![]() |
![]() |
Bununla bağlı tibb eksperti Adil Qeybulla Sonxeber.az-z danışıb. Professor hazırda ölkəmizdə yayılan epidemiyanın aprel ayında pik dövrdə olacağını açıqlyıb:
"Aprel ayında ölkəmizdə xəstəliyin pik həddi olacaq. Yoluxan adamlar, onların yoluxdurduğu adamları nəzərə alsaq, aprel ayında virusun pik dövrünə təsadüf edəcəyimizi deməyə əsas verir. Həmin dövrə gəlib çatmışıq, bunu xəstəliyin artan dinamikası göstərir. İnsanların karantin tələblərinə riayət etməsi lazımdır ki, biz də bu işi uğurla yekunlaşdıra bilək. Söhbət burada az itkilərlə vəziyyətdən çıxmaqdan gedir. İnsanlar arasında panika yaratmaq da, sözügedən məsələyə laqeydlik də aşılamaq lazım deyil. Laqeydliklə panika arasında qızıl orta tapmaq lazımdır. Biz sosial distansiyanı gözləsək, təmasdan qaçsaq, karantin tələblərinə əməl etsək, qısa müddətdə bu xəstəlikdən yaxa qurtara bilərik. Hazırda İngitərədə və digər ölkələrdə xəstəliyin enişi müşahidə edilir"
Tibb eksperti Adil Qeybulla pandemiya ilə əlaqədar dövlətin qaydaları sərtləşdriliməsini məntiqli gördüyünü açıqlayıb. O, həmçinin, virusun iyun ayında təmamilə yox olacağını bildirib:
"Virusun iyun ayında təmamilə yox olacağını proqnozlaşdırıram".
Adil Qeybulla malyariya dərmanlarının tibbdə koronavirusun qarşısının alınmasında effektiv olduğunu deyib:
"Dünya təcrübəsi göstərir ki, antimalyariya dərmanları virusların çoxalmasının qarşısını alır. Bir vaxtılar Hindistanda malyariya yayılanda, "Hindistan suyu" adlı formul yaratmışdılar. Həmin suyun tərkibində xüsusi maddə vardı. Bu dərman vaxtilə əsgərlər arasında malyariya yayılmamasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Sonda həmin formula dünyada istehsal olunmağa başladı. Bizim mağazalarda da həmin sudan var. Düşünürəm, müvəqqəti olaraq bu vasitədən də alıb, istifadə etmək olar. Qeyd edim ki, koronavirusa yoluxan 4 xəstədən 3- də simptomlar elə də bilinmir. Həmin xəstələrin 3-ü bu xəstəliyi heç özünün də xəbəri olmadan ayaq üstə keçirir. Vəziyyət dramatikdir. Dünyada yoluxma rəqəmləri göstərilən rəsmi rəqəmlərdən yüksəkdir".
Ölkə ərazisində gücləndirilmiş karantin rejimi davam edir. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı artmaqdadır.
Oxu.az-a xəbər verir ki, bu barədə sosial şəbəkədə sərnişinlər tərəfindən fotolar paylaşılır. Fotolarda istər müntəzəm marşrut xətti üzrə hərəkət edən, istərsə də xəttə buraxılan ekspress avtobuslarda sərnişin sıxlığının olduğunu görürük.
Niyə belə vəziyyət yaranır? Niyə hər gün avtobuslarda sərnişin sıxlığı müşahidə edilir? İnsanlar karantin qaydalarına laqeyd yanaşırlar?
Vətəndaşlar yaranan vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyini (BNA) qınayır. Bu səbəbdən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq.
M.Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimi üçün istismara buraxılan kifayət qədər ictimai nəqliyyat vasitəsi var:
“Müntəzəm marşrutlarla yanaşı, ekspress xətlər üzrə bu gün 100-ə yaxın avtobus sərnişinlərin xidmətindədir. Təxminən bir o qədər sayda avtobus da ehtiyat üçün metro stansiyalarına yaxın ərazidə var. Bu gün və ötən günlər səhər saatlarında sərnişin sıxlığının olması vətəndaşlarımızın özünütəcrid qaydalarına adekvat davranmaması ilə bağlıdır. Bir daha qeyd etmək istərdim, bu gün həyata keçirilən sərnişindaşımalar ənənəvi proses kimi qəbul olunmamalıdır.
