Son xəbərlər

Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

Azertac xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə etdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.

Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.
Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR
Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR
Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR
Mehriban Əliyeva iftar mərasimində iştirak edib – FOTOLAR
Prezident Topilini qəbul etdi - Foto



Azərbaycan Prezidenti İlham Əliyev mayın 24-də görüş keçirib.

Dövlət başçısı Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.Prezident Topilini qəbul etdi - Foto
Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar



“Qədim Ədilov Rusiyadan gələn eyni taxta vaqonunu 4-5, bəzən hətta 6 nəfərə vəd edirdi. Həmin adamlardan pul alıb, vaqon nömrəsi verirdi ki, filan nömrələri vaqonla gələn taxta sənindir. Vaqon Keşlə Yük Stansiyasına gələndən sonra məlum olurdu ki, bu yük 4-5 nəfərə vəd olunub. Adamlar arasında dava düşürdü, səs-küy, həngamə qopurdu. Qədim Ədilov hərəni bir ağacın altına çəkib sakitləşdirirdi. Məni də eyni qaydada aldadıb”.

Bunu Bakı sakini Xaləddin Yusibov deyir. O və Natiq Hümbətov “Yeni Müsavat”a müraciət edərək, Qədim Ədilovun atası Ədil Ədilovun qəzetimizə (OXU: Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi – FOTO) verdiyi açıqlamalara münasibət bildiriblər. Deyiblər ki, Ədil Ədilov da oğlu Qədim Ədilov kimi yalan danışır.

Xaləddin Yusibov deyir ki, Qədim Ədilov 2014-cü ildə onlara qarşı dələduzluq edib. Onun atası Ədil Ədilovun dedikləri reallıqdan uzaqdır: “Ədil Ədilov deyir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi olmuş Cavad Şixəliyev oğlundan şikayət etməyib. Əslində isə yalan deyir. Cavad Şıxəliyev 23.02.2016-cı ildə bizimlə bərabər Qədim Ədilovdan şikayət yazıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində onun şikayəti var. Ədil Ədilov deyir ki, Dabuleyka Quliyev Akif Çovdarovun qohumudur. Bu da yalandır. Dabuleyka Quliyevlə Akif Çovdarov tanış belə deyillər. Ədil Ədilov hazırda bu iş üzrə həbsdə olan Rövşən Məhərrəmovla Dabuleyka Quliyevin qaynı olduğunu deyir. Bu da həqiqət deyil. Rövşən Məhərrəmov bizdən pulları alıb və Qədim Ədilova verib. Mən də pulu Rövşən Məhərrəmova vermişəm, o da aparıb Qədim Ədilova verib. Qədim Ədilov məndən şəxsən də pul alıb. O, mənə qarşı dələduzluğu əvvəl gündən planlaşdırıb. Onunla çörək yeyəndə bir salfetka götürdü, üstünə yazdı ki, 1 vaqon taxtadan 3-4 min qazanc var. Sən papağını günə yandırırsan. Pul tap gətir, mən sənə hər vaqondan 3-4 min pul verəcəyəm. Özün də yanımda otur. Mən də “Rabitəbank”dan 126 min 700 dollar kredit alıb aparıb Qədim Ədilova verdim”.

