![]() |
![]() |
Azərbaycanda rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsi genişləndirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.
Bu dəyişikliklə bələdiyyələrlə bağlı məsuliyyətin müəyyən edilməsi yerli məhkəmələrin səlahiyyətinə daxil edilir.
Məcəllənin hazırda mövcud olan variantına əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cərimə tətbiq edilir. Bunun üçün vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimələnirlər.
Təklif edilən dəyişikliyə görə isə bələdiyyənin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün hansı sənədlər lazımdır?
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:
Yaşayış yerindən ailə tərkibi barədə arayış:
Uşağın doğumu haqqında arayış:
Doğum haqqında şəhadətnamə:
Valideynlərin və uşağın şəxsiyyət vəsiqələri:
Nikah haqqında şəhadətnamə:
Xatırladaq ki, fevral ayından uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda balıqların kütləvi şəkildə ölməsi məsələsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, Qurumun Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Pirşağı gölünün yaxınlığında bu cür hadisə ilk deyil:
"Ümumiyyətlə, bu gölə çoxlu çirklənmiş su axıdılır. Mehdiabaddan Pirşağıya doğru uzanan kanala "İkinci sovxoz" adlanan təsərrüfat ərazisindən də kanalizasiya suları tökülür. Həmçinin, Pirşağı gölünün yaxınlığından Abşeron Suvarma Kanalı keçir və orada təmir işlər aparılan zaman da çirkab suları gölə yönəldilib.
Adıçəkilən kanalla gələn balıqlar suvarma kanalı təmirə bağlanan zaman həmin göldə qalır və orada olan çirkab sularının tərkibindəki maddələr onları öldürür. Ərazidə, əsasən, sazan və külmə balığı olur".
Mehman Axundov bildirib ki, yayılan video barədə aparılan araşdırmaya görə, burada gölün səviyyəsi yarım metrdən də aşağı düşüb və çirkab qatılığı artıb:
"Laboratoriya analizlərinə görə, oksigenin həll olunmuş miqdarı da aşağı düşür. Ərazidə yaşayış evləri var, amma kanalizasiya sistemi tam yoxdur və çirkli sular gölə axıdılır. Nəticədə, bu vəziyyət yaranır. Əsasən, yay aylarında havanın temperaturu qalxır, su səviyyəsi aşağı düşür. Nəticədə bu cür mənzərə yaranıb".
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı saytımıza hadisəni təsdiq edib:
"Bir müddət əvvəl bulvar ərazisində dənizə atılan tor aşkarlanıb. İdarənin mühafizə xidməti vətəndaşların köməyilə həmin toru dənizdən çıxarıb və müvafiq orqanlara bu barədə məlumat verilib".
Qeyd edək ki, ötən gün Bakı Bulvarında dənizə tor atılaraq balıq tutulduğu, idarə və vətəndaşlar buna əngəl olduqdan sonra isə qəzəbli ovçuların dənizə zəhər ataraq balıqları tələf etdiyini əks etdirdiyi iddia olunan kadrlar yayılmışdı.
"O zaman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda enerji təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V.Ələsgərov bildirib ki, bəzi ölkələr bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdi: "Dünya Bankının bu layihəni maliyyələşdirməsi vacib idi. Heydər Əliyev şəxsən Dünya Bankının rəhbərlərinə bu layihəni təqdim etdi. Ulu öndərin nüfuzu sayəsində bu layihə həyata keçdi".
Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiq edib:
"Azərbaycanda həmrəylik, iqtidar-xalq birliyi olmasaydı, bu işləri həyata keçirmək mümkün olmazdı".
"Yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Şəki filialı da fəaliyyətə başlayacaq".
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.
Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.