Son xəbərlər

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

“Minval.info” APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr islahatı həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, o, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimovu tutduğu vəzifədən azad edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən,vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.

Müdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.
Əvvəlcə nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. 

Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, ginekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.
Qeyd olunub ki, Almaniya, ABŞ, Yaponiya və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.Müdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLARMüdafiə naziri cəbhəboyu zonada — FOTOLAR
 
Baş Nazir bağçalarla bağlı qərar verdi - Artıq uşaq götürülməyəcək

Azərbaycan Naş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb. 

Sənəddə deyilir: 

3. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu

3.1. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

3.1.1. 1 yaşdan 2 yaşadək - 15 uşaq;

3.1.2. 2 yaşdan 3 yaşadək - 15 uşaq;

3.1.3. 3 yaşdan 4 yaşadək - 20 uşaq;

3.1.4. 4 yaşdan 5 yaşadək - 20 uşaq;

3.1.5. 5 yaşdan 6 yaşadək - 20 uşaq;

3.1.6. müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

3.1.6.1. 1 yaşdan 3 yaşadək - 10 uşaq;

3.1.6.2. 3 yaşdan 6 yaşadək - 15 uşaq.
"Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaq" - Prezidentdən BAYRAM TƏBRİKİ...
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.

Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!"
“Qarabağ klanı”ndan Paşinyana SÜRPRİZ - TƏHLİL
Qarabağdakı işğalçı rejim Ermənistanın Baş naziri Nikol Paşinyana siyasi sürpriz edib. 

Paşinyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək qondarma Prezident seçkilərində hərbi xuntanın başına öz adamını gətirməyə hazırlaşdığı bir vaxtda qarşı tərəf gözlənilməz addım atıb. 

Qeyd edək ki, oyuncaq qurumun hazırkı rəhbəri Bako Saakyan növbəti “seçkilər”də namizədliyini irəli sürməyəcəyini bəyan edib. Ona görə də Ermənistan və “Qarabağ klanları” arasında gedən bütün gərgin rəqabət post-Saakyan dövrünə hesablanıb. Yəni “Köçəryan-Sarkisyan klanı” işğal olunmuş ərazilərdə idarəetmənin N.Paşinyanın əlinə keçməməsi üçün rejimin başına öz nümayəndəsini gətirmək istəyir. Paşinyan isə 2020-ci ildə Bako Saakyanın yerinə özünə yaxın olan namizədi əyləşdirmək üçün bütün siyasi resurslarını işə salıb. Həmin şəxs “Qarabağ klanı”nın da arasından seçilə bilər. Vacib olan onun sələflərindən fərqli olaraq, Paşinyana sədaqətlə qulluq etməsidir. Ermənistanın Baş naziri B.Saakyanı istefaya göndərməklə “Qarabağ klanı”nın əlində cəmləşmiş bütün maliyyə və hərbi resurslara nəzarəti ələ almağa çalışır. Yalnız bundan sonra Paşinyanın hakimiyyəti üçün real təhlükənin aradan qalxmasından danışmaq olar. Nikol 2018-ci ilin aprel ayında Ermənistanda baş vermiş “Məxməri inqilab”dan sonra hakimiyyətin bütün qollarını “Qarabağ klanı”nın nümayəndələrindən təmizləməyə nail olub. Serj Sarkisyan hökumətini istefaya göndərən Paşinyan 2018-ci ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Ermənistan Milli Məclisinin üçdə ikisinə nəzarəti ələ keçirməklə yanaşı, təkpartiyalı hökumət formalaşdırıb. Silahlı qüvvələrdə aparılan həbslər və kadr dəyişikliyi “Qarabağ klanı”na yaxın hərbçiləri uzaqlaşdırmağa xidmət edirdi. Lakin sonrakı aylarda eks-prezident Robert Köçəryanın Apelyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılması məhkəmə sisteminin Paşinyana müxalif qüvvələrin təsirində olduğunu göstərdi. Məhkəmə islahatları adı altında “Qarabağ klanı”na yaxın hakimlərə savaş elan edən Paşinyan artıq hakimiyyətin üçüncü qolu üzərində də nəzarəti bərqərar edib. Robert Köçəryanın həbsi barədə qərarı ləğv edən hakim David Qriqoryanın barəsində cinayət işinin açılması və səlahiyyətlərinə xitam verilməsi Paşinyanın bütün dövlət strukturların “Qarabağ klanı”ndan axıra qədər təmizləmək niyyətindən xəbər verir. İndi Paşinyanın qarşısında iki hədəf dayanır. Birincisi, 2020-ci ildə ya “seçki”, ya da inqilab yolu ilə Dağlıq Qarabağdakı işğalçı rejimin başına öz adamını gətirmək. Planın ikinci hissəsi Armen Sarkisyanı vaxtından əvvəl istefaya göndərərək onu Ermənistan klanına bağlı bir siyasətçi ilə əvəzləməkdən ibarətdir. Baş nazirin avqustun 5-də Xankəndində çıxışı zamanı “ümumerməni həmrəyliyi”ndən söz açması və “Qarabağ Ermənistandır” deməsi də məhz qarşıdan gələn qondarma seçkilərə hesablanıb. Nikol Paşinyanın 2020-ci ildə hərbi xuntanın rəhbərliyinə öz namizədini gətirmək üçün Dağlıq Qarabağın erməni icmasının dəstəyinə ehtiyacı var. Ona görə də, Ermənistan hökumətinin başçısı “Qarabağ klanı”na loyal və populist mesajlar verir. 

