirilməsi günləri bir daha şahidi olduq”, - deputat bildirib.

İ. Məmmədov əlavə edib ki, Azərbaycan polisi fəaliyyətini hansısa cəza metdonun tətbiq etməklə yox, məhz bəşəri dəyərlərə uyğun formada quraraq, insanlarına sağlamlığının keşiyində durdu:

“Polis bu günlərdə daha çox köməyə ehtiyacı olan insanlara dəstəyi ilə yadda qaldı. Bu istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarla yaddaşlara həkk olundu. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. Azərbaycan polisi pandemiya dövründə vətəndaşlarımızın yardımçısı rolunda çıxış etdi. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Bu barədə sosial şəbəkələrdə çoxsaylı faktlar yer alıb və geniş müzakirə obyektinə çevrilib. Biz hətta Azərbaycan polsinin öz yeməyini imkansız, ehtiyacı olan insanla necə paylaşdığının, gecə vaxtə xəstə, hamilə qadına yardım edib xəstəxanaya çatdırmasının, suyu kəsilən yaşayış massivini su ilə təminatını və sairə hallara  şahidlik etdik. Bu çox qürurverici an idi. Çünki Azərbaycan polisi istər torpaqlarımızın müdafiəsində, istər dövlətçiliyimizə qəsd zamanı, istər ölkəmisdə ictimai-siyasi asayişin, sabitliyin təmin olunaraq, ölkəmizin uğurlu inkişafında oynadığı qururverici anını, bu dəfə pandemiya dövründə bəşəri dəyərləri nümayiş etdirməklə yaşatdı. Polisin bu fəaliyyəti bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunaraq yüksək qiymətləndirildi. Cənab Prezident də polisin karantin rejimi dövründə fəaliyyətinə yüksək qiymət verib”.

Deputat iyunun 7-də bir qrup şəxsin belə bir vəziyyətdə  polisə qarşı insanlığa sığmayan  hərəkətinə də mövqeyini açıqlayan deputat deyib ki, bu ilk növbədə Azərbaycan insanına və onun əxlaqına, mentalitetinə, milli-mənəvi, dini dəyərlərinə  yaraşmayan hərkət idi. “Öz vəzifə borcunu yerinə yetirən polisə qarşı belə hörmətsiz, utanverici  hərkət edildiyinin şahidi olmaq, bir vətəndaş kimi hamımızda məyusluq yaratdı. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus  epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu  təxribatçı hərəkət kimə lazım idi? Təbii ki, Azərbaycanı sevməyən. onun hər uğuruna xələl gətirmək, ölkəmizi  xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi. Ona görə də bu cür şəxslər dövlətin atributunu üzərində gəzdirən polisə qarşı təhqirə yol verdilər. Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir. Axi biz  evimizdə  rahat oturduğunuz halda, həmin polislər küçələrdə biz vətəndaşların təhlükəsizliyini qoruyur. Bizim sağlamlığımızın keşiyində duran insanlara qarşı bu cür  təhqiramiz hərəkət ancaq və ancaq utanverici və xalq olaraq bizə yaraşmayan hərkətdir. Odur ki, vətənsaş olaarq belə məsələlərdə həssas  və məsuliyyətli olmalıyıq. Karantin dövründə vətəndaş məsuliyyətini dərk edib qaydalara əməl etməliyik. Bu gün Azərbaycan dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisinə dəstək verməlidir”.