![]() |
![]() |
"Azəriqaz" İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətinin qazdan istifadəyə görə 21 min manatlıq borcu yarandığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakının mərkəzində sakinlərin gürzə ilanına rast gəlməsi faktına münasibət bildirib.
Milli.Az xəbər verir ki, İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:
"Bakıda, xüsusilə şəhərətrafı kəndlərdə gürzə ilanı hər zaman olub. Bakının Əhmədli, Xəzər rayonlarında da gürzə ilanına rast gəlinib. Hətta Botanika bağında, Zoologiya İnstitutunun öz həyətində də bu ilana rast gəlinib. Ona görə də Bakının mərkəzində gürzəyə rast gəlinməsinə təəccüblənmək lazım deyil".
S.Bünyatova qeyd edib ki, ilanlar gəmiricilərin çox olduğu, tikintidən sonra dağılan açıq sahələrdə yayılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu mayın 26-sı gündüzdən 27-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.
Bürodan Milli.Az-a verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olub, ayrı-ayrı yerlərdə dolu düşüb, güclü qərb küləyi əsib.
Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı:
Düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda1 mm-dək;
Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 mm;
Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 mm-dək;
Kiçik Qafqazda - Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 mm, eləcə də Lənkəran-Astara zonasında - Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 mm, bundan başqa, Naxçıvan MR-da - Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 mm, Bakıda və Abşeron yarımadasında isə - Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 mm-dək qeydə alınıb.
Dolu yağması da qeydə alınıb. Belə ki, mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 mm, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 mm, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 mm, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 mm, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 mm, Ağstafa rayonun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 mm olan dolu düşüb.
Həmçinin küləkli hava müşahidə olunub. Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.
Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".
K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir:
"Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan danışmış oluruq".
Dünən axşam saatlarından etibarən başlayan güclü külək və yağıntılar Azərbaycanın şimal rayonlarında bir sıra fəsadlar törədib. Ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Milli.Az bildirir ki, mövcud vəziyyətlə əlaqədar Oxu.az-a açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurum sinoptiklərin şimal bölgəsi üçün verilən proqnozunu nəzərə alaraq gücləndirilmiş iş rejimində çalışıb:
"Elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, yaranmış fəsadların mümkün qədər tez bir zamanda həll edilməsi üçün zəruri olan ehtiyat tədbirləri görülüb. Bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib, zəruri olan texnikalar səfərbər edilib. Habelə zəruri mal-material ehtiyatı yaradılıb. Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir".
O qeyd edib ki, ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da, rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib.
Qeyd edək ki, Quba və Qusarda ən çox ziyan 0.4 kv-luq şəbəkədə qeydə alınıb. 10 kv-luq xətlərin hamısı artıq bərpa edilib. Briqadalar xətlərin üstünə aşan ağacları təmizləyib, zədələnən xətləri bərpa edib.
Ölkənin ən gənc mobil operatoru "Nar", paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir. "Nar" abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq.
"Nar" tərəfindən keçirilən bu müsabiqədə digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Futbol tarixi, məşhur klublar, futbolçularun karyerası və digər maraqlı sualların hamısına düzgün cavab verən bütün "Nar" abunəçiləri 100 şəbəkədaxili dəqiqə hədiyyə qazanacaq.
Nəticələr 27 mayda elan olunacaq, 29 mayda isə qazandıqları bonus dəqiqələr onların balansına əlavə ediləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək mümkündür: https://www.nar.az/promo/29may-football.html
"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: "Çarter reysi ilə gələn "Arsenal" və "Çelsi" azerkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.