Çovdarovun həbsini dələduzluq alətinə çevirən MMC rəhbəri haqda şok faktlar









Qədim Ədilov

X.Yusibovun sözlərinə görə iş üzrə hazırda həbsdə olan Rövşən Məhərrəmov da Qədim Ədilovun təsis etdiyi “Azər Ağa” firmasında həmtəsisçi olub: “Həmin vaxt işə təzə başlamışdım, nəzarətçi idim. Gördüm ki, Rusiyadan taxta dolu vaqonlar normal şəkildə gəlir. Qədimin təklifi ilə bankdan pulu çıxarıb ona verdim ki, qazancım olsun. Müddət keçdikcə gördüm ki, bunlar işə pul qoyan adamları aldadırlar. Rövşən Məhərrəmov da, mən də orada Dabuleyka müəllimin nəzarətçiləri olaraq çalışırdıq. 126 min 700 dollar kredit alıb ona vermişdim, nə pulu qaytarırdı, nə də taxta verirdi ki, satım pulu alım. 2016-cı ilin fevralın 2-də dedi ki, sənin pulunu qaytarmaq üçün imkan yaranıb, Rusiyadan 18 vaqon taxta çıxır, “rastamojka” üçün müəyyən miqdarda pul vermək lazımdır. Dedi ki, haradan tapırsan tap, pulu verək, vaqonlar gəlsin. Əmim oğlundan 40 min dollar borc alıb, aparıb yenidən Qədim Ədilova verdim. Vaqonlar gəlmədi. Qədim Ədilov məndən başqa bu üsullarla çox adamı aldadıb”.

Şikayətçi deyir ki, ləğv edilmiş MTN-in generalı olmuş Akif Çovdarov həbs ediləndə Qədim Ədilov bu işdən də öz məqsədləri üçün istifadə edib:“Hər cür dələduzluğa əl atdı: 2015-ci ildə Yeni Yasamalda dairəvi yola çıxışda olan binalardan Qədim Ədilov mənə mənzil təklif etmişdi. Onunla birgə dediyi ünvana getdik. Oradakı mənzillərə baxdıq. Səhəri gün aydınlaşdırdıq ki, Qədim Ədilovun bizə təklif etdiyi həmin mənzil 5-6 adama satılıb. Ədilov bizə həmin mənzili verib, ikinci dəfə oyuna salmaq istəyirdi. Bu il mayın 8-də Binəqədi Rayon Polis İdarəsi nəhayət ki, Qədim Ədilovu həbs etdi”.

X.Yusibov Qədim Ədilovun qardaşlarını vəzifələrindən sui-istifadədə ittiham edib: “Onun qardaşı Sübhan Ədilov pasport masa xidmətinin rəisidir. Qədim həbs olunandan sonra o, üstündə silah istintaq orqanına gəlmişdi. Hamının gözü qarşısında mənə hucum çəkdi. Onun digər qardaşı Yasin Ədilov da orada idi. O da vəzifə daşıyıcısıdır, Şirvan İcra və Probasiya Şöbəsinin rəisidir. Hər iki qardaş dövlətdən maaş alır, iş yerini qoyub istintaqa gəlir, bizə hucum çəkirlər. Onlarla bağlı da tədbir görülməlidir”.


Akif Çovdarov

İş üzrə digər zərərçəkən Natiq Hümbətov deyir ki, Qədim Ədilovun atası Ədil Ədilov ümumi söz yığnağından ibarət çıxışlar etməklə, onun Akif Çovdarovla qohumluq əlaqələrini qabartmaqla oğlunun dələduzluqlarını ört-basdır etməyə çalışır: “Deyir ki, Akif Çovdarovun qayınlarına, yeznəsi, yeznəsinin qardaşlarına pul verilib. Akif Çovdarov qohumumdur. Onun yoldaşının qardaşı yoxdur. Yəni Akif Çovdarovun qaynı yoxdur ki, ona pul da versinlər. Ədil Ədilov deyir ki, oğlu Qədim Ədilovun mənə borcu yoxdur. Ortada Qədim Ədilovun öz əli ilə yazdığı, özünün notarius tanışının yanında imzaladığı borc müqavilələri var. Atasının danışdığı yalanları oğlu da danışdırdı. Ədil Ədilov deyir ki, oğlum Qədim Ədilovu MTN-ə aparıblar, döyüblər. Məhkəmədə də sübut olundu ki, Qədim Ədilovun MTN-ə çağırılması onun özünün yazdığı ərizə əsasında olub. Onu kimsə döyməyib. Qədim Ədilovun mənə ümumilikdə 360 min dollar borcu var. Özünün, atasının çıxışlarını mətbuatdan oxuyanda bəlkə kimlərsə onlara inana bilərlər. İstintaqa gələndə isə yalanların üstü dərhal açılır. Qədim Ədilov əksər zərərçəkənlər kimi məndən də pulu taxta gətirmək adı ilə almışdı, alandan sonra qaytarmırdı. Ona dedim ki, polisə şikayət edəcəyəm. Dedi ki, sənə borcun etirafı haqda notarial qaydada müqavilə verirəm, pulu da qaytaracağam. Onun özünün tanışı olan notriusun yanına gedib müqavilə imzaladıq. Qədim Ədilov mənə 360 min dollar borcun etirafı haqda müqavilə verdi. Bu müqavilə 2015-ci ilin yanvarın 16-da Qədim Ədilovun təşəbbüsü ilə bağlanıb. Ədilov MTN-ə 2015-ci il iyun ayının 23-də gedib. Sual olunur – Qədim Ədilova köhnə tarixlə kim borc müqaviləsi yazdıra bilər?”



