Son xəbərlər

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.

Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.

E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

 
Möhtərəm vitse-prezident , ölkənin birinci xanımı , Mehriban xanım Əliyeva !

  Dünyanı cənginə alan dəhşətli pandemiya ,

 COVİD -19 artıq ölkəmizdə də canlar almaqdadır. Hər yerdə olduğu kimi bizdə də əsas itkilərimiz bu bəla ilə birbaşa təmasda olan , insanlara  gecə- gündüz ləyaqətlə xidmət edən həkimlərimizdir. Artıq çox  sayda həkimlərimizin  virusa yoluxduğu və bir neçə tanınmış həkimlərin  bu bəladan qurtulmadığı da məlumdur.

  Virusa yoluxan həkimlərdən biri də Sumqayıt Təcili Tibbi Yardımın həkimi  Xasay Bayramovdur. Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş  olmamış , ötən gecədən isə daha da pisləşmişdi. Xəstədə  artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüs çatışmazlığı o həddə çatmışdır ki , süni tənəffüs aparatının effekti qalmamışdır.

     Hörmətli Mehriban xanım.! Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi , yaxınları , dostları , həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki bu vəziyyətə birbaşa siz - özünüz nəzarət edəsiniz . Xəstənin ECMO-ya qoşulmasına yardım edəsiniz . İnanırıq ki , məhz sizin sayənizdə  savadlı , səriştəli  bir  həkimi həyata qaytarmaq mümkün olacaq.

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışında deyilir:

“Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir.

Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.

Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.

Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib.

Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur.

Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik.

Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir.

Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir.<ins'>

Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub.

Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib.

Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir.

Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib.

Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

 

 

...

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək




Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərov - Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının və həyatının qorunması məqsədi daşıyır

Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir

Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.


Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərov haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı. 

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərovdur.

Şafiq Heydərov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın siyasi kursunu və iqtisadi strategiyasını dəstəkləyir, işlədiyi kollektivdə təbliğ edir.

Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, Fermerlər və Sahibkarlarla bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Kənd Təsərrufatına cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və Kənd Təsərrufatının vəziyyətinə ciddi təsir göstərmək iqtidarında olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməlidir atdığı hər bir addım özündə peşəkarlıq, nəzakət və ədalətli əks etdirməlidir. Nazirliyin bu sadalanan prinsiplərə ciddi riayət olunduğu, fəaliyyəti təqdir edilən struktur vahidlərindən Sabirabad Rayon Suvarma Sistemlərinin İdarənin rəisi Şafiq Heydərov dövlətə sədaqətli, fəal vətəndaşlıq mövqeyinə malik ziyalılarımızdandır. Onunla söhbətimiz zamanı müşahidəmizdən əmin olduq ki, insani kefiyyətləri daha yüksək, vətəndaşlarla münasibətdə münasibətlərində daha təmkinli, daha həssasdı. Bu amil də onun böyüyüb boya – başa çatdığı ziyalı ailəsində aldığı yüksək tərbiyədən irəli gəlir. 

İnanırıq ki, təcrübəli mütəxəssisi Şafiq Heydərov rəhbərliyi altında Sabirabad Suvarma Sistemlər İdarəsinin kollektivi bundan sonra da səylə çalışacaq, dövlətimizin Kənd təsərrufatının, milli müstəqil iqtisdadiyyatımızın formalaşmasına, inkişafına əhəmiyyətli töhfələr verəcəklər.

Prezident İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

(Lerik rayonunda apardığım araşdırmalar.)

Mirzəyev Rəhim Lerik Mondigah kəndi hal hazırda Hollandiyada yaşayır: Bu haqda ilk dəfə mənə bu hekayəni Rəhim nəql edib. Odur ki  bu eşitdiklərim Dahi insan Mir Cəlal Paşayevin doğum günü ilə üst-üstə düşdü. Bəli məndə maraq doğurduğu üçün  başladım araşdırmağa… Nəhayət ki faciəli şəkildə rəhmətə gedən Nəcəfəli Əliyevin yaxınları ilə əlaqə qura bildim.

