
![]() |
![]() |
Trampla heç kim işləmək istəmir, Ağ Ev sahibi komandasının üzvlərini əlcək kimi dəyişir.
Azərbaycanda bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası ilə bağlı olsa da, çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gəlib.
Azərbaycanda Bioloji Təbabət Klinikası tibb sahəsində inqilaba imza atıb.
Bu gün Azərbaycanda şəkərli diabet xəstələri artıq ayaqlarının kəsilməsi halları ilə üz-üzə qalmayacaqlar.
Ağrılarına çarə tapa bilməyən diabet xəstələri yaşamaq üçün ayağının kəsilməsinə dair çətin qərarla üzləşməyəcəklər. Çünki Azərbaycanda xalqa xidmət edən Bioloji Təbabət Klinikasının tibb dünyasındakı inqilabı sayəsində şəkərli diabet xəstələri ayaqları kəsilmədən sağlamlıqlarına qovuşacaqlar.
Biotənzimləyici müalicə üsullarından istifadə edən Bioloji Tibb klinikasında artıq 100-dən çox diabet xəstələrinin aşağı ətraflarında olan trofik xora yaraları tam müalicə edilib. Bu xəstələrin aşağı ətraflarının amputasiya olunmasına ehtiyac qalmayıb.
Xatıladaq ki, Azərbaycanda xidmət göstərən Bioloji Təbabət Klinikası bizim bildiyimiz ənənəvi müalicə üsullarını tətbiq etmir. Bioloji Təbabət Klinikası əslində alman üsulu ilə insan bədənindəki fiziki narahatlıqları normaya salır və daha sağlam bir şəkildə müalicəni tətbiq edərək xəstələrə xidmət göstərir.
Trofik xora yaraları olan xəstələrdən birinin müalicəsindən bəhs edən video-çarxı sizə təqdim edirik:
Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89
Tarix boyu Azərbaycan öz maddi və mənəvi sərvətlərilə coğrafiyaşünasların diqqət mərkəzində olmuş, yetirdiyi böyük şairləri, alimləri, mütəfəkkirləri və filosofları ilə tanınmışdı.
"Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq”.
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.
Son illər səhiyyə sistemində gedən əsaslı dəyişikliklər danılmaz faktdır. Modern , dünya standartlarına cavab verən , hər cür maddi-texniki baza ilə təchiz olunmuş o cümlədən hərtərəfli bilik və bacarıqlara yiyələnmiş , yüksək ixtisaslı tibbi personala malik şəfa ocaqlarımız belə deməyə əsas verir.
Artıq vətəndaşlarımızın uzaq və yaxın xaricə uz tutmaqlarına ehtiyac yoxdur. İstər paytaxtımızda , istərsə də bölgələrimizdə fəaliyyət göstərən xəstəxanalar , hospitallar günün reallığı ilə ayaqlaşır , müasir standartlara cavab verirlər.
Belə şəfa ocaqlarından biri də Sabirabad Rayonu Mərkəzi Xəstəxanasıdır. Xəstəxana müasir tipli binada yerləşir. Hər cür maddi- texniki baza ilə təciz edilmişdir. 320 çarpayıdan ibarət xəstəxana 7 şöbəni əhatə edir.Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-ginekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana bu qəbildəndir.Rayon Mərkəzi Xəstəxanasına Əziz Mikayılov rəhbərlik edir. Xəstəxanada 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir.
Bu xəstəxananın hər zaman gözəl və müsbət ənənələri olub, hal- hazırda da davam etməkdədir. Başda rəhbərlik olmaqla bütün tibbi personal pasiyentlərin yüksək qayğı və diqqətlə əhatə olunması üçün əllərindən gələni əsirgəmir. Yüksək nizam-intizam , ciddi qayda-qanun hər addımda hiss olunur.Burada bir prinsip var . Bu şəfa ocağına üz tutan hər kəs sağ- salamat , yüksək əhval-ruhiyyə və cansağlığı ilə doğmalarının , əzizlərinin yanına , öz isti ocaqlarına dönsünlər.
Xəstəxanada olarkən Əziz həkimin mütəmadi olaraq bütün palataları gəzdiyinin, ayrı- ayrılıqda hər bir xəstəyə fərdi yanaşdığının , onlara yüksək qayğı və diqqət göstərdiyinin bir daha şahidi olduq. Təbii ki , bu bir örnəkdir. Bütün kollektiv üçün nümunədir.
Məqsəd rayon sakinlərinin , ümumiyyətlə xəstəxanaya üz tutan hər bir şəxsi razı salmaq , onlara ən müqəddəs nemət olan cansağlığı bəxş etməkdir.
Doğrudur hər yerdə olduğu kimi burada çətinliklər var . Lakin xəstəxana rəhbərliyi və heyəti bu çətinliklərin öhdəsindən gəlmək üçün əzmlə çalışır.Əhaliyə daha da yüksək xidmət göstərmək üçün bütün imkanları səfərbər edir.
Onu da qeyd etmək istərdim ki , onsuz da həkimlərin , tibb işçilərinin zəhməti sonsuz , əməyi böyükdür . Ulu Tanrıdan sonra bizə ikinci həyat verən həkimlərdir. Bunu danmaq , inkar etmək ən azı vicdansızlıqdır.
Biz cəfakeş həkimlərə , bu ağ xalatlı müqəddəs insanlara borcluyuq.
Ömrünüz uzun , canınız sağ , əhval-ruhiyyəniz hər zaman yüksək olsun !
Siz bütün bəşəriyyətə lazımsız əziz tibb işçiləri !