Son xəbərlər

Azərbaycan zabiti Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarı cəmiyyətimizdə xoşagəlməz müzakirələr yaradıb.
Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a danışıb.
 
Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarı təəssüf doğurur: 
 
“Son dövrlərdə Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı geniş müzakirə olunur. Bu, çox təəssüf doğuran bir qərardır. Biz Ramil Səfərovla daim fəxr etmişik. O insan bayrağımızı, qürurumuzu qorumaq üçün bu addımı atıb. O, Cəbrayıl rayonunda böyüyüb boya-başa çatıb. Yaxınları şəhid olub. O üzdən bayraq və torpaq məsələlərinə çox həssas olması təbiidir”.
 
Emin Həsənli Ramil Səfərovun erməni zabitinin xoşagəlməz hərəkətlərinə doğru cavab verdiyini bildirib: 
 
“Ramil Səfərov bir zabit qürurunu müdafiə etdi. Bir azərbaycanlı, türk oğlu kimi çıxış etdi. Ramil Səfərov məhkəmədə demədi ki, səhv etmişəm, peşmanam. Bu, hamımız üçün qürurverici bir addım idi. Ramil Səfərov bu addımı şüurlu şəkildə atıb. Əgər bu hərəkət başqa bir ölkənin zabitinə qarşı olsaydı, hamı qınayardı. Amma Ramil Səfərov düşmən ordusunun zabitinə, Azərbaycan bayrağını təhqir edənə qarşı bunları edib. O, ömürlük cəzanı gözə alaraq Azərbaycanın haqq işini müdafiə edib”.
 
E.Həsənli, həmçinin dövlət başçısının məsələ ilə əlaqədar diplomatik addımlar atdığını xatırladıb: 
 
“Ölkə prezidenti cənab İlham Əliyev Mübariz İbrahimovun nəşinin düşməndən alınması üçün çox böyük iş gördü, eyni zamanda Ramil Səfərovun ölkəyə qayıtması üçün bütün hüquqi-diplomatik vasitələrdən istifadə etdi. Prezidentin də müstəsna hüququdur ki, hər bir vətəndaşı əfv etsin. Ramil Səfərov bu gün zabit kimi fəaliyyətini davam etdirir. Biz onunla fəxr edirik”.
 
İctimai birliyin sədri Avropa İnsan Haqları Məhkəməsinin ədalətsiz qərarlarından da söz açıb: 
 
“Avropanın ikili standartlarını bilirik. Bunun üçün də təəccüblənməyə dəyməz. Avropa İnsan Haqları Məhkəməsinin zaman-zaman ədalətsiz qərarlar verdiyi məlumdur. Hətta Macarıstan məhkəməsi zamanı da ədalətsiz qərar vermişdi. Bunların hamısı bizə yaxşı məlumdur. Amma bəzi vətəndaşların Ramil Səfərovla bağlı xoşagəlməz fikirlər bildirmələri ikrah hissi yaradır. Bu, qəbuledilməzdir. Həmin adamlar layiqli cəzalarını Azərbaycanın hüquq mühafizə orqanlarından almalıdırlar. Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir. O, çox təvazökar adamdır. Onunla bir neçə dəfə ünsiyyətdə olmuşam. Ramil Səfərov deyir ki, istənilən azərbaycanlının etməli olduğu hərəkəti edib və bu gün də eyni addımı atmağa hazırdır. Torpaq, vətən uğrunda canlarını qoyanlar ən böyük hörmətə layiqdirlər. Hərbçinin peşəsi vətəni müdafiə etməkdir. Bu gün bəzi insanlar ordu haqqında xoşagəlməz fikirlər söyləyirlər. Bu, çox təəssüf hissi doğurur. Biz hər birimiz ordumuza, peşəsi vətəni müdafiə etmək olan hərbçilərimizə hörmət və ehtiram göstərməliyik. Dövlətimizi, bayrağımızı, ordumuzu, hərbçilərimizi qorumaq hər bir kəsin vətəndaşlıq borcu olmalıdır. Biz imkan verməməliyik, ordumuzu və onun zabitlərini kimsə nüfuzdan salmağa cəhd etsin. Biz hər zaman ordunu qorumalıyıq. Mübariz İbrahimov, Ramil Səfərov kimi qəhrəmanlar filmlərdə olur. Belə qəhrəmanlarımıza hörmət göstərməliyik. Bu ordu bütün xalqındır, hər kəsi qoruyur”.
 
E.Həsənli Avropa Məhkəməsinin Azərbaycan vətəndaşlarının müraciətlərini təmin etməməsi məsələsinə də toxunub: 
 
“Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Azərbaycan vətəndaşlarının, məcburi köçkünlərin, eyni zamanda Qərbi Azərbaycandan olan vətəndaşlarımızın müraciətlərini görüb, amma dinləməyib. Bütün bu məsələlər birdəfəlik bitməlidir. Bunun da bir yolu var. Böyük güclər imkan versinlər, torpaqlarımızı azad edək. Yoxsa xalqımız səfərbər olaraq torpaqlarını azad edəcəkdir. Mübariz kimi, Ramil kimi övladları olan xalqın torpaqları işgal altında qalmayacaqdır. Bu gün Azərbaycanın güclü ordusu var”.

Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

Nazirlikdən verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.      /Ayna.az/

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Yenisabah.az paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə XƏBƏRDARLIQ
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?”
Millət vəkili Aqil Abbas İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən maraqlı fikirlər səsləndirib.

Oxu.az xəbər verir ki, mədəniyyətimizin təbliği mövzusunda həmsöhbət olan millət vəkili Mədəniyyət Nazirliyinin keçirdiyi Dolma festivalını misal gətirərək deyib:

“Ermənilər deyir, dolma bizimdir. Biz də onların acığına Dolma festivalı keçirdik. Çempion kim oldu? Braziliya! 

Tahir Əmiraslanov deyir ki, 200 dolma növümüz var. Bəs necə olur ki, Braziliya o boyda yolu gəlib, çempion oldu? Deməli, sənin deyil də dolma”. 

 

DİQQƏT! Bunu edənlər 200 manat cərimə edilirAzərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

XəzərXəbər-in məlumatına görə, BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

"Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur.

Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.

Karantin cərimələri tutulmağa başladıAzərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödənilməsi prosesinə başlanılıb.

 Qafqazinfo-nun verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən tətbiq olunan cəriməni 40 gün müddət tamamlandığı halda ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub. 

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

“Məhkəmə cərimənin həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər. 

Lakin qərarla razılaşmayaraq, protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib. 

İyunun 1-dən başlayaraq, məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.

190 manatlıq yardım yenidən verilə bilər
Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi.

Karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb.

Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olunmayan müəssisələrin əməkdaşları və aztəminatlı insanlara 190 manatlıq yardım edilə bilərmi?

Məsələ ilə bağlı deputat Musa Quliyev “Sonxeber.az”a açıqlama verib.

Deputat bildirib ki, bu edilə bilməz və edilməli də deyil:

"Çünki insanları yavaş-yavaş əməyə istiqamətləndirməliyik. İnsanlarımız işləməlidirlər və eyni zamanda iqtisadiyyatımız davam etməlidir.

Çünki koronavirusun nə qədər davam edəcəyini hələ bilmirik. Bəlkə də biz bu virusla uzun müddət yaşayacağıq. Ona görə də həyatımızı evə qapatmalı deyilik.

Karantin rejiminin əks-epidemik tədbirlərinə riayət etməklə yavaş-yavaş fəal həyata qayıtmalıyıq. Dünyanın bir çox ölkələrində artıq fəal həyata qayıdırlar.

İnsanlar da öz əməkləri ilə məşğul olmalı, iqtisadiyyatımıza kömək etməli və özlərinin sosial həyatını yaxşılaşdırmaq barədə düşünməlidirlər.

Yəni biz bu yayı da işləməsək payızda, qışda daha ciddi ərzaq qıtlığı ilə üzləşə bilərik. Bunlar hamısı nəzərə alınmalıdır.

Şübhəsiz ki, təcrid rejimindən çıxıb artıq sosial məsafə rejiminə keçməliyik. Sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etməklə həyatımızı davam etdirməliyik. Artıq bütün dünya olaraq yeni bir yaşam tərzinə keçmişik.

Bu yaşam tərzinin şərtlərinə uyğun həyatımızı davam etdirməliyik".

Bakı metrosunda karantin qaydaları niyə pozulur?
Bakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.

Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd olunub.

Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:

“Metronun “Memar Əcəmi” , “Nəriman Nərimanov”, “Elmlər Akademiyası”, eləcə də “Şah İsmayıl Xətai” stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür. Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar. Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?

Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır. Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.

O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:

“Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir. Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər. Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.

Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir”.

B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:

“Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib. Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur. Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər. Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq”.

Bu  gün bu ərazidə su olmayacaq
Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq.
 
Bu barədə “Report”a “Azərsu” ASC-nin İşlər idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib. 
 