Əliyev Namik Mondigah kəndi hal-hazırda Bakının Binə kəndində yaşayır: Onun 2 şəklini mənə göndərdilər biri tək şəklidir ki keyfiyyətini artıq itirib. Digəri isə böyük qardaşı Qiyas Əliyevlə çəkdirdiyi şəklidir. Əliyev Qiyas

Soldan: Nəcəfəli və qardaşı Qiyas        

Müseyb oğlu 1918 ci ildə anadan olub. 9 uşaq atasıdır: 5 qız və 4 oğul övladı vardır. Oğlanları: Əliyev Vəliyullah, Yusif, Yunsur və Namiqdir.  Vəliyullah Əliyevlə söhbətdə məlum oldu ki, atası Qiyas qardaşını çox sevirmiş. Əlimizdə olan arxiv material bunu  təsdiq etdi.

Düzü Nəcəfəli Əliyevlə bağlı xatirədə məni bu olayları araşdırmağa bir səbəb də vardı ki, mən də gənc qızım, Dahi Mir Cəlal yaradıcılığının vurğunu Leyla Məliklini faciəli şəkildə dəfn etmişəm(((. Odur ki, onun yaxınlarının  nə çəkdiyini  başa düşürəm. Cavan və faciəli şəkildə ölən qardaşını yaşatmaq üçün son beşik oğlu Namiqin oğluna Nəcəfəlinin adını qoyur. Bundan sonra az da olsa sakitlik tapır.  Qiyas kişi çox təssüf ki, 2008-ci ildə vəfat edir. Onunla həm söhbət ola bilmədiyimə çox üzülürəm ona görə ki, heç kim mənə Nəcəfəli barədə geniş məlumat verə bilmir!!!

Bəli əziz oxucularım nəhayət “DODO” redaksiyamıza GƏNC NƏCƏFƏLİ ƏLİYEV atası Namik Əliyevlə təşrif buyurdular və  video çəklişlərimiz də oldu.

Qiyas kişi  öz balaca oğlunun oğluna Nəcəfəli qardaşının adını qoyubmuş. Şəkildəki Nəcəfəli həyatdakı Nəcəfəli ilə çox oxşarlıqları vardı lap çaşıb qalmışdım… Bir tərəfdən üzülürdürdüm o

Soldan Namik Əliyev və oğlu Nəcəfəli Əliyev          

səbədən ki, o zamanlar heç kim Qiyas kişinin dediklərin qeydə almayıb. İndi heç olmasa mən nə isə əldə edib tarixləşdirə biləcəyəmsə nə yaxşı..

Qiyas kişinin böyük oğlu Vəliyullah Əliyevin dediklərindən: Əmim Nəcəfəli 1933 cü ildə anadan olmuşdur. O Bakı Neft Texnikumunda oxuyurdu. 3 kursda oxuyanda 1954 cü ildə rəhmətə gedib. Mir Cəlal

Paşayevlə dost olublar və bir birilərinin evinə gedib gəliblər. Mir Cəlal müəllim Lerikin Mondigah kəndində hətta dostu Nəcəflinin evində qonaq olub.

Mondigah kəndinin sakinləri Aşur Əliyev vasitəsi ilə  96 yaşlı Sitarə Əliyevadan öyrəndikləırim: Nəcəfəli Əliyev Mir Cəlal Paşayevin tələbəsi olub. 7 gün dərsə gəlmədiyini görən müəllim tələbəsini axtarır. Həmən qonaq Nəcəfəlinin nəşini çiynində gətirib Lerikdən kəndə qədər.

