Son xəbərlər

Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar



Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkında gəzintiyə çıxıblar.

Dövlətimizin başçısı və birinci xanım Dənizkənarı Milli Parkda istirahət edən sakinlərlə və şəhərimizin qonaqları ilə görüşüblər.
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Prezident və ailəsi bulvarı belə gəzdi - Fotolar
Zamirə Hacıyeva milyonları nəyə xərcləyib? - Siyahı



Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

"Qafqazinfo" BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş - £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib.

Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.

2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.

Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.

Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.

Zamirə Hacıyevanın 10 ildə çox pul xərclədiyi əsas Harrods mağazaları

Boucheron daş-qaş dükanı: £3.5 milyon

Cartier daş-qaş dükanı: 1.4milyon

Dennis Basso (ABŞ dəb dizayneri) dükanı: £402,000

Sandwich by Tom - "sendviç" barında: £332,000

Harrods ətir kassaları : £160,000

20 iyun 2008-ci ildə o, £925 funta alt paltarı və corab alır.

Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyir.

Həmin günün axşamı isə 374 funt sterlinqə "kişi paltarları dizayneri"ndən əşya alır.

Günlər sonra o, Elie Tahari dizaynerindən 8,387 funt sterlinqlik bazarlıq edir və £847 məbləğində ətir alır.

26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17,000 xərcləyir.

Ən maraqlı ödəniş isə 99,000 funt sterlinqdir. Bu məbləğ Disney-in eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında xərclənib.

Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1,000 ödənilib.

Həmin gün o, Boucheron daş-qaşına £160,000 xərcləyib.

O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1,371 ödəyib.

Beləliklə, Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16,309,077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.

Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.

Milli Cinayət Agentliyindən (MCA) Nicola Bartlett deyir ki, ərinin Azərbaycan bankından ailə üzvlərinə heç vaxt geri qaytarılmamış kredit kartları verməsinə dair iddialar fonunda Zamirə Hacıyevanın xərcləri "əhəmiyyətlidir".

Onun alış-verişləri Azərbaycanda oğurlandığı iddia edilən zamandan bir il sonra, Hacıyevanın Britaniyaya yerləşmək istəyindən sonra başlayıb.

Zamirə Hacıyeva Britaniyada varlı sərmayeçi qismində viza almaq istəyib.

MCA bildirib ki, Zamirə Hacıyevanın hər hansı gəlirinin olması barədə dəlil tapa bilməyib. Pul ona ərindən gəlib və bir də Britaniya banklarında olan depozitlərindən 27000 funt sterlinq məbləğində mənfəət əldə edib.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb.

Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və Milli Cinayət Agentliyindən məhkəməyə şikayət edib.

O, məhkəməyə deyib ki, həyat yoldaşı həbsdə olduğu üçün onlar müdafiə edilə bilməyiblər və buna görə ərinin uğurlu biznes imkanlarını və qanuni yollarla pul qazanmasını göstərmək mümkün olmayıb.
Prezident xanımı ilə “Buta” sarayında














Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
“İlham Əliyev barədə danışmaq haqqını çoxdan itirmisən”



YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov sabiq Səhiyyə naziri Əli İnsanov haqqında məqalə yazıb.

Ə. Əhmədov məqaləsində bildirib ki, özünü cəmiyyətə yeni obrazda təqdim etməyə çalışan korrupsiyaya və xəyanətə görə suçlu bilinərək həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanov radikal müxalifətin ənənələrinə uyğun olaraq yalan və böhtan yolunu seçib: “Əli İnsanov Azərbaycanda tibbi sığortanın tətbiq olunmamasında kimlərisə günahlandırmaq istəyir. İlk növbədə onu qeyd edim ki, pilot şəklində tibbi sığorta iki ildən çoxdur ki, sınaqdan keçirilir, 2020-ci ildən isə bütün ölkə boyu tətbiq olunacaq. Ancaq demək istədiyim başqa həqiqət də var. 1999-cu ilin dekabrında “Tibbi xidmət haqqında” qanun qəbul olundu. Qanunun bir fəsli icbari tibbi sığortaya həsr olunub və 2000-ci ildən etibarən bu sahədə əməli işlər həyata keçirilməli idi. Lakin, 2000-ci ilin əvvəllərində səhiyyə naziri Əli İnsanov dövlət başçısına müraciət edərək tibbi sığortaya keçid üçün şəraitin olmaması bəhanəsi ilə onun 2005-ci ilə qədər təxirə salınmasını xahiş etmişdir. Müvafiq müraciət və sənədlər Nazirlər Kabinetində saxlanılır”.

