![]() |
![]() |
Bu yaxınlarda Qazax rayonunda olduq. Rayonda aparılan səliqə - sahman , nizam- intizam , tikinti –quruculuq işləri göz oxşayır. İcra başçısı Rəcəb Babaşovun və komandasının səmərəli işlədiyini , dövlətimizə , dövlətçiliyimizə ləyaqətlə xidmət etdiyinin , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncam və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirdiklərinin bir daha şahidi olduq. Həqiqətən də , respublikamızın qərb qapısının etibarlı əllərdə olduğuna əmin olduq.
Lakin tam təsadüf nəticəsində yolumuz Bala Çaylı kəndinə düşdü. Daha doğrusu kənd qəbirstanlığının yanında keçməli olduq. Qəbirstanlıq kəndin kənarında yerləşir. Məsələ harda yerləşməsində deyil. Sadəcə gördüyümüz mənzərə bizdə dəhşət yaratdı.
Bu dəhşəti isə sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Qəbirstanlığın ətrafı demək olar ki, zibilliklə əhatə olunub. Kəndin bütün zibilləri bura atılır. Zibillikdən böyük təpəciklər yaranıb.
Bu işin mənəvi tərəfi hər kəsə aiddir. Yəni inanmıram ki , o kənddə elə bir ev tapıla ki , orda uyuyanı olmasın. Keçmişinə , ata – babasına , ölüsünə hörmət qoymamaq heç bir vicdana , şərəf və ləyaqətə sığası deyil.
Sıravi insanları qoyaq bir tərəfə . Bəs bu ərazilərə birbaşa cavabdeh olan qurumlar , kənd bələdiyyəsi , İcra hakimiyyəti , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon üzrə nümyəndəsi hara baxır?.Bu boyda rəzalətdən xəbərləri yoxdur? Yoxdur-söyləmək heç ağlabatan deyil . Bəs onda bu biabırçılığa , bu hörmətsizliyə niyə son qoyulmur?
Məsələylə bağlı kənd bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik.
Bala Çaylı kəndində olan böyük problem bununla bitmir.Elə qəbirstanlığın yanından keçən Coğaz çayının başına gətirilən oyunlar , çayın məcrasının dəyişdirilməsi , onun üzərində gedən proseslər isə başqa bir yazının materialıdır.
Növbəti saylarımızda bu məsələyə geniş toxunacağıq.
Müşfiq Kişiyev.
Prezident İlham Əliyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, İlham Əliyevi salamlayan Qurbanqulu Berdiməhəmmədov deyib:
-İlham Heydər oğlu, icazə verin Sizi Türkmənistanda, Aşqabadda salamlayım və bizim dəvətimizi qəbul edib MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün gəldiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Düşünürəm ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!
Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. Dəvət üçün sağ olun. Göstərilən qonaqpərvərliyə görə sağ olun. Qardaş Türkmənistan torpağına gəlməyə həmişə şadıq. Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu mühüm beynəlxalq tədbirin gözəl təşkil edilməsi münasibətilə Sizi təbrik etmək, Sizə, qardaş Türkmənistan xalqına ən xoş arzularımı bildirmək, yeni zəfərlər, qələbələr diləmək istərdim.
Prezident Qurbanqulu Berdiməhəmmədov:
- Sağ olun, İlham Heydər oğlu. Mən, həmçinin Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib – Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı. Beləliklə, icazə verin bir daha Sizə təşəkkürümü bildirim.
Prezident İlham Əliyev: Çox sağ olun.
Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Qırx Çıraq qəsəbəsində əhali ilə görüş keçirmişdir.
Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Salyan rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb.
Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Salyanda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Salyan rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Salyan rayonunda da aydın hiss olunur. Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb.
Rayon sakinləri də bildirirlər ki, Salyanın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Sevindik Hətəmovun əməyi böyükdür. O, rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır. Məhz buna görə də ölkə başçısının tapşırığı ilə Salyanda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Salyan rayonunun ərazisində gələcəkdə ekoturizm də inkişaf etdiriləcək. Belə ki, rayonda ekoturizmin inkişaf etdirilməsi üçün Şirvan Milli Parkı, Şır-şır bulağı, İstisu, palçıq vulkanları, Qızılqaz gölü kimi turizim obyektləri var. Salyan ərazisində mövcud olan palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün də böyük imkanlar yaradır. Bu da Salyanın regionun turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir. Ümumiyyətlə, Salyandakı tarixi əhəmiyyət daşıyan abidələr də ona xüsusi, müdrik bir görkəm verir.
Söz yox ki, əhalinin rifahının yaxşılaşdırılması, habelə onların problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Odur ki, vətəndaşların müraciətlərində verilmiş təkliflərin heç biri Salyan Rayon İcra Hakimiyyətinin nəzərindən qaçmır, öyrənilir və araşdırılaraq baxılır. Bir sözlə, bu məsələ Salyan rayonunda daim diqqət mərkəzindədir. Buna görədir ki, vaxtilə iş dalınca Salyandan başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala rayonu tanımadıqlarını bildirirlər. Çünki bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir sözlə, Salyanda həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırır. Bu isə rayon sakinlərinin Salyan rəhbərliyi ilə birgə əməyinin bəhrəsinin gələcəkdə də çox olacağını göstərir. Şübhəsiz, həyata keçirilən işlərə baxmayaraq, rayonda həlli vacib olan məsələlər hələ çoxdur. Lakin ümid edirik ki, rayon rəhbərliyi bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Salyan əhalisinin sosial-rifahı daha da yaxşılaşacaq. Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Sevindik Hətəmovun gərgin əməyi nəticəsində bu gün Salyan rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son aylar ərzində rayonda həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Salyan rayonu regionun mərkəzinə çevrilməkdədir.
