![]() |
![]() |
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler” şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
“Bununla da Azərbaycanda “Stadler” qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən “FLIRT” tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, – deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.
Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8796 manat, 1 türk lirəsi 0,2939 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5764 manatdır.
"Ölkə.Az" AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.
Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
"Ölkə.Az"ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:
"Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür.
Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir.
Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər".
"Ölkə.Az" araşdırmanı təqdim edir: Araşdırmada deyilir ki, 2 dekabr 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb.
Müəyyən olunub ki, yalnız dörd adda məhsul üzrə qiymətlər tədqiq edilən bütün marketlərdə analoji səviyyədə olub.
Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunur:
Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamda deyilir:
1. Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 511 400 (yeddi milyon beş yüz on bir min dörd yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
"Ölkə.Az" APA-ya istinadla xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:
"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.
Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".
Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.
"Ölkə.Az"ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Qeyd edək ki, D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
SOCAR Prezidenti TANAP İdarə Heyətinin rəhbəri Rövnəq Abdullayev TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxış edib.
R.Abdullayev Türkiyənin şərqindən qərbinədək uzanan TANAP-ın inşasının vaxtında tamamlandığını dilə gətirib.
Rövnəq Abdullayev bildirib ki, Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik:
“İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətləri daha da gücləndirmək, strateji sərmayələrlə dəstəkləmək üçün üzərinə önəmli vəzifələr götürən SOCAR Ümummilli liderimiz Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” kəlamını həyata keçirdiyi layihələrlə doğrultmaqdadır.
Bu gün biz belə layihələrdən birinin, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP kəmərinin ikinci hissəsinin açılış mərasiminə toplaşmışıq. Bu mərasim əməkdaşlığımızın uğurlarını bir daha dünyanın gözləri önündə sərgiləyir. Dörd il bundan əvvəl dövlət başçılarımız TANAP-ın inşasına dair tarixi qərar qəbul etdilər. Bu, qərara əsasən SOCAR-a böyük etimad göstərilərək, TANAP-ın inşaasını həyata keçirtmək kimi şərəfli bir vəzifə tapşırıldı. Qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirmək üçün göstərdiyimiz gərgin səylər öz nəticəsini verib. Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Artıq bu kəmər vasitəsi ilə Türkiyə bazarına 3,2 milyard kubmetrdən çox qaz nəql olunub”.
O qeyd edib ki, TANAP Avropaya qazın nəqli üçün tam hazırdır və Türkiyənin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Trans Adriatik qaz boru kəmərinin də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaq. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik. Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng TANAP layihəsini layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlaya bildik.
Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq”,- o vurğulayıb.