![]() |
![]() |
Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.
Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb.
Azərbaycanda Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edilib.
Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gəlib.
Millət vəkili Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumunda iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Milli Dəstək APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev Heydər Əliyev məzarı önünə əklil qoyub.
Sonra dövlət himni səslənib.
Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 14 il keçir.
Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 ili tamam olur. Düz 25 ildir ki , bu partiya Ümummilli liderimiz Heydər Əliyev ideyalarına əsaslanaraq xalqa , vətənə , dövlətçiliyə ləyaqətlə xidmət edir. Yeni Azərbaycan Partiyası iqtidarda oiduğu bu illər ərzində respublikamızın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmələnib, regionun lider dövlətinə çevrilib. Təbii ki , bütün bunlar əbədiyaşar prezidentimiz Heydər Əliyev ənənələrinin layiqli davamşısı İlham Əliyevin və birinci vitse – prezident Mehriban xanım Əliyevanınm müstəsna xidmətlərinin nəticəsidir.
Bu böyük bayram - Yeni Azərbaycan Partiyasının yaranması münasıbəti ilə Cənab prezident İlham Əliyevi və vitse- prezident Mehriban xanım Əliyevanı təbrik edirəm. Dövlətimizə və dövlətçiliyimizə layiqli xidmətdə onlara cansağlığı və naliyyətlər arzulayıram . Hər zaman zirvələrdə olasınız !
Heydər Əliyev Siyasi Kursu -Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzinin rəhbəri Nəbi Qafarov .
Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilir.
Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edir.
Dövlət başçısı mərasimdə nitq söyləyir.
Yanacaqdoldurma məntəqələrində “Aİ 98” markalı super benzinin satışı dayandırılıb.
Super markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır. Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb.
Ü. Həbibbəylinin sözlərinə görə, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər “Aİ 95” kimi tanınan “Premium” markalı benzindən istifadə edə bilərlər.
Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.
Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir.
Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rus həmkarı Vladimir Putinin görüşdən sonra keçirdiyi mətbuat konfransı problemsiz ötüşməyib.
Konfransda sinxron tərcümənin olmaması çətinlik yaradıb.
Lakin Vladimir Putin qısa zamanda bu problemin həllini tapıb. O, tərcüməçiyə mikrofona yaxınlaşmağı xahiş edib. Tərcüməçinin müşayiəti ilə keçirilən konfansda bir çox suallar cavablandırılıb.