Əli İnsanovun ikinci yalanı onun zamanında guya səhiyyədə intensiv islahatların keçirilməsi ilə əlaqədardır. Prezident Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda, kənd təsərrüfatında, xidmət sahələrində əsaslı dəyişikliklərin həyata keçiriliməsi tarixi faktdır. Lakin o da həqiqətdir ki, islahatlar strategiyasından kənarda qalan az sahələrdən biri səhiyyə idi. Yuxarıda tibbi sığorta ilə əlaqədar dediyim fakt da bunu sübut edir. Səhiyyədə islahat təşəbbüsünün boğulmasının əsas günahları da məhz səhiyyə naziri Əli İnsanov idi.

Əli İnsanovun üçüncü yalanı Yeni Azərbaycan Partiyasının idarə heyətindəki çıxışı ilə əlaqədardır. İddia etdiyinin tam əksi olaraq həmin iclasda Əli İnsanov kimi və ya nəyisə tənqid etmək barədə deyil, partiya rəhbəri tərəfindən ona diqqətin az olmasından gileylənmək istədi. Lakin, sədrin arqumentli cavabı ilə razılaşmalı oldu. Məsləhət görərdim Əli İnsanov idarə heyətinin iclasından bir gün sonra partiyanın icra katibliyinə gəlib, məndən partiya sədrinə çatdırmaq üçün nəyi xahiş etdiyini xatırlasın.

Ya məlumatlığının azlığı üzündən, ya da başqa səbəbdən o, iddia edir ki, Azərbaycana xarici tərəfdaşları etibar etmir. Böhtandır. ABŞ-dan tutmuş bütün Avropa dövlətlərinə qədər əməkdaşlıq etdiyimiz dövlətlərin rəhbərləri dəfələrlə ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini etiraf etmişlər. Azərbaycan bir çox sahələrdə qlobal və regional əhəmiyyət daşıyan layihələrdə ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir.

Keçmiş Səhiyyə naziri iddia edir ki, Azərbaycanda islahatlar həyata keçirilmir. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan bütün dünyada ən çox və səmərəli islahat keçirən ölkə kimi tanınır. Dünyanın ən mötəbər beynəlxalq qurumları bu faktı öz hesabatlarına daxil edib. İqtisadiyyatda başlayan islahatlar indi digər sahələri də əhatə edib. Ən başlıcası isə islahatlar faydasını verməyə başlayıb. Bu yaxınlarda maaşların, pensiyaların, müavinət və güzəştlərin əhəmiyyətli dərəcədə artırılması həmin islahatların birbaşa nəticəsidir.

Qəzəb, kin, nankorluq Əli İnsanovun gözünü elə tutub ki, olanları nə görə, nə də qiymətləndirə bilir. Hələ ölkədəki əminamanlığı, təhlükəsizliyi demirəm. Əli İnsanov, indi azadlıqdasan, imkanın var ki, ətrafimizda olan dövlətlərin vəziyyətinə, dağılan ölkələrə, puç olan talelərə, milyonlarla insan faciəsinə baxıb müqayisə aparasan. Azacıq ədalət hissin, düz danışmağı bacarmaq cürətin olsa, etiraf etməyə bilməzsən ki, Azərbaycan əminamanlıq, sabitlik adasıdır. Səncə bunlar kimin sayəsində əldə olunub? Əlbəttə İlham Əliyevin sayəsində, onun təmkini, qətiyyəti, uzaqgörənliyi, düzgün idarəçiliyi sayəsində. Xalq bunu bilir və qiymətləndirir. Sən isə, Əli İnsanov, İlham Əliyev barədə danışmaq haqqını çoxdan itirmisən.

Və nəhayət, Yeni Azərbaycan Partiyasının fəallarına, Prezidentin ətrafında olan adamların sədaqətinə və dəyanətinə şübhə ilə yanaşan Əli İnsanova xatırlatmaq istəyirəm ki, 2005-ci ildə, sədaqətinə dönük çıxıb xəyanət edən sən özün oldun. İndi o günlərdə, ondan sonra da dəfələrlə sınaqdan çıxanları ləkələmək cəhdi əbəsdir. Ataların məşhur bir sözünü dəyişdirsək belə alınacaq: xəyanətkar elə bilir ki, hamı xəyanətkardır”.
Ramil Usubovdan yeni təyinat



Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.
Prezident İstiqlaliyyət küçəsindəki abidəni ziyarət etdi


Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Efirdə Qarabağla bağlı nadir kadrları yayımlayıb – Video



“Real” televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.