Dünən “Qafqazinfo” “Yeni Müsavat”a istinadən “İndi Lənkəranın nə xanlığı qalıb, nə də mirvariliyi...” başlıqlı materialı dərc edib. Lənkəran şəhər İcra Hakimiyyəti həmin yazıda əks olunan problemlərə cavab verib:
"05 oktyabr 2019-cu il tarixdə saytınızda yayımlanmış reportajla bağlı bildiririk ki, yazıda qeyd olunanlar reallığı əks etdirmir.
Belə ki, 2003-2018-ci illər ərzində Lənkəran rayonunda 31249-u daimi olmaqla 47528 yeni iş yeri açılmış, cari ildə ödənişli əsaslarla 1120 müvəqqəti yeni iş yeri yaradılmışdır. Əhalinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə son illərdə Lənkəran şəhərinin yeni salınmış məhəllələri, rayonun kənd və qəsəbələri sürətlə qazlaşdırılıb. Artıq rayonda qazlaşdırma 95 faizə çatdırılıb. Rayonun çətin təbii şəraitə malik ucqar dağ kəndlərinə də qaz xəttləri çəkilir. 17 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, 2 məntəqədə işlər davam etdirilir.
Şəhərdə əhalinin, xüsusilə gənclərin istirahəti və asuda vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar yaradılıb. Heydər Əliyev xatirə parkı, Əsgər Əliyev adına park, Həzi Aslanov parkı, Azərbaycanlıların soyqırımı parkı, Əfqanıstanda həlak olmuş lənkəranlıların şərəfinə salınmış park yenidən qurularaq daha da genişləndirilib, müasir işıqlandırıcılarla və oturacaqlarla təchiz edilib.
Heydər Əliyev Mərkəzi, Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, “Lənkəran İstisu Sağlamlıq” Mərkəzi, Regional Müalicə-Diaqnostika Mərkəzi, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 90 mənzilli 3, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün 80 mənzilli 3 yaşayış binası tikilmiş, Lənkəran Dövlət Dram Teatrının, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin binaları əsaslı təmir olunmuş, 110/35/10 kv-luq Lənkəran-2 elektrik yarımstansiyası istismara verilmiş, 17 otel, 10 istirahət mərkəzi, 5 çay, 2 konserv, 3 düyü emalı müəssisəsi yaradılmış, xalçaçılıq müəssisəsi, Lənkəran Dövlət Universiteti üçün əlavə 2 tədris korpusu və yataqxana binası tikilib istifadəyə verilmiş, istehsal gücü ildə 18 min ton olan yeni qənnadı məhsulları fabrikinin tikintisi davam etdirilir.
Lənkəran şəhərinə və şəhərətrafı kəndlərə ilk dəfə olaraq dünya standartlarına cavab verən içməli su xətləri çəkilib. Son illərdə rayonda 7 mühüm sosial-iqtisadi əhəmiyyətli yol layihəsi icra olunub, 65 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirən, yüz minlərlə vətəndaşın gündəlik olaraq istifadə etdiyi, ümumi uzunluğu 200 km-dək olan yol sahəsi başdanbaşa asfaltlanıbdır. Əvvəllər Lənkəran şəhərinə bir neçə saata gələn ucqar dağ kəndlərinin sakinləri bu gün artıq həmin yolu dəqiqələr hesabına gəlirlər. Eyni zamanda Lənkəran şəhərinin 20 küçəsi tamamilə asfaltlanıb. Şəhərin bütün magistral küçələrində və şəhərətrafı magistral yollarda ən müasir işıqlandırıcılar quraşdırılıb. O cümlədən qəzetin iddia etdiyi şəhərin mikrorayon ərazisi də işıqlandırılır. Şəhərdə çoxmənzilli yaşayış binalarında bərkitmə-gücləndirmə tədbirləri görülüb, 262 çoxmənzilli yaşayış binasının dam örtükləri tamamilə dəyişdirilib, fasadları yenilənib. Ötən 15 il ərzində rayonda 44 məktəb tikilib istifadəyə verilmiş, 4 məktəb əsaslı təmir olunub, o cümlədən cari dərs ilində rayonda 6 məktəb tikilib istifadəyə verilib. Hazırda 5 məktəbin tikintisi, 1 məktəbin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə daha bir müasir tipli məktəbin tikintisinə başlanacaqdır.
Aqrar sahədə məhsul istehsalı durmadan artır. 100 hektarlarla yeni çay, sitrus plantasiyaları və çəltik sahələri salınmışdır. Lənkəran rayonu son bir neçə ildir ki, yerli budcəsini öz daxili gəlirləri hesabına formalaşdıraraq dövlətdən dotasiya almadan sosial-iqtisadi həyatını tənzimləyir. Dotasiya almadan yaşayan rayonda inkişaf necə olmaya bilər? Lənkəranın sosial-iqtisadi inkişafı barədə kiçik bir yazıda geniş və ətraflı məlumat verməyin mümkünsüzlüyünü nəzərə alaraq bu inkişafı görmək arzusunda olan istənilən mətbuat nümayəndəsinə bunları ətrafı öyrənməyi və nəzərə almağı tövsiyyə edirik".
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Mais Məmmədovu vəzifəsindən azad edib.
“Qafqazinfo”nun məlumatına görə, hələlik bu vəzifəyə təyinat yoxdur.
Qeyd edək ki, M. Məmmədov iki ilə yaxın idi ki, bölmənin rəisi vəzifəsini icra edirdi.