Son xəbərlər

Prezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib.
"Ölkə.Az" xəbər verir ki, prezidentin məcburi köçkünlərlə səmimi fotolar çəkdirib.Prezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARPrezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARPrezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARPrezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARPrezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLARPrezidentin məcburi köçkünlərlə görüşündən səmimi — FOTOLAR

Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir.

Bu fikirləri Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, baş nazir olmaq heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər…

Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir.

N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

Əli Əsədov Baş nazir təyin olunurMilli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

“Ölkə.Az” xəbər verir ki,  Milli Məclisin gündəliyinə 14 məsələ daxil edilib.

Deputatlar ilk olaraq Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələni müzakirəyə başlayıb.

Məsələ ilə bağlı çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Əli Əsədovun yeni Baş nazir vəzifəsinə təyin olunması razılıq verməsi barədə məsələyə baxılacaq.

 Novruz Məmmədov Baş nazir postundan  istefa verməsi barədə przsident İlham Əliyevə müraciət edib. O 1990-cı illərdən Prezident Administrasiyasında  çalışıb. Son il yarımda isə Baş nazir olub. 

 O. Əsədov bildirib ki,  Prezident tərəfindən Ə.Əsədovun Baş nazir təyin edilməsi ilə bağlı namizədliyi  Milli Məclisə təklif edilib.
Spiker əlavə edib ki. Ə.Əsədov  Baş nazir olaraq ölkə başçısının etimadını doğruldacaq.

 Müzakirələr zamanı çıxış edən Siyavuş Novruzov  Baş nazir postuna namizədliyi irəli sürülən  Ə.Əsədovun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dövlətçiliyindəki müstəsna rolu barədə öz müsbət fikirlərini bildirib. O deyib ki, Nazirlər Kabinetində yeni islahatların şahidi olacağıq və ona fəaliyyətində uğrular arzulayırıq.  Çıxış edən digər deputatlardan  Vahid Əhmədov isə bildirib ki, 20 ildən atrıqdır tanıyırıq. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda yaxından iştirak edən insandır.  O, baş nazir postunda  üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.

Deputat eyni zamanda  Ə.Əsədova deputatların  təklifləri nəzərə alınmasını,   deputatların nazirlərə əlçatanlığını təmin etməkdə, qeyri-neft sektorunda işlərin daha da sürətləndirilməsini təklif edib. “Hesab edirəm ki, Ə.Əsədov iqtisadçı kimi ölkə başçısına  yaxından kömək edəcək”.

Deputat Hikmət Babaoğlu da bildirib ki,  Ə.Əsədov Baş nazir postunda  ölkə başçısının həyata keçirdiyi islahatların uğurla  davam etdirilməsinə öz töhfəsini verəcək.

Deputat Fəzail Ağamlı da Ə.Əsədovun Baş nazir postuna ən layiqli  namizəd olduğunu  deyib. 
Müzakirələrin yekunu olaraq Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunmasına səs verib.

Vilayət Eyvazovdan yeniDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

"Ölkə.Az" xəbər verir ki,  bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə görə, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində çalışıb.

Qarabağın açarı bizim birliyimizdədir

İlham Ələkbərov yazır...

Mən çox xoşbəxtəm ki, azərbaycanlıyam və mənim prezidentim İlham Əliyevdir. Çox susmaq istəyirəm, lakin susa bilmirəm. İstəsəm də, istəməsəm də, müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyinə, xalqımıza, milli dəyərlərimizə atılan şər-böhtan dolu ləyaqətsiz iftiralar mənə bir vətəndaş olaraq rahatlıq vermir.

Heç bir partiyanın üzvü deyiləm, sadəcə, fərq qoymadan bütün qəzetləri, xəbər saytlarını oxuyuram. Həqiqəti yazanlara hörmətlə yanaşıram. Hamımız azərbaycanlıyıq. Bu gün biz mənfur düşmənimiz üzərində qələbə çalmaq üçün bir yumruq olmalıyıq. Qarabağın açarı bizim birliyimizdədir.