Həzovi kənd sakini Məmi ləqəbli əsl adı Nəqmməd Cabbarovdur: O Sənədlə 1934 cü ildən olsa da həqiqi doğulduğu il 1939 cu il yanvarın 15 olduğunu  qeyd etdi. Məmi kişi Həzovi kəndində hal-hazırda 12  yaşayış evi  olduğunu bildirdi. Bəli o zamanlar İrandan Seyidlər gəldiyini və onların iranın təqibindən gizlənərək yaşadıqlarını bildirdi. O dövrdə Seyd nəsillərini öldürürdülər odur ki, onlar burada yaşadıqları zaman nə lampa yandırır nə it nədə xoruz saxlamırdılar. Məmi kişi bu qədər yadında qaldığın bildirdi və o da qeyd etdi ki həmin Seyidlər qonşu kəndlərdə hal hazırda yaşayırlar: Onlar Çayrud, Rvarud, Rəzqov və Veri kəndlərində və hal-hazırda yaxın ətraf kəndlərdə yaşayırlar. Sonda Məmi kişi böyük ürək ağrısı ilə Həzovi kəndinin qalan sakinləri buradan Bakının Binə kəndinə  köç ediblər deyə fikrini bildirdi. Sonda mənə bir  ağıllı məsləhət də verdi ki, o seyidlərdən biri Çayrud kəndində kalam əhli olan Nəsir müəlimlə əlaqə qurmağımı istədi.

Nəsir Rzayev rayaziyyat müəllimi, Çayrud kənd sakini: Bəli düzdür İrandan Musaye Kazımın nəsli-Mir Sahib-Mir Saleh-Seyid Süleyman-Mir İsmayıl-Məhz Seyid Şükrüllah gəlib Həzovi kəndinə yaşamağa. Sonra da köçübər Piyə kujə (Pirinin məhəlləsi) indiki “Piyəkujə” deyilən yerə.  Burda da hal-hazırda Prinin nəslindən yaşayanlar var  və çoxusuda köçüblər Çayrud, Rvarud Rəzqov, Veri və digər ətraf kəndlərə. Mənim Böyük balarım da köçüblər Lənkəranın Daştəleğjor kəndinə.

İrandan alınan məlumata görə Məmuna Rəşid Haruna Rəşidin oğludur. Məmuna Rəşid öz qardaşı Əminə Rəşidi  hakimiyyətə nəsib  olmamamsı üçün  onu öldürdürüb.   Sonra Məmuna Rəşid özünə söz verir ki,  seydləri qırsın. Beləliklə Məmuna Rəşid səkkizinci imam olan Əli İbni Musaye Rzanı öz əli ilə zəhər verərərk öldürür. İki versiya deyilir: 1. Zəhəri sapla üzüm gilələrinə keçirib verilib. 2. Öz əli ilə zəhəri verib içirdib. Hiyləgər Məmuna Rəşidin planları imama məlum olur və bilərkdən bu  üzümü yemeyir odur ki, Məmuna Rəşid deyir: Qabdakı zəhəri iç, yoxsa qılıncla səni doğratdıraram. İmam zəhəri içmək yolunu seçir. Dəfnində isə hiyləgər Məmuna  Rəşid heç bir şey olmamış kimi iştirak edir.

Bu seyidlərin Azərbaycanın Astara rayonunda olan turbələrdi Kəkəmot, Lerik rayonunun Mistan kəndində isə Pirzə (Pirizadə) ocaqları var.

-Xanlar Həmid şair, dramaturq, azərbaycan yazıçılar birliyinin üzvü və Çayrud kənd sakini: Lerikin Həzovi kəndinindən yuxarıda  Rəzqov kəndinin yolunda qəpirsanlıq var. Bu Seyid Şükürüllah türbəsidir. Şükrüllah 1664 cü il  yazılmış sənədə əsasən İranda Seyid İsmayılın oğludur. Bu Şəcərənin cədvəli Seyid Şükürullahın nəslinin davamı yazılı şəkildə yerli sakinlərədə yəni seyid nəslinin davamçılarında var. Hələ o zamanlar Musaye Kazım artıq müsülman aləminin imamı idi.

Rza Rzayev Rvarud kənd sakini: Rza  deylənlərə əlavə edir ki, Mir Şükürullahın  12 ya da  daha çox 17 oğldu olduğu deyilir. Onlardan 2 nəfəri Naxçıvanda, 1 nəfər Cəlilabadda, 1 nəfər Yardımlıda, 8-isə  Lerikdə qalanlarının yaşadıqları yeri dəqiq bilmirəm deyə məlumat verdi.