Ancaq Xankəndindən gələn son xəbərlər “Qarabağ klanı”nın Paşinyana güzəştə getmək istəmədiyini göstərir. Özünü Bako Saakyanın müşaviri kimi təqdim edən oyuncaq rejimin nümayəndəsi Araik Arutunyan bəlkə də Paşinyan üçün gözlənilməz səslənən təkliflə çıxış edib. Arutunyan bildirib ki, Bako Saakyanın istefaya getməli olduğu barədə fikirlərlə razılaşmır. Bununla yanaşı, o Saakyanın “seçkilər”də iştirak etməmək fikrinə hörmətlə yanaşdığını deyib. 

Bako Saakyanın postuna iddialı olan Araik Arutunyanın bu açıqlaması “Qarabağ klanı”nın status-kvonun dəyişməsində maraqlı olmadığını təsdiq edir. Arutunyanın Paşinyanın “prezidentliyə” “favorit namizədi yoxdur” sözləri “Qarabağ klanı”nın B.Saakyanı postunda saxlamaq planından xəbər verir. Robert Köçəryanın həbsindən sonra “Qarabağ klanı”nı ətrafında birləşdirəcək güclü siyasi fiqur qalmayıb. Ona görə də, böyük ehtimalla B.Saakyanın hələlik postunda saxlanılması qərara alınıb. Çünki hazırkı şəraitdə N.Paşinyana qarşı müqavimət göstərə biləcək əsas fiqur B.Saakyandır. Paşinyan 2020-ci ildə Saakyanın istefaya getməsi ilə bu maneənin avtomatik aradan qalxacağına ümid edirdi. Lakin görünür, “Qarabağ klanı” N.Paşinyana siyasi sürpriz etmək qərarına gəlib. Bu siyasi sifarişin Kremldən gəldiyi də istisna edilmir. Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin zabiti olan B.Saakyan birbaşa Moskvanın təlimatı əsasında hərəkət edir. İndiki situasiyada B.Saakyanın qondarma rejimin rəhbərliyindən getməsi məqsədəyğun sayılmayıb. Əks təqdirdə, bu, Paşinyanın “Qarabağ klanı” üzərində yekun qələbəsini təmin edə bilər. 

Bako Saakyanın öz vəzifəsində qalması isə Ermənistan hökuməti ilə münasibətlərin daha gərgin mərhələyə daxil olması ilə nəticələnə bilər. Xatırladaq ki, B.Saakyan 2020-ci ildə namizədliyini irəli sürməmək barədə qərarı 2018-ci ilin iyun ayında Xankəndində ermənilərin rejim nümayəndələrinə qarşı kütləvi etiraz aksiyaları zamanı verib. Həmin vaxt B.Saakyanın sözügedən bəyanatı Dağlıq Qarabağda “Məxməri inqilab”ın qarşısını almaqda ona kömək etdi. Lakin Saakyanın rejimə başçılığı əldə saxlamaq cəhdi qarşılığında Paşinyan çox güman ki, “Qarabağ klanı”na qarşı növbəti inqilab ssenarisini işə salacaq. 