Ölkəmizin müstəqilliyinə, qüdrətli inkişafına, dövlətçiliyimizə, milli maraqlarımıza, mənəviyyatımıza ciddi zərbələr vurmağa hesablanmış belə çıxışları, şərəfsiz yazıları yaraşdırmıram bizim millətə... Bu sona varmayan, başdan-ayağa yalanlarla, şər-böhtanla dolu iftiralara nə qədər dözmək olar? 

Düşmən iftirasına dözürsən, bilirsən ki, o düşməndir. Maddi, fiziki, gücü, qüvvəsi olmadığından bu şər-böhtan yüklü iftiraları ilə baş qarışdırır.

Bəs Azərbaycanda doğulub, onun ab-havası, maddi nemətləri ilə böyüyüb, istər daxildə, istər xaricdə yaşayan həmvətənlərimizin dili, vicdanı bu azğınlaşmış, insanlıq simasını itirmiş düşmənlərimizin dəyirmanına necə su tökə bilir? Bax, bu hal məni çox göynədir.

Axı 1988-1993-cü qanlı-qadalı, faciələrlə dolu olan ağır illəri, elan olunmamış Qarabağ müharibəsində vaxtsız torpaga gömülmüş şəhidlərimizi, həmvətənlərimizi, XX əsrin ən dəhşətli faciəsini - Xocalı soyqırımını, yerlə-yeksan olmuş şəhərlərimizi, kəndlərimizi, viran qalmış tarixi abidələrimizi necə unutmaq olar?

Ovaxtkı rəhbərliyin siyasi təcrübəsizliyi, ölkədəki xaos, hərc-mərclik, özbaşınalıq böhran üçbucağı (siyasi-iqtisadi-hərbi) yaratmışdı. Ölkəmiz ən ağır, idarəolunmaz vəziyyətdə olanda bəziləri hakimiyyəti qoyub qaçdılar, bəziləri isə öz fəaliyyətlərini dondurdular. Bu danılmaz həqiqətləri heç kim unutmur. Əlbəttə ki, ordu ilə hakimiyyət arasında mövcud olan bu dərin uçurum ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələndi.

Hərbi operator-hərbi reportyor olaraq o dövrdəki Azərbaycan döyüşçülərinin vətənpərvərliyini, fədakarlıqlarını, səriştəsiz formada aparılan dövlət siyasətinin qurbanlarını necə unutmaq olar?

Onların hamısının bir şikayəti vardı: “Dövlət başçılarının, hərbi rəhbərliyin bizə heç bir qayğısı və köməyi yoxdur. Biz vətən sevgisi ilə əli-ayağı yalın, istifadəyə yararsız olan silah və döyüş texnikası ilə döyüşən, sərkərdəsiz bir orduyuq”.

Orduda hökm sürən acınacaqlı vəziyyətlər çəkdiyim bütün kadrlarda öz canlı əksini tapıb. Hansı ki, bu kadrlar dövlət və hərbi rəhbərliyə ünvanlanmış həyəcan təbili, kömək çağırışları idi. Əfsuslar olsun ki, o zaman yeganə kanal olan AZTV-nin rəhbərliyi həmin o çəkilişləri (canlı gedən döyüşləri və döyüşçüləri) efirə buraxmırdı.

Həmin kadrlar öz zamanında göstərilsə idi, vətənpərvər xalqımız daha səfərbər olardı, “Azadlıq” meydanına deyil, döyüş meydanına üz tutardı. Çünki biz kiminsə torpağını işğal etmək üçün deyil, öz əzəli torpaqlarımızın, ata-baba ocaqlarımızın, yurdumuzun xilası uğrunda döyüşürdük.

Böyük siyasətin oyunçuları XX əsrin ən böyük tarixi şəxsiyyəti, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə apararkən “Azərbaycan torpaqlarının işğalı” planını işləyirdilər.

