![]() |
![]() |
Azərbaycan prezidenti İlham Əliyevin yeni Baş prokurorla bağlı təqdimatını Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib. Ə.Vəliyev bildirib ki, Prezident yeni Baş prokuror postuna Kamran Əliyevi təqdim edib. O deyib ki, K. Əliyevin prokurorluq orqanlarında fəaliyyəti yüksək qiymətləndirərək ona belə bir yüksək etimad göstərilib.
Məsələ ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində prokurorluqda geniş islahatlar həyata keçirilib və gənc hüquqşünaslar işə qəbul edilib.
“Bu müddət ərzində 902 gənc hüquqşünas prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Bu gün prokurorluğun 70 faizi gənc kadrlardan ibarət olsa da, peşəkardırlar. Ümumiyyətlə, prokurorluq uğurlu fəaliyyət göstərir və bu fəaliyyətdə K.Əliyevin də rolu olub. Əminəm ki, K. Əliyev ona göstərilən etimadı doğruldacaq”-Ə.Hüseynli bildirib.
Məsələ səsə qoyularaq qəbul edilib.
Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.
Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər... Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək. oxu.az
İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxusu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:
"Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada bilər. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejimə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.
Bu çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.
Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.
Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlardan insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.
Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin, Moskva prospekti – Cavadxan küçəsi – 3-cü mikrorayon dairəsi və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mikrorayon dairəsi istiqamətlərindən istifadə edərək, Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərdlər.
Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin, Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.
"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz:
"İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətitli müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar".
Oxu.Az məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətindədir:
“Biz yalnız vəziyyəti şərh etmək üçün təkliflərimizi təqdim edə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyənləşdiriləcək”.
“Dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır. Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.
Hazırda bütün turizm obyektləri yay mövsümünə hazırlaşır. Lakin pandemiyanın davam etməsi, turizm sahəsində çalışan insanların əl qolunu bağlayıb, onları çaş-baş vəziyyətdə qoyub. Bu böhran davam etməkdə, dərinləşməkdədir. Qarşıdakı mövsümdə turizm sahəsinin ciddi böhran yaşayacağı görünür. Pandemiyanın davam etməsi turizm strategiyasının müəyyənləşməsində də çətinlik yaradır. İndi hamını turizm sektorunun hansı addımlar atacağını, özünü qısa zamanda necə toplayacağı maraqlandırır. Bu zaman qiymətlərdə dəyişiklik müşahidə olunacaqmı?
Bununla bağlı, turizm sahəsinin mütəxəssislərinin mövqeyini öyrənməyə çalışdıq.
Turizm şirkətinin rəhbəri, bu sahə üzrə mütəxəssis Barat Əlizadənin fikrincə, bu dönəmdə ən əsası insanlarda səyahətə maraq yaratmaq üçün alternativ yollardan istifadə olunmalıdır.
“Bu dönəmdə iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün, qiymətlər ucuzlaşmalı ən azından eyni saxlanılmalıdır ki, bir az maraq oyansın. Mənim fikrimcə, bu çətin şəraitdə insanların səyahət etmək qorxusu olduğu halda heç bir sahibkar qiymət qaldırmağa risk etməz. Bu baxımdan hər hansı bir qiymət artımı barədə söz ola bilməz. Lakin bu məsələyə başqa aspektdən baxsaq, iqtisadiyyatın kiçilməsinə, şirkətlərə dəyən böyük zərərlərə görə, qiymət artımı gözləmək də olar. Yenə deyirəm, bu da böyük risk almaq deməkdir.
Məsələn, hər hansı bir ölkədə devalvasiya olduqda, bütün sahələrdə artım müşahidə olunur. O zaman, hər bir şeyin qiyməti artır, çünki bu proses zəncirvari qaydada bir–biri ilə bağlıdır. Qida məhsullarının qiymətində artım olursa, mütləq şəkildə bu turizm sahəsində də özünü büruzə verir. Lakin pandemiya ərəfəsində bu məsələnin digər alternativ yolları da düşünülməlidir. Bir mütəxəssis kimi deyə bilərəm ki, turizmə maraq yaratmaq üçün, qiymətlərdə nəinki artım olmamalıdır, hətta müəyyən endirimlər belə olmalıdır”, - deyə, o, bildirib.
B. Əlizadə dünyada turizm sezonunun nə zaman açılması barədə də proqnoz verib.
“Xarici dövlətlərə nəzər salsaq, qardaş ölkə Türkiyədə turizm sezonunun açılışı avqust ayında planlaşdırılır. Ancaq hazırda dünyadakı pandemiya böhranına görə, bunu tam dəqiq proqnozlaşdırmaq olmur. Vəziyyətə görə, bu 6 aydan 1 ilə qədər uzadıla bilər. Çünki insanlarda səyahət etmək qorxusu var. Mənim fikrimcə, buna görə də səyahətlər 6 aydan tez başlamayacaq”.
B.Əlizadə ölkədaxili səyahətlərin başlanacağı vaxtan da danışıb.
“Düşünürəm ki, 3 aydan sonra - iyul, avqust aylarında insanlar ölkədaxili səyahət etməyə başlayacaqlar. Artıq bəzi şirkətlər kənd, eko turizm üçün xüsusi səyahət turları hazırlayıblar. Ancaq hələ ki, burada da qiymətlər açıqlanmayıb. Pandemiyaya görə dünyadakı vəziyyət dəqiq proqnozlaşdırıla bilinmədiyi üçün xüsusi qiymət strateqiyası da açıqlana bilməz. Bu da, birbaşa turizm sektoruna mənfi təsirini göstərir”, - deyə, B. Əlizadə vurğulayıb.
Hazırladı: Vüsalə Balayeva
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub.
Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.
Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.
Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.
Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək. /oxu.az