![]() |
![]() |
Yaranmışların ən alisi insandır.
Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır.
Respublikmızda inkişaf etməkdə olan , günü- gündən simasını dəyişən , hər yerdə - şəhər mərkəzində , ayrı- ayrı qəsəbə və kəndlərdə tikinti- quruculuq , abadlıq işləri ilə nəzər – diqqəti cəlb edən aparıcı rayonlardan biri də Abşeron rayonudur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, İrəvanlı kəndinin 290 təsərrufatı, 1035 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 33,5 sentner pambıq, 400 sentner çuğundur təhvil veriblər. Kümçülər isə 240 kq barama istehsal ediblər.
Bu il isə 51 hektarda pambıq, 35 hektarda taxıl, 38 hektarda arpa, 12 hektarda günəbaxan,174 hektarda yonca əkiblər.
İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 32 sentner arpa təhvil veriblər. Kümçüləri barama istehsalını 1,5 dəfə artıraraq 650 kq-a çatdırıblar.
Kənd ağsaqqalı Yuğbal Həsənov kənd sakinlərinə Respublika Prezidenti tərəfindən göstərilən diqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə rabitə xidmətinin yaxşılaşdırılması üçün telefon dirəklərinin dəyişilməsinə ehtiyac olduğunu bildirdi. 1941-45-ci illər Böyük Vətən Müharibəsində arxa cəbhədə çalışan əmək veteranı Nəsib Quliyev Hacalı-Qapanlı yolunun təmirinə, Alışarlı kənd sakini Elyana İsayeva çuğundur sahəsinin suvarılmasında çətinliyin olması ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Rayon rəhbəri bildirdi ki, İrəvanlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib, 1400 m su arxları lildən təmizlənib, ərazidə 1000 ədəd çəkil tingi əkilib.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.
İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.
Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.
Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2020-ci ildə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.
Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür yaşayır.
Bəzilərimiz fərqinə varmadan , bəzilərimiz isə hər anın , hər dəqiqənin qədrini bilərək . Şərəflə , ləyaqətlə , üzərinə düşən vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək !
Yaranmışların ən alisi olan insan övladı çox şeyə qadirdir. Yetər ki , sonsuz istək və həvəs olsun. Yetər ki , qabiliyyət və əzmkarlıq olsun. O zaman xarüqələr ortaya çıxır , tanrının yaratdıqları bir də insan əli ilə daha əsrarəngiz olur.Elə yazımın qəhrəmanı da belə çox az , təsadüf edən nadir şəxsiyyətlərdən biridir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti , karate idman növü üzrə VII Dan qara kəmər sahibi , Avropa və Dünya çempionu ,Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi", "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" Ülvi Zahid oğlu Quliyev!
Atalarımızn gözəl bir deyimi var : "Sağlam bədəndə sağlam ruh olar”.
Təbii ki , Ülvi müəllimin bu cür mükəmməl , sağlam ruha malik bir insan kimi yetişməsində də idmanın , özü də profesional idmanın mühüm rolu olmuşdur.
Bu amil , həmçinin onu ictimai-siyasi xadim kimi də formalaşdırmışdır. Ona etimad göstərən dəyərli seçicilərinin haqq səsini ən ali kürsüdən söyləyir , parlamentdə xüsusi fəallığı ilə seçilir. Ülvi müəllim hər zaman seçicilərinin yanındadır, minlərlə seçicinin qəbul edib problemlərini dinləyir, deputat səlahiyyətləri çərçivəsində yüzlərlə seçicinin üzləşdiyi problemlərin həllinə nail olur. O , yalnız seçicilərini Milli Məclisdə layiqincə təmsil etmir, həm də Azərbaycanın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün böyük işlər görür. Azərbaycan – Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya , Çexiya , Koreya . Peru , Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Ülvi müəllim özündə ən yüksək ali keyfiyətləri birləşdirən , yüksək mənəviyyat malik, əzmkar , zəhmətkeş , fədakar bir insandır. Xeyirxahlıq, alicənablıq , əl tutmaq . yardımlaşmaq onu ifadə edən gözəl xüsusiyyətlərdir.
Belə ali keyfiyyətlərin bir insanda formalaşması təkcə biliklərlə , həyat tərzi , illərin təcrübəsi ilə əldə edilmir. İnsanın geni , soy-kökü , damarlarından axan qan da mühüm rol oynayır. Elə Ülvi müəllim də belədir. O , respublikamızın tanınmış ziyalısı, dilçi alim , elmlər doktoru , professor Zahid Quliyevin övladıdır. Ziyalı ailəsində dünyaya gəlib, böyüyüb-boya başa çatıb. Məhz bu səbəblərdən də onun simasında gözəl bir insanlıq nümunəsi yaranıb. Hər kəsə -yeniyetmələrə, gənclərə , ziyalılara , ictimai xadimlərə örnək olacaq bir nümunə !
Tanrı sizi qorusun Ülvi müəllim !
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir.
Qonaq iyunun 23-də “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaq, həmçinin "ASAN könüllüləri", "ASAN radio", “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD”ın fəaliyyəti ilə də tanış olub.
Liu Zenmin Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığı və agentliyin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.