Onlar yaxşı bilirdilər ki, nə qədər Heydər Əliyev Azərbaycanın rəhbəridir, heç cür mənfur işğalçı “miatsum” siyasətlərini həyata keçirə bilməyəcəklər. M.Qorbaçovun hakimiyyətə gəlişi isə bu planın reallaşmasına rəvac verdi. Ümummilli liderimiz Heydər Əliyevin ölkədəki yüksək nüfuzu, misilsiz işgüzarlığı, dünya şöhrətli azərbaycanlı siyasətçi olması yenicə hakimiyyətə gəlmiş Qorbaçovu və onun erməni qohumlarını bərk narahat edirdi. Necə olursa-olsun, bu dahi şəxsiyyəti xəstəliyi və yaşı bəhanəsi ilə hakimiyyətdən uzaqlaşdırmaq lazım idi. Onlar bu xain niyyətlərini 1987-ci ildə həyata keçirdilər.

Ulu öndərimiz, əvəzolunmaz Heydər Əliyevin xalqımızın çağırışına səs verərək yenidən Vətənə və hakimiyyətə qayıdışı, onun prezidentlik fəaliyyətinin uzaqgörən siyasəti, dövlətimizin hərtərəfli inkişafı, ölkəmizin dünyada tanınması, bayrağımızın yüksəklərdə dalğalanmasında misilsiz və danılmaz xidmətləri bu gün Azərbaycan Respublikasını (baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyondan artıq məcburi köçkün və qaçqınımız var) MDB dövlətləri sırasında ən inkişaf etmiş güclü, qüdrətli, sarsılmaz bir dövlətə çevirib. 

Reallaşması əfsanə kimi görünən, erməni lobbisinin əngəlləməyə çalışdığı, 25 illiyini böyük sevinclə qeyd etdiyimiz “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Supsa, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP kimi möhtəşəm layihələr artıq bu günün reallığıdır, Heydər Əliyev dühasının təntənəsidir. Bir sözlə, ölkəmizin bugünkü nailiyyətlərini, uğurlarını sadalamaqla bitməz.

Azərbaycan xalqı çox xoşbəxt xalqdır, ona görə ki, bu gün onun dövlətinin başında misilsiz dünyagörüşü ilə hər kəsi heyran qoyan, dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi kursunu, yolunu uğurla davam etdirən İlham Əliyev kimi xalqını və ölkəsini sonsuz məhəbbətlə sevən, dünyanın hər bir dövlət rəhbəri ilə dil tapan, ölkəsinin hərtərəfli inkişafi üçün doğru yol seçən bir rəhbər durur.

Onun Azərbaycanın çoxşaxəli inkişafı üçün apardığı ardıcıl daxili və xarici siyasəti nəticəsində ölkəmizin və xalqımızın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında hər gün yeniliklər, müsbət dəyişikliklər baş verir, insanların sosial-rifahı yüksəlir, bütün sahələrdə uğurlu nəticələr əldə olunur.

Fəxr edirik ki, öz müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası, Vətənimiz qloballaşan dünyanın çox böyük sürətlə inkişaf edən, siyasi sabitlik, əmin-amanlıq içində yaşanan və çiçəklənən bir diyarına çevrilib. Bunu isə Azərbaycanı öz övladı kimi sevən hər bir Azərbaycan vətəndaşı görür və qürur duyur.

Ölkəmizin az bir zaman kəsiyində, 26 il ərzində möhtəşəm inkişafında İlham Əliyevin silahdaşı, Azərbaycan Respublikası birinci vitse-prezidenti, xeyriyyəçiliyi ilə dünyada böyük şöhrət qazanmış Heydər Əliyev fondunun yaradıcısı və prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri misilsizdir. O, geniş, müxtəlif sahəli ictimai-siyasi fəaliyyəti ilə bütün dünya miqyasında Azərbaycanı təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəni irsimizə, milli dəyərlərimizə böyük örnək verən, idmana qayğı ilə yanaşan, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq aləmdə böyük işlər görməklə yanaşı, öz sadəliyi və təvazökarlığı ilə hər kəsin dərin rəğbətini qazanıb. O, həm də UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sülhün, əmin-amanlığın yorulmaz carçısı kimi tanınır və sevilir.

