Son xəbərlər

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə bir çox məsələlərə aydınlıq gətirdi. Rusiya-Azərbaycan münasibətlərindən danışarkən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ilə bağlı ölkə rəhbəri qeyd edib ki, Bəyannamənin imzalanması faktı həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib.

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika qorunub saxlanılacaq.

Ölkə rəhbəri daxili işlərimizə qarışmaq istəyənlərə açıq mesajla bir daha xatırlatdı ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.

Azərbaycanın öhdəliklərinə gəlincə, biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.

Prezident İlham Əliyevin hərbi büdcə ilə bağlı dedikləri də müzakirə mövzusu, həm də sübliminal mesajdır. O, qeyd etdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.

Müsahibə zamanı cənab İlham Əliyev Sülh sazişi ilə bağlı suala da əhatəli cavab verərək bildirib ki, Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik: "Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu iki maddədən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir".

Prezident İlham Əliyev onu da qeyd edib ki, erməni tərəfinin həyata keçirməli olduğu vacib məqamlardan biri öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir.

Digər tələbimiz ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Ölkə rəhbəri yurd-yuvasından ayrı düşən minlərlə Qərbi Azərbaycanlıların gözləntilərindən də söz açıb: "Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq".

Müsahibənin sonunda beynəlxalq tədbirə uğurla sədrlik, evsahibliyi etməyimizlə bağlı məsələlərə toxunan cənab İlham Əliyev qeyd edib ki, COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi... Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik.

Rusiya qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktına cavab olaraq Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarət məntəqəsinə zərbə təbii ki, Ukrayna xüsusi xidmətinin hazırladığı və general-leytenant Kirillovu öldürmək üçün həyata keçirilən əməliyyata cavabdır. Bu təcrübə düzgündür, beynəlxalq hüquq normalarına, ən əsası isə Rusiya vətəndaşlarının qisas tələblərinə uyğundur”, - o bildirib.

Qeyd edək ki, Rusiya ordusu Kiyev hakimiyyətinin Rostov vilayətinə hücumuna cavab olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin idarəetmə mərkəzinə, “Luç” konstruktor bürosuna və “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib.

Yaxud İrəvan Ukraynada kiminlə və kimə qarşı döyüşəcək?

Ermənistan çoxvektorlu siyasət yürütdüyünü düşünür. Gah nala, gah mıxa vurur. Həm Rusiyanın yanında olduğunu sübut etmək üçün Moskvaya tələsir, gah da Trampın Fransaya səfərindən sui-istifadə edərək Parisə qaçır. Paşinyan düşünürdü ki, ABŞ-ın yeni prezidenti Ermənistanın baş nazirini görən kimi kilsənin açılışını da unudacaq və Azərbaycanı cəzalandırmanın yol və üsullarını Paşinyanla müzakirə edəcək. Amma belə olmadı, Paşinyan Trampla çəkdirdiyi fotoda yazıq, kimsəsiz uşaq təsiri bağışlaması diqqətdən yayınmır. Məlum olur ki, baş nazir indiki prezident Baydenlə olan izdivacının Trampla davam edib-etməyəcəyinə aydınlıq gətirmək məqsədilə Parisə gedib. Görünür Paşinyan lazım olan cavabı tam olaraq almayıb.

Ermənistan tərəfdaşlıqda etibarsızdır, bu “keyfiyyətləri”nə görə bu ölkəyə investisiya qoyan ölkələrin sırası çox seyrəkdir. Amma erməni dövlətinin özünü məzlum göstərmək məharəti onun işinə hələ də yarayır. Din qardaşlığından yararlanan İrəvan ehtiyaclarını qismən ödəyə bilir. Amma nə vaxta qədər? Bu sual erməniləri də düşündürür. Ermənistanın Rusiyadan asılılığı yeni xəbər deyil, bu qondarma dövlətin Azərbaycanın torpaqları hesabına yaradılması faktdır. Ermənilərin Qafqaza, xüsusən də Azərbaycan ərazilərinə köçürülməsində Çar Rusiyasının rolunu da yəqin ermənilər danmaz. Amma indi nə baş verir? 44 günlük müharibədə daha geniş ərazilər ələ keçirmək planları pozulan ermənilər məğlubiyyətin günahını ağaları rusların ayağına yazmaqla bu dəfə Qərbin qucağına tələsirlər.