Araşdırma zamanı belə başa düşdüm ki hər kəs öz nəsl şəcərəsi haqda məlumatlıdır. Ürək ağrısı ilə qeyd edə bilərm ki, Ana yurdumuz Azərbaycanımızın tarixi beləcə unudulub gedir. Növbəti suallarıma cavab tapmaq üçün İran İslam Respublikasının Təbriz şəhərinin Əndəbil kəndinin sakinlərinə müraciət etdim.

MÜSAHİBİM İRAN İSLAM RESPUBLİKASININ TƏBRİZ ŞƏHƏRİNİN ƏNDƏBİL KƏNDİNDƏN OLAN YƏHYA DOKTORDUR. YƏHYA DOKTORUN BABASININ DAYISIDIR MİR CƏLAL PAŞAYEV. HƏM DƏ QAYNATASI MİR  CƏLİL  MİR CƏLAL PAŞAYEVİN QARDAŞIDIR.

Yəhya həkim bağışlayın vaxtınızı alıram. Bəzi suallarıma dəqiq cavab almaq məqsədi ilə sizi aramışam.

Aprel ayında “DODO” qəzetimdə “BİR GƏNCİN MANEFESTİ” yazısı gedib.  Bu əsər Mir Cəlala Paşayevindir. Azərbaycanın lerik rayonunun Mondigah kəndində Nəcəfəli Əliyevə həsr edildiyi deyilir. Bu barədə nə isə eşitmisinizmi?

Yəhya: “Bir gəncin manefesti” romanını mən fars dilində oxumuşam. Orada bir tut ağacını təsvir edir ki, o ağac onların evinin qarşısında da var.Yəni 1930 cu illər zamanı Stalinin dövründə Mir Cəlal Paşayev də zor durumlar yaşayıb.

Əhməd Cavanmərd bu adda Cavanmərd sözü diqqətimi çəkdi. Əndəbildə az saylı xalqlar yaşayırmı? Mərd, merd, mard sözləri talış dilində də başa düşülür.

-Əhməd Cavanmərd barədə soruşursnuz. Bəli o soy adlar farsi məna daşıyır.

Yəhya qardaş Nə həkimisiniz?

Can həkimiyəm həm də psixoloqam..

Hal hazırda Koronovirusla bağlı çox işləməli oluram. Burada söhbətimiz yarımçıq qalır. ( Bağışlayın xəstəm gəldi)

-Mir Cəlal Paşayev təxminən 12 yaşından erkən İrandan Azərbaycana köçmüşlər.  Bir şəkil mən əldə edə bildim. (Mənə göndərdi o şəkil Aşkabadda çəkilib.)

Təbrizin Əndəbil kəndində 100-150 ev var. Burda demək olar ki, türklər yaşayırlar. Amma  Xal-Xal şəhərinin  Əndəbil kəndi var orada da türklər yaşayır. Həm də oradan çox aralıda tat, kürdlər və 60 km aralıda isə talış xalqlarının nümayəndələri var və yaşayırlar.

Mir Yəhya Fərəczadə

Psixologiya doktrası(PHD) və tibb doktrası (MD)

Demək Mir Cəlal Paşayev atası və qardaşları ilə birgə gəlib Azərbaycana. Onlar birlikdə gəlib və iş görüblər itisadi fəaliyyət göstəriblər.

Mir Cəlal Paşayev xanımımın əmisidir. O səbəbdən ki, atasının yeri yurdu Əndəbildir və atasının yeri yurdur, bəzi yerllər Əşrəf  küçəsi belə qalır.

Mir Cəlal Paşayev atası və qardaşları ilə bərabər gəliblər. İş qurublar və işləyiblər.

Əndəbil İran Culfasına  yaxındır ola bilər o istiqamətdə Azərbycana varid olublar yəni gəliblər.

Türkmənstan Respublikası Aşkabad şəhəri

Sağdan sola : Mir AğaMir CəlilMir XəlilMir Cəlal və onların yoldaşı (adını öyrənə bilmədim)

O zamanlar 20 əsrin əvəllərində Azərbyacana rus imperatorluğuna gələn kimsələr maaş üçün gəlirdirlər.