Mehriban xanımın hərtərəfli fəaliyyəti dövlətçiliyimizin inkişafına böyük töhfədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Mehriban xanımın birgə düşünülmüş səmərəli fəaliyyətlərinin nəticəsi olaraq nəhəng inkişaf yolu keçən Azərbaycan çox qüdrətli, güclü orduya malik bir dövlətə çevrilib.

Bu möhtəşəm inkişaf isə azğınlaşmış, manqurtlaşmış düşmən üzərindəki böyük qələbənin təminatıdır.

Bunu gözü götürməyənlərə isə bir sözüm var: “İstəsəniz də, istəməsəniz də, bu günün Azərbaycan ordusu, hər zaman qan tökməyin əleyhinə olan, sülh carçısı Ali Baş Komandan İlham Əliyevin zəkası, dərin düşüncəsi, parlaq siyasəti, hərtərəfli fəaliyyəti və böyük qayğısı sayəsində ən müasir silahlarla silahlanıb, qəlbi sonsuz Vətən sevgisi ilə döyünən qüdrətli, qorxmaz bir orduya çevrilib”.

Şanlı ordumuzun ciddi, peşəkar təlimlər keçmiş, yüksək təcrübəyə yiyələnmiş zabit və əsgərləri Qarabağ müharibəsini böyük qələbə ilə başa vurmaq üçün Ali Baş Komandan İlham Əliyevin əmrini səbirsizliklə gözləyirlər. Bu böyük qələbə yaxındadır. Bunun bariz sübutu isə ağ bayraq qaldıraraq, Azərbaycana pənah gətirən erməni – düşmən əsgərləridir.

Qarabağ müharibəsinin insanlığa sığmayan, erməni vandalizminin dəhşətlərini öz gözləri ilə görmüş, doğulub boya-başa çatdığım, Azərbaycanın zümrüd tacı, Azərbaycan mədəniyyətinin beşiyi, bu gün düşmən tapdağı altında qalan, Şuşa üçün qəlbi hər an göynəyən bir şuşalı kimi üzümü həmvətənlərimə, böyük Azərbaycan xalqına tutaraq söyləyirəm ki, səsimə səs verin: sosial şəbəkələrdə ölkəmizin, dövlətçiliyimizin əleyhinə söylənən söyüş, təhqir və böhtanlara yox deyək, hər zaman dövlətimizin yanında olaq. Onların vicdana sığmayan bu iftiraları ancaq bizlərin, vətənsevərlərin birliyi qarşısında əriyər, yox olar.

Çünki dövlətdir – insanları ətrafına toplayaraq, onları idarə edərək yaşadan...

Dövlətin həmişəyaşarlığı ancaq və ancaq bu qurumu idarə edən rəhbərin dərin ağıl və zəkasının birliyində özünü təzahür etdirir. Mənim üçün bir dövlət olan İlham Əliyev kimi.

Daha bir vəzifəli şəxs işdən çıxarıldıədəbəy rayon İcra Hakimiyyətində şöbə rəisi işdən çıxarılıb.

"Ölkə.Az"ın veridiyi məlumata görə, rayonun Memarlıq və Tikinti Şöbəsinin müdiri Bayramov Əlövsət Talb oğlu tutduğu vəzifədən azad edilib.

Hələlik şöbə müdirinin hansı səbəbdən işinə son verildiyi dəqiq bəlli deyil. (baku.ws)

Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir?Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək. N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir. İclasın gündəliyinə daxil edilən 1-ci məsələ “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.

Əli Əsədovun tərcümeyi-halını təqdim edirik:

 Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Əli Əsədov 1998-ci ildən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

Azərbaycanda baş nazir istefaya gedirBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

"Ölkə.Az" xəbər verir ki, gündəliyə 14 məsələ daxil edilib. Deputatlar ilk olaraq, baş nazir Novruz Məmmədovun istefaya getməsi məsələsinə baxacaq və yeni baş naziri təyin edilməsinə razılıq verəcəklər. 

Qeyd edək ki, Azərbaycan Prezidenti yeni baş nazir vəzifəsinə iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun namizədliyini Milli Məclisə təklif edib. 

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

İdarə rəisi Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrə əsasən, qurumun istintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

İlham Əliyev Putini ad günü münasibətilə təbrik etdiOktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.