![]() |
![]() |
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, razılaşdırılan, rəsmi münasibət bildirilən məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat Xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər.
"Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar".
Pravda.az xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, Ə.Qarayev topladığı pulların bir qismini sabiq deputat Hüseynbala Mirələmovla Panamada şərik açdığı RİMBA S.A. şirkətinə ötürüb:
“Məlum olan korrupsiya faktları:
* İrəvan Dövlət Dram Teatrı ilə bağlı layihə: məbləğ - 900 min manat;
* Aşıq Hüseyn Bozalqanlının Ev Muzeyi və Tovuz Mədəniyyət Evi ilə bağlı layihə: 751 min manat.
* Hər ay musiqi məktəblərindən çatan vəsait: Əvvəlcə ayda 9 min, daha sonra 11 min manat;
* Ay ərzində 15 idarədən yığılan məbləğ - 60 min manat;
* Şirkətlərin qaytardığı (“otqat”) vəsait - 290 min manat;
* Rayonlarda aparılan təmir işləri ilə əlaqədar ayrılan vəsait - 1 milyon 500 min manat.
Şirkətin adına gəlincə, Rimba malayziyalıların dilində “Cəngəllik”, “mədəniyyətdən, gözdən-könüldən uzaq dərin meşəlik” deməkdir”.
20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.
Hazırda ərazidə üfüqi nişanlanma xəttlərinin çəkilişi işləri aparılır.
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışın necə olacağı məsələsinə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranı tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir: “Yəni ezamiyyəyə gedirsə, mütləq ezamiyyə vərəqi olmalı və orada hansı məqsədlə getdiyi qeyd edilməlidir”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürülüb. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti qüvvədə qalır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib.
E.Zahidovun sözlərinə görə, mayın 18-i, saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində avtomobil yollarında quraşdırılan karantin postlarının fəaliyyəti dayandırılıb:
“Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, karantin rejiminin yumşaldılması çərçivəsində mayın 18-dən etibarən vətəndaşların yaşayış yerlərini SMS icazəsi ilə tərk etməsi ilə barədə qərar ləğv edilib.
Artıq sürücü və sərnişinlər, o cümlədən, sakinlər evlərindən SMS icazəyə ehtiyac olmadan çıxa biləcəklər. Bu səbəbdən də avtomobil yollarındakı karantin postlarına ehtiyac yoxdur”.
E.Zahidov onu da əlavə edib ki, bununla bərabər, respublika ərazisində vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzarət davam etdirilir:
“Bakı, Sumqayıt və Abşeron ərazisində, eləcə də, respublika üzrə əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam etdirilir. Park və istirahət mərkəzlərində insanların sosial məsafəyə nəzarət etməsi, tibbi maskalardan istifadə etməsi, eləcə də, fəaliyyətinə icazə verilən ticarət obyektlərinin təyin olunan qrafik üzrə çalışmasına nəzarət davam etdirilir.
Buna görə daxili işlər orqanları əməkdaşları həmin ərazilərində xidmətini davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcək”.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti orqanları orta təhsilin inkişafına həmişə mane olublar:
“Biz 20 ildən çoxdur deyirik ki, məktəbləri İcra hakimiyyətlərinin əsarətindən xilas etmək lazımdır. Siz gördünüzmü bütün həbs olunan İcra hakimiyyətlərinin başçıları rayon Təhsil Şöbələrindən haqq alırlarmış. Özü də böyük məbləğdə. Rayon təhsil şöbəsinin müdiri isə məktəblərə tapşırıq verir ki, aylıq müəyyən olunmuş məbləği nəyin bahasına olursa - olsun toplayıb gətirsinlər. Bunlar məktəblərdə təhsil mühitini dağıtmaqla məşul olublar”. Deputat icra başçılarının çoxunun məktəb direktorlarının normal işləməsinə imkan vermədiyini də vurğulayıb:
“Məktəb çox həssas təsisatdır. Məktəb həyatı müəllimləri, valideynləri, uşaqları birləşdirir. Hansısa neqativ hal birbaşa təhsilin keyfiyyətinə, məktəbdə mənəvi mühitin pozulmasına gətirir. Rayon İcra Hakimiyyətinin başçılarının çoxu məktəb direktorlarına normal işləməyə imkan vermirlər. Sanki onların başının üstündən asılmış Damokl qılıncı rolunu oynayırlar. Direktorlar həmişə qorxu altında olurlar. İcra başçıları müəllimləri fiziki işlərə cəlb edir. Bu isə müəllim nüfuzuna böyük zərbə vurur. Düşünürəm ki, son həbslər İcra Hakimiyyələrinin başçıları üçün dərs olmalıdır”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəklərinə aydınlıq gətirib.
“Mayın 18-dən - yəni SMS icazə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmə sistemi ləğv olunduğuna görə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna gəlib-getmək istəyən vətəndaşlara yalnız iki halda icazə veriləcək: Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün. Vəfat etmiş yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək istəyən vətəndaş müvafiq ölüm haqqında arayışı təqdim etməklə gedə biləcək.Bunlardan başqa xüsusi karantin rejimi dövründə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları qadağandır”, - deyə, hökumət sözçüsü vurğulayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da SMS icazə sisteminin ləğv olunmasından sonra vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gəliş-gedişinə iki halda icazə verilməsi qaydası ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.
Daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
"Ölkə.Az" xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının adından toyların sentyabr ayınadək qadağan olunması barədə yayılan məlumat yalandır: "Ramin Bayramlı belə bir açıqlama verməyib".
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.
Milli.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Sədr göstərişlərə əməl etməyənlərə sərt cəza tətbiq ediləcəyini sözlərinə əlavə edib:
"Bu qaydalara əməl edilmədikdə ciddi inzibati və cinayət məsuliyyəti tətbiq olunacaq. Qeyd etmək istərdim ki, bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyan avadanlıqlarından istifadə qadağası qalmaqdadır və bu çox ciddi respirator infeksiyasının yayılmasının prafilaktikası məqsədini daşıyır. Əgər bu qayda da pozularsa sərt şəkildə tədbirlər görüləcək".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə eyni zamanda bütün ölkə üzrə dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunur. azsabah.com