Erməni politoloq Tatul Akopyan hesab edir ki, Nikol Paşinyanın Xankəndindəki çıxışı Dağlıq Qarabağda inqilabi cərəyanların bərqərar olması yolunda növbəti addımdır. 

“Nikol Paşinyan nəhayət Qarabağ hakimiyyəti və cəmiyyət üçün məqbul bir fiqur olduğunu deyə bilmərəm. Bu mitinq, düzünü deyim, nə qədər izdihamlı olsa da, heç Nikol Paşinyanın İrəvanda və digər yerlərdə keçirdiyi mitinqlərə bənzəmədi. Buzun nəhayət qırıldığını, Paşinyanın Qarabağ cəmiyyəti tərəfindən qəbul olunmağa başladığını deyə bilmərəm, bu belə deyil. Çünki insanları inandırmaq üçün kifayət qədər ciddi işlər görülüb. 

Nikol Paşinyan və onun komandası isə erməni ailəsini, erməni kilsəsini, ənənəvi erməni dəyərlərini məhv etmək, üstəlik, Qarabağ torpaqlarını satmaq üçün gəlib” - Tatul Akopyan belə deyib. 

Erməni politoloq bildirib ki, rəsmi İrəvan Dağlıq Qarabağda keçiriləcək “seçkilər”də hər hansı namizədə açıq dəstək verməməlidir. Paşinyan və komandası bu məsələdə ehtiyatlı olmalıdır. Ancaq təbii ki, üstünlük verdikləri namizədlərə, partiyalara malik olacaqlar. Məsələn, analitik hesab edir ki, qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanın tribunada Paşinyanın arxasında dayanması təsadüfi deyil.
Generalın həyat yoldaşı və qızı 3 milyonu harda, necə qazanıb? - İLGİNCAzərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə adama satmaları adət-ənənə halını alab. Bu adət-ənənə uzun illərdir davam edir və buna görə bir çox tikinti şirkətlərinin rəhbərləri azadlıqlarından uzun müddət məhrum olsalar da ənənə davam edir. Əslində bu ona görə davam edir ki, Azərbaycanda hələ də tikinti şirkətləri ilə mənzil alıcıları arasında müqavilələr hüquqi əsasda bağlanmır və notarial qaydada təsdiq olunmur. Yəni o müqavilə bir kağız parçasından başqa bir şey deyil.

Müqavilənin hüquqi əsasda bağlanmasını təbii ki, dövlət təmin etməlidir, amma nə sirdisə uzun illərdir müvafiq dövlət qurumları bunu təmin etmirlər. Niyəsi bizim üçün də çox maraqlıdır və ümumiyyətlə deyə bilərik ki, Bakıda tikilən göydələnlərin çox böyük hissəsi əslində hüquqi cəhətdən “gecəqondu” durumundadır. Bu tamamilə geniş bir mövzudur və hesab edirik ki, dövlət qurumları “gecəqondu göydələnlər” problemini çözmək üçün real addımlar atmalıdır.

İndi isə əsas mövzuya keçid edək. Bu həftə yayılan məlumatların içində diqqət çəkənlərdən biri də Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qalması ilə bağlı idi. Söhbət “İdeal V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. O binadan ki, şirkətin təsisçisi və direktoru əlbir olaraq eyni mənzilləri bir neçə nəfərə satıblar. Törətdikləri dələduzluq əməllərinə görə cəzasız qalmayıblar. Şirkətin rəhbərləri İsa Məmmədov və Çingiz Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsi təərəfindən dələduzluqda təqsirli bilinərək müvafiq olaraq 11il və 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu neçənci belə dələduzluq hadfisəsidir deyə bilmərik. Statistik olaraq onu deyə bilərik ki, Bakıda onlarla, bəlkədə yüzdən artıq belə hadisə baş verib. Həbs öz yerində, amma bir ətək pul verib mənzil alan şəxslər heç vaxt pullarını geri ala bilmirlər. Bir qayda olaraq həmin pullara tikinti şirkətlərinin rəhbərləri həbsxanada keyf-damaq içində yaşayırlar.