Ermənistana Qərbin və Rusiyanın, iki rəqib, düşmən cəbhənin münasibəti də anlaşılan deyil. Qər Rusiyaya tətbiq etdiyi sanksiyaların sayını artırdıqca İrəvanla Moskvanın bağları daha da möhkəmlənir. ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda əsas "dost"u sayılan Ermənistanın sanksiyalardan yayınaraq Rusiya ilə partyorluq etməsi, Şimal qonşumuzun dünya bazarında xırıd etmək istədiyi qeyri-neft sektoruna aid qızıl ticarətini İrəvanın birbaşa yardımı ilə reallaşdırması da deyəsən onları narahat etmir. Yaxud bu da planın bir hissəsidir.

Bu arada...

NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya girəcək. Bir neçə min hərbçi isə Ermənistandan olacaq. NATO qoşunlarının Ukraynaya daxil olması prosesi mütləq həyata keçiriləcək. Necə deyərlər, 40 min yox, 150 min, hətta 170 min hərbçi Ukrayna ərazisinə daxil olub, təmas xəttinə yerləşdiriləcək. Ancaq bu, yalnız müqavilə bağlanandan sonra baş tutacaq. Onlar Fransadan olacaq. Bu əməliyyatın təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur. Həmçinin Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Niderland, Norveç, Danimarka, İsveç və Finlandiyadan hərbçilər cəlb ediləcək. Ermənistanın da iştirakı istisna edilmir, çünki Makron artıq Nikol Paşinyana müraciət edib və sonuncu müsbət cavab verib. Bu, əlbəttə, “dəhşətli sirr”dir: Ermənistandan bir neçə min əsgərin Ukraynaya gələcəyi istisna edilmir.

Aİ-nin cümə axşamı Brüsseldə keçiriləcək ilin sonuncu sammitində Ukraynadakı vəziyyət və prezident Bəşər Əsədin devrilməsindən sonra “Suriya məsələsi” müzakirə olunub. Aİ-yə üzv olan 27 ölkənin liderləri ABŞ-ın yeni administrasiyası Kiyevi dəstəkləməkdən imtina edərsə, Ukraynaya yardım imkanlarını müzakirə edidlər, Aİ-nin yüksək rütbəli rəsmisi görüşdən əvvəl mətbuata bildirib ki, Avropa Şurasının prezidenti Antonio Kosta ilk dəfə sammitə ev sahibliyi edib. Gözlənildiyi kimi sammit onun Aİ-yə üzv ölkələrin liderlərinə sammitə dəvət məktubu göndərməsindən sonra baş tutub. Kosta vurğulayıb ki, Aİ lazım olduğu qədər qalacaq və bunun üçün mümkün olan hər şeyi edəcək. Bundan əlavə, sammitdə Aİ-nin dünyada yeri müzakirə olunub.

İordaniya kralı II Abdullah və İsrail prezidenti İsaak Hersoqla söhbətindən sonra Koşta Aİ liderlərinə məlumat verib ki, sammitin gündəliyinə təcili olaraq Suriyadakı vəziyyətin müzakirəsi daxil edilib. Onun sözlərinə görə, sammit Ukraynaya vahid və birmənalı dəstək siqnalı göndərmək üçün yeni mühüm fürsət olub. Üstəlik, prezident Vladimir Zelenski “yerdəki son hadisələri və Avropanın Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyinə dair fikirlərini bölüşmək üçün” Avropa Şurasının iclasına dəvət olunub.

Məlum olub ki, Avropa İttifaqı 2025-ci ildə Ukraynaya daha 30 milyard yardım ayırmağa qərar verib ki, bu da Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan indiyədək Rusiyanın dondurulmuş aktivlərindən mənfəət kimi alınan vəsaitdən verilmiş 130 milyard avrodan əlavə, 18,1 milyard avrodur. Baş diplomat qeyd edib ki, Aİ Ukraynaya təkcə hərbi yardımla deyil, həm də enerji təhlükəsizliyi sahəsində yardım göstərməli, eyni zamanda Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmalıdır. “Aİ Ukraynanı dəstəkləməlidir ki, vəziyyətin gələcək inkişafı üçün mümkün olan ən güclü mövqeyə malik olsun. Bizim mövqeyimiz: Ukraynasız qərar qəbul oluna bilməz”, - o əlavə edib.