Natiq Hümbətov deyir ki, Qədim Ədilova pulu evini “Qafqaz İnkişaf Bankı”na girov qoymaqla kredit götürüb verib:“Həmin ev mənə 470 min dollara başa gəlmişdi. Bankın borcunu ödəmək üçün 270 min dollara satmalı olmuşam. Əslində Qədim Ədilov məndən 360 min dollar almaqdan başqa 200 min dollar da evimin bu şəkildə satılmasına görə ziyan vurub. Ona pulu nə vaxt vermişəm, bunlar sənədlərdən görünür. Dələduzluq etdiyi vaxt o, adamlara deyirmiş ki, dayım MTN-də generaldır. Birilərinin yanında deyirmiş ki, Akif Çovdarov mənim dayımdır. Çovdarovu tanıyanların yanında da MTN-in başqa bir generalı Namiq Bağırovu özünün dayısı kimi təqdim edirdi. Əslində isə Namiq Bağırov Qədim Ədilovun Rusiyada ortağı olmuş Həbib Ağalarovun dayısı idi. Sadəcə, bu iki generalın adlarından istifadə edirdi. İş görmək adı ilə borc aldığı adamlar ondan pullarını geri istəyəndə Qədim Ədilov MTN-ə həmin adamlardan şikayət yazırdı. Həmin adamlara bu yolla bildirirdi ki, onun MTN-də arxası var. Onlar MTN-ə çağırılandan sonra araşdırılırdı, məlum olurdu ki, bu admların nəinki Qədim Ədilova borcları yoxdur, əksinədir”.

Natiq Hümbətovun sözlərinə görə Qədim Ədilovu 2015-ci il iyun ayının 23-də özünün yazdığı ərizəni araşdırılması üçün MTN-ə çağırıblar: “Məhkəmədən vəkilimə verilən sənədlərdən görünür ki, Ədilov MTN-ə ilk dəfə məhz həmin tarixdə gedib. Buna qədər o MTN-nə bir neçə dəfə ərizə yazıb, adamların ona borclu olmaları yalanını uydurub. Bunu da araşdırmalar zamanı təsdiqləyiblər. Qədim Ədilov borclu olduğu adamları sırf qorxutmaq üçün MTN-ə çağırtdırırmış ki, qorxsunlar, doğurdan da MTN-də onun arxası var, əgər pullarını istəsələr, onları şərləyib tutdura bilər. Buna nail ola bilməyəndən sonra bizdən qaçıb gizlənməyə başladı. Başa düşdü ki, bizi MTN-lə qorxuda bilməz. Həmin günlərdə – 2015-ci ilin iyulunda biz məcbur olub Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Qədim Ədilovun bizə qarşı dələduzluğundan şikayət verdik. İş üzrə 9 nəfər aldadılmış sahibkar vardı. Qədim Ədilova qarşı Nərimanov polisində cinayət işi başlandı. O, bizə qarşı dələduzluq etdiyini özü gözəl bilir. Biz polisə şikayət etməzdən əvvəl vaxtı uzatmaq üçün müxtəlif üsullara əl atırdı. Xaləddin Yusibova Qədim Ədilov etibarnamə vermişdi. Demişdi ki, guya İlham Nəsibovda onun alacağı var, gedib həmin pulları ondan ala bilər. Eyni sözləri də mənə demişdi, etibarnamə vermişdi. Demişdi ki, get İlham Nəsibovdan mənim pulumu al. İlham Nəsibova məxsus həyət evinin kupçasının surətini də vermişdi. Deyirdi ki, get evin üzərinə həbs qoydur, satdır, pulunu al. Vəkil vasitəsi ilə sorğu verdik, məlum oldu ki, İlham Nəsibov həmin evi çoxdan satıb. Bu Qədim Ədilovun mənə qarşı növbəti dələduzluğu oldu”.