Əslinə baxılırsa, tikinti şirkətlərinin bir mənzili bir neçə adama satmaları “oğrudan oğruya halaldır”, prinsipinə dayanır. Çünki Bakının çoxsaylı “gecəqondu göydələnlər”ində bir deyil, bəzən ondan artıq mənzil alanlar o pulları korrupsiya yolu ilə əldə ediblər. Bakının mərkəzində tikilən binalarda 3 otaqlı bir mənzilin qiymətinin 200-300 min arasında dəyişdiyini nəzərə alarsaq və bu pulun nəqd şəkildə heç bir hüquqi əsası olmaya kağız parçasına imza atmaqla əvvəlcədən odənildiyini də qeyd edərsək, o zaman etiraf tiraf etməliyik ki, bu pulu heç kim aldığı maaşla yığıb toplaya bilməz. Bu faktiki olaraq mümkün deyil. Və yoxlasaq görərik ki, həmin binaların böyük hissəsi məmurlar və onların qohum əqrabaları tərfindən alınıb. O üzdən bir mənzili bir neçə şəxsə satan tikinti şirkətlərinin rəhbərlərinin məntiqini də anlamaq mümükündür.

Və gələk yayılan məlumatın mayasına. Şikayətçilər bildirirlər ki, sözü gedən binanın bütöv bir mərtəbəsinə, tam 12 mənzilə iddia edən iki qadın ortaya çıxıb. Qadınlar Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq araşdırması zamanı və “İdeal V” MMC-nin rəybərləri həbs olunana qədər ortaya çıxmayıblar. Məhkəmə bitdikdən sonra tam 12 mənzilə iddialı olduqlarını məhkəmə vasitəsilə ortaya qoyublar.

Öncəlikə maraqlı olan həmin iki xanımın kimlikləridir. Bakının mərkəzində təqribən 3 milyon dəyərində 12 mənzilə iddia irəli sürən qadınlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. Qeyd edək ki, Əliağa Hüseynov heç bir zaman biznes sahəsində çalışmayıb. O uzun illər boyu Azərbaycan Respublikasının Hərbi Komissarı, 2009-cu ildən Salyan rayon İcra Hakimiyyətinin başçısı, 2010-cu ildən bu günə qədər isə Milli Məclisin deputatıdır. Ondan əvvəl isə Əliağa Hüseynov müxtəlif rayonların hərbi komissarı olub. Yəni əmək fəaliyyətində olduğu bütün dönəmlərdə qanun Əliağa Hüseynova bizneslə məşğul olmağı qadağan edib.

Təbii ki, Əliağa Hüseynovun xanımı və qızı da bizneslə məşğul olmayıb, çünki onların milyoner iş adamları olmaları ilə bağlı bu günə dər heç bir yerdə məlumat olmayıb. Ölkənin böyük vergi ödəyiciləri olmadıqları da ortadaır. Ən azından sözü hedən 12 mənzilə verilən 3 milyon vəsaitin vergisi dövlətə ödənilməyib. O zaman ortaya çox təbii sual çıxır. Hörmətli Əliağa Hüseynovun xanımı və qızı Bakının mərkəzində aldıqları 12 mənzilin pulunu hansı vəsaitlə ödəyib? Bu pullar hardan necə qazanılıb? Bu sualın cavabı varmı?

Və sonda, şikayətçilər iddia edirlər ki, Əliağa Hüseynovun xanımı və qızı Bakının mərkəzində 12 mənzilə iddia etmək üçün saxta sənədlər düzəldiblər. Bir generalın ailə üzvləri saxta sənəd düzəltdirərək birdən-birə 12 mənzilə niyə iddiaçı olsun ki? Maraqlı sualdır, deyilmi?

