![]() |
![]() |
Trend xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyun ayının 15-ə qədər şəhərlərarası sərnişindaşımada məhdudiyyətin vaxtı uzadıldı. Bu müddət ərzində şəhərlərarası sərnişindaşımanın ictimai nəqliyyatın, avtobusların xidmətlərindən istifadə olunması qadağan olsunsa da, DANX ölkə üzrə yaxın istiqamətlərdə iş yeri olan vətəndaşların gediş-gəlişini təmin etmək məqsədi ilə yeni qaydalar hazırlayıb. Bu qaydalara əsasən qurum tərəfindən fərqlənmə nişanı alan taski sürücüləri, şəffaf arakəsmə də quraşdırmalıdırlar. Yalnız həmin sürücülər ölkə üzrə yaxın məsafədə şəhərləarası sərnişin daşımanı həyata keçirə biləcəklər”.
N.Allahyarova əlavə edib ki, həmin avtomobillərin damında mütləq taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən fərqləndirici nişan olmalıdır. //Trend
Bu sözləri uzman həkim Vasif İsmayıl havaların istiləşməsi ilə koronavirusa yoluxma hallarının aradan qalxa biləcəyi ehtimalına aydınlıq gətirərkən deyib.
Həkim bildirib ki, “İstilər düşdüyü zaman virusun zəifləməsi mexanizmi fərqlidir. Yəni bu, hava isindiyi üçün virus öləcək deyə bir şey deyil. Bu, ondan irəli gəlir ki, isti aylarda insanlar daha çox hərəkət edirlər, özlərini daha yaxşı hiss edilər ki, bu da onların immun sistemini möhkəmləndirir. Ona görə də biz deyirik ki, virusun sürəti aşağı düşəcək. Amma gördüyünüz kimi virus elə də aradan qalxmayıb. Yenə də yoluxmalar davam edir”.
V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:
“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər.
İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.
İnsanların mütləq şəkildə kütləvilikdən kənar olmalarını tövsiyə edən həkim toy və yas mərasimləri ilə bağlı fikirlərini də açıqlayıb:
“Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək. İnsanlar bunu bilsinlər. Ola bilsin ki, müəyyən qaydalar və məhdudiyyətlərlə bu, baş tutsun. Amma mən inanmıram ki, bir müddətə qədər buna icazə verilsin. Çünki belə məclislər ən kütləvi yoluxma şəkillərindən biridir”.
Bu barədə trend-ə açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra qurumun idarə heyətinin toplantısı keçirilib:
"Toplantıda Operativ Qərargahın tapşırıq və tövsiyələri elan edilib. İdarə Heyətinin sərdi Yusif Qədimovun tapşırığı ilə ticarət mərkəzinin bütün ərazilərində ciddi dezinfeksiya tədbirlərinə başlanılıb. Bazar rəhbərliyi bildirib ki, ticarət mərkəzi ərazisində Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə ciddi əməl edilməlidir. Tapşırıq verilib ki, ticarət mərkəzində bütün sahibkar və satıcılar əraziyə daxil olarkən tibbi maska və qoruyuculardan istifadə etməlidir. Sahibkar və satıcıların maskasız ticarət mərkəzinin ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, gün ərzində mərkəzin nəzarət komissiyasının əməkdaşları mütəmadi olaraq bazar ərazisində monitorinqlər keçirəcək, maskasız sahibkar və satıcılar tənbeh olunacaq. Rəhbərliyin tapşırığı ilə ilkin olaraq 15 min ədəd ehtiyat maska alınıb. Nəzarət komissiyasının əməkdaşları bazar ərazisində gündəlik reydlər keçirəcək, maskası olmayan sahibkar və satıcılara pulsuz maska paylanacaq".
M.Qədimov bildirib ki, bazar ərazisində koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr vurulub: "Mərkəzin əməkdaşları gün ərzində bazar ərazisində müştərilərə sosial məsafəni qorumaq üçün tövsiyələr edəcək, ticarət cərgələrində sıxlıq yaranmaması üçün lazım olan tədbirlər görüləcək".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin qaydalarının yumşaldılması ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, mayın 31-i saat 00:00-dan etibarən ölkədə bütün iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti bərpa olunur.
Bu barədə oxu.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
COVID-19 pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Bura parklar, uşaq meydançaları, inzibati binalarla yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilər dezinfeksiya edilir.
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaları xəbərdarlıq edilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.
Bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, İnzibati Xəar Məcələsinə təklif edlən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
K. Cəfərov qeyd edib ki, tibbi maskadan istifadənin zəruriliyini doğru hesab edir: "Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda, onlar bilmədən digər şəxsləri də yoluxdura bilər. Tibbi maskadan istifadəmin əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Cəmiyyətdə bir sıra fikirlər mövcuddur ki, tibbi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yanlışdır. Həkimlər hesab edir ki, adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır. Ona görə vətəndaşlarımızdan xahiş edirəm ki, şəxsi sağlamlıqları və cəmiyyətin ümumi rifahı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qərarlara əməl etsinlər"
Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
Bu qərardakı tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, ölkə ərazisində "Binə" və "Sədərək" kimi iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Buna baxmayaraq, bəzi məhdudiyyətlər isə iyunun 15-dək qüvvədədədir. Qərara əsasən, toy məclislərinin təşkili ilə bağlı qadağa da qüvvədə qalır.
“Bu, ikinci dalğa deyil. Mən həmişə demişəm ki, ikinci dalğa söhbəti yoxdur. Xəstəlik artıb-azala bilər”.
Bunu ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusun artım statistikasından danışarkən deyib. Cəlal İsayev deyib ki, bu epidemiyanın gediş xüsusiyyətləri belədir: “Bir gün çox olar, bir gün az. İkinci dalğa isə odur ki, epidemiya sönür və birdən-birə qalxır. Əgər insanlar verilən tövsiyələrə əməl eləsələr, xəstələnmələrin sayı azalacaq, əməl etməsələr, yoluxanların sayında artım müşahidə olunacaq”.
Cəlal İsayev qeyd edib ki, xəstəliyin çoxalmasının Bakı ilə rayonların arasında məsafənin açılmasına hər hansı bir təsiri olmaz: “Hər halda bunlar Operativ qərargah tərəfindən müəyyən edilir və qərar verilir. Etibar eləsək ki, insanlar qaydalara əməl edəcəklər, nəqliyyatda maska taxacaqlar, sosial məsafə saxlayacaqlar, o zaman icazə verilsin. Amma mən insanlara o qədər də ümid bağlamıram. Hər şey gözümün qabağındadır. Heç kim sosial məsafə saxlamır, maska taxmır, laqeyd yanaşır. Rayonlardakı vəziyyət təhlil olunandan sonra bu qərarı vermək olar”.