Natiq Hümbətov deyir ki, Qədim Ədilovdan növbəti dəfə pulunu istəyəndə yenə də yalanlarını davam etdirib: “Dedi ki, pulun bir hissəsinin əvəzinə böyük diametrli borular var, onları sənə verim. Razılaşdım, mənim maşınıma minib Hövsan daş bazarına sürdürdü. Orada böyük diametrli borular vardı. Dedi ki, borular mənimdir, ümumi qiyməti 120 min dollardır, sənə olan 360 min dollardan həmin məbləği çıxarıq. Boruların şəkillərini çəkdim, müştəri axtarmağa başladım. Yarısını “Azərsun holdinq”, yarısını da İlham adlı iş adamı almağa razılaşdılar. İlham bir neçə kran, bir neçə yük maşını tutub Hövsan daş bazarına gəldi ki, boruları aparsın. Mən də Qədim Ədilova yığdım, ondan boruların daşınması üçün yol vərəqəsi yazmasını istəyəcəkdim. Cavab vermədi. Atası Ədil Ədilova yığdım. Dedi bilmirəm haradadır. Həmin vaxt mənə bir adam yaxınlaşdı, kimliyimlə maraqlandı. Dedim ki, boruları Qədim Ədilov borc yerinə mənə verib. O da dedi ki, borular respublikada tanınan bir şəxsindir, adını çəkdi. Dedi ki, boruların Qədim Ədilova aidiyyatı yoxdur. Bu, Qədim Ədilovun mənə qarşı 3-cü dələduzluğu idi. Hövsan daş bazarında olarkən təkrar Ədil Ədilova yığdım, dedim ki, oğlunun başına ağıl qoy, o, 3-cü dəfədir ki, mənə qarşı belə dələduzluq edir. Dedi ki, Qədim nə etsin, Rusiyada ziyan eləyib, o da məcbur olub sizi aldadır. Bundan sonra Qədim Ədilov mənə dedi ki, mənə borclu olan adamlar var, sən mənə kömək elə, MTN-ə ərizə yazım, borclarımı alım, sizin pulları qaytarım. Tələbə yoldaşım Səlim Məmmədova müraciət etdim. O da rəsmi ərizə yazılmasını istədi. Qədim Ədilov 3 şikayət yazdı – İlham Nəsibov və onun qardaşı, iş adamı Natiq Həsənov və şəhər prokurorluğunda polisə nəzarət idarəsində işləyən Mircavan Kazım haqda şikayətlər idi. Yazırdı ki, şikayət etdiyi adamlar pullarını “atıb”lar, vermirlər. Ərizələri qeydə alındı. Amma Qədim Ədilov ərizələrin araşdırılması üçün MTN-ə getmədi. Ona bir neçə dəfə sms də yazmışam ki, şikayət etmisən, get sübut elə. Getmədi. O elə bilirdi ki, şikayəti əsasında adamları dərhal həbs edəcəklər. Gördü ki, belə deyil, qaçıb gizləndi. Yəni Qədim Ədilovun dələduzluğu ortalıqdadır. O, Akif Çövdarovun adını hallandırmaqla, özünün guya döyülməsi haqda yalan ifadələr verməklə biz zərərçəkənlərə qarşı dələduzluqlarını pərdələməyə çalışırdı. Lakin faktlarla sübut olunur ki, onu döyən olmayıb, adam aldığı pulları mənimsəmək, dələduzluğuna don geydirmək üçün cilddən cildə girir. Onunla əlbir olan Rövşən Məhərrəmov istintaqa ifadə verib ki, dələduz dəstənin başında Qədim Ədilov və onun ailə üvzləri dayanır. Rövşən Məhərrəmova əvvəllər təzyiq göstəriblər ki, hər şeyi boynuna götürsün, onu həbsdən qurtaracaqlar. Amma görəndə ki, aldadıblar, Rövşən həqiqəti dedi”.

