Son xəbərlər

 

 

Xəbər verdiyimiz kimi, prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.

Artıq yeni qurumun əsasnaməsi də təsdiq olunub və səlahiyyət çərçivələri müəyyənləşib. 

Əsasnaməyə görə agentlik  qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Əsasnamə ilə agentliyin qarşısına ümumilikdə 46 vəzifə qoyulub. Bunların bəzilərini təqdim edirik: 

-  ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq, reyestrini aparmaq;

- gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək;

-  qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);

- qanunla müəyyən edilmiş hallarda və qaydada istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul etmək;

- qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarət etmək;

- qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirlər görmək;

- təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək;

- genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

- ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlamaq;

- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

Əsasnamə ilə Agentliyə verilmiş hüquqları tam olaraq təqdim edirik:

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.0.6. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək, xüsusi bülletenlər və digər çap məhsulları buraxmaq;

4.0.7. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.0.9. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;

4.0.10. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlarda iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

4.0.12. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin satış, xidmət və saxlama sahələrinə daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida məhsullarının müayinəsini həyata keçirmək;

4.0.13. müvafiq sahədə elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətləri göstərilməsini təşkil etmək;

4.0.14. müvafiq sahədə islahatların aparılmasına dair təkliflər vermək;

4.0.15. müvafiq sahədə əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər görmək, məlumatlar vermək;

4.0.16. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəməyə iddia (ərizə) ilə müraciət etmək və öz adından məhkəmədə iştirak etmək;
4.0.17. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

“Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Aylı gecələr”. Çoxları onu bu şeirlərinə yazılmış mahnılardan tanıyıb. Onun şeirlərinə yazılmış yüzlərlə mahnı dillər əzbəri olub, klassikaya çevrilib və indinin özündə də sevilə-sevilə dinlənilir.

Ardını oxu...

 

 









 Bu gün Yasamal rayonu Heydər Əliyev Mərkəzində  Heydər Əliyev Siyasi Kursu -Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli  Dəstək Mərkəzinin təşəbbüsü ilə “ Heydər Əliyev və Azərbaycan Bayrağı “ mövzusunda dəyirmi masa təşkil edildi. Tədbirdə respublikamızın bir sıra tanınmış elm , incəsənət , ədəbiyyat xadimləri , media nümayəndələri iştirak etdi.  Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı və Ulu Öndərin Azərbaycan bayrağı  haqqında qiymətli fikirlərin dən ibarət video rolik nümayiş edildi. Sonrai tanınmış jurnalist Elmira Nüsrətqızı  qonaqları salamladı və çıxış üçün ilk sözü Azərbaycan Dövlətinə və Prezidentinə Dəstək Mərkəzinin rəhbəri Nəbi Qafarova verdi. Nəbi Qafarov əbədiyaşar prezidentimizin “müstəqilliyi qazanmaq nə qədər çətindirsə , onu qoruyub saxlamaq  ondan da çətindir ”- fikirlərinə istinad edərək H. Əlievin Azərbaycanın müstəqilliyi və dövlətçiliyi mıövzusunda geniş nitq söylədi. O qeyd etdi ki , ulu Öndərin siyasi kursunun davamçısı Cənab prezident İlham Əliyevin ətrafında sıx bırləşərək dövlətimizə və dövlətçiliyimizə ən böyük və layiqli dəstək olmaq hər bir vətəndaşın  ən müqəddəs borcudur.


   Növbəti natiq Azərbaycan Tibb Universitetinin müəllimi  , dossent Rəşid Mahmudov məzmunlu çıxışı ilə hamının alqışını qazandı.O bildirdi ki , üçrəngli bayrağımız Ulu Öndərin bizə yadigarıdı. Biz onu göz bəbəyimiz kimi qorumalıyıq.

  Yasamal rayonu İcra hakimiyyəti  ictimai- siyasi şöbə müdiri Vaqif Məmmədov tədbirdə çıxış edərək belə bir möhtəşəm  tədbirin təşkili üçün Nəbi Qafarova təşəkkürünü bildirdi və hər zaman belə tədbirləribn keçirilməsində hərtərəfli dayaq və dəstək olacaqlarını söylədi.

 
  Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov , Azərbaycan İdeal Sülhün Təbliği Fondunun sədri Əlikram Müzəffərli , “Vedibasar “ qəzetinin baş redaktoru Səltik İslamoğlu , Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru Azad Şükürov , şairə Şərafət Dağıstanlı , Mərkəzin Qadınlar Şurasının sədri Cəvahir xanım , hüquqşunas Hüseyn müəllim , jurnalistlər Ədalət Nəsibov ,  Rauf İlyasoğlu və başqaları çıxış edərək Azərbaycan bayrağı haqqında qiymətli fikir və mülahizələrini bölüşdülər.

