Son xəbərlər

Maskasız gəzənlər  sərt cəzalandırılsın
“Bu gün koronavirus pandemiyası təhlükəsiz tam ötüşməyib və onun yenidən geri qayıtma ehtimalı var. İnsanlarımızın maskasız gəzməsi, pandemiya ilə bağlı tətbiq edilən qaydalara ciddi riayət etməməsi ciddi narahatçılıq yaradır”.

 Bunu  açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə,  insanlar qaydalara riayət etməzlərsə proses yenidən geri qayıda bilər. “Bu da  ağır nəticələrə səbəb ola bilər. İnsanlarımızın çoxunda hələ də bu təhlükənin ciddiliyi hiss olunmur. Son günlərdə müşahidələrimiz bunu deməyə əsas verir. Bu çox ciddi narahatçılıq yaradan məsələdir”- deputat bildirib.

O bildirib ki, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirmək lazımdır. “Hesab edirəm ki, bununla paralel olaraq  qaydalara riayət emtəyən, maska gəzdirməyənlər məsuliyyətə cəlb olunmalıdır. Çünki maskasız gəzmək ciddi fəsadlara   gətirib çıxara bilər. Maska gəzdirməklə insan təkcə özünü deyil, digərini qorumalıdır.  Epidemiyanın təkrar qayıtmaması üçün cəzalar sərtləşdirilməli, buna ciddi əməl olunmalıdır.  Qaydalara riayət etməyənlər məsuliyyətə cəlb olunmalıdır”- F. Mustafa bildirib.

Mayın 4-dən rayonlardan Bakıya yalnız bu şəxslər buraxılacaq
Azərbaycanda koronavirusa görə tətbiq edilən xüsusi karantin rejimi mayın 4-də başa çatacaq. Bəs, bölgələrdən Bakıya gələnlərə yenə də qadağalar tətbiq ediləcəkmi?

"ARB xəbər" mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Daha ətraflı videodan izləyin. Qeyd edək ki, Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 4-dək uzadılıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Karantindən sonra şadlıq sarayları qiyməti artıracaqmı?
Karantin rejiminin hökm sürdüyü bir vaxtda ləğv olunan toy və el şənlikləri restoran və şadlıq saraylarına ciddi ziyan vurub. Mütəxəssislərin fikrincə, pandemiyadan sonra toy etmək istəyənlərin sayında müşahidə olunan artım olacaq. Bu da restoran sahiblərini hərəkətə gətirib. Onlar yeni toy mövsümünə xüsusi hazırlaşır. İndi hamını maraqlandıran bir sual var. Şadlıq saraylarında qiymət artımı olacaqmı?

İstədik öyrənək görək, şadlıq saraylarının toy qiymətlərində hansı dəyişikliklər var? Hazırda restoranların qarşısında daha çox müştəri cəlb etmək, toy bazarını dirçəltmək məqsədi durur. Bu səbəbdən bir çox restoran sahibləri qiymətlərin dəyişmədiyini bildirib. 

 “Şahənşah” sarayının administratoru karantindən əvvəlki qiymətlərin qüvvədə qalacağını və toy üçün müraciətlərin sayının çoxluğuna görə artımın gözlənilmədiyini deyib. O, 500-550 nəfərlik tutumu olan zallarda 200 nəfərlik toy qəbul etmədiklərini də qeyd edib. Ancaq burada da bəzi istisnalar olduğunu qeyd edib. Bundan başqa restoranda xüsusi endirimlər də mövcuddur. Menyunun qiyməti isə  40-60 manat arasında təşkil edir.

“Ay işığı” şadlıq sarayında isə fərqli mənzərə hakimdir. Burada qiymətlər 80 manatdan başlayaraq 100 manata kimi yüksəlir. VİP müştərilər üçün nəzərdə tutulan  menyu isə 150 manatdır. Onu da qeyd edək ki, restoranın qiymətlərinə bir neçə xidmət də daxildir.

“Gilavar” restoranında qiymətlər isə  40 manatdan başlayır. Ən yüksək menyu  60 manatdır. Restoranın adminstratoru məkana gəlib yerində danışıqlar aparıldığı zaman xüsusi endirim etdiklərini də qeyd edib. 

“Xan sarayı” isə menyunu müştərilərinə 45 manatdan başlayan qiymətlərlə  təklif edir. Hətta burada qonaq sayına uyğun xüsusi endirimlər də mövcuddur. Restoranın administratoru qonaq sayının 200-250 nəfər olduğu  təqdirdə, menyunun endirimli qiymətinin dəyişilməz olaraq 45 manat olacağını da qeyd edib.

Digər restoranlarda da vəziyyət eynidir. Karantindən sonra qiymətlərdə artımın olmayacağını deyən növbəti restoran “Meridian saray” oldu. Burada menyunun qiyməti 80- 120 manat arasında dəyişir. Restoran yay aylarında baş tutan toy məclislərinə isə xüsusi endirimlər təklif edir.

“Mega palace” restoranında menyunun stabil qiyməti 30 manatdır. Məkanın administrator qiymətlərin 30-35 manat arasında dəyişdiyini bildirib. Burada qiymətlərə musiqi ansamblı, video çəkiliş də daxildir. 

“Cıdır düzü” restoranında isə qiymətlər 45 manatdan başlayaraq, 80 manata qədər yüksəlir. Burada da müştərilərə xüsusi olaraq VİP menyu da təklif olunur. Bu menyunun qiyməti 120 manatdır.

Kreditini ödəyə bilməyənlərin nəzərinə!
Bank rəhbərləri Mərkəzi Bankın tövsiyyələri əsasında krediti olan vətəndaşlara edilən güzəştlərin tətbiqi mexanizmini müzakirə ediblər. Müzakirə edilən əsas məsələlərdən biri fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub.

Kreditini ödəyə bilməyən vətəndaşlar mütləq banklara müraciət etməlidirlər. Əgər vətəndaş koronavirus pandemiyasından zərər çəkibsə, onun kredit müqaviləsi bank tərəfindən yumuşaldılacaq və ona kreditin ödənilməsi üçün sentyabr ayının 30-a qədər müəyyən möhlət veriləcək.

Bunu Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, Assosiasiyasının Rəyasət Heyətinin iclasında Mərkəzi Bankın qəbul etdiyi qərarın və banklara verdiyi tövsiyyələrin tətbiqi mexanizmi müzakirə edilib.

Əsas müzakirə obyekti fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub. Yunus Abdulov qeyd etdi ki, bank və bank olmayan kredit təşkilatları bu məsələdə müştərilərə həssas yanaşacaq və mərkəzi bankın tövsiyyələrini əsas götürəcək. Martın 1-ə qədər keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən fiziki şəxslərə güzəştlər ediləcək.

Banklara müraciət edən və kreditini ödəməkdə çətinlik çəkənlərin kredit tarixçəsi də korlanmayacaq. Banklar belə müştəriləri kredit bürolarına xüsusi qeydlərlə təqdime dəcək.

İclasda həmçinin fiziki şəxslərə ipoteka və kredit zəmanəti fondunun vəsaiti hesabına verilən kreditlər də müzakirə edilib.Bu təyinatlı kreditlərə güzəşt edən bank və kredit təşkilatlarının requlyativ yükü mərkəzi bank tərəfindən azaldılacaq.

Yunus Abdulov deyir ki, kredit borcu olan sahibkarlara kredit ödənişinin gecikməsi zamanımüəyyən güzəştlər ediləcək. Mart ayının 1-ə qədər kredini normal ödəyən sahibkarlar restrukturizasiya ilə bağlı banklara müraciət edə bilərlər.

Bu arada mərkəzi bank, bank və bank olmayan kredit təşkilatlarının tibii ləvazimat və avadanlıq istehsalçılarına verdikləri kreditlərin risq səviyyəsini azaldıb.Bununla da,banklar və kredit təşkilatları bu sahəyə kredit verməkdə daha çox maraqlı olacaq və müştərilərə cəlbedici təkliflər verəcək.

Bölgələrdən yalnız bu şəxslər sərnişin DAŞIYA BİLƏCƏKLƏR
"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".

 Bunu açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, şəhərlərarası  sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. “Sərnişin çoxluğunun olacağını nəzərə alaraq, indidən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyaya, məktubla müraciət olunub ki, sərnişin sıxlığının aradan qaldırmaq üçün  bütün zəruri tədbirlər görsünlər ki, qeyri-qanuni daşımalara yol verilməsin və bunun qarşısını alsınlar.  Odur ki,  süni qiymət artımına  yol verənlər cəzalandırılacaq”- N. Allahyarova deyib.