 

O, xüsusilə vurğulayıb ki, Donald Trampın Ağ Evə qayıdışını nəzərə alaraq, 27 ölkə formatında müzakirələrdən biri Ukraynanı müstəqil dəstəkləmək lazım gələrsə, nə etmək olar. Adının açıqlanmasını istəməyən başqa bir avropalı diplomat deyib ki, Fransa prezidenti Emmanuel Makron atəşkəs və Moskva ilə Kiyev arasında sülh əldə olunacağı təqdirdə Ukrayna ərazisində sülhməramlı missiyanın yerləşdirilməsi məsələsini müzakirəyə çıxaracaq. Açıq şəkildə olsa da, bir çox Aİ rəsmiləri bu müzakirələrin tez olduğunu deyiblər. Ancaq sülhməramlıların mövzusu hələ də çox “xam”dır və ideya səviyyəsindədir. Xüsusilə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaja Kallas bu istiqamətdə danışıb.

Əvvəla, Makronun bu mövzunun artıq qaldırıldığı Polşaya son səfərini nəzərə alsaq, sülhməramlılarla bağlı müzakirələr qaçılmazdır. İkincisi, Trampın ABŞ-da hakimiyyətə gəlməsi, onunla Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyə hazırlaşmaq və sülh danışıqlarında Aİ-nin iştirakını təmin etmək zərurəti var. Reuters diplomatlara istinadən xəbər verir ki, Paris "hərəkət etməkdə qərarlı olan" beş-səkkiz Avropa ölkəsindən ibarət koalisiya yaratmağa çalışır. Makronun təşəbbüsünü həyata keçirmək üçün beş briqadadan və ya təxminən 40 min nəfərdən ibarət qüvvə tələb olunacaq. Qeyd olunur ki, Makron Polşanın baş naziri Donald Tuskdan başqa, artıq Ukrayna ərazisinə missiya göndərilməsi ilə bağlı fikirlərini Britaniya hökumətinin başçısı Key Starmer, Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndələri ilə müzakirə edib.

Suriyadakı vəziyyətə gəlincə, Kostanın sözlərinə görə, insan hüquqlarına hörmət, azlıqların qorunması və ölkənin ərazi bütövlüyü, Rusiya təsirindən, xüsusən də Rusiyanın Suriyadakı hərbi bazalarından qurtulmaq Aİ üçün əsasdır. Kallasın sözlərinə görə, onurğa sütunu terrorçu kimi tanınan və Rusiyada və bir çox ölkələrdə qadağan olunmuş “Həyat Təhrir əş-Şam” qruplaşması olan Suriyanın yeni hakimiyyət orqanlarının qeyri-müəyyən beynəlxalq statusu onlarla danışıqlar aparmamaq üçün səbəb deyil. “Bizim üçün təkcə onların sözləri deyil, həm də hərəkətləri vacibdir” deyən Avropa diplomatiyasının rəhbəri vurğulayıb. Əlavə edib ki, gələcək həftələr və aylar Suriyanın yeni hakimiyyət orqanlarının düzgün istiqamətdə hərəkət edib-etmədiyini göstərəcək.

Çərşənbə axşamı Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edən Kallas bildirib ki, Avropa İttifaqı tezliklə Suriya ilə bağlı yenilənmiş strategiyanı təqdim edəcək. Onun əsas komponentləri Aİ sammitində razılaşdırılacaq. Bundan əlavə, Suriyanın və bütün Yaxın Şərq regionunun gələcəyi ilə bağlı Brüsseldə keçiriləcək 9-cu konfransa hazırlıqlara başlanılıb.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunovun verdiyi məlumata görə, Aİ təbii ki, Suriyanın ərəb dünyasının tam mərkəzində siyasi ekstremizmin və beynəlxalq terrorizmin yeni əsas ocağına çevrilməsindən qorxur. Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqın faciəli taleyi xəbərdarlıq rolunu oynayır. Brüssel üçün Suriyadan Avropaya çata biləcək yeni miqrasiya dalğasının qarşısını almaq daha vacibdir. Eyni zamanda, arzuolunandır ki, hazırda "Köhnə Dünya"da olan bir neçə milyon suriyalı qaçqından ən azı bir qismi öz evlərinə qayıtsın və ölkənin yenidən qurulmasında iştirak etsin.