Bir ya da iki mənzilə saxta sənədlə iddiaçı olsaydılar, yenə nəyisə anlamağa cəhd eləmək olardı. Amma etiraf etməliyik ki, “gecəqondu göydələnin” tam bir mərtəbəsinə saxta sənədlə iddiaçı olmaq hətta generalı belə aşar...

Qeyd edək ki, dünən general Əliağa Hüseynov məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada 12 mənzili halal pulla aldığını bildirib. Maraqlı yanaşmadır...

Türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.

Bu barədə özəl olaraq Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

 

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir. (Trend)

Novruz Məmmədov qərar imzaladı
Nazirlər Kabineti "Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib. 

Qaynarinfo xəbər verir ki, Baş Nazir Novruz Məmmədov imzaladığı qərara əsasən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (bundan sonra – Satıcı) Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın satıcısı kimi çıxış edir.

Bundan başqa, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən satıcıya müraciət ediləcək və müqavilə bağlanılacaq.

Satıcı hərracın keçirilməsi üçün satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının (1 nəfər), İqtisadiyyat Nazirliyinin regional bölməsinin və Maliyyə Nazirliyinin rayon (şəhər) maliyyə şöbəsinin (hər birindən 1 nəfər), Satıcının (1 nəfər) və yerli özünüidarəetmə orqanının (1 nəfər) nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə komissiya yaradacaq.

Satıcı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində və Satıcının rəsmi internet saytında hərracın keçirilmə forması, əmlakın tam adı, yerləşdiyi ünvan, ilkin qiyməti, sifarişlərin qəbulunun başlama və bitmə tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın ilkin qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirməlidir.

Son olaraq qeyd olunub ki, əmlakın satışından daxil olan vəsaitlər həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində DMX-nin hesabına köçürüləcək.

“Ermənistanın qurduğu, ancaq özünü çox açıq şəkildə göstərən tələyə düşmək olmaz”

Milli Məclisin komitə sədri “Yeni Müsavat”a danışdı və maraqlı mətləblərə toxundu

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a geniş müsahibə verib. ABŞ-Azərbaycan əlaqələri, Ermənistan rəhbərliyinin son təxribatçı bəyanatları və torpaqlarımızın azad olunması imkanlarından bəhs edən söhbətimizi təqdim edirik:

– Səməd bəy, ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaq qərarı erməniləri kifayət qədər narahat edib. Vaşinqtonun Azərbaycanla bağlı qərarına müxtəlif prizmalardan yanaşılır. Sizdəki məlumat və ehtimallar nədən ibarətdir?

– Bu, sadəcə, hansısa bir cizgi deyil. Bu, ermənilərin uzun illər beynəlxalq səviyyədə apardığı siyasətin yavaş-yavaş iflasa uğramasının cizgiləridir. Yəqin ki, siz bilirsiniz, biz bir müddət bundan əvvəl ABŞ-daydıq. ABŞ-da olanda elə məhz Konqresdə Beynəlxalq Əlaqələr Komitəsinin bununla bağlı dinləmələrində iştirak etdik, müzakirələri izlədik. Konqresmenlərlə görüşəndə konkret olaraq bəzi fikirləri də çatdırdıq. O fikirlərdən biri də bundan ibarət idi ki, Ermənistan ABŞ Konqresinə, ümumiyyətlə, ABŞ hökumətinə müraciət edərək Dağlıq Qarabağ üçün onlara pul ayrılmasını istəyib. Bunlar Dağlıq Qarabağda “minadan təmizlənmə işləri üçün” xüsusi yardım istəmişdilər. Yəni bu ad altında, özündə humanitar məqsədi ehtiva edən məsələ kimi müraciət etmişdilər. Sonra isə ermənilər özləri Suriyaya Ermənistan hərbçilərini göndərdilər ki, erməni qoşunları bu ölkədə minadan təmizləmədə – humanitar missiyada iştirak etsinlər. Biz də Amerikada bu sualı qaldırdıq. Amerikanlar da bu sualı qaldırdılar ki, sizin minadan təmizləmə humanitar missiyası ilə bağlı belə imkanlarınız varsa və siz Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə “effektiv şəkildə Dağlıq Qarabağı idarə edirsiniz”sə, ona maliyyə, iqtisadi və bütün başqa yardımları göstərirsinizsə, başqa sözlə desək, işğal etmisinizsə, onda niyə Suriyaya minadan təmizlənmə ilə bağlı hərbçi göndərirsiniz, öz qoşunlarınız elə Qarabağda minadan təmizləməklə məşğul olsunlar da! Amma siz ora hərbi mütəxəssislərinizi ora göndərmirsiniz, ancaq bunun üçün Amerikadan pul istəyirsiniz. Eyni zamanda hərbçilərinizi Rusiya ilə bir yerdə Suriyaya göndərirsiniz. Bu, nə deməkdir? Ora ayırmağa pulunuz varsa, bura niyə vermirsiniz, pulunuz yoxdursa, Amerikadan niyə istəyirsiniz?  Ona görə də hesab edirəm ki, ABŞ Dövlət Departamentində, Konqresində, Ağ Evdə bu məsələləri kifayət qədər başa düşən insanlar əyləşib. Onlar ABŞ-ın maraqlarını çox gözəl başa düşürlər.