  Sonda dəyirmi masa iştirakçıları tanınmış müğənni İlham Hüseynovla bərabər “ Yol ver , türkün bayrağına “ mahnısını ifa etdilər.

  Tədbir Heydər Əliyev Mərkəzində  xatirə şəkli çəkilməklə yekunlaşdı.

                               
  Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.

  APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

                                   
   Yaranmışların ən alisi olan insan övladı çox şeyə qadirdir.  Yetər ki , sonsuz istək və həvəs olsun. Yetər ki , qabiliyyət və əzmkarlıq olsun . O zaman xarüqələr ortaya çıxır ,  tanrının yaratdıqları bir də insan əli ilə daha əsrarəngiz olur. Bəşər cəmiyyəti yarandığı gündən insanlar müxtəlif peşə və sənətlə məşğul olub. Hər kəs istədiyi qədər , baçardıığı qədər öz sənətini , peşəsini yüksəltməyə çalıb. Sənətin yaxşısı , pisi olmaz deyiblər . Sənət əsl sənətkar əlində dəyərli olur . Bütün sənəd və peşələr  gözəldir. Bir sənət isə vardır ki , başqa sənədlərdən fərqlidir , xüsusidir. Haqqında danışacağım qəhrəmanım da məhs bu xüsusi, fərqli , müqəddəs sənətin sahibidir. Çörəkçi !  “Bərdə-Çörək” ASC -nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev ! 

                        
   Gözəl bir deyim var. “ Çörəyi ver , çörəkçiyə”...Necə ki , bu müəssisəni Məhərrəm müəlimə etibar edəndə yanılmamış , etibarlı və işini bilən insana  etimad göstərmişlər.Xatırlatma üçün bildirim ki , bu müəssisə 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib.Hal- hazırda Qarabağ regionunda ən böyük çörək zavodu olan bu müəssisənin sutkalıq gücü 55 tondur. Gündəlik on tonlarla çörək istehsal edilərək  Bərdə və ətraf rayonların çörəklə təmin edilməsini həyata keçirir.

        Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatı qarşıya qoyulmuş strateji məsələlərdəndir. Məhərrəm müəllimin rəhbərlik etdiyi müəssisə bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Çünki yaradılan hərtərəfli şərait  , səriştəli rəhbərlik , zəhmətkeş kollektiv  belə deməyə əsas verir.

                              
    Çörək  vermək , insanların süfrəsini bu müqəddəs nemətlə bəzəmək şərəfli və müqəddəs işdir. Belə bir iş , belə bir vəzifə isə hər kəsə nəsib olmur. Gərək o qədər halal , o qədər dürüst olsan ki , qismətinə belə gözəl  əməl yazıla .. . Necə ki , bu qismət Məhərrəm müəllimin ömür payına yazılıb.

İşiniz avand , ömrünüz uzun , ruziniz bol olsun , Məhərrəm müəllim !

 

 

                                              
   Paytaxtımızda bir təhsil ocağı var. Y. Kovalyov adına 229 saylı  tam orta təhsil müəsissəsi. Məktəb  1952-1953-cü illərdən fəaliyyət göstərir. 1992-ci il 7 noyabrdan Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyır.

  Məktəbdə təlim  2 dildə - Azərbaycan və rus dilində və 2 növbədə keçirilir.   Bu qocaman təhsil ocağı  öz uğurları  ilə hər zaman öyünüb. Belə ki  2010-2011-ci tədris ilində məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş və 2011-ci ilin 28 iyununda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "İlin məktəbi" adına layiq görülmüşdür. Həmçinin yüksək balla ali məktəblərə qəbul olunanlar , prezident təqaüdünə layiq görülənlər , olimpiyada qalibləri , müxtəlif səpkilərdə təşkil edilən müsabiqələrin qalibləri  məktəbin  uğurlarının davamıdır. Belə ki , yüksək balla ali məktəbə qəbul olaraq prezident təqaüdünə layiq görülmüş Kazımova Adilə, FELEX proqramının qalibi Piriyeva Günay, Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr edilmiş, Nizami rayon YAP-sı tərəfindən keçirilmiş şeir müsabiqəsində I yeri qazanmış Vəfa Qasımova , VII siniflər arasında keçirilən biologiya fənni üzrə Respublika olimpiadasında I yerə layiq görülmüş  Ləman Sadıqova və Oksana Əhmədova  sadaladıqlarımıza əyani nümunədir.    

