![]() |
![]() |
Tanrının yaratdıqları içərisində ən çox şərəflisi , dəyərlisi insandır. Bəşər övladı olan insan ona bəxş edilən ömrü bəzən çox gərəksiz xərcləyir.Ona verilən imkanlardan , şanslardan istifadə etmədən , heç bir iz qoymadan ömrü başa vurur. Bu hal əslində böyük əksəriyyətin qismətinə düşür.
Lakin ona verilən ömür payını çox yüksək dəyərləndirən , şərəfləndirən , sözün həqiqi mənasında ömrə ziynət verən insanlar da var . Az da olsa var !
Haqqında danışmaq istədiyim qəhrəmanım da belələrindəndir.
Elman Camal oğlu Məmmədov . Əslində bu ad , bu sima Azərbaycan ictimaiyyətinə çox tanışdır.
Ancaq bu ad və simanın altında çoxlarına məlum olmayan elə dəyərlər , elə insani keyfiyyətlər dayanır ki , bu xüsussiyyətlərə malik olmaq üçün insana nə vəzifə , nə titul kömək edir . Bunun üçün halal süd əmməli , halal çörək yeməlisən , xəmirin halalıqla yoğrulmalıdır. Necə ki , bu Elman müəllim də belədir.
Uzun illər müxtəlif vəzifələrdə çalışan , Qarabağ müharibəsi veteranı , millət vəkili Elman müəllim əslində təkcə bir məmur , ictimai xadim , millət vəkili kimi deyil , dəyərli bir insan , əsl vətəndaş , şərəf və ləyaqəti hər zaman həyat kredosu edən bir şəxsiyyətdir.
Vətənin çətin anında , doğma Qarabağımızın qanlı-qadalı günlərində o hər zaman canı , qanı əqidəsi və prinsipləri ilə xalqa xidmət yolunu tutub , bu amala köklənib. Bütün bunları əməllərində nümayiş etdirib .
Pərən-pərən düşmüş , Qarabağ , Xocalı dərdlərini ürəyində gəzdirən soydaşlarımızın problemlərini , qayğılarını , dərd-sərlərini Elman müəllim hər daim çiyinlərində daşıyır. Onlara azacıq da olsa sevinc bəxş etmək , dərdlərini azaltmaq üçün əlindən gələni əsirgəmir.
Elman müəllim hər zaman dövlətimizə , dövlətçiliyimzə dürüstlüyü, sadiqliyi ilə ön sırada olub. O , öz çıxışlarında Ulu Öndərlə bir zamanda işlədiyi üçün fəxarət hissi keçirdiyini dəfələrlə vurğulayır.
Bu gün də Elman müəllim Cənab prezidentin yanındadır , onun uğurlu siyasətini hərarətlə dəstəkləyir , bu yolda öz köməyini və dəstəyini əsirgəmir.
Ali Qanunverici orqandan xalqımızın taleyüklü məsələlərinin həllində yaxından iştirak edir. Seçicilərinin haqq səsini , hüquqlarını yetərincə müdafiə edir.
Bu gün Elman müəllim ömrünün ən məsuldar və müdrik çağındadır. O , hörmət-izzət sahibi , xalqın sevilən ictimai xadimidir.
Ömrünüz uzun olsun , Elman müəllim !
Hər zaman hörmətli . dəyərli , mötəbər olasınız!
Sizə də ancaq bu yaraşır !
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın gələcəkdə dağılma ehtimalı yoxdur.
Müdafiə nazirimiz Zakir Həsənov Rusiya mətbuatına verdiyi müsahibədə əslində ermənilərin arxasında kimin durduğuna tam aydınlıq gətirdi.
Keçən əsrin 70-ci illərində amerikalı kimyaçı alim, 2 dəfə Nobel mükafatı laureatı Laynus Polinq onkoloji xəstəliklərin terapiyasında venadaxili yüksəkdozalı vitamin C-nin tətbiqi zamanı müalicə effektinin xeyli yaxşılaşması haqqında məlumat verib.
Şəkərli diabet xəstəliyi üçün xəstəliyin ağırlaşdırıcı mərhələsində çıxış yolu kimi aşağı ətrafların – ayaqların amputasiyası geniş yayılıb.
Rusiya Qarabağın məsuliyyətini üzərinə götürmək istəmir.
Sərkisyan rejiminin qurduğu oyun öz başında çatlaya bilər
Tramp Kubanı öz hakimiyyəti altında saxlamaqla Rusiyadan uzaqlaşdırmaq istəyir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib.