Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

Ardını oxu...

"Muğanbank" ASC-nin İdarə Heyətində yeni təyinat olub. Belə ki, Muğanbankın Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyəti Sədrinin vəzifələrini müvəqqəti icra edən Elnur Mir Rəhim oğlu Abbasov bankın İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub.

Ardını oxu...

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olub, onlardan 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Ardını oxu...