    Məktəb fəaliyyətini günün tələbləri , müasir təhsilin standartları əsasında formalaşdırılmışdır.. Baza tədris planının tətbiqi ilə əlaqədar olaraq şagirdlərin meyl, maraq və arzuları öyrənilmiş, müxtəlif təhsil sahələri üzrə seçmə və təmayüllü siniflər yaradılmışdır.

  Məktəbdə   2015- ci ildən şagirdlərdən ibarət “Kiçik Akademiya” yaradılmış, müxtəlif elm sahələri üzrə tədqiqat işi aparan şagirdlər müsabiqələrə qoşulmuşlar. 2015-ci ildən "Sabahın alimləri" adlı beynəlxalq müsabiqədə iştirak etmişlər. 2015-2016-cı tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyun 2015-ci il tarixli , 697 nömrəli əmrinə əsasən məktəb "Sağlam təhsil-sağlam millət"; "Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı" pilot layihələri üzrə işləyir.

   Məktəbdə valideynlərlə iş yüksək səviyyədə qurulmuşdur. Bu məqsədlə

” Valideyn icması” proyekti fəaliyyətə başlamışdır.

 Məktəbdə yüzə yaxın    zəngin biliyə , yüksək pedoqoji ustalığa malik müəllimlər  çalışır. Məktəbə təcrübəli pedaqoq , gözəl ziyalı , əsl  məktəbşünas Fəridə xanım Bağırova    rəhbərlik edir.

   Məktəb rəhbərliyi və kollektivi  öz fəaliyyətini  , bilik və bacarıqlarını böyük səy və ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının Təhsil Qanunu, ölkə prezidenti İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərəncam, əmr və göstərişlərinin yerinə yetirilməsi istiqamətində qurumuşdur.
   Bu yaxınlarda isə məktəbin uğurlarına yeni bir uğur da əlavə olunmuşdur. Məktəbin riyaziyyat müəllimi, Təhsil İnstitunun doktorantı Nəsirova Yeganə Gülağa qızı da "Tərəqqi" medalı ilə təltif edilmişdir. 
 Biz də öz növbəmizdə təbrik edir , bu müqəddəs və şərəfli işdə    çətin  ,  fədakar peşə sahiblərinə  can sağlığı və yüksək nailiyyətlər arzulayırıq.

    


Azərbaycan, Rusiya və İran Tehranda keçirilmiş sammitin nəticələrinə görə beynəlxalq enerji platformaları üzrə əməkdaşlığı dərinləşdirməyi və neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Ardını oxu...

 
  Dilbər Qarabağımızın əsrarəngiz guşələrindən biri də Qubadlı rayonudur. Taleyinə köçgünlük yazılmış bu rayon bütün çətinliklərə baxmayaraq ayaqda durmağı bacarır ,  dövlət başçısı Cənab İlham Əliyevin qaçqın və köçkünlərimizə göstərdiyi qayğı və diqqətdən , torpaqlarımızın geri qaytarılması üçün apardığı siyasətdən ruhlanaraq gələcəyə daha  inamla baxır.

Məlum olduğu kimi ölkə rəhbərinin sərəncamı ilə məcburi köçkünlər üçün yeni şəhərciklərin salınması layihələri icra olunmaqdadır. Artıq  Xəzər və Xətai rayonlarında yarımçıq   tikilmiş  binalarda   məskunlaşan   214   ailə   Masazır ,Ramana  və Mehdiabad qəsəbələrində inşa olunmuş yeni mənzillərə köçürülmüşdür.

 Həmçinin bu ilin may ayında  paytaxtın Qaradağ rayonunda birinci vitse-prezident Mehriban xanım Əliyevanın  iştirakı  ilə məcburi köçkünlər üçün 2 bloklu,  9 mərtəbəli, 11 binadan  ibarət  1026  ailəlik  yeni  yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
             
  Qubadlı rayon İcra Hakimiyyəti harada məskunlaşmasından asılı olmayaraq rayon sakinlərinin həyat şəraitilə hər zaman maraqlanmış , şəraitlərinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə etmişdir.Məhz İcra hakimiyyətinin köməkliyi ilə Bakı şəhəri, Xəzər rayonunda sanatoriya binasında məskunlaşan 8 ailəyə Abşeron rayonu  Masazır qəsəbəsində yeni mənzillər verilmiş, həmin ailələrin mənzil problemi aradan qaldırılmışdır. Fərdi evlərin tikintisi üçün 16 müxtəlif yerdə rayon icra hakimiyyəti tərəfindən icazə alınmışdır.
 Aztəminatlı ailələr hər zaman  diqqətdə saxlanılmış onlara mütəmadi olaraq yardım edilmişdir. İcra hakimiyyətinin daxili imkanları hesabına 9 ay ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 51 min 20 manat pul köməkliyi edilmişdir.