Qeyd edək ki, “Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var. Q.Ədilov C. Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.

Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü “MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da istintaq onu zərərçəkən kimi tanımayıb.
Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar


Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev artıq ənənə halı alan iftar mərasimlərinin dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrildiyini bildirdi. “Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”, – deyən dövlətimizin başçısı onların şəxsi dostluğunun, xalq və Vətən qarşısında gördükləri işlərin bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratdığını vurğuladı. Bildirdi ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”, – deyən Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə etdi, Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Dövlət başçısı müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırdı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini vurğuladı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, – deyən dövlətimizin başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirdi.


Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar
Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar
Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar
Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar
 
Sonra iftar süfrəsi açılıb.
Fuad Abbasov azadlığa buraxılıb? – Ailəsindən açıqlama


Sosial şəbəkələrdə və bəzi saytlarda tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılmaqdadır.

Bu məlumatlar isə rəsmən təsdiqini tapmır. Musavat.com vəkil Elman Paşayevə istinadən yazır ki, bütün bunlar dezinformasiyadır, Fuad Abbasov hələ də izolyatordadır və onun oradan buraxılması 28 may tarixində gözlənilir.

Fuad Abbasovun “…evidəyəm” dediyi video isə köhnə videodur, konteksdən çıxarılıb və həqiqəti əks etdirmir.

Dünən gecə saatlarında isə jurnalistin ailəsi onun facebook hesabından paylaşım edib:

“Xoş sözlərinizə və dəstəyinizə görə hamınıza minnətdarlığımızı bildiririk. Ailəmiz hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Yaxınlarımızla problemi müzakirə etdikdən sonra mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik. Bu işi araşdırdıqdan sonra yeni vəkil Rusiya Federasiyasından Fuad Abbasovun çıxarılması ilə bağlı məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verməyi qərara aldı. Çünki biz Fuad Abbasovun ölkədən çıxardılması qərarı ilə razı deyilik. Fuad Abbasovun maraqları Kollegiya sədri, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, vəkil Şərifov Teyyub Eldaroviç tərəfindən təmsil olunacaq. Şikayət bu gün təqdim olundu”.
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir - Foto


Heydər Əliyev Fondu mayın 22-də müqəddəs Ramazan ayında Şamaxı rayonunda iftar süfrəsi açıb. 

Azərtac xəbər verir ki, Şamaxı Cümə məscidində açılan iftar süfrəsində 300-ə yaxın rayon sakini iştirak edib.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunacaq.
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir - Foto
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir - Foto
İlham Əliyev sərəncam imzaladı



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1552-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Hələlik onun yerinə təyinat yoxdur.
Müdafiə naziri orduya tapşırıq verdi – VİDEO



Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və əldə olunan məlumatlara əsasən düşmənin törədə biləcək təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq tapşırıqlar verib.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/aTYk7JwJEHc" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>