DANX sözçüsü əlavə edib ki,  fürsətdən istifadə edib fərqlənmə  nişanı əldə etmədən müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma  ilə  məşğul olanlar barəsində   ciddi tədbirlər görüləcək: “İndiyədək də belə tədbirlər görülüb. Belə fakt təsbit olunarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görülməsi üçün  aidiyyatı qurumlara məlumat veriləcək. Bizə indi də belə məlumatlar daxil olur və  biz də öz növbəmizdə bu məlumatları müvafiq qurumlara yönləndiririk. Amma hesab edirəm ki,  yollar açıldıqdan sonra  xəttə  lazımı sayda, dövlət qiymətləri ilə tənzimlənən avtobuslar buraxılacağından qeyri-qanuni daşımalara ehtiyac qalmayacaq”.  

N. Allahyarova əlavə edib ki, biz məhdudiyyətlər dövründə qeyri-qanuni  olaraq sərnişinlərin baha qiymətə daşımalarını proqnozlaşdırırdıq.  “Bildiyiniz kimi məhdudiyyət olanda, və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründədə bu halın vüsət alacağını gözləyirdik, amma  proqnoz özünü doğrultmadı. 

 Statistika olmadan onu deyə bilərəm ki, karantin dövründə DİN tərəfindən respublika yollarında qurulan postlar, DANX-ın yollarda keçirdiyi reydlər nəticəsində bunun qarşısı alındı. Bundan sonra da qeyri-qanunu sərnişin daşıma və ya baha qiymətə daşımalarla bağlı məlumat daxil olarsa, bu faktlar barəsində ciddi tədbirlər görüləcək”- DANX sözçüsü bildirib. 

Biləsuvar icra başçısının həbsi ilə bağlı
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

 "BakuPost" əməliyyatla bağlı bəzi məlumatlar əldə edib.

Məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb.

DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

 M.Quliyevin qızıhacı İbrahimin oğlu ilə ailəlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri  Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Hacı İbrahim: “İndi mənim bir manat da olsun borcum yoxdur ...

DYP-dən sürücülərin karantin dövründə gözlədiyi
Xüsusi karantin rejimi ilə əlaqədar avtomobillərin texniki baxışdan keçirilməsinə qadağa qoyulmuşdu. Artıq aprelin 27-dən fəaliyyəti bərpa olunan iş sahələrində çalışan şəxslər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Bununla yanaşı, sürücülük vəsiqəsinin müddəti bitən şəxslər ASAN Xidmətə müraciət etməklə sürücülük vəsiqələrini dəyişdirə bilərlər.

Xezerxeber xəbər verir ki, fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan, texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri artıq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməməklə bağlı sürücülərə güzəşt edilib. Ancaq fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan şəxslər indidən Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək bildirir ki,sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər də ASAN xidmət mərkəzlərinə müraciət edərək sürücülük vəsiqəsini dəyişə bilərlər.

Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesi də Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər.(Xezerxeber)

Sərnişinlərə ŞAD XƏBƏR
Bu gündən etibarən Bakı-Sumqayıt üzrə marşrut xətti tam bərpa edilib.

 Bu barədə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, karantin rejiminin sərtləşdirilməsi və sərnişin azlığı ilə əlaqədar olaraq Bakı-Sumqayıt xəttinə 20 avtobus buraxılırdı. “Amma karantin rejiminin yumşaldılmasından  və bir çox yerlərdə iş yerlərinin bərpasından sonra sərnişin sayı artıb.  Sərnişin axınının sıxlığını nəzərə alaraq adi vaxtda olduğu kimi xəttə hərəkət edən bütün 33 avtobus  xəttə buraxılıb. Artıq sərnişinlərə Bakı və Sumqayıt istiqamətində rahata hərəkət edə biləcəklər”.

Hazırda vətəndaşlardan gələn hər bir müraciət informasiya sistemi üzərindən müvafiq araşdırmalar nəticəsində cavablandırılır. Əgər vətəndaşın adına Əmlak Komitəsinin bazasından pay torpaq mülkiyyəti verilibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) buna istinad edərək imtina qərarı çıxarır.

Bu sözləri ƏƏSM-nin şöbə müdiri Fazil Talıbov Xəzər TV-nin “Xəzər səhər” verilişində deyib.

O bildirib ki, pay torpaq mülkiyyətçiləri illərdir torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar:

“Bundan əlavə, onlar subsidiyalarla təmin edilirlər. Dövlətin onlar üçün gördüyü bütün bu tədbirlər məhz verilən pay torpaqlarının canlanması və vətəndaşların torpağı əkib-becərməsi üçündür. Bu gün vətəndaşlara verilən pay torpaqları üçün kifayət qədər dəstək var. Qanunvericilikdə də pay torpaq sahibləri məşğul şəxs hesab edilir. Qanunvericiliyin müvafiq tələbi ilə onlara işsizlik statusu verilə bilməz”, – o bildirib.