“Mir Şahinin vaxtı”nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində – məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.

Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/_8xbSkvL5Fc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Xalidə Bayramova bu vəzifəsindən azad edildi


Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. BakuPost.az xəbər verir ki, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavini Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.

Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.

Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.
Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib


Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib.

ONA-nın Moskva bürosunun məlumatına görə, bu barədə Fuad Abbasovun yeni vəkili Teyub Şərifov bildirib.

T. Şərifov deyib ki, mayın 23-dən rəsmi olaraq Fuad Abbasovun müdafiəsinə qoşulub.

Vəkil Fuad Abbasova qarşı Rusiya açılan inzibati iş materialları və yekun qərarla tanış olduğunu söyləyib: “İşdə kobud prosessual pozuntulara yol verilib. Ona görə də müdafiəyə qoşulduğum gün mənim tərəfimdən Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin qərarından dərhal yuxarı instansiya olan Moskva vilayət Məhkəməsinə şikayət verdik. Mayın 23-nə kimi Fuad Abbasovun ölkədən çıxarılması haqqında məhkəmə qərarı heç kəs tərəfindən öyrənilməyib və şikayət edilməmişdi”.

Teyub Şərifov Fuad Abbasovun mayın 28-də deportasiya olunacağı barədə yayılan məlumatların əslində heç bir əsasının olmadığını da söyləyib. Vəkil Fuad Abbasovun müdafiəsini müstəqil həyata keçirdiyini və Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinə daxil olmadığını, eləcə də fəaliyyətinin koordinasiyası üçün digər məsləkdaşlara və hüquqşünaslara ehtiyacının olmadığını da vurğulayıb.

"Amnesty İnternational" kimi Azərbaycanın imicinə müxtəlif formalarda ləkə yaxmağa çalışan qüvvələr bir nüansı - XXI əsrdə yaşadığımızı, ən son yenilik və xəbərləri, istədiyin məlumatı internet vasitəsi ilə bir dəqiqənin içində əldə edilməsini nəzərə almayıblar.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq miqyaslı yarışlar, konfranslar, festivallar, qlobal forumlar, bir sözlə, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir:

"Təkcə 2018-ci ildə respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif yarışlar, tədbirlər təşkil olunub. Bu il də Azərbaycan beynəlxalq yarışlar və irimiqyaslı tədbirlərə ev sahibliyi edərək, idman ölkəsi statusunu qoruyub saxlayıb. Dünyanın diqqətini ölkəmizə yönəldən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran Prisi uğurla başa çatıb. Yarışlarla bağlı gələn idmançılar, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar.

Artıq dünyanın diqqəti yenidən ölkəmizə, mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununa yönəlib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür".

P.Kərimzadə qeyd edib ki, Azərbaycanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi heç də təsadüfi deyil: "Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, imkişaf, tərəqqi, ən əsası sabitlik və təhlükəsizlik kimi amillər dövlətimiz üçün müəyyən dividendlər gətirib. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi artdıqca, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən qüvvələr fəallaşmağa başlayırlar. Erməni lobbisi və onların havadarlarının əlində alətə çevrilən qərəzli dairələr fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Belə qərəzli təşkilatlardan olan "Amnesty International" UEFA Avropa Liqasının final qarşılaşması ərəfəsində Azərbaycan əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxş olmaması ilə bağlı fikirlərə yer verilib".

Deputat əlavə edib ki, "Amnesty International" təşkilatının qərəzli mövqeyi illər əvvəl ölkəmizlə bağlı yaydığı hesabatdan da aydın idi: "Anti-Azərbaycan dairələrin əlində alət olan "Amnesty İnternational" təşkilatının gülünc, absurd fikirlər səsləndirməsi də növbəti qarayaxma kampaniyanın davamıdır. "Amnesty İnternational" unudur ki, biz informasiya əsrində yaşayırıq. Dünya ictimaiyyətinin, o cümlədən UEFA Avropa Liqasının final qarşılaşmasını izləmək istəyən idmansevərlərin Azərbaycanın gündən-günə yüksələn imici, sabitlik adasına çevrilməsi ilə bağlı məlumat toplamaları an məsələsidir. "Demokratiya", "insan hüquq və azadlıqları" adı altında korrupsiyalaşmış "Amnesty İnternational" təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur".