Son xəbərlər


"Heydər Əliyev Azərbaycanın bütün dövlət institutlarını professional vəziyyətə gətirməklə dövləti idarəetmə mexanizminə çevirməyi bacardı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ideoloji əsaslarını, iqtisadi əsaslarını yaratdığı kimi Azərbaycanın xarici siyasətini də milli maraqlar əsasında təyin etdi: "Strateji xarici siyasətimizdə dünya ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipini önə çəkməklə Azərbaycanın bu günə qədər davam edən xarici siyasətini məhz milli maraqlardan çıxış etmək formulasını xarici siyasət fəlsəfəmizin əsasına qoymağı bacardı. Beləliklə, beynəlxalq münasibətlərdə Azərbaycan müstəqil dövlət kimi çıxış etməyə başladı. Ölkəmizin müstəqil davranışları, hələ 1994-cü ildə öz milli sərvətinə sahib çıxmaq bacarığı ilə heç bir hegemon aktordan çəkinmədən milli maraqlarımız əsasında resurslarımızın tərəfdaş ölkələrlə birgə istismarı məsələsində ortaya qoyduğu mövqe öz dövrü üçün böyük uzaqgörənlik, həm də ciddi cəsarət nümunəsi idi. Beləliklə Azərbaycan postsovet məkanında və bəzi beynəlxalq təşkilatların nəzarəti altında fəaliyyət göstərən kiçik dövlət kimi yox, öz milli iradəsinə və milli gücünə söykənən müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə daxil oldu".

 

Onun sözlərinə görə, nəticədə bu prioritetlər, bu strateji istiqamətlər hazırkı qüdrətli Azərbaycanın formalaşması üçün həm beynəlxalq şərtlər, həm də güclü iqtisadi və ideoloji əsaslar yaratmış oldu: "Ona görə də bu gün Azərbaycanın xarici siyasəti haqqında danışanda onun beynəlxalq münasibətlər sistemindəki yeri və rolundan bəhs edəndə müşahidə etdiyimiz bir əsas məsələ var. Bu da ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu prioritetlər dövrün, zamanın çağırışları və şərtləri çərçivəsində daima yenilənərək, yeni keyfiyyətlər əldə edərək, həm də bu prinsiplərə sadiq qalaraq milli maraqlarımızın beynəlxalq münasibətlər sistemində qorunmasını təmin edir".

"Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində əvəzsiz rola malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub: "Bu dövrdə çox büyük tarixi işlər görüb, yeni rayon, şəhərlər salıb, Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrilib. Məhz bu, Heydər Əliyevin o dövrdəki fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin apardığı işləri görən SSRİ rəhbərliyi onu irəli çəkərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edib. 1982-ci ildə onu siyasi büroya apardılar, həmin büronun sədri seçildi. Orada da SSRİ-nin taleyüklü məsələlərində iştirak etdi. Nəqliyyat, sənaye sahələri də Heydər Əliyevin xülasəsində oldu. Ancaq sonradan SSRİ rəhbərliyində dəyişiklik oldu. Mixail Qorbaçov hakimiyyətə gəldi. Heydər Əliyevin nüfuzundan, işgüzarlığından qısqanaraq ona qarşı qarayaxma kampaniyaları təşkil etdirdi. Onların bu yarıtmaz siyasətinə etiraz olaraq 1987-ci ilin oktyabrında istefa verdi.

 

Heydər Əliyev sonra Moskvada yaşadı. 1990-cı ilin yanvar hadisələri törədiləndən sonra Moskvada Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdi. Azərbaycan xalqına qanlı qətliam törətmiş adamların ciddi cəzalanmasını tələb etdi. Dağlıq Qarabağdakı proseslərə SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq 1991-ci ilin iyununda da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sıralarını tərk etdi. 1990-cı ildə Bakıya qayıdıb. Burada da o zamankı hakimiyyət onu dinc qoymadı, doğma Naxçıvana getdi. Qısa müddətdə xalqın böyük dəstəyi ilə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçildi, həm də Naxçıvan Muxtar Ali Sovetinin deputatı oldu. Eyni zamanda 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçildi. O zamankı qanunvericiliyə görə Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini seçildi. Heydər Əliyev Azərbaycanda gedən prosesləri də izləyirdi. Bilirdi ki, belə qarışıq dövrdə Azərbaycana inkişaf üçün yeni siyasi fəaliyyət növü lazımdır. Onun rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası seçildi. Heydər Əliyev də həmin partiyanın sədri seçildi. YAP təkcə Naxçıvanda yox, Respublikanın hər yerində böyük işlər apardı. 1992-ci ildə Müsavat rəhbərliyi dövləti idarə edə bilmirdi. Həm cəbhədə vəziyyət gərgin idi, həm də xalq pis vəziyyətdə yaşayırdı. Buna səbəb də Gəncə qiyamı baş verdi. Belə ağır dövrdə o zamankı Azərbaycan rəhbərliyi Heydər Əliyevə xahiş etdilər ki, gəlib bu məsələlərə rəhbərlik etsin. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ildə Ali Sovetin sədri seçildi. İsa Qəmbər iştefa verdi. Artıq Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də qaçmışdı. Ona görə də iyunun 24-də Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin Prezident seçkilərində də böyük səs çoxluğu ilə qələbə qazandı. Hakimiyyətinin ikinci ili ərəfəsində də Heydər Əliyev tarixi işlər gördü. Cəbhədə atəşkəsə nail oldu. Azərbaycanı bu bəladan qurtarmaq üçün ən böyük iqtisadi layihə olan "Əsrin müqaviləsi"ni bağladı. Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi, eyni zamanda Azərbaycanda milli ordunun yaradılmasında böyük səy göstərdi. Neft kapitalından əldə olunan gəlirləri insan kapitalına çevirdi. Eyni zamanda ordunu gücləndirdi. 2003-cü ildə Prezident seçkilərinə namizədliyini verdi. Səhhəti ilə əlaqədar namizədliyini geri götürdü, İlham Əliyevi irəli sürdü. Vəsiyyət edərək xalqa bildirdi ki, Azərbaycanın gələcəyi İlham Əliyevlə bağlıdır: "Çünki mənim həyata keçirə bilmədiyim məsələləri İlham Əliyev həyata keçirəcək". Qədirbilən Azərbaycan xalqı da onun dediklərinə böyük dəstək oldu. Xalq İlham Əliyevi Prezident seçdi. Həmin vaxt xəstə olan Heydər Əliyev 12 dekabr tarixində dünyasını dəyişdi. Dekabrın 15-də dəfn edildi".

"Ümummilli Liderin Azərbaycanda fəaliyyəti böyükdür. Bu gün torpaqlarımızın erməni tapdağından azad edilməsi Heydər Əliyevin qoyduğu siyasi xəttin nəticəsidir. Heydər Əliyevin yaratdığı iqtisadi inkişafın nəticəsidir. Ona görə də, xalqımız həmişə onu ehtiramla anır. Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var. Xalq var olduqca da Heydər Əliyev var olacaq" - deyə o, əlavə edib.

Tetra Pak qablaşdırmada istehsal edilən “Natura” meyvə şirəsinin içindən kif göbələyi çıxıb. 

Pravda.az xəbər verir ki, bu barədə tanınmış bloqer Əfsanə Fərəc öz sosial şəbəkə hesabında paylaşım edib. 

2024-cü ilin 25 iyulunda istehsal edilən şirənin son istifadə tarixi 2025-ci ilin 25 iyul ayı göstərildiyi halda içindən kif göbələyi çıxıb. 

“Bu nə biabırçılıqdır? Evimizdə körpə uşaqlar içəcəkdi. Stəkana süzəndə adam heç içində nəsə olduğunu bilmir. Bunu hər gün nə qədər insan içir. Biri izah versin ki, bunun içərisində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə, iyrənc”, - bloqer bildirib.