Mir Cəlal və onun böyük qardaşları Mir Cəlil, Mir  Xəlil və  Mirağa da  ataları ilə bərabər gəlmişlər anaları isə qalıb Əndəbildə. Sizə göndərdiyim şəkil Aşqabadda çəkilib.

Yəhya həkim Qaynatanız Mir Cəlil Lerikdə olduqları barədə sizə nəsə xatirələrində danışmayıb kiNəcəfəli Əliyev 3 kursda oxuyarkən rəhmətə gedib və  bu 3 il ərzində onlar dost olublar bir birilərinin evlərinə qonaq gedib gəliblər. Bəzi versiyalardan da belə eşitmişəm ki, onlar Lerikin Həzovi kəndində də hətda 3 il yaşayıblar. O zamanlar Lerikə Lerikin Zuvand mahalı deyilib.

Yəhya: Türmənstana gedə biliblərsə Lerikə, Gəncəyə və digər şəhərlərə də getmiş ola bilərlər.

Qaynatam Mir Cəlildən çox  söhbətlərimiz olub amma heç vaxt o Lerik, Lənkaranda yaşadığlarını  dediyini eşitməmişəm. Amma qaynatamın son illər  səs yazıları və əlyazmaları var. Düzü onları harda qoyduqlarımız  dəqiqləşdirim sizlərə maraqlandığınız haqda yeni məlumatlar olarsa çatdıraram.

Mir Əli Əşrəf Mir Cəlalın atasının adı belədir. Mir Əşrəfin atasının adı isə Paşadır. Mənim xanımımın familyası böyük babasının ad ilə Əşrəfi gedir. Mir Cəlal isə böyük babasının adını familya olaraq götürüb.

1935-ci ilə qədər İranda familya yox idi. Yəni Mir Cəlal Paşayevin atasının adı və familyası da belədir: Mir Əli Əşrəf. Oğullarının adının ardıcıllığı isə belədir: Mir Vəli-MirAğa-Mir Əbülfəzl-Mir Xəlil-Mir Cəlil-Mir Cəlal.

Qaynatam Cəlildən Gəncə və Bakı adların çox eşitmişəm. O deyirdi ki, Mir Cəlal akademik təhsilatını sevər bir insan olmuş və mən uşaqlığımda eşitmişəm ki, qaynatam onu belə tərif edirdi ki, hətta latınca yazarmış o zamanlar. Latın kəlmələrin çox həvəslə latın hurafatınına  (əlifbasına) öyrəşib. Bu adları: Müslüm yada Qarayev adlarını deyərdi. Amma Nəcəfəli Əliyevlə sıx dostluq əlaqələri ilə bağlı dedikləriniz də doğru ola bilər.

O zamanlar sərhətlər bağlı deyildir. Yəni kommunistlərin vaxtı deyildi. Mir Cəlalın atası və qardaşları da irana gedib gəlirdilər.

Çox sağ olun ki bir dahi insanın sərgüjəstinə diqqət verirsin araşdırmalar aparırsız.

Mənim isə hələ veriləcək suallarım qaldı… Yəqin ki, onu da cavablandıranlar tapılacaq. Çünki araşdırmalarımız davam edir.



Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir


Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilmişdir



Salyan Rayon İcra Hakimiyyətinin başçısı və Hüquq-Mühafizə orqanlarının məsul əməkdaşları rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.

      Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.

 

 

Salyan rayonunda karantin rejiminə ciddi nəzarət davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilmişdir. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunmuş, ölkə üzrə bütün rayonlarda  karantin qaydalarının icra vəziyyəti qiymətləndirilmişdir.
     Bununla əlaqədar olaraq 02 iyul 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün küçələrdə reyd keçirmişdir.  İcra hakimiyyətinin başçısı, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etmişlər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilmişdir. 







Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.

“Millidestek.az” xəbər verir ki, ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən mağazalara baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyini bildirib.

Həmçinin mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq topdan və pərakəndə qida məhsullarının satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Bundan əlavə, mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.

Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olunmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi və ya parça maskalardan, həmçinin respiratorlardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

 




 


Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.