– Belə hesab etmək olarmı ki, sizin okeanın o tayına etdiyiniz səfər də Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycana maliyyə yardımının ayrılması ilə bağlı qərarın verilməsi üçün təkan rolunu oynayıb?

– Söhbət yalnız bizim səfərdən getmir. Təbii ki, cənab prezidentin apardığı siyasətin nəticəsidir. Bu yaxınlarda bir neçə dəfə ABŞ və Rusiyanın baş komandanlığı Bakıda görüşməklə bağlı öz siyasi iradələrini ortaya qoymuşdular. Bundan başqa, bir müddət əvvəl Con Boltonun buraya gəlməsi, Azərbaycanın aktiv TAP və TANAP layihələrinə Qərbin müsbət münasibəti və dəstəyi… Yəni bu, kompleks bir məsələdir, hansısa bir səfərin nəticəsi deyil. Biz sadəcə bu məsələlərin canlı şahidi olduq. Təbii, biz də həqiqətləri çatdırmışıq. Ancaq bunu siz dediyiniz formada qiymətləndirmək həm təvazökarlıqdan uzaqdır, həm də reallıqdan. Biz hamımız öz yerimizdə işlərimizi görürük. Ancaq ümumi şəkildə Azərbaycanın siyasəti regionda həm Qərblə, həm Şərqlə, həm Şimal, həm də Cənubla cəmimi münasibətlərin qurulmasını tələb edir və bunun əsasında durur. Ancaq Ermənistan hamını aldatmaq niyyətini güdür.

– Yeri gəlmişkən, Nikol Paşinyan Xankəndindəki çıxışında “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deməklə bütün dünyaya, beynəlxalq hüquqa meydan oxudu. Bununla bağlı nə demək olar?

– Paşinyan iki gün əvvəl “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deyir, ancaq bir gün sonra Prezident Aparatının əməkdaşı bildirir ki, Paşinyan belə söz deməyib. Yəni deyib, ancaq siz bunu düz başa düşməmisiniz. Bəs biz bunu necə, hansı formada başa düşək? Yəni dünyada eyni sözün ikinci mənası varmı? Heç olmasa bəyanat verirsənsə, de ki, mən dəyərləri, “miatsum”u, daha nəyi nəzərdə tuturam. Amma sən konkret olaraq hətta nöqtəni də qoydun, dedin ki, “və nöqtə”. Nöqtəni qoyursansa və bunu bəyan edirsənsə, ifadəyə görə üzr istəyirəm, kişisənsə, bunun arxasında dayan! Ancaq sabahkı gün özün- özünü, öz katibin, öz işçin vasitəsilə təkzib etmək o deməkdir ki, sən hamını aldatmaq niyyətindəsən. Bu, bir. İkincisi, biləsiniz ki, Paşinyan populist siyasətçi olduğuna görə real məsuliyyəti heç vaxt boynuna götürmək niyyətində olmayacaq. Dağlıq Qarabağ məsələsi isə məsuliyyəti boynuna götürməyi tələb edir, bu məsuliyyəti boynuna götürməyə məhkumdur. Ancaq bundan qaçmaq üçün var gücü ilə Azərbaycanı provokasiyaya çəkir.

– Əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyəti avantürist mövqeyi, təxribatçı davranışları ilə həm də Azərbaycana torpaqlarını geri qaytarmaq şansı yaradır. Bakı İrəvanın yaratdığı bu fürsətdən yararlanmalıdırmı, mənasız danışıqlara Paşinyanın təbirincə desək, nöqtə qoymalıdırmı, hərbi əməliyyatlara qərar verməlidirmi?

– Mən sizə tam səmimi deyim ki, Paşinyan öz siyasəti ilə özünə nöqtə qoyur.  Paşinyanın ikinci sətiraltı siyasəti məhz Azərbaycanı bu saat təxribata çəkməkdir və hansısa formada regionda provakativ siyasət apararaq, Azərbaycanı nəyəsə vadar etmək, həmçinin məsuliyyəti öz üzərindən atıb, Azərbaycanın üstünə yıxmaqdır. Ermənistanın nə siyasi, nə iqtisadi, nə hansısa başqa tərzdə gücü yoxdur ki, istədiyi siyasəti, istədiyi islahatları, yaxud dəyişiklikləri Ermənistanda, ya da işğal altındakı Dağlıq Qarabağda aparsın. Vaxt, zaman artıq Ermənistana və Dağlıq Qarabağ separatçılarına işləmir, bu, birmənalıdır! Məhz elə ona görə tez-tələsik belə festivallar, qıcıqlandırıcı sözlər, bəyanatlar verilir. Baxın, Avropa Birliyinə getdi, nələrsə istədi, heç nə əldə edə bilmədi. ABŞ-da burnundan o qədər də ciddi yox, amma çox vacib nöqteyi-nəzərdən zərbə aldı ki, get, işinlə məşğul ol! Başqa istiqamətlər üzrə qonşu ölkələrdə Ermənistanın siyasəti provakativ, populist və məsuliyyətdən qaçmaq niyyətini özündə ehtiva edir.

– Artıq erməni ekspertlər də Paşinyanın ciddi yanlışlıqlara imza atdığını etiraf edirlər və Azərbaycanın zərbə endirəcəyini proqnozlaşdırırlar. Bu mənada Azərbaycan beynəlxalq aləmə qəti mövqeyini elan edə bilərmi ki, artıq Ermənistan hakimiyyəti ilə danışmağın heç bir mənası qalmayıb və torpaqların azad olunmasına qərar veririk?

– Məncə, Azərbaycan Hikmət müəllimin (PA rəsmisi Hikmət Hacıyev-E.P.) verdiyi bəyanatla öz mövqeyini çox düzgün vurğuladı. Yəni bundan sonra baş verəcək hadisələrlə bağlı məsuliyyət Ermənistanın üzərindədir, bu, birincisi. İkincisi, Paşinyanın bəyanatının nə məntiqi, nə də hansısa başqa bir təsiri və gücü ola bilməz. Üçüncüsü və ən əsası bu insan öz-özünü ifşa etməklə məşğuldur. Ona görə də hesab edirəm ki, bu sözləri eşitmək emosional nöqteyi-nəzərdən bizimçün nə qədər ağrılı olsa belə, yaxud onun Qarabağda rəqs etməsi, erməniləri oraya yığması insani nöqteyi-nəzərdən xoşagəlməz məsələ olsa belə, ancaq bu, güclülüyün yox, zəifliyin əlamətidir.

– Amma siz də sualıma cavab vermədiniz. Hərb qərarı verilməlidirmi, yoxsa…

– Mən bu məsələni bir də təkrar edirəm və mənim ciddi fikrimdir: Ermənistanın qurduğu və qurmaq istədiyi, ancaq özünü çox açıq şəkildə göstərən tələyə düşmək olmaz. Azərbaycan bu saat həm hərbi nöqteyi-nəzərdən güclənir, həm beynəlxalq səviyyədə nüfuzu artır, həm beynəlxalq səviyyədə təsir imkanları yüksəlir. Azərbaycanın mövqeyi daha yüksək səviyyədə qəbul olunur. Hər hansı bir məsələ ilə bağlı biz apardığımız siyasəti davam etdirməliyik ki, o, sirkə kimi öz qabını çatladaraq hamı üçün aydın olsun. Necə ki, ABŞ-ın, Avropa Birliyinin atdığı addım. Necə ki, Rusiyanın bəzi rəsmilərinin bu yaxınlarda “Paşinyan ikili oyun oynayır” məzmunlu bəyanatlarını eşitmişik və bundan sonra da eşidəcəyik.