Onun sözlərinə görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Xocalı prospektinə, eləcə də M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov və R.Əliyev küçələrinə içməli suyun verilişi dayandırılacaq.
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyov - Müsəlman şərqində ilk demokratik Cümhuriyyətin Azərbaycan torpağında yaranması, məhz xalqımızın o dövrdə, yəni XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları uğurunda yaşaması ilə sıx bağlı olmuşdur. Həmin illərdə qabaqcıl şəxsiyyətlər, mütəfəkkirlər, ziyalılar və s. xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hər biri də, məhz Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına səbəb olmuşdur. Əslində XX əsr tariximiz dörd mərhələyə bölünür. Birinci mərhələni Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün şərait yaradan əsrin əvvəlləri təşkil edir. Bu mərhələdə Azərbaycan mədəniyyətində, maarifində, milli mətbuatında və digər sahələrində olduqca mühüm nailiyyətlər əldə olunur. İkinci mərhələ Çar Rusiyası süquta uğradıqdan sonra, ölkəmizin ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür. Bu tarixi mərhələdə Azərbayan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi islahatlar sayəsində dövlətçilik atributları, yəni--öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrilir. Üçüncü mərhələ 1920-ci ilin aprelindən 1991-ci ilədək olan dövrü əhatə edir. SSRİ-nin yaranması Azərbayan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulması yolunda əsas səbəb olur və həmin vaxtdan uzun illərin keçməsinə baxmayaraq, Cümhuriyyətin fəaliyyətinə, onun tariximizdə oynadığı rola, liderlərinin xalqımızın və dövlətimizin qarşısındakı xidmətlərinə hər zaman yüksək qiymət verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna xidmtələri olan Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov və s. kimi görkəmli ictimai xadimlərin xatirəsini, bu gün də qədirbilən xalqımız böyük ehtiramla yad etməkdədir. Çünki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövrundə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər, xalqımızın tarixində silinməz izlər buraxmışdır. Cümhuriyyət 1920-ci ilin aprelində qırmızı bolşevik istilası səbəbindən süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.

1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Cümhuriyyətin idealları davam etdirildi və bu tarixi varislik üzərində yeni müstəqil, suveren dövlətimiz yaradıldı. Onu da unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf istiqamətlərinin müəyyənləşməsində müstəsna xidmətləri olan bir tarixi sima vardır. Həmin şəxs xalqımızın böyük oğlu, bütün həyatını və fəaliyyətini Azərbaycanın yüksəlməsinə, yüksəlişinə həsr etmiş ümummilli lider Heydər Əliyev idi. Bəli, bu da bir faktdır ki, müstəqillik yolunda kövrək addımlar atan, inanılmaz çətinliklər və təzyiqlərlə üzləşən xalqımızın dövlət quruculuğu proseslərini həyata keçirmək imkanı əldə etməsində, Ulu Öndərin müstəsna rolu olmuşdur. Xalqımız çətin tarixi bir dövrdə dövlətçiliyimizi xilas etmək üçün üzünü Naxçıvana tutdu və Heydər Əliyevi Azərbaycana yenidən rəhbərlik etməyə dəvət etdi. Həmin tarixi gün Azərbaycanın müasir tarixinə şərəfli iz saldı və dövlətimizin qurtuluş yolu Naxçıvandan başlandı. Bizim bu gün dünənki şərəfli tariximizlə fəxr etməyə, öyünməyə haqqımız var. Müstəqilliyimizin ilk illərindən Heydər Əliyev kimi qüdrətli bir şəxsin təkrar hakimiyyətə qayıtması nəticəsində, respublikamızda yaranmış gərginlik aradan qaldırıldı və ictimai sabitlik bərpa olundu. Ümummilli liderin rəhbərliyi altında dövlət quruculuğu prosesi həyata keçirildi. Neft strategiyasının əsas istiqamətləri işlənib hazırlandı və qısa zaman kəsiyində “Əsrin müqaviləsi” kimi əhəmiyyət daşıyan müqavilə imzalandı, qlobal islahatlar həyata keçirilməyə başlanıldı. Bütün bunlar əldə olunan müvəffəqiyyətlərin təməli oldu. Fakt budur ki, biz belə bir nailiyyətlərə Ulu Öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində nail olmuşuq. Azərbaycan xalqı Prezident İlham Əliyevin bugünkü fəaliyyətində, məhz ümummilli lider Heydər Əliyevin siyasi xəttini görür, atdığı hər addımda onun müdrikliyini hiss edir. Ötən illər ərzində baş verən ictimai-siyasi proseslər insanların dünyagörüşünə, vətəndaşların hadisələrə yanaşmasına və siyasi fəallığının artmasına ciddi təsirini göstərmişdir. Bəli, hər kəsə bəllidir ki, böyük öndər, dünya şöhrətli siyasətçi, xalqımızın tarixi xilaskarı Heydər Əliyev, respublikamızda reallaşmış əzəmətli işlərin müəllifi və təşkilatçısı olmuşdur. Bundan sonra da, demokratik cəmiyyət quruculuğu prosesində böyük irəliləyişə nail olmaq üçün əsas vəzifə, məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kurs davam etdirməkdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu kursu uğurla davam etdirir və lazımi uğurların əldə olunmasına da nail oluruq.

Artıq 1990-cı ildən ölkəmizdə Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi dövlət bayramı günü olaraq qeyd olunmaqdadır. Yəni, hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur və 1918-ci ilin həmin günü Xalq Cümhuriyyətinin yaradılması elan olunmuşdur. Düzdür, şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, məhz onun varlığı dövlətçilik tariximizdə çox böyük tarixi əhəmiyyət daşımışdır. Ona görə də, Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə ürəkdən təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti, milli dövlətçiliyimizə inkişaf, müstəqilliyimizin isə əbədi olmasını arzu edirəm.