Son xəbərlər

Siqaretlər bahalaşdı — YENİ QİYMƏTLƏR

Day.az xəbər verir ki, bugün birsıra market və dükanlarda siqaretlər fərqli qiymətlə satılmağa başlanılıb.
Qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən baha olan siqaretlər isə 30 qəpik baha satılıb.

Şəhərin bir sıra dükan və marketlər də isə köhnə qiymətlər qalmaq da davam edir. Həmin mağaza sahibləri bildirir ki, onlar daha əvvəl aldıqları siqaretləri satdıqları üçün bahalaşma onlara gəlib çıxmayıb.
Virus hücumu: Azərbaycanda qiymət artımı olacaqmı?

Koronavirusun dünya iqtisadiyyatına böyük təsiri olacaq. Bu virus Çinin həm özünə mənfi təsir edəcək, həm də ölkədən xaricə idxal edəcəyi məhsulların satışının kəskin azalması ilə nəticələnəcək.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov koronavirusun dünya iqtisadiyyatına təsirləri barədə Axar.az-a danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycan Çinlə digər böyük dövlətlər kimi geniş iqtisadi, siyasi, mədəni əlaqələrə malik olmasa belə, mart ayına kimi Pekinə olan uçuşları dayandırıb:

“Bu halın psixoloji bir təsiri də var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müəyyən məhsulların Çindən gətirilməməsi barədə çağırış edib. Hesab edirəm ki, bu, tədqirəlayiq addımdır. AQTA və digər aidiyyəti qurumlar, elə Gömrük Komitəsi də birgə əməkdaşlıq göstərərək Çindən ölkəmizə gətirilən müəyyən məhsulların, xüsusən, qida məhsullarının məhdudlaşdırılması məsələsinə nəzarət etməlidir”.

Ekspert vurğulayıb ki, Azərbaycana Çindən idxal edilən məhsullar azlıq təşkil edir:

“Buna görə də sözügedən vəziyyət iqtisadiyyatımıza ciddi təsir etməyəcək. Azərbaycanda qiymət artımı olacağını düşünmürəm, çünki Azərbaycan bazarında Çin məhsullarının azaldılmasında ciddi bir dəyişiklik etməyəcək.

Bizim ərzaq bazarımız daha çox Türkiyə, Rusiya və İrandan asılıdır. Çin məhsullarının bazarda azalması digər növ məhsulların qiymətinə müəyyən dərəcədə təsir edə bilər. Bu da istehlak mallarının indeksinin kəskin şəkildə dəyişməsi ilə özünü büruzə verə bilməz”.

Pərviz Heydərov bəzi azərbaycanlı sahibkarların bu hadisədən sui-istifadə edərək qiymət artımına yol verəcəyini də istisna etməyib:

“Azərbaycanda bəzi işbazlar mövcud vəziyyətdən istifadə edərək, süni qiymət artımına yol verə bilər. Lakin bu, uzun sürməyəcək. Əvvəlcə onlar insanlarda bir panika yaradaraq öz məhsullarını baha qiymətə bazara çıxaracaqlar. Amma tez bir zamanda bu halların qarşısı alınacaq”.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə yanvarın 27-dən etibarən həmin ölkələrdən quş və quş əti idxalını müvəqqəti dayandırıb.

Bu ərəfədə isə Bakıdakı bəzi satış nöqtələrində yumurta və toyuq ətinin qiymətində bahalaşma müşahidə edilir. Maraqlıdır, yerli istehsal daxili tələbatı tam ödəmək iqtidarındadırmı?

Məsələ ilə bağlı Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, quş əti və yumurta istehsalı daxili tələbatı tam ödəyir:

“Bu baxımdan düşünmürəm ki, məhdudiyyət hansısa problem yarada bilər. Bizim daxili tələbat hər zaman quş əti və yumurta ilə tam ödənilib. Hətta yumurtanı xaricə də ixrac edirik. Dediyiniz indiki bahalaşma mövsümi xarakter daşıyır. Bildiyiniz kimi biz yem və yem əlavələrini xaricdən alırıq. Qış mövsümündə qida əlavələri baha olduğu üçün daxildə cüzi bahalaşma var”.

A.Vəliyevin sözlərinə görə, 2019-cu ildə yumurta istehsalı 1 milyard 800 milyon ədəd olub:

“Sənaye quşçuluqda 50 min ton quş əti istehsal edilib. Qalan istehsal isə fərdi təsərrüfatlar, kiçik və orta sahibkarlar tərəfindən ödənilib”.

Sədr qeyd edib ki, respublika ərazisində epizodik durum normaldır, hansısa təsərrüfatda quş qripinə yoluxmaya rast gəlinmir. (modern.az)

Bakı-Pirşağı elektrik qatarından istifadə edənlərə
Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Məlumata əsasən, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək:

“Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə  hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi səkkiz qatar hərəkətdədir”.

Prezident bu ASC-yə 1,19 milyon manat ayırdı — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
FED uçot dərəcəsini dəyişmədi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.

Uçot dərəcəsi 1,5-1,75 faiz səviyyəsində saxlanılıb.

Yeni taksilər android sistem, brayl əlifbası, taksometrlər, post terminalla təhciz edilib

İlin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksi avtomobilləri gətiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, gətiriləcək avtomobillər hibrit deyil, elektromobil taksilərdir. “Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib”.

Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.

Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub.   /istipress.com/

Ötən il Azərbaycana 3 milyondan çox turist gəlib2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Ölkә.Az" bildirir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz), Özbəkistan (28,4 faiz), Qazaxıstan (25,7 faiz), Böyük Britaniya (25,5 faiz), Filippin (24,6 faiz), İspaniya (24,2 faiz), Cənubi Koreya (19,9 faiz), Almaniya (19,2 faiz) və Gürcüstan (18,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil, 40,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Bazarda hansı maşınlar bahalaşır?Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.

"Ölkə.Az" bldirir ki, belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.  

Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi. 

“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”. 

Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb: 

“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”. 

Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib: 

“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”. 

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanı tətbiq olunmağa başladığı gündən vətəndaşlar bir sıra problemlərlə qarşılaşıb.
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal çöküb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yeganə Laçınzadə ilə əlaqə saxladıq.

Y.Laçınzadə elektron portalın nə vaxt açılacağı və vətəndaşların hansı tarixdən müraciət edə biləcəyi ilə bağlı Publika.az-ın sualına cavab olaraq bildirib ki, elektron portalda hazırda iş gedir: “Fəaliyyətə başlayanda mediaya məlumat veriləcək. Hələ ki, bu haqda əlavə məlumat verə bilmərik”.