– ABŞ-ın Azərbaycanla bağlı qərarını şərh edən ekspertlərin bir yanaşması da bundan ibarətdir ki, İrəvana dirsək göstərən Vaşinqton bu yolla Azərbaycanı ələ almağa çalışır. Hesab olunur ki, bu, həm də Azərbaycan üzərindən Əfqanıstana həyata keçirilən daşınmalara görə verilən avansdir. Bu iddialarda həqiqət payı varmı?

– Azərbaycanın bu gün gördüyü işlər kəmiyyətcə o dərəcədə geniş, əhatəli işlərdir ki, o, keyfiyyətcə Azərbaycanın siyasətini dəyişdirir. Azərbaycanın dediyim kimi, atıq TAP-ı, TANAP-ı, Bakı-Tiflis-Qarsı, neft kontraktlarının 2050-ci ilədək uzadılması, Qoşulmama Hərəkatı ilə bağlı ən yüksək səviyyədə keçiriləcək zirvə toplantısı, YUNESKO-da rolu, Azərbaycanın beynəlxalq səviyyədə təsir imkanlarının artması, dünyanın ən güclü mərkəzləri ilə normal, adekvat və Azərbaycan xalqının maraqlarının təmin olunması baxımından uğurlu siyasətin aparılması məhz sizin sualınıza cavab verir. Bu gün Azərbaycan regiondakı bəzi ölkələr kimi yox, artıq dünya üçün və dünya güclər, güclü aktorlar üçün hesablaşmağa və mövqeyinin nəzərə alınmasına məcbur edilən bir məmləkətə, bir dövlətə çevrilir. Ona görə də burada söhbət hansısa bir məsələdən getmir. Söhbət Azərbaycanın apardığı işlərin artıq beynəlxalq siyasətə təsir etmək gücündən gedir. Doğrudan da belədir. Merkel regiona gəlir, Ermənistan da gedir, Gürcüstana da, Azərbaycana da gəlir. Ancaq bütün müqavilələr Azərbaycanla bağlanır. Tusk Azərbaycana da gəlir, Gürcüstana da gedir, Ermənistana da, ancaq sazişlər Azərbaycanla bağlanır. Başqa misallar da çəkmək olar və bunların sayı çoxdur. Bu, ona dəlalət edir ki, bu gün regionun geosiyasi xəritəsinin formalaşdırılmasında ən aktiv rollardan birini oynayan Azərbaycandır. Təbii, buna görə də Azərbaycanla hesablaşırlar və onun mövqeyini nəzərə alırlar.

– Bütün bunların nəticəsi olaraq torpaqlarımızı nə zaman azad edə biləcəyik?

– Bir tarixi zərurət mövcuddur. O, mövcud tarixi zərurətin vaxtı gəlsin deyə, gündəlik ardıcıl işləmək lazımdır. Məncə, Qarabağı qaytarmaq, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzun yüksəlişi ilə yanaşı, ordumuzun qüdrətinin artırılması ilə yanaşı, gördüyümüz işləri daha yüksək səviyyədə icra etmək lazımdır. Bu, bir. İkincisi də bununla yanaşı, dərk etmək lazımdır ki, müasir dünyanın öz danışıq tərzi, münasibətləri qurmaq tərzi mövcuddur. Çox sevinirəm ki, son zamanlar, xüsusilə də islahatlarla bağlı Azərbaycan iqtisadi göstəriciləri ilə yanaşı, məhz dünya tərəfindən qəbul olunan  dili də mənimsəyərək, yüksək səviyyədə öyrənərək danışmağa başlayır.