Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Taxıl təklif və tələb Hesabatının son buraxılışında 2022-ci ildə taxıl istehsalının artacağını proqnozlaşdırır ki, bu da qıtlığın qarşısını alacaq.

Bununla belə FAO-nun cümə günü yaydığı məlumatda qeyd olunur ki, proqnoz Ukraynadakı vəziyyətin potensial nəticələrini nəzərə almadan verilib.

Proqnozlara görə, dünyada buğda istehsalı 790 milyon tona yüksələ bilər. Şimali Amerika və Asiyada gözlənilən yüksək məhsuldarlıq və əkin sahələrinin genişləndirilməsi Avropa İttifaqındakı bir qədər azalmanı kompensasiya edəcək.

"2021-2022-ci illər mövsümündə qlobal taxıl istehlakının ötən mövsümlə müqayisədə 1,5% artaraq 2,8 milyon tona çatacağı gözlənilir. 2022-ci ilin sonunda taxıl ehtiyatlarının cüzi artımı proqnozlaşdırılır ki, bu da 836 milyon ton həcmində qiymətləndirilir", - məlumatda bildirilir.

 

OPEK neft hasilatının 400 min barrel səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə qalması qərarını təsdiq edib.

Axar.az xəbər verir ki, bu qərar OPEK+un bügünkü monitorinq və nazirlər komitəsinin iclaslarında qəbul edilib.

Qeyd olunur ki, bu həcmin yarısı Rusiya və Səudiyyə Ərəbistanının payına düşəcək.

Qərara əsasən, hər iki ölkə neft hasilatını 105 min barrel artıraraq 10,436 milyon barrelədək çatdıracaq.

Moskva birjasında rubl dollara nisbətdə yenidən ucuzlaşmağa başlayıb.

Axar.az xəbər verir ki, Rusiya mediası birjalar açılan kimi dolların 95 rubla qədər gerilədiyini, ancaq qısa müddət sonra 104 rublu keçdiyini yazır.

Avro isə 116 rubla qalxıb.

Qeyd edək ki, Moskva birjasının onlayn fəaliyyəti məhdudlaşdırılıb və birjada baş verən prosesləri izləmək mümkün deyil. Bu məhdudiyyət 28 fevraldan – Qərbin ağır sanksiyaları nəticəsində rublun kəskin ucuzlaşmasından sonra tətbiq edilib.

Qara bazarda dolların daha yüksək – hətta 150 rubldan baha satıldığı da bildirilir.

Fevralın 28-nə olan rəsmi məzənnələrinə görə, 1 Rusiya rublu 0.0157 manata bərabərdir (1000 rubl = 15.7 manat).

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, ötən həftənin son iş günü – fevralın 25-də rubl 0.0200 manata bərabər idi (1000 rubl = 20 manat).

Belələliklə, ötən həftənin sonu ilə müqayisədə rubl manat qarşısında 21,5% dəyərdən düşüb (1000 rubl 4,3 manat ucuzlaşıb).

2022-ci ilin yanvar ayının 12-də 1 rubl 0.0229 manata bərabər idi (1000 rubl = 22.9 manat). Bu səviyyə ilə müqayisədə rubl manat qarşısında 31,4% dəyərdən düşüb (1000 rubl 7,2 manat ucuzlaşıb).

İcbari tibbi sığortanın tətbiqində narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, burada iki artım var:

“Biri sabit əlavədir - hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq olan artımdır. İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki, göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alırlar. Sadəcə bu təzə sistem olduğu üçün yeni vaxt lazımdır ki, həkimlər bunu öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın. Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin narazılıqlarını başa düşürəm. Ölkədə səhiyyə sahəsində bütün sistemi yenidən dəyişməyə zaman lazımdır".

11:05

Səhər saatlarında birjaların açılması ilə rublun sürətlə ucuzlaşması başlayıb.

Axar.az xəbər verir ki, cəmir iki saat ərzində rus rublu dollara nisbətdə 6,2 rubl ucuzlaşıb.

Hazırda dollar 87,5 rubla qalxıb, avro isə 98 rubl olub.

Bakının 28 May 110A küçəsində, Səməd Vurğun bağının yaxınlığında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatında 1 həftədir pul yoxdur.

Bu barədə Axar.az-a daxil olan vətəndaş müraciətində bildirilib.

 

Qeyd olunub ki, sözügedən əraziyə yaxın bankomatlarda da problem olduğu üçün ərazidə yaşayan sakinlər çətinlik çəkir. Vətəndaşların sözlərinə görə, Beynəlxalq Bankın Nizami küçəsi 114 ünvanında yerləşən bankomatı da işləmir.

ABB-nin mətbuat katibi Yadigar Cəfərli saytımızın sorğusuna cavab olaraq bildirib ki, problem araşdırılacaq.