        
   Dövlətimizin prioritet sahələrindən biri olan təhsil də rayonda xüsusi diqqətdə saxlanılan məsələlərdəndir.  Yeni məktəb binalarının tikintisi , təmiri , maddi-texniki bazanın gücləndirilməsi ildən- ilə yeni uğurlara vəsilə olmaqdadır.Belə ki , Dövlət  İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri  təqdirəlayiqdir. . İmtahanlarda iştirak edən 619 nəfər IX və 491 nəfər XI sinif şagirdlərinin göstəriciləri uyğun  olaraq 80% və 84,7% olmuşdur. İlk dəfə olaraq IX siniflərdə 6 nəfər, XI siniflərdə isə 26 nəfər məzun fərqlənmə attestatlarına layiq görülmüşdür. Bu il məktəbi bitirən 491 məzundan 419 nəfəri ali məktəblərə qəbul  imtahanlarında iştirak etmişdir. Onlardan 301 nəfəri yəni 71,8 faiz ali məktəblərə qəbul olmuş, qəbul olanların 49 nəfəri 500-600 arası bal, 16 nəfəri isə 600-700 arası bal toplamışdır.
      Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə  məcburi   köçkünlərə tibbi xidmət göstərilməsi  işini  günün tələbləri əsasında qurur. İlk növbədə isə  Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə sözün tam mənasında həyata keçirilmiş ,  tibbi müayinədən keçən 13 min 572 nəfər arasında  301 ambulator xəstə aşkar olunmuş, onlardan 121 nəfər xəstə  stasionar  müalicəyə göndərilmişdir.

   Füzuli , Biləsuvar , Salyan , Xızı və digər rayonlarda məskunlaşan sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün  Qubadlı rayon İcra hakimiyyəti tərəfindən hərtərəfli yardım və dəstək göstərilir.

  Rayonun sosial- mədəni həyatı ilə rəngarəng olmuşdur. Belə ki bütün əlamətdar günlər , bayramlar və tədbirlər İcra hakimiyyətinin təşəbbüsü və yaxından köməyi ilə yüksək səviyyədə təşkil edilmişdir.

  Bədən tərbiyəsi və idmana göstərilən qayğının nəticəsi olaraq rayon gəncləri yüksək nəticələrə imza atmışlar.Belə ki , 28 nəfər rayon idmançısı ölkə birinciliklərinin və respublika turnirlərinin qalibi olmuşdur.  2017-ci ilin may ayında Bakı şəhərində keçirilmiş IV İslam Həmrəyliyi oyunlarında rayonumuzun sakini, Uşaq - Gənclər idman məktəbinin yetirməsi İslam Abbasov yunan-roma güləşi üzrə I yeri tutaraq qızıl medalın sahibi olmuşdur. Həmin oyunlarda idmanın cüdo növü üzrə yarışlarda əslən Qubadlı rayonunun Xələc  kəndindən olan Talıbov Elçin  I yer tutaraq qızıl , qardaşı  Talıbov  Natiq  III yeri  tutaraq  bürünc  medal qazanmışdır.
 İcra başçısı Malik İsaqov mütəmadi olaraq rayon sakinləri ilə görüşlər keçirmiş , onların problemləri ilə yaxından tanış olmuş ,  köməyini əsirgəməmişdir.

  Göründüyü kimi Qubadlı  rayonu başda İcra başçısı olmaqla bütün sakinləri ilə  dövlətimizin və dövlət başçımızın siyasətini dəstəkləyir , gələcəyə inamla , ümidlə baxır !

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib.

Səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirildi.

Görüşdə, həmçinin Azərbaycanla Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin bir-birini daha yaxından tanımasının və məlumatlandırılmasının zəruriliyi qeyd olundu.

Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə nəzərdə tutulan açılışı münasibətilə dövlətimizin başçısını təbrik etdi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə toxunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğuladı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdiriləcəyini əminliklə söylədi.

Məsud Kərbasian İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası birgə komissiyanın həmsədri kimi ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu vurğuladı. Qonaq bu vəzifədə ona göstərilən etimadın və məsuliyyətin öhdəsindən gələcəyinə və ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Məsud Kərbasian dedi: “Sizin rəhbərliyiniz altında Azərbaycanda əldə edilən uğurlu inkişaf insanı valeh edir. Mən Sizi əldə olunan bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.