![]() |
![]() |
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) anım günüdür.
Kürdəmirdə məişət tullantıları paliqonu rayon sakinlərinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, illərdir yığılan tullantıların gecələr naməlum şəxslər tərəfindən yandırılması isə antisanitar vəziyyəti daha da çətinləşdirir.
Rayon sakinləri dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də indiyədək heç bir tədbir görülməyib.
Nəzərə alsaq ki, yay aylarında Kürdəmirdə 45-50 dərəcə isti olur və zibil paliqonundan qalxan tüstünün yaratdığı antisanitar vəziyyət, COVİD-19 pandemiyasına qarşı aparılan tədbirləri də arxa planda qoyur.
Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir. Mütəxəssislər isə ərazidəki mövcud olan vəziyyətin azyaşlı uşaqlar üçün eləcə də tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanlar üçün ciddi təhlükənin qaçılmaz olduğunu bildirilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 19-da Tərtər rayonunun ümümtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
Buraxılış imtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
Əvvəlcə rayon rəhbəri məzunları və müəllimləri salamlayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxta çətinliklərə baxmayaraq 03 iyun 2020-ci il tarixdə Tərtər rayonuna səfərindən, səfər çərçivəsində rayonda iştirak etdiyi Dövlət Rəmzləri muzeyinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Olimpiya İdman Kompleksinin, “Tərtər” elektrik yarımstansiyasının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışından, Respublika Prezidentinin rayona göstərdiyi diqqət və qayğıdan danışdı, Möhtərəm Prezidentin Tərtər rayonu və tərtərlilər haqqında dediyi xoş sözləri dilə gətirdi: “Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfü deyil ki, Tərtər rayonunun sösial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir...
...Mən aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm”.
Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərir.
Rayon rəhbəri müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı, gələcək işlərində uğurlar dilədi. Bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir.
Sonra rayon rəhbəri bütün dünyanı ağuşuna almış pandemiyadan söhbət açdı. Qeyd olundu ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Koronavirus pandemiyası dövründə vətəndaşlar da karantin qaydalarına əməl etməli və infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar. Gigiyenik qaydalara lazımınca əməl olunmalı, sosial məsafə gözlənilməli özümüzlə birgə başqalarının sağlamlıqlarına təhlükə yaratmamalıyıq.
Sonda müəllimlərdən Gülarə Əkbərova, Azad Abbasov, Arzu Babayeva, Rəşad Qarayev, Vəsilə Mehdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev, məzunlardan Əyyubzadə Ziya, Quliyeva Lamiyyə, Məmmədova İlahə, Quliyev Rəşad, Atayeva Nərgiz, Vaqifli Zərifə, Əlizadə Mehrac, Mustafayev Elçin, İsmayılzadə Tacirə, Qəmbərli Şəfa, Hüseynzadə Nilufər, Hüseynzadə İlahə, Ələsgərli Əziz, Hümbətzadə Həmidə, Rzayeva Nərmin, Səfərli Murad, Səlimova Şəhla, Ələkbərli Vüsal, Məmmədli Ayşən, Cabbarzadə Aytən, Əsgərova Firuzə, Aslanlı İlahə, Məmmədov Şükür, Quliyeva Həcər, Kərimova Ülkər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarında, küçələrdə və insanların kütləvi toplaşdığı digər yerlərdə dezinfeksiya işləri aparılıb.
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər ölkə KIV-lərində Müstəqim Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.
Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Kanalim13.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır.
Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.
Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.
Bu il Hacıqabul rayonunda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında Hacıqabulun da adını çəkmək olar.
Hazırda rayona rəhbərlik edən icra başçısı Rüstəm Xəlilovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.
Qeyd edək ki, Rüstəm Xəlilov Hacıqabula icra başçısı təyin edilməsindən artıq aylar keçib. Hələ digər sahələrdə işləyərkən cənab Xəlilov bir sıra uğurlara imza atmış, Vətənçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Hacıqabula icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Rüstəm Xəlilovun gərgin əməyi və zəhməti sayəsində Hacıqabul sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Hacıqabulun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Millidestek.az-ın elektron poçtuna ünvanlanan məktublarda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Bir neçə il əvvələ qədər Hacıqabulda görülən işlərin miqyası belə geniş deyildi. Millidestek.az olaraq material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi Hacıqabulda tikinti-quruculuq, abadlıq istiqamətində o qədər iş görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.
Hacıqabul rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Hacıqabul ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.