Hazırda bütün digər sahələrdə olduğu kimi, sərnişindaşıma işi də xüsusi karantin rejimində icra olunmaqdadır. Bu, adi daşımalar deyil. Hər gün bu cür epidemik vəziyyətdə minlərlə insan zəhmət sərf edir ki, səhər sərnişinlərin daşınması həyata keçirilə bilsin. Nəqliyyat sahəsində çalışan minlərlə insan bu gün həyatını riskə atıb, vətəni, milləti qarşısında borcunu yerinə yetirir”.
M.Ağayev onu da əlavə edib ki, insanlar karantin qaydalarına bir az daha həssas yanaşsalar, bu cür sıxlıqla qarşılaşmarıq:
“Nəqliyyat sahəsində çalışan əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara uyğun olaraq, həyati vacib sahələrdə çalışan şəxslərin daşınmasını həyata keçirir. Çünki, bu olduqca vacib və zəruridir. Ciddi əsası olmadan evdən çıxan hər bir vətəndaş bilməlidir ki, o, bu davranışı ilə onlarla insanın sağlamlığını ciddi təhlükə altına atır. Bu gün avtobus qarşısında növbəyə dayanan vətəndaşlarımızın fotosunu, videosunu çəkib paylaşanlara müraciət edirəm: “Soruşdunuzmu, bu insanlar hara gedir? İşə gedirsə, onların çalışdığı sahə nə dərəcədə həyati əhəmiyyətlidir?” Ona görə bir daha hamını ilk növbədə evdə qalmağa çağırıram. Və sosial şəbəkə istifadəçilərindən də xahiş edirəm ki, məsələlərə bir qədər obyektiv yanaşsınlar”.
Onu da əlavə edək ki, sosial şəbəkədə paylaşılan fotolara şərh yazan vətəndaşlar evdən işə getmək üçün çıxdıqlarını deyərək, israrla qaydaları pozmadıqlarını bildirirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində, ölkədə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.
“Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz”.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün “Azərsu” ASC zəruri tədbirlər görür: “Belə ki, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb”.
A.Cəbrayıllı əlavə edib ki, smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə 5 kubmetr kredit götürə bilərlər.
Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb. /IstiPress/
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, karantin müddəti başa çatana qədər həmin şəxslər xidmət göstərə bilməyəcəklər:
"Bu müddət ərzində yalnız taksi şirkətləri məhdud sayla fəaliyyət göstərə biləcəklər. Əgər həmin şirkətlər işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirəcəklərsə və həmin məlumat əsasında onların fəaliyyətinə icazə veriləcəksə, yalnız bu halda onlar işləyə biləcək. İcazə verilməyən taksi sürücüləri isə fəaliyyət göstərə bilməyəcəklər. Qaydalara görə, taksilər də məhdud sayda olacaq. Bir neçə taksinin bir yerə yığışıb gözləməsinə icazə verilməyəcək. Aprelin 5-dən etibarən hardasa dayanıb gözləyən, icazəsiz fəaliyyət göstərən taksilər aşkarlanarsa, dərhal məsuliyyətə cəlb olunacaqlar".
K.Əliyev marşrut avtobuslarının sürücülərinin icazəsi barədə bildirib ki, həmin məsələni Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi, Sumqayıt, Abşeron və digər ərazilərdə isə həmin sahəyə cavabdeh qurumlar həll edəcək.
Qeyd edək ki, aprelin 5-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.
Artıq məlum olduğu kimi, vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
Dövlət Agentliyinin rəsmisi 65 yaşdan yuxarı yaşlı insanların sms xidmətindən istifadə edə bilməyəcəyini bildirib.
8103 SMS məlumat xidmətinə yaşı 65-i keçmiş insanlar sms göndərməsin, onlara icazə verilməyəcək.
Nazirlər Kabinetinin karantin rejimi qaydalarına əsasən yaşlı insanların mağaza və aptekə, küçəyə çıxması qadağası qüvvədə qalır.
Ona görə də yaşlı vətəndaşlar evdən çıxmamaq tələbinə əməl etməlidir
Bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev edib ki, yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə göndərilən SMS-lər görə ödənişsiz olacaq.
Onun sözlərinə görə, SMS-lərə cavablar gecikdiyi təqdirdə çaşqınlıq yaratmaq lazım deyil. Vətəndaşlar səbrlə müraciətlərinə cavab gözləməlidirlər.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O, koronavirusun bütün ölkədə yayıldığını söyləyib: "İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə, hər günə uyğun yeni qərarlar ola bilər".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.