Son xəbərlər

Novruz Məmmədovdan son qərarNazirlər Kabineti olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında qərar imzalayıb.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə Novruz Məmmədovun (artıq keçmiş Baş nazir) 7 oktyabrda imzaladığı qərarda bildirilib.

Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 86 nömrəli Qərarının 1-ci hissəsində 594 rəqəmi və 890 rəqəmi ilə əvəz edilib.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, Milli Məclis oktyabrın 8-də Əli Əsədovun Baş nazir postuna təyin olunmasına razılıq verilməsi məsələsinə baxıb.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Novruz Məmmədov Baş nazir vəzifəsindən istefa verməsi ilə bağlı Prezidentə ərizə ilə müraciət edib.

Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı məsələ səsə qoyularaq qəbul edilib.

Bundan sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzalayıb.

2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.

Bu barədə bu barədə Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyeva məlumat yayıb. Onun sözlərinə görə, Mingəçevirdə yaşayan şəhid ailələrinə mənzillər Gəncə şəhərində verilib.

Qeyd edək ki, Rahim Tağıyev 36 yaşında, Rüstəm Əhmədov isə 33 yaşında şəhid olub. Tağıyevin 3, Əhmədovun 2 övladı var.(qafqazinfo)

Övladlarının məktəbdə yüksək nəticə göstərməsini istəyən valideynlər diqqətli olun.

Yenicag.az bildirir ki, dietoloq Məryəm Berrin Akdan zehni açan və yaddaşı gücləndirən 10 qidanın adını açıqlayıb.

Yumurta: Yumurta yaxşı protein mənbəyidir, həmçinin, yaddaşın inkişafında mühüm rol oynayır. Hər gün 1 qaynadılmış yumurta səhər yeməyindən əskik olmamalıdır.

Balıq: Yağlı balıqlara beyinin inkişafı üçün zəruri olan omega-3 yağ turşuları daxildir. Uşaqlar həftədə iki dəfə balıqla qidalanmalıdır.

Yağlı toxumlar: Badam, fındıq, qoz, fıstıq beyin və yaddaşın inkişafında mühüm rol oynayır.

Təmizlənməmiş taxıllar: Bulqur və yulaf kimi təmizlənməmiş taxıllar, sinir sistemini sağlamlaşdıran bol miqdarda lif və vitamin B ilə zəngindir.

Paxlalı bitkilər: Zülal mürəkkəb karbohidratlar və liflə zəngindir. Paxlalı bitkilər həftədə iki dəfə uşaqların qida rasionuna daxil edilməlidir.

Çiyələk, böyürtkən, qırmızı qarağat: Bu meyvələr A və C vitaminləri ilə zəngindir. Tədqiqatlar bu meyvələrin yaddaşı gücləndirdiyini göstərir. Bu meyvələr qəlyanaltı kimi də istifadə edilməlidir.

Rəngli tərəvəzlər: Pomidor, yerkökü, ispanaq beyin hüceyrələri üçün güc və sağlamlıq mənbəyidir.

Süd məhsulları: Süd məhsullarından ibarət qidalar D vitamini və kalsiumla zəngindir, beyinin elastikliyini təmin etməklə həm də inkişafına kömək edir.
Süd içməyən uşaqlar üçün qatıq, ayran, kefir və ya südlü desertlərə üstünlük verilə bilər.

Ət: Ətdəki dəmir, uşaqların enerji və yaddaşı üçün vacib mineraldır. Buna görə uşaqlar həftədə iki dəfə ət yeməlidir.

Zəncəfil: Zəncəfil beyinin inkişafına kömək edir. Zerdeçal, Alzheimer, Parkinson, depressif xəstəliklərdə də təsirli rol oynayır və hüceyrələrin yaşlanmasını gecikdirir.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİAzərbaycan Mərkəzi Bankı 7 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8666 manat, 1 türk lirəsi 0,2977 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5741 manatdır.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,36 ABŞ dolları azalaraq 61,44 dollara bərabər olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,28 ABŞ dolları və yaxud 3,56% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,81 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend bildirir ki, avqustun 14-də qızılın qiyməti avqustun 9-u ilə müqayisədə 14,6455 manat azalaraq 1 unsiya üçün 2546,294 manat təşkil edib.

Gümüş 0,2789 manat ucuzlaşaraq 1 unsiya üçün 28,7691 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 26,554 manat azalaraq 1447,125 manat, palladiumun qiyməti 27,2085 manat artaraq 2462,1695 manat təşkil edib.

Ad 14.08.2019 09.08.2019
Qızıl XAU 2546.294 2560.9395
Gümüş XAG 28.7691

 

 
29.048
Platin XPT 1447.125 1473.679
Palladium XPD 2462.1695 2434.961

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Lirə 0.3047, lari isə 0.5833 manatdır

Azərbaycan Mərkəzi Bankı 14 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 14-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8992 manat təşkil edir.

1 türk lirəsi 0.3047 manat, 1 rus rublu 0.0262 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5833 manatdır.

Bu şəxslərin də maaşları artırıldı

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Qərarda edilən dəyişikliyə əsasən Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Belə ki, Dövlət Film Fondunun direktorunun maaşı 798 manatdan 1110 manata, direktor müavininin maaşı 677 manatdan 945 manata, şöbə müdirinin maaşı 600 manatdan 835 manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan 730 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan 690 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan 675 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan 260 manata qaldırılıb. 

Bunadan başqa Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Bu Fondlarda icraçı direktorun maaşı 1463 manatdan 1980 manata, aparat rəhbəri və müşavirin maaşı 1100 manatdan 1540 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, sektor müdirinin maaşı 968 manatdan 1370 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçinin maaşı 737 manatdan 1030 manata, məsləhətçi, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 666 manatdan 930 manata, sürücünün maaşı 330 manatdan 460 